İran
fars rejiminin Quzey Azərbaycana sahib olma yuxusu

Eluca
Atalı
İranın
fars rejimi Azərbaycan
MÜSTƏQİL olduğu ilk gündən türkə zidd
mahiyyətini ortaya qoyub. İlk baxışdan baxanda bu o
qədər də təzə məlumat deyildir.Çünki bu
niyyət həmişə qonşumuz olan İranın qarnında
yaşayıb, amma bu gün artıq qaranlıqda saxlaya
bilmədiyi üçün arzularını gerçəkdən doğub.
Onun Ermənistan kimi işğalçı dövlətə
hərtərəfli yardımı, 19 martda qaz kəmərinin açılması
faktı,2001-ci ildə Azərbaycanın hava
sərhədlərini pozaraq hərbi təyyarələrlə
səmadan hədələməsi və Türkiyə ilə NATO
-nun xəbərdarlığı nəticəsində
geri oturması və s.Bu siyahını getdikcə uzada
bələrik. Bilirəm ki, bizim bu kiçik yazıda
vermədiyimiz faktlar var ki, yazını
oxuyan soydaşlarımız onları dərinliyinə
qədər yaxşı bilir. İstər Azərbaycan
tarixindən, istərsə də ədəbiyyatımızdan
məlumatınız var ki, torpağımızı və
mənəvi dəyərlərimizi özününküləşdirmək
istəyi ilə İran MÜSTƏQİL
Azərbaycana da sahib olmaq istəyir. Elə bu yazıda da söhbət
yeni ərazi iştahında olan fars rejiminin
artıq tamahlılığından gedəcək.
Beləki son zamanlar İranın fars rejimi Şimalı
Azərbaycanı Quzey İran adlandırıb və onu İranınkı
elan edib.Amma qeyd edirik ki, beynəlxalq və diplomatik qaydalar icazə
vermir ki, İran onu rəsmi öz torpağı hesab edə.Buna görə
də son zamanlar şovenist fars qüvvələri seminar, konfrans
keçirir və ya mətbuatda çıxış edərək , Gülüstan
və Türkmənçay müqavilələrinə işarə
edirlər. O müqavilə ki, Azərbaycanın torpaqları iki işğalçı
İran və Rusiya dövlətləri arasında vəhşicəsinə
dədə malı kimi, heç
bir azərbaycanlının istəyi soruşulmadan qədim
torpaqlarımız şaqqalandı. 1813 - cü il 12 oktyabr Qarabağın
Gülüstan kəndində sülh və dostluq
vəəbədiyyət yaratmaq istəyi ilə müqavilə
imzalandı. Başdan ayağa işğalçılıq
siyasəti daşıyan bu müqavilə iki dövlətin əslində
hərbi münaqişəsini yatırtmaqdan ötəri idi. O da nisbi
xarekter daşıyırdı.Birinci ona görə ki,siyasətdə
dostluq, qardaşlıq yoxdur, mənfət var, faydalanma var. Kimin
kimnən güclü olduğunu sübut etmə istəyi var və bir-
birindən nəsə qoparma, mənimsəmə ön planda gedir.İkinci
bir tərəfdən Siyasət və
əbədiyyət sözləri də bir - birinə zidd
cəbhələrdə duran sözlərdir.Çünki yalnız kökündə
xeyir daşıyan əzəli, sonsuz, kamil olan
əbədi ola bilər. Siyasətin kökün mikroskopla
axtarsan belə saydıqlarımızın heç birini orda tapa
bilməzsən.Belə olan bir vəziyyətdə 1813 -cü il
də bağlanmış Gülüstan sülh müqaviləsinin girişində
də deyildiyi ... Böyük hökümdarımız
adından bərqərar edəcəyimiz sülh və dostluğa
aid olan hər bir şeyi nəzərdən keçirib,bizə
verilmiş hakimiyyət və Ali səlahiyyətə görə
aşağıdakı maddələri qərara aldıq və
əbədiyyət üçün təsdiq etdik. Əgər özünüz
imzaladığınız müqavilənin əbədiliinə
inanırdınızsa, bəs niyə 1813 - cü ildən sonra da
Rusiya -- İran münasibətləri gərgin olaraq qalırdı
və İran öz uğursuzluğu ilə razılaşmırdı,
Rusiya isə yeni torpaqlar ələ keçirmək üçün savaş
olmasını istəyirdi . XIX əsrin əvvəllərindəki
İran -- Rusiya münasibətlərində toqquşan maraqları
bundan başqa heç cürə ümumiləşdirib yazmaq mümkün olmadığı
üçün qısa şəkildə yalnız belə
verdik.Məqsədimiz nəyisə xatırladıb sizində
bildiklərinizi sadalamaq deyil, sadəcə bu günkü İranın
MÜSTƏQİL Azərbaycana diş qıcamasının
səbəblərini başa düşmək istəyidir. 200 ildir
qarnında saxladığını bu gün doğmaq arzusunu başa
düşmək, anlamaq istəyimizdən doğür yazmağımız.
