Urmu seçgilərinin nəticələri
!
Azərbaycan
Türk millətinin Urmu seçgilərinin birinci addımındakı
başarısını təbrik edərək ikinci tura hazırlanmağın
vacibliyini vurqulamağı milli borc sayıram.
Əsasən
seçgiləri kimin və harda boykot etməsindən vəya qoşulmağa
çağırmasından asılı olmuyaraq boyuk siyasi geçmişə
sahib olan millətimiz ən doğru yolu seçmişdir. Batı
Azərbaycanda yüksək fəaliyət göstərərək
Azərbaycanın milli mənafein qorumaqla birlikdə Təbrizdə
düşük iştiraki ilə öz sözünü demişdir. Ancaq bəzi
quvvələrin aldatmacalarına baxmıyaraq Azərbaycan öğrənci
hərəkatının seçgilərin nəticəsinə göstərdiyi
münasibətdə vurquladığı çox əhəmiyətli
bir fikirə toxunmaq istəyirəm. Onlar yazırlar
Təbrizdə iştirakçıların az olmasını, Azərbaycan
milli hərəkatındakı bəzi qurum və şəxsiyətlərin
təhriminə bağlamaq doğru deyildir. Çünkü başqa bölgələr
o cümlədən Tehran və İsfahanda da iştirak nisbəti
% 30 altında olmuşdur və buda Əhmədi Nəjadın
apardığı qələt siyasətin nəticəsidir.
Bunuda vurqulamaq gərəkirki, Təbrizdəki iştirak
təqribən % 27 olaraq millətin münasibətin parlaqca göstərmişdir
( fikrmimcə sayın Sərrafi bəyin hesablamalarında
sadəcə Təbriz şəhəri nəzərdə alınmışdır
və % 33 dəyərləndirilmişdir).
Geçən
yazılarımda da işarə etdiyim kimi Güney Azərbaycanın
başqa bölgələrində seçgilərə qoşulub qoşulmamaq
siyasətində xaricdəkilərin dəxalətin düzgün görmədiyim
halda batı Azərbaycan, özəlliklə Urmuda iştirakın
milli mənafeimizə uygunluğun tikrar etmişdim.
Nəticələr isə bu siyasətin qızıl xətt
olduğunu, yəni millətin iradəsinin hər şeydən
üstün olduğunu açıqca göstərmişdir.
Urmu
seçgilərində bəzi üzdən iraq siyasətçilərin Kürdpərəst
təbliqatlarına və keşikçilər şurasının
geçən seçgilərdə uyguladığı oyunların tayını
başqa bir biçimdə sırımasına baxmıyaraq
millət yumuruğunu düyünləmiş və
təpələrindən yendirmişdir. Ancaq Azərbaycan milli
hərəkatına soxulmuş, Sulduza hücum projəsində
irticai ideolojik çıxarlar hesabına iştirak edənlərin
mənfi təbliqatı istərsədə Tehranın seçgi
qabağı oyunları tam çıplaqlığı ilə
rusvay olmuşdur. Milli hərəkətin və Türk millətçilərinin
düzgün və məntiqi siyasəti onların siyasi xətalarını
üzə çıxarmışdır. Bunu düzgün tərəzidə
ölçərək təhlil edərsək, anti Azərbaycan və
anti Türk cərəyanların, milli hərəkət qarşısında
sınaraq, qırılaraq, kırıx qaldığı açığa
çıxacaqdır. Bu təhlil birdə ona görə lazimdir ki, özümüzə
güvənərək, millətimizin gücünə dayanaraq bütün
maniələri aşacağımızın bir göstərcəsidir.
Bu
barədə yuxarıda adını çəkdiyim iki
cərəyanın qələt siyasətlərini açmaq
millətimizin gələcəyinə umidlərin artmasına
səbəbdir.
1-Keşikçilər
şurasının oyunu!
Urmuda
35 nəfər Türkün adaylığını təyid
edərək genə Türklərin səsini bölməyə çalışdılar.
Bunun qarşısında Abdurrəhman Nəqşi adında
hakimiyət yandaşı tək bir Kürdün səlahiyətini
təyid etməkdən neçə hədəf güdürdülər.
