Qarabağda
yol
verilən
səhvləri
Qərbi
Azərbaycanda
təkrar
etmək
olmaz
Güney
Azərbaycanda və İranda parlamentə seçkilərin ilk
mərhələsi sona yetdi. Bir çox bölgələrdə ikinci
mərhələli seçkilər olacaq. Seçkilərə qatılmaq
Azərbaycan millətinin çağdaş milli mübarizəsinin
ən önəmli işlərindəndir. Bunu bizə hamılıqla
qəbul etdiyimiz, hərəkatımızın milli məzmunu,
demokratik mahiyyəti və mədəni mübarizə metodu
diktə edir.
Azərbaycan
millətinin çağdaş milli mübarizəsinin amacı və mübarizə
yolu dinc və mədəni yoldur. Bu mübarizə eyni zamanda özəl
adamların, qrupların və iddialı dəstələrin
inhisarında deyil, bəlkə bütün millətin mübarizəsidir.
Biz
bu işdə zaman, məkan və hərəkət deyib yola çıxmışıq.
Zamanımız insan haqlarının qorunması və
millətlərin öz milli taleyini həll etmək zamanıdır.
Məkanımız dünyaya hakim böyük dövlətlərin
mənafeyinin kəsişdiyi yer, Asiya qitəsini Avropa qitəsi
ilə birləşdirən Azərbaycan adlı coğrafi
məkandır. Bu zaman və məkan amilini nəzərə
alaraq mübarizəmizin hədəfi ilk növbədə
vətənimizin bütövlüyünü qorumaq, torpaqlarımızda
hər hansı separatçı və terrorist dəstələrin
fəaliyyətinə son qoymaq və milli, mədəni, siyasi
və ictimai, iqtisadi haqlarımıza yiyələnməkdir.
Mübarizəmizin
amacları sırasında yer alan bir sıra
məsələlərdə sıralarımız daha genişdir.
Torpaqlarımıza qarşı ərazi iddiası ilə çıxış
edən terrorist dəstələrlə mübarizədə, bu
torpaq üzərində yaşayan bütün insanlar birləşməli
və bir mövqedən çıxış etməlidir.
Ərazilərimizin
yad yerlərdən gəlmiş terroristlərdən
təmizlənməsində bütün dövlət və hökumət
orqanları ilə əməkdaşlıq etməli və
Azərbaycanın xəritəsinin dəyişməsinə yol
verməməliyik. Azərbaycan ərazilərində, özəlliklə
Qərbi Azərbaycanda yuva salmış və silah anbarları
gizlətmiş kürd terroristləri ilə mübarizədə ordu,
Sipah və başqa dövlət orqanları ilə əməkdaşlıq
etməli və vətənimizi terroristlərdən
təmizləməliyik. Bu işdə dövlətin
səlahiyyətli orqanları səhlənkarlığa yol
verərsə, onların qarşısında məsələ
qaldırmalı və kürd silahlı yaraqlılarını
tərksilah etməyə çağırmalıyıq. Bu işdə
millətin ordu qulluqçusu, pasdarı, mollası, imamcüməsi,
bəsicisi, millət vəkili və bir sözlə bütün
millət bir söz deməlidir. Bu təhlükələri göz önünə
alaraq bütün Azərbaycan üzrə seçkilərə aktiv qatılmalı
və türklərə səs verməliyik.
Azərbaycan
millətinin mübarizəsi milli və siyasi mübarizədir.
Siyasət isə acıqlı, əsəbi, gərginlik və
hövsələsizliklə yürüdülmür. Çılğın
ifadələrlə şəxsi təəssüratını
siyasi mübarizə kimi qələmə verənlərin hay-küyü
ilə döyüşə getmək olmaz. Siyasi reallıqları görmək
əvəzinə millətə intiqam hissi aşılamağa
cəhd edənlər səhv yoldadır. Siyasi
hərəkət düşünülmüş və tədbirli olmalıdır.
Siyasi hərəkatda səhvə yol versək fəlakət baş
verər. Lap elə Qarabağda baş verənlər kimi.
Qarabağda
təcrübə etdiklərimizi Güney Azərbaycanda bir daha
təcrübə etməyə haqqımız yoxdur. Müvəqqətidə
olsa Qarabağı itirmişik və geri qaytarması
Azərbaycan millətinə asan və ucuz başa
gəlməyəcək. Qarabağ, siyasətdə yol
verilən səhvlər ucbatından itirildi. Bu səhv
siyasəti yürüdənlər Xalq
Cəbhəsi və eyni zamanda bugünkü müxalifət idi.
