BƏYƏNAT
Əziz həmvətənlər!
Azərbaycan Respublikasında azad sözə, azad mətbuata və
müstəqil jurnalistlərə qarşı Elmar Hüseynovun
xaincəsinə qətli ilə başlayan dövlət terroru gün-gündən
daha da şiddətlənməkdədir. Bunun təzahürüdür ki,
Azərbaycandakı mürtəce rejimi tənqid etməkdən başqa
bir günahı olmadan 8 il yarım həbs cəzası almış
Eynulla Fətullayev 26 mart tarixindən bu iki tələblə
aclıq aksiyasına başlamışdır:
1. Jurnalistlər və siyasi məhbuslar qeyd-şərtsiz azadlığa
buraxılmalıdır;
2. Avropa Şurası və ATƏT vicdan və siyasi məhbus
probleminin həlli mexanizmini Azərbaycan ictimaiyyətinə
təqdim etməlidir.
Biz, İsveçdə yaşayan müsavatçılar eyni
tələblərlə bu aksiyaya qoşulduğumuzu və 28
mart tarixindən etibarən aclığa başlayacağımızı
elan edirik. Aksiya barədə İsveçin müvafiq təşkilatlarına
və İsveç mediasına məlumat veriləcəkdir.
Mübariz S.Əzimli
Əli Məmmədov
Nicad Verdiyev
27 mart 2008, Stokholm, İsveç
--
Hörmətlə,
Mübariz S.Əzimli
Stockholm, İsveç
Tel.: +46739310472
www.musavatisvec.com