A-
Türkləri
azınlıqda göstərmək üçün qarşı
tərəfin səsni bölmədən birinci turda vəkil çıxarmaq.
Çünki çox gözəl bilirlərki ikinci turda Türklərin
səsini bölmə mexanizmi olmadığına görə qarşı
tərəfin səs gətirməsinə imkan yoxdur.
B-
Milliyətindən
asılı olmuyaraq öz tərəfdarlarından birini məclisə
göndərmək.
C-
Siyasi
hesab- kitabdan çoxda başı çıxmıyan molla Həsəni
və tərəfdarlarına, müsbət münasibətlərini sübut
etmək.
Buraya
qədər ortaya çıxan nəticələr göstərirki,
Tehran xəta etmişdir və uduzmuşdur. Birinci
hədəfdəki xəta seçgilərin nəticəsində
gizlənmişdir. Çünkü 248640 səsdən, onların
dəstəklədiyi Abdurrəhman sadəcə 57500 səs
qazanmışdır. Bu ölçü dəyəri hətta ikinci şəxs
olan Cavad Cahangirzadədən də alçaqda qalmaqla birgə, geçən
seçgilərə nisbət təqribən 20% az olsada birinci
səs gətirən Türk əsilli seyid Səlman Zakiri 67000
səs ilə millət vəkili olaraq təqribən geçən
seçgilərdəki eyni mərhələyə nisbətlə
10% artım göstərmişdir.
Bu
bir tərəfdəndə göstərirki, bölgədə yaşıyan
Kürd əsillilərin bir bölümü, öz gələcəklərini
və mənafeilərini qorumaq üçün
terorist dəstələrin vəya Arya ırqçılarının
arxasınca getməkdən imtina edəbilərlər. Çünki
qonaqpərvər Urmu əhalisi ilə dostca yaşamaq hər
iki millətin xeyir və səlahınadır.
Burada
bir haşiyə çıxaraq, gizlin adlarla yazı yazib Türklər
gücləndikcə bölgədəki millətlər arasında
savaş yerinə barış olacağı fikrini anlamıyan
və ya anlamaq istəmiyən qızıl irticai təfəkkür
sahiblərinə bir oyanış və anlayış qamçısınında
vurulduğu anlaşılmaqdadır.
İkinci hədəflərinə çatmaq üçün nə
oyunlar bəziyəcəkləri aydın deyil. Ancaq millət
bir birine umidvar olub gözləmədən ikinci turda iştirak
edərsə Abdurrəhman Nəqşinin vəkil olma şansı
azalacaqdır. Millət ona görə bir-birinə salmadan tökülüb
səs verərək öz millət vəkilini seçməlidir ki,
terorist dəstələrin təbliqatı nəticəsində
Abdurrehman haqqindaki fikir, soydaşları arasında deyişdirilə
bilər. Bunların bölgə
əhalisinin % 15 faizini təşkil etməsini
rəqəmlərin bir daha göstərməsinə baxmıyaraq,
iştirak edərək kəsin üstünlüyün əldə
edilməsi orada yaşıyan millətlərin hamısının
xeyrinə olacaqdır.
Tehranın
üçüncü oyununun özlərinə qayıdması üçün milli
hərəkətçilərin ifşası böyük təsir göstərəcəkdir.
Bu
təhlilə doğrudan doğruya dəxli olmasada Tehranın,
Azərbaycan milli hərəkatının qarşısında
əl ayağa düşərək Təbriz seçgi
siyasətində özünü itirməsinin bir faktınında açılması
güclü millətimizin gələcəyinin aydınlığından
xəbər verir. Kimsəyə sır deyilki, Təbrizdə
milli herekete bağlı vəya yaxın olan vəya özlərindən
olsada heç olmasa Azərbaycan həqiqətlərini bir balaca
qoruyabiləcək adaylardan birini təyid etmiş olsaydılar
durum deyişəcəkdi. Təcrübə göstərmişdirki,
o halda Təbrizdə qatılma nisbəti % 50- ni aşabilərdi.
Ancaq Azərbaycan Türk millətinin böyük potansiyelindən öyləsinə
diskinməkdədirlərki, bəzən öz mənafeilərində
təhlükəyə salmaqdanda çəkinmirlər.