Məsələ
bundan ibarət idi ki, 1980-ci illərin sonlarında Dağlıq
Qarabağ erməniləri, bölgədə
Azərbaycan Sovet Hökumətinin hakimiyyətini aradan qaldırmağa
çalışdılar. Bu zaman
Azərbaycanda
özünü orta müxalifət adlandıran Aydın Məmmədov
və İsmayıl Tarixpeyma Azərbaycan Sovet Hökumətinin qarşısında
məsələ qaldıraraq, Azərbaycan Sovet Sosialist Dövlətinin
hakimiyyətini Dağlıq Qarabağda bərpa etməyə
və gücləndirməyə çağırdılar.
Onlar
uzaq görən idilər və düşünürdülər ki, Sovet Hökumətinin
köməyi ilə Azərbaycan
Sovet Sosialist Dövlətinin hakimiyyəti Dağlıq Qarabağda
bərpa olmalı və bununla da, orada erməni terror və
separatçı dəstələrinin fəaliyyətinə son
qoyulmalıdır. Onların bu istəyi qanuni uyğun idi
və Azərbaycan Sovet Dövlətinin rəhbərləri də
onlarla razılaşır və tədbir görməyə hazır
idilər. Beləliklə, Sovet
Hökuməti dağılandan sonra Azərbaycanın tərkibində
erməni terroristlərindən və separatçılarından
təmizlənmiş Qarabağ qalacaqdı.
Təəssüflər
olsun ki, Millətçilik şüarları
ilə və millətə intiqam hissi aşılayaraq alovlu çıxış
edən Xalq Cəbhəsinin rəhbərləri bu uzaq görən
siyasətin mənasını anlamadı. Onlar Biz
Azərbaycan Sovet Hökumətini tanımırıq və onun
hakimiyyətinin də orada bərpa olunmasını istəmirik
deyərək, bölgədə erməni silahlı birləşmələrinin
fəaliyyətinə şərait yaratdılar.
Bu
gün bizi Azərbaycanda (Urmiyədə)
yalnız bir evdə 100 ədəd xumparə
gizlədən Kürd terrorist dəstələri ilə deyil,
terroristlərlə vuruşan İmam cümə Həsəni
ilə savaşa çağıranlar, Xalq Cəbhəsinin Qarabağda
yol verdiyi xəyanətə bərabər səhvləri
təkrar etməyə çağırır.
Ermənilər
Dağlıq Qarabağda silahlı dəstələr yaradıb
vətəni parçalamaq istəyəndə, Xalq Cəbhəsinin
rəhbərləri mübarizənin istiqamətini Bakının
Dəmir yolu vağzalına yönəldərək,
fəhlələri vaqonları boşaltmamağa çağırdılar.
Parlamentə seçilsələr də, iclasları boykot edib,
gizlin-palan oynamağa başladılar. Nəticə isə göz
qabağındadır.
Əldə
etdiyimiz təcrübələrə dayanaraq, Güney Azərbaycanda
və İranda seçkilərin növbəti mərhələsində
daha aktiv olmalıyıq və Cumhuriye İslamının
imkanlarından istifadə edərək bütün Azərbaycana yiyə
durmalıyıq. Azərbaycan şəhərlərini kürd
terroristlərindən təmizləməli və milli mübarizəmizi
terroristlərdən azad olmuş vətənimizdə aparmalıyıq.
Azərbaycanı terroristlərdən təmizləmək dövlətin
borcudur. Azərbaycanın bütün bölgələrindən
millət vəkilləri seçib parlamentə göndərməli
və istəklərimizi onlardan tələb etməliyik. Seçkilərə
qatılmasaq kimsədən nə isə tələb edə
bilmərik.
Seçkiləri
boykot edənlərin əməli ona bənzəyir ki, Ayı
meşədən küsüb, meşənin xəbəri yox.
(
Azərbaycan atalar sözü ).
Seçkiləri
boykot etməklə heç bir şey əldə etmək olmaz.
Boykot, yalnız inqilab və çevriliş ərəfəsində
keçərli ola bilər. Biz isə dinc və mədəni mübarizə
aparırıq. Seçkiləri boykot etməyə çağıranların
heç bir alternativi yoxdur. Dünən nə etdiklərini
bilmədikləri kimi, bu gündə nə edəcəklərini
bilmirlər.
Azərbaycan
millətinin mübarizəsi, amacları və şüarları, Şahçıların,
terroristlərin, sosial-şovinistlərin və bir neçə
nəfərdən ibarət, başqa başıpozuq yığıncaqların
şüarına bənzəməz.
Ayrı-ayrı
məsuliyyətsiz dəstələrin boykot şüarının
arxasında heç bir məsuliyyət daşıyan yoxdur.
Biz
isə bir millət kimi bu ölkədə yaşayırıq
və ölkənin reallıqları ilə barışmalı
və mübarizəmizin yolunu və yöndəmini də reallıqlar
üzərində qurmalıyıq.
Semed
Niknam