| Yeni Müsavat,
29.03.2008 [10:57] |
JURNALİSTLƏRİN AKSİYASI BÖYÜYÜR Həmkarlarımıza Avropadan da qoşulanlar var
Jurnalistlərin aclıq aksiyası iki gündür ki, davam
edir. "Gündəlik Azərbaycan" və "Realnıy
Azerbaydjan" qəzetlərinin həbsdə olan baş
redaktoru Eynulla Fətullayevin başladığı
aksiyaya srağagündən etibarən həmin qəzetin
şef redaktoru Şahvələd Çobanoğlu və
qəzetimizin redaktoru Zahid Səfəroğlu da qoşulub.
Dünəndənsə aksiyanın sıralarına
qəzetimizin əməkdaşı Elşən Balaxanlı
da qatıldı.
Müsavat Partiyasının qərargahında baş
tutan aksiyada hələlik 3 nəfər iştirak etsə
də, onların sıralarının genişlənəcəyi
gözlənilir. Bu barədə Ş.Çobanoğlu
məlumat verdi. Onun sözlərinə görə, aksiya
üçün müraciət edənlər arasında keçmiş
"Gündəlik Azərbaycan"çılardan Üzeyir
Cəfərov, Qabil Zimistanoğlu, Natiq Cavadlı və
Aynur Elgünəş də var: "Sabahdan (bu gündən)
bəzi mətbuat orqanlarının iş günü başlayır.
Bu səbəbdən aksiyanın daha da böyüyəcəyi
gözlənilir. Bundan başqa, həmkarlarımızın
dəstəyi ilə beynəlxalq təşkilatların
da məsələyə diqqətinin artacağını
düşünürük". Həbsdəki siyasi məhbuslar da aksiyaya qoşuldu Bu arada E.Fətullayevin aclıq aksiyasına diqqət
artmaqdadır. Siyasi məhbuslardan Yeni Fikir
Gənclər Hərəkatının sədri Ruslan
Bəşirli, Milli Qəhrəman Rasim Əkbərov
və sabiq polis rəisi Müşfiq Mədətov da baş
redaktoru dəstək verək qərarına
gəliblər. Onlar da dünəndən jurnalistlərin
və bütün siyasi məhbusların azadlığa buraxılması
tələbilə aclığa başlayıblar. İsveçli həmvətənlərimiz jurnalistlərə dəstək verir "Realnıy
Azerbaydjan" qəzetinin əməkdaşı, tanınmış
jurnalist Çingiz Sultansoy isə bizimlə söhbətində
bildirdi ki, İsveçdə yaşayan azərbaycanlılar
ona göndərdikləri elektron məktubda aksiyaya qoşulmaq
istədiklərini yazıblar. Bəyanatda bildirilib ki,
Azərbaycanda azad sözə, azad mətbuata qarşı
Elmar Hüseynovun xaincəsinə qətli ilə başlayan
dövlət terroru gün-gündən daha da şiddətlənməkdədir:
"Biz, İsveçdə yaşayan müsavatçılar eyni
tələblərlə bu aksiyaya qoşulduğumuzu
və 28 mart tarixindən etibarən aclığa başlayacağımızı
elan edirik. Aksiya barədə İsveçin müvafiq təşkilatlarına
və İsveç mediasına məlumat veriləcək". ATƏT və Avropa Şurasından reaksiya gəldi Məlum olduğu kimi, E.Fətullayevin aclıq aksiyasının
tələbləri sırasında həbsdəki siyasi
məhbus və jurnalistlərin qeyd-şərtsiz azadlığa
buraxılması, habelə ATƏT və Avropa Şurasının
ölkədə siyasi məhbus probleminin həll mexanizmini
cəmiyyətə təqdim etmələri idi. Adıçəkilən
qurumların bu aksiyaya və tələblərə münasibətini
öyrənmək istədik. SEVİNC |