Bu
çirkin siyasətin nəticəsini yumaq üçün doğu
Azərbaycandaki MSK-in ( məclis seçgi komisyonu) isfənd ayının
26- da verdiyi nəticələri ayın 28-də təkzib
edərək yeni bir saxtakarlığa imza atması qara üzlərini
lap qaraladı. Kimsəyə sır deyil ki, o ölkədə bugünə
qədər aparılan seçgilərdə seçilmişlərin seçilməsində
böyük pozuntulara yol verilməmişdi. Bu səfər isə
qatil Əhmədi Nəjadın qələt siyasətləri
nəticəsində, öz aralarındakı yarqan öyləsinə
derinləşmişdir ki, Xatəmi və Kərrubinində
etirazına səbəb olmuşdur. Maraqlı burasıdır
ki, bunlar Təbrizdə bu boyda saxtakarlığa göz yumarkən,
Tehrandakı vəziyəti lənətləmişlər.
Burada rəhmətlik Şəhriyarın Tehranlılar başlığı
ilə Fars şovinizminə dediyi şeir bir daha
xatirələrdə oyanır.
2-
İrticai ideologilərin sıngın siyasəti
Kürd
terorçularının açıq - aydın ərazi iddealarını
görmüyəcək qədər bəsirət gözlərinin qarşısına
irticai ideologi gözəndiriyi bağlanmış bu insanların
təbliqatı suyun üzündəki kəfdən başqa bir
mahiyət daşımadı. Hələdə Kürdüstan dağlarında
sərmayədarlığın əleyhinə savaşa hazırlanmaq
yuxusunda olan bu insanların həqiqətən beyin yarıqlarının
içində nə olduğu aydın deyildir. Bunların
fikirlərindən anlaşıldığına görə Türkün
qanının tökülməsinin əhəmiyəti olmadığı
halda, özünü və toprağını qorumaq üçün məbada günə
hazırlanmaq nəticəsində ortaya çıxacaq durum qanxorluq
olacaqdır.
Millət
açıqcasına bu siyasi sıngınların taktiklərini anlıyaraq,
yox deməyi bacarmışdır. İçlərindəki düyünləri
boşaldaraq ziddi milli yollarını millətin önünə
sərdikləri üçün xəta etdikləridə aydınlaşmışdır.
Millət başa düşmüşdürki, öz müqəddəratını
təyin etmək üçün Şahqulu, Rusqulu və imamquluna ehtiyaci
yoxdur. Mütəşəkkil olub güc mərkəzinə dönüşərsə
bütün problərin həllinə nail olaraq qalib
gələcəkdir.
Azərbaycan
milli hərəkatının bu qalibiyətı
nəticəsində millət bunuda başa düşmüşdür
ki, Fars şovinizminin müxtəlif qollarına qucaq açan uydurma
kominizm vəya bəzi aldatıcı örtüklər altında
Şahçılıq, İranda demokratik cumhuriyətçilik vəya
milli məzhəbilik onların dərdini dərman
etmiyəcəkdir. Ona görədə bizi, ölkədəki seçgilər
vəya Tehranda kimin hakimiyətdə olması maraqlandırmır.
Biz Türk mehvəri ətrafında firlanan Azərbaycan
Mərkəzli düşüncə sistəmini seçmişik
dedilər. Milli hərəkatımızı təhrif edən
quvvələrin qulağının dibindən bir möhkəm
şapalaq vuraraq gicəltdilər.
Xalq
Şahqulu, Rusqulu və İmamquluların mahiyətini çoxdan
anlamışdı. İndi isə Kürdquluların
məqsədini öğrənmək sualını ortaya atdı,
gərçi qulluqçuya fərq etmədiyinidə bilmişdir.
Millət, Azərbaycan yolunda səmimiyətlə çalışan
bütün fəallara, bütöv Azərbaycançısından tutmuş -
istiqlalçısına, federalçısından tutmuş milli müxtaritətçisinə,
Türkçüsündən tutmuş dil haqqını qoruyanlara
səsləndi sizi parçalamq üçün içinizə soxulmuş ziddi
millilərə meydan verməyin.
Böyük
Rəsuloğlu :
22.03. 2008