(
bu məqaləni Zəncanlı milli hərəkətçilərə,
özəlliklə ağır şkəncələrə dözərək
milli qeyrət və şərafətlərini qoruyan Zəncanlı
siyasi zindanler , Leyla xanım, Səid bəy, Cəlil bəy,
Behruz bəy və Əlirza bəyə təqdim edirəm. Sözlərindən
saçılan ışıqlar dünyanın tanınmış
filəsuflarına bənziyən,
yazıları zindanbanlarının üzünü qaraldan,
hərəkətləri isə Türk tarixinin bütün
yenilməzliklərinin göstərcəsi olan milli qəhrəmanımız
Abbas bəy Leysanlını son nəfəsimə qədər
unutmamaq ən böyük şərəfdir)
Bizim
dil ,
Iki
gün öncə dəyərli dostum , böyük alim , Türkçü Türkolog,
yazar- qoşar sayın
Suleyman oğlu bəy ilə telefon danışıqlarımızda
bu sözləri eşitdim. O dediki Türkcə
deniz deyil bir oqyanusdur, içinə girdikcə əzəməti qarşısında
əyilərək boğuluram, bizə olan haqsızlıqlar
və dilimizə qıyılmış yalançı iftira və
təhriflər məni lap dəlirtir.
Azərbaycan
Türkcəsinin gəlişməsində, inkişaf etməsində,
daha doğrusu düzgün tanıtılmasında başda Suleyman oğlu
bəy, Güntay Gəncalp bəy olmaqla bu yolun dəvamçısı
olan bütün gənclərimizin əllərini sıxaraq bağrıma
basıb anlından öpürəm.
Özəlliklə
daxildə böyük fədakarlıqla çalışan
gənclərimizin modern millətçi qavramı ilə milli müdafiə
yolunda gördükləri böyük işlər artıq öz
nəticəsini vermişdir.
Farsçılıq
siyasənin 100 illik fəaliyətində bizə olan hücumların
başında Azərbaycan Türkcəsinin çürüdülüp əritilməsi
durduğu kimsəyə sır deyil. Əsasən bir
millətin varlığı, sadəcə onun dilinin varlığı
ilə qorunacağında şübhə yoxdur. Başqa sözlə
bəlli bir coğrafiya, toprağa və geçmişə dayanmıyan
bir millət olamadığı kimi dilsiz bir millet heç olamaz, qınıda
boğular. Bütün bunları
nəzərə alaraq Azərbaycan Türkcəsinin Güney
Azərbaycanda azad olacağı barədə son zamanlar yayılan
xəbərləri ancaq aldatıcı bir qandırma kimi
yorumlamaq gərəkir. Azərbaycan milli hərəkatı böyüdükcə,
şovinist quvvələrin hiləgıranə
siyasətləri və çeşitli örtüyə bürünərək
düz yolundan caydırmaq istədikləri aydındır. Bunun üçün
güvən dəliklərinin açılacağı da tanınmış
bir azdırma körpüsüdür. Onun üçündür ki, bugün dil haqqında ağıllı
siyasətçilərin qaldırdığı istək
anadilimizin Azərbaycanın tarixi topraqlarında dövlət dili
olması mərhələsinə gəlmişdir. Çünki ,
bir dilin qorunması üçün onun iqtisadi roluda inkar edilməzdir, sırf
ona görədir ki, yuxarıdakı istək yüksək
dərəcəli bir anlayış daşımaqdadır.
Türkcəmizin
dərinliyi, gözəlliyi, tayı görünməmiş yüksək
səviyədə dil qaydalarına
( gramatika) yiyələnməsi, matematiksal hörüyü və
özəlliklə səs uyuşum qaydası açıqlandıqca
millət özünə qayıdır, düşmən isə özünü
itirir. Fars şovinizminin bütün qolları qollarını ona görə
çırmalyayıb, dilimizin və tariximizin əleyhinə iftra
dolu yazılar - yalanlar uydururki, o ölkədə Azərbaycan Türkcəsinin
qarşısında dizə çökməkdədir. Dövlətimiz,
televizyonumuz, məktəbimiz, dərsliyimiz, maddi imkanımız
olmadığı halda son 20 ildə sadəcə ürəkləri
Azərbaycan eşqi ilə çırpınan millət
fədailərinin kökümüzü axdarışı, dilimizi öyrənişi
və başqa yabançı dillərlə müqayisəsi güclü bir
bomba kimi patlamışdır. İş oraya gəlib çatıbki,
iş yerlərində Türkcə yazmağa yasaq qoyulur, ana dili gününü
qutluyanlara ağır cəzalar verilir, milli ruhanilərimizin müqəddəs
paltarı soyundurulur və milli qəhrəmanlarımız
Yəzdə sürgün edilir. Azərbaycan Türk millətinin qolundakı
bu zəncirləri açmağa çalışan cavanlarımızı
hətta qolları kələfcəli, ayaqları buxovlu olsada
Azərbaycan
zindanlarında saxlamaqdan qorxurlar və tük tökürlər. Bu
isə Türk millətinin əzəməti qarşısında
əyilməkdən başqa bir ifadə daşımaz.
