İsveçin Stokholm şəhərində İranın səfirliyi qarşısında Güney Azərbaycanın siyasi məhbuslarını müdafiə aksiyası keçirildi
Əvvəlcədən xəbər verildiyi kimi 21 mart 2008 - ci ildə İranın İsveçdəki səfirliyi qarşısında Güney Azərbaycanın siyasi məhbuslarının müdafiəsi ilə bağlı Azərbaycanlıların etiraz aksiyası keçirildi.
Bu aksiyanın təşkilatçıları bir neçə gün bundan qabaq İranın Stokholmdakı səfirinin e-mail ünvanına məktublar göndərib və bu etiraz aksiyasının keçirilməsi barədə məlumat vermişdirlər. Həmçinin məktubda əsas məsələni, yəni minlərlə Güney Azərbaycanlının haqsız olaraq zindanlarda çürüməsini, onlarala qeyri - insani rəftarın insan haqlarına zidd olduğunu və bu vəhşiliklərin dünyada analoqu olmadığını, xüsusən Abbas Lisaninin vəziyyətini onun diqqətinə çatdırmışdırlar.( Guya ki, bundan heç səfirin xəbəri yoxdur! ) Bir sözlə, siyasi məhbusların ağır vəziyyətin izah edərək, onların azadlığa şərtsiz buraxılmalarını tələb etmişdirlər.
Amma səfir bu məktublara cavab verməkdən imtina etmişdir.
Qeyd edək ki, həmin gün, yəni 21 mart cümə günü olduğu üçün səfirliyin bütün işçiləri və müsəlman ölkələrindən olan çoxlu sayda qonaqları ilə səfirliyin binasında namaz qılıb, dini mərasim keçirirdilər. Amma buna baxmayaraq, ordan heç bir nümayəndə aksiyaçılar qarşısına çıxmamışdır. İsveç dövlətinin müvafiq orqanları aksiya haqqdında əvvəlcədən səfirliyə xəbər vermış və məsələnin ciddiliyini molla rejiminin nümayəndələrinin nəzərinə çatdırmışdırlar. Bildirmişdirlər ki, aksiya zamanı aksiya iştirakçıları ilə rejim nümayəndələri arasında toqquşma yaranmasın deyə, günorta saat 12 - 14: 00 arasında heç kəs bayırda görünməsi.
Əlavə məlumat üçün qeyd edim ki, tədbir zamanı 3 polis maşını ilə 20 - yə yaxın İsveç polisi gedişata nəzarət edirdi.