1827 - ci ildə türkün qatı düşməni, o zaman İranda
Rusiyanın səlahiyyətli nümayəndəsi, orta
məktəb dərsliklərimizdə əzbərdən öyrəndiyimiz,
əslində özfəaliyyət səviyyəsində olan Ağıldan
bəla əsərinin müəllifi A.S.Qriboyedov İran
məmurlarının təxəyyülünə təsir göstərmək
fikri ilə bildirdi ki, biz irəli gedib Azərbaycana sahib olaraq
bu geniş vilayətin müstəqilliyini təmin edəcəyik.
Əslində Qriboyedov bu sözü Azərbaycanı sevdiyi üçün
demirdi və türklərə nifrət edən bir adam idi.
Sadəcə farsları oynadırdı və bilirdi ki, farsların
Azərbaycan və onun yanında duranmüstəqillik sözündən
ilan ala çatıdan qorxan kimi qorxur. Qaldı onun əsərinı
özfəaliyyət adlandırmağıma, buna mənim tam haqqım
var.Çünki millətimin dahi şəxsiyyətlərinin -
Nizamilərin, Nəsimilərin, Füzulilərin yartdığını
öyrənib daha böyük keyfiyyətlərə sahib olduğum
üçün bunu deyirəm. Elə bu müqavilələr
nəticəsində 200 ilə yaxın rusların təzyiqi
altında qaldığımız üçün zor - xoş onların
dünya ədəbiyyatı ilə müqayisədə o
qədər də böyük olmayan dərnəkdə öyrənməyə
yarayan əsərlərini çox təəssüf ki, orta
məktəb dərsliklərimizdə keçirdik.İşgal
elə budurda. Uşaq vaxtından beyni doldurub manqurtlaşdirmaq.
1827 -ci il noyabrın 6- da Dehkarqanda danışıqlar
yenidən başlandı. Təzminat məsələsi üzrə
bəzi ciddi narazılıqlar yanvarın 7 -də danışıqların
kəsilməsinə gətirib çəxardı. Rus qoşunları
irəli atıldı və yanvarın 28 - də Urmiyə,
fevralın 8 - də Ərdəbil tutuldu.Müqavilənin bağlanması
sürətləndi və fevralın 9 - dan 10 - na keçən gecə
Təbriz yaxınlığında Türkmənçay kəndində
müqavilə imzalandı.
Türkmənçay
müqaviləsi 16 maddədən ibarət idi və qeyd edək ki,
11 maddədən ibarət olan Gülüstan müqaviləsinin bəzi
maddələrinin məzmunu burada saxlanmış, təzminat
və s.haqqında yeni maddələr əlavə edilmişdir.
Əlavə
məlumat üçün və həm də doğru fakt olduğu üçün
deməyi borc bilirəm ki, o zaman İran dövlət
xəzinəsinin başında erməni dururdu
( adını unutduğum üçün yazmıram.Bir də adın
nə fərqi, hansı erməni olsa elə beləcə
hərəkət edəcəkdir ). Və Rusiya dövlətinə
təzminat üçün ödənən qızılları eşşəyə
yükləyərək sevinə - sevinə, tarixi
salnamələrdə qeyd edildiyi kimi şadyanalıqla ruslara
təhfil vermişdi.Elə həmin zaman minlərlə
erməni ailəsi İrandan Qarabağa köçürülüb və
hətta farsa ərə getmiş iki uşaq anasının
dediyi qeyd olunub ki, ondan uşaqları alıb ağlaya - ağlaya
atalarına verdilər və özümə də bunu erməni
millətinin gələcəyi naminə edirsən sözünü
dedilər.
Qarabağın
işğalı əslində elə bu sülh müqaviləsinin
imzalanması ilə başlanmışdır.
Bu
günsə İran hər iki müqaviləni yada salıb bunun əsasında
Quzey Azərbaycanı İran adlandırmaq olar deyir. Bu gün
İran fars rejiminin yüksək vəzifəli məmuru Möhsün
Rzayi, Xomeyninin nümayəndəsi Təbrizdə Ayətullah Möhsün
Müctəhid Şəbüstəri də
cümə namazında dəfələrlə Quzey Azərbaycanı
Şimali İran adlandırmışdırlar və İrana
yapışdırılmasını məsləhət görmüşdürlər.
İranda bəzi qəzetlər, o cümlədən
Şimali İran adlanan qəzet bunu dəfələrlə
vurğulayıb və yeri gəlmişkən qeyd edək ki, çox
yüksək nüsxə ilə də çap olunur və təkcə bu
yox, bu gün İanda bir çox şübhəli qəzetlər bu fikri
yayır. Həmçinin bütün dediklərimizi yayan bir çox şübhəli
sitələr var ki, bu gün Güney Azərbaycan
məktəblərində gənclər arasında onu
təbliq edirlər. Bu da əbəs deyil, şovenist bilir ki,
torpağın işğalından qabaq o torpaqda yaşayan
gəncliyin beynini manqurtlaşdırmaq lazımdır. Çünki
manqurt olmayan millət gec- tez öz haqqını tələb
edəcək.Tarixin amansız səhifələrinə yaxşı
bələd olduğumuz üçün İran fars rejiminin bugünkü
siyasəti bizim üçün o qədər də gözlənilməz
deyil.