BƏYANAT
AZƏR Cəmiyyəti
2001-ci ildə Azərbaycanlılar
təşəbbüsü ilə təsis olunmuş, Isveç krallığın
güney bölgəsində qanunı
olaraq ictimai və siyasi fəaliyyətlə məsğül olan
təşkilatdır.
AZƏR Cəmiyyəti Isvecdə
yaşayan Azərbaycanlıların
öz milli kimliyinin qoruyub saxlanması
və
inkişafı,
o cümlədən
Isveç
cəmiyyətinə
uyqunlaşması
üçün
fəaliyyət
göstərir.
Bununla belə
AZƏR Cəmiyyəti Iranda xalqımızın
öz milli və
siyasi müqəddəratı
uğrunda
beynalxalq qanunlar cərcivəsində
dinc və
demokratik mübarizə
aparan AZƏRBAYCAN
MILLI HARAKATIN şovinist
və
santiralist sistemə
qarşı
mübarizəsi
ilə
birgədir.
AZƏR Cəmiyyəti bildirir ki, Iran çox
millətli,
başqa-başqa
dil və
külturlərdən
təşkil
tapmış
bir ölkə
olmasına
baxmıyaraq
bu ölkədə
yaşayan
başqa
millətlərin
milli kimliyi fars millətinin
dil və
külturü xeyrinə
aradan getməkdədir.
Bir
çox
beynalxalq təşkilatların,
o cümlədən
dilçilik
institutu Etnoloq da təsdiqlənən
faktlara əsasan
Iranda yaşayan
insanların
yarıdan
çox
qeyri fars millətlərə
aıd
olmasına
baxmıyaraq
bu ölkədə
yaşayan
qeyri-fars millətlərin
öz ana dillərində
heç
bir məktəb
və
uşaq
baxcası
yoxdur. AZƏR
Cəmiyyəti hesab
edir ki, bu ədalətsizliyə
göz yumub susmaq insanıyyətçiliqdən
uzaqdır
və
belə
vəziyyətdə
ölkədə
ədalətli
və
demokratik sistem yaratmaq qeyri-mümkundur. Cəmiyyət
elan edir ki, bu cür milli sitəmlərin
aradan qaldırılmasına
yönədilmiş
hər
bir mədəni
harakat tərəfimizdən
alqişlanacaqlidir.
Bütün bunlarla yanaşı
AZƏR Cəmiyyəti vurqulayır
ki, başqa
millətlərə
qarsı
düşmənçilik
kimi fəaliyyətləri
dəstəkləmiriq,
xalqlar arasında
dostluq və
səmimiyyət
əhval-rühiyyəsinin
yaranmasına
və
genişlənməsinə
yüksək
önəm
verib və
inanırıq
ki, dostluq, azad və
demokratik bir durumda millətlərin
birlikdə
yaşaması
və
inkişafı
mümkundur.
AZƏR Cəmiyyəti ölkə
parcalanmasın
diyə
demokratik sistemin yaranmasını
gərəkli
hesab edir və
bu məqsəd
əsasında
demokratıya
və
ədalət
istəyən
bütün səmimi
qüvvələrlə
iş
birliyi etməyə
hazır
olduğunu
bildirir və
vurqulayır
ki, Iranda millətlərin
birlikdə
və
dostluqda yaşamı
üçün
onların
bərabər
hüquqa malık
olmaqlarından
asılıdır.

Fərəhruz
Rəncbər:
Başqan
Eyvaz
Modaber
Gulnarə
Xankişiyeva
Arəş
Qəribi
Xəlil
Cəlili
Shəhriyar
Hossienkhah
Saeid
Ammari
Manaf
Sababi
Natiq Cabiyev
Mehdi Mortəzəvi
Email:
azercemiyyet@gmail.com