cənab
Raymond G. Qordona
(Beynəlxalq
Dilçilik Mərkəzi
7500
West
Camp Wisdom Road
Dallas,
Texas 75236 ABŞ)
AÇIQ
MƏKTUB
Əziz cənab Qordon!
İranın və Azərbaycanın bir qrup alimi və insan hüquqları
müdafiəçisi olaraq biz, aşağıda imza edənlər,
sizə və dünya dilləri haqqında ən obyektiv elmi
biliklər qaynağı kimi "Etnologiya"nın nəşrində
və saxlanmasında iştirakı olan bütün insanlara öz
dərin minnətdarlığımızı bildirmək
istərdik.
Son aylar biz İrandakı
azərbaycanlı-türk əhalinin (həmçinin azəri,
azərbaycanlı, türk və türkdilli kimi tanınır) "Etnologiya"nın
hazırkı buraxılışında qeydə alınmış
sayının azaldılması yönündə "Etnologiya"nın
redaktorlarına təzyiq göstərilməsinə dair bəzi
şübhəli cəhdlərdən xəbər tutmuşuq.
Deməyə ehtiyac yoxdur ki, biz bu cür cəhdlərə görə
dərin narahatlıq keçirir və üzülürük. Alimlər,
akademiklər, insan hüquqları müdafiəçiləri olaraq biz öz
səlahiyyətimiz daxilində sizi əmin etmək istərdik
ki, İranın azərbaycanlı və türkcə danışan
əhalisi barədə "Etnologiya"nın hazırkı
qiymətləndirməsi (İnternet redaksiyası, 2005) ən
obyektiv təxmini qiymətdir və yerdəki real faktlara uyğun
gəlir. Biz ümid edirik ki, "Etnologiya"nın redaktorları
və tədqiqatçıları çeşidli fars ifrat millətçilərinin
təbliğatına uymayacaq və ideoloji mahiyyətli yalan
məlumatlarla "Etnologiya"nın elmi nüfuzuna kölgə salınmasına
imkan verməyəcəklər. Sonuc olaraq, sizin diqqətinizə
aşağıdakıları çatdırmaq istərdik:
1) Bu, yaxşıca bəlli olan bir
faktdır ki, İranın bütün tarixi boyu əhalinin say
tərkibini etnik mənsubiyyət, milliyyət və daha mühümü,
dil baxımından açıqlayan hər hansı siyahıyaalma
keçirilməmişdir. Bu sahədəki bütün təsəvvürlər
və rəqəmlər sübutsuz mənbələrə və
ədəbiyyata söykənən təxmini
qiymətləndirmələrdir. Eləcə də hər hansı
etnik birliyin sayını qiymətləndirərkən,
həmin birlik liderlərinin, alimlərinin və insan hüquqları
müdafiəçilərinin baxışlarının tam şəkildə
qəbul olunmasına ehtiyatla yanaşılmalıdır. Xüsusən,
obyektiv tədqiqatçı bu faktı bilməlidir ki, İranda
iqtidarda olan hər iki hökumətin insan haqlarına və azlıqların
hüquqlarına sayğısız yanaşması ucbatından
hakim farsdilli qrupun bir çox alimləri ölkədəki hüquqsuz
etnik birliklərin sayı və statusu barədə həmişə
təhrif olunmuş məlumatlar yaymışlar. Təəssüf
ki, onlar hələ də bunu davam etdirirlər.
2) Müasir İranda azərbaycanlı-türk
əhalinin əhəmiyyətli hissəsinin Şərqi
Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və
Zəncan əyalətlərində yaşamasına baxmayaraq, bütün
əhali qətiyyən göstərilən dörd əyalətlə
məhdudlaşmır. Bu əyalətlər şübhəli hökumət
tədbirlərinə və anlaşılmaz inzibati
məqsədlərə əsasən yaxın vaxtlarda yaradılmışdır.
Onlar Azərbaycan coğrafiyasının nüvəsini təşkil
etsələr də, nə tarixi Azərbaycan torpaqlarına uyğun
gəlir, nə də çağdaş İranda azərbaycanlıların
məskunlaşdığı əraziləri əks
etdirirlər. İranın Azərbaycan əhalisi barədə
istənilən araşdırma bunu nəzərdə tutmalıdır
ki, Azərbaycan türkləri İranın şimal-qərbindəki
Azərbaycan əyalətlərindən şərqə və
mərkəzə doğru Tehran, Xorasan, Mərkəzi,
Həmədan, Qəzvin və s. əyalətlərinə
qədər bütün ölkə ərazisində yaşayırlar. Bu
mühüm cəhətə lazımi diqqət yetirilməsi təkcə
sosial araşdırmada obyektivlik məsələsi deyildir,
həm də xüsusilə ikinci dərəcəli kimi baxılan
etnik birliklərə yanaşmada mənəviyyat
və əxlaqı gözləmək məsələsidir.
Biz əminik ki, "Etnologiya"nın
səriştəli tədqiqatçıları yuxarıda göstərilən
amillərə diqqət yetirəcək və həmişəki
kimi "Etnologiya"nın gələcək buraxılışında
(nəşrində) da İranın azərbaycanlı və türk
əhalisinin ən obyektiv sayını təqdim
edəcəklər. Xahiş edirik, daha geniş məlumat
və ya istənilən yardım üçün bizimlə əlaqə
yaratmaqdan çəkinməyin. Biz sizin tədqiqatçılarınızı
bu mövzu ilə əlaqədar tarixi və müasir ədəbiyyatla
təmin etməkdən məmnun olacağıq.
Hörmətlə:
Faxtə Zamani tədqiqatçı-mühəndis,
İranda Azərbaycanlı Siyasi Dustaqların Müdafiəsi
Assosiasiyasının (ADAPP) direktoru.
Dr. Əlirza Əsgərzadə
sosioloq, York Universiteti
Dr. Ziya Sədrül-Əşrafi
sosioloq, Federal İran uğrunda Milliyyətlər Konqresinin
azərbaycanlı üzvü
Əhməd Geybi
Sidneydəki Azərbaycanlılar Assosiasiyasının
prezidenti, Avstraliya
İsmayıl Cəmili şair
və sənətçi
Dr. Almas Şüar Qafari Fransa
Botanika Cəmiyyətinin üzvü
Professor Rza Bərahəni İran
yazıçısı və şairi, Kanada PEN-klubunun keçmiş
prezidenti və Toronto Universitetinin müqayisəli ədəbiyyatşünaslıq
üzrə təqaüddə olan professoru
Seyfəddin Hatəmluy yazıçı
və naşir
Şəhruz Türfəx memar
Dr. Şəhriyar Rəhnəmayan
Saymon Frezer Universitetinin əməkdaşı, Vankuver, Kanada
Sədiqə Ədaləti PH.D.,
sosioloq
Səməd Purmusəvi memar
və sənətçi
Əlirza Ərdəbili jurnalist və naşir
Dr.Əli Qaracalu PH.D., siyasi araşdırıcı
Dr. Fərhad Qabusi həkim,
Konstans Universiteti
Lalə Cavanşir yazıçı
və sənətçi
Məhəmməd Azadgər yazıçı və insan haqları
müdafiəçisi
Hadi Sultan-Qürrayi müqayisəli
ədəbiyyatşünaslıq üzrə PH.D.
Hidayət Sultanzadə - vəkil, yazıçı,
insan haqları müdafiəçisi
