İran adlı məmləkətdə Güney Azərbaycan gənclərinin böyrəyi hərraca qoyulub  

Eluca Atalı

Çox şeylər var ki, insan onu çətin günlərində satır və bu şeylərə əasən qızıl, ev, maşın və s.maddi əşyaları aid etmək olar.Necə deyərlər :"Qara köpüyü saxla qara gününə". Amma bəzən adamın elə qara günü olur ki,nəsə tapıb satmağa işıq ucu görünmür.Elə onda adamın günü dönüb olur, qara kömür. Güneydə yaşayan  soydaşlarımızın vəziyyəti kimi. Urəkaçan xəbər olmasa da,amma millətimizin urəyinə yaxın orqanını satıb bu gün çörək pulu etməsini hamımız bilsək daha yaxşıdır. Bu gün İran adlanan məmləkətdə neçə