Azərbaycan
Türk milləti !
Başda
dəyərli milli mübariz Abbas bəy Leysanlı olmaqla bütün
siyasi zindanilırimizi, milli fəallarımızı və
şərəfli millətimizi yeni il münasibəti ilə
təbrik edirəm.
Arzu
edərək inanıram ki, xaric və daxildəki milli
fəallarımızın geniş çabaları nəticəsində
yaxın gələcəkdə bütün siyasi zindanilərimiz
bayramlarını öz ailəsinin yanında geçirəcəkdir.
Azərbaycan
Türk millətinin gözəl qaydalarından olan bahar bayramında
bütün ailənin bayram süfrəsinin başında oturması
ən-ənəsini xatırlarkən Abbas bəy Leysanlının
ana topraqdan uzaqlarda dar sellulda, tək başına qarşılamağa
məcbur olduğu bu bayram, ürəyim çox sıxılır.
Bayram
təbrikində şən və sevincli sözlər yrinə,
zəncir yaralarının qaşınan közlərindən danışaraq
millət fədailərini alqış, zalim quvvələri
qarqışla qarşılamaq, dərdimizin
dərinliklərindən xəbər verir. Bu sözlər bayram
mədəniyətimizə uygun olmasada, qoy hür yaşıyacaq
gələcək nəsillərimiz atalarının başına
gələnləri xatırlasın və bütöv Azərbaycanımızın
bütün varlıqlarını
daha ciddi qorusun.
Bayram
qaydalarımızdan biri olan bayramda bütün küsülülər barışar
fəlsəfəsini xatırladaraq bütün milli fəallarımızı
və millətimizi Azərbaycan ocağının başında
birlikdə tonqal qalamağa çağırıram. Bugünkü
bayramlarımız acı geçsədə gələcək
bizimdir düşüncəsinə dərindən inanıram.
Yaşasın
Azərbaycan Tanrı Türkü qorusun.
Sayqılarımla
: Böyük Rəsuloğlu 18.03. 2008