Zarei əxlaqsız qadınlardan onun qarşısında lüt namaz qılmağı tələb edirmiş!
İranın baş şəhəri Tehranda daxili qüvvələrin rəhbəri Zarei fahişəxanada 6 qadınla eyiş - işrət məclisində tutulmuşdu. Onun cinayətkar kimi həbs hökmünü Ədliyyə rəhbəri Ayətullah Şahrudi vermişdi. Elə bu məsələ ilə bağlı Ədliyyə nazirliyində çox tünd reaksiyalar özünü göstərmiş və məsələ ilə bağlı çoxlu etirazlar səslənmişdi. Bu məsələ prokuror - qazi Mürtəzəvidən gizli saxlanmışdı. Çünki Mürtəzəvi Zarei ilə yaxın dostu və əgər o məsələdən xəbərdar olsaydı, çox ehtimal ki, öz nüfuzundan istifadə edib onu qurtara bilərdi.
Təhqiqatın birinci mərhələsi nişan verir ki, bu fahişəxana yerləşən məhəllədə camaat onu bir şübhəli ev kimi tanıyırmış və həmlə olunan gün Zarei 6 qadınla çox biabırçı vəziyyətdə tutulub. Bu evdə tutulan qadınlardan sorğu - sual edilərkən bildirmişdilər ki, o, bizdən tələb edirdi onun qarşısında sıraya düzülüb lüt namaz qılaq.
Məlumat üçün onu da bildirək ki, Zarei hal - hazırda zəmanətlə müvəqqəti azadlığa buraxılıb. Buna da səbəb İran fars rejiminin daxili qüvvələrinin imicinin xarab olmaması nəzərdə tutulmasıdır.
Əlbəttə, bu da məlumatda bildirilir ki, Ədliyyə Naziri Ayətullah Şahrudi Zareini cəzalandırmaq fikrindən çəkinməyib, əksinə bu fikrində israrlıdır. Hətta, dini rəhbər də bu barədə qanunun icra olunmasını istəyib, amma seçkilərdən sonra və həm də səs - küysüz.
P.S.
Bu yerdə tanınmış fars şairi Ömər Xəyyamın bir rübaisi yadıma düşdü. Bir gün bir şeyx bir əxlaqsız qadına deyir: "Sən sərxoşsan və hər gün bir kişiyləsən. Əxlaqsız qadın cavabında deyir: Ey şeyx, sən hər nə deyirsən, mən oyam. Amma sən mənə de, sən osan ki, özünü nişan verisən ? " Xəyyam bu rübaidə riyankar dinçilərin iç - üzünü açıb göstərmək istəyir. Elə bu rübai indiki İran fars rejiminin şərhi ola bilər. Bir fanatik dinçi rejim ki, bəxti yatmış qadınları zina ittihamı ilə illərlə cismi və ruhi işgəncəyə məruz qoyub və nəhayət, vəhşicəsinə daş - qalaqla onları öldürür, görəsən Zareini də bu vasitə ilə cəzalandıracaqmı?
İllərlə adamları zindanda saxlayıb, daş - qalaqla vəhşicəsinə qətlə yetirən rejim, sübüt etdi ki, özü bütünlüklə ZİNADAN ibarətdir
http://www.peiknet.com/1386/01ESFAND/14/page/bazdasht.htm
|
|
||
|
|
|||
|