Məclis başqanı Həddadi Adil- in Əllamə
Təbatəbai biliyurdundakı Azərbaycanlı öyrəncilərin
dil haqqındakı sorgusu qarşısında
kırıxaraq çaş-baş qalması verdiyi cavabın
isə gülünc olması bu iddeanin başqa bir sübutudur.
22000
etgənə ( feilə )
sahib olan Türkcəmizin qarşısında sadəcə 300
feili olan bir dil ancaq qılıncını üstdən bağlamalıdır.
40- dan yuxarı siqəsi olan Türkcəmizin qarşısında
12 siqəsi olan bir köksüz ancaq qara yaxmalıdır. 14
dən artıq geçmiş
zamanı olan bir dil qarşısında sadəcə 3 formalı
və adi geçmişi olan dil ancaq öz yuvasında yaşmalıdır.
Dünya
alimləri və Tükologlarının etiraf etdiyi, öyündüyü
və hətta bu genişlikdə bir oqyanusun təməl
qaydalarının uzaq geçmişdə necə yaranmasında gic
qaldıqları bir zəmanədə farsçılıq
siyasəti güdənlərin çabalaması əlbətdəki
sonuc vermiyəcəkdir.
Gətitdirdim
sözünün qarşısında nə tapacaqlar ki məntiqi davranışa
boyun əysinlər, ancaq qaçırtdım sözünün anlamını
anlamadıqlarına görə qaçarlar, yetərki sən titrə
və özünə gəl.
Bugün
Fars şovinizmi bir dar boğazdan geçir və qurtulacağıda
yoxdur. Milli varlığımızın başında
gələn ana dilimizin daha dərindən tanıtılması
Türk dirçəlişinin ən dərin qaynaqlarındandır.
Əmir Əli Şirnəvai- nin mühakimətül lüqəteyni
600 il öncə Çağatay Türkcəsi ilə Farscanı müqayisə
edərək Türk dilinin üstünlüyünü o zamankı verilərə
görə sübut etmişdirsə bugünkü alimlərimizin boynuna daha
ağır yük düşməkdədir. Bugün kampioter yardımı
ilə matris rəyazi sisteminə dayanan türkcə sözcüklər
( hərflər) kombinasyonundan yaranan yarım milyon sözün qarşısında
heç bir məna daşımıyan heç bir gramatik qaydalara söykənmiyən
rayanə Goftman və buna bənzər
bənzərsizliklərə ancaq ağız büzülər.
Bir
tək gətirməmişimiş sözü ilə üç zamanın
yeddi formasında, dörd adam arasındakı müsbət və
mənfi ilişgini dəqiqliyi ilə göstərən
bir əzəmətin qarşısında ancaq əyilmək
gərəkir. Çünkü sənin və mənim bu sözdən anladığım
məfhumu 10 cümlədə dahi anladabilməzlər.
Geçən
günlər qeyrətli bir gəncimizin yazdığı gec
olmadan dilimizə sahib çıxaq adı altındakı bir yazı
mənidə bu fikrə saldı ki, bu haqda bəzi düşüncələri
ortaya atam.
Söz
dağarcığımızı gənişləndirərək
ana dilimizdə yazıb- oxumaq, uşaqlarımıza ana dilimizi
öğrətmək bugün dilimizə sahib çıxmaq üçün əlimizdən
gələn işlərdən sayılır. Bunun yanında
Azərbaycan Türkcəsinə başqa ad taxanlar qarşısında
dirənmək başlıca görəvlərimizdən sayılmalıdır.
Azərbaycanca, Azericə, Azərbycan dili kimi uydurmalar ancaq anti
- Türk, anti Azərbaycan quvvələrin dəyirmanına su
tökməkdir. 1995 vəya
96-də Bakıda dilimizin ad qoymasında Ərmənistan
mətbuatında gedən irgənç yazıları yaddan çıxarmıyaq.
Onlar yazırdılar hələ dillərinin adını
bilmiyən Azərbaycanlılar özlərini necə millət
sayabilərlər. Doğrudur ki, Elçi bəyin inqilabi davranışı
ilə dövlət dilimizin Türk dili yasasının deyişdirilib
Azərbaycan dilinə çevrilməsi milli varlığımıza
bir zərbə kimi dəyərləndirilir. Ancaq Azərbaycan Türk
millətinin yeni nəsli özəlliklə Güney Azərbaycanda
haray mən Türkəm diyərək volkan kimi fışqıran
gənclərimiz, tariximizi gözəl yazdıqları kimi
Azərbaycan Türkcəsinidə yetərincə qoruyacaqdır.
Böyük
Rəsuloğlu 10.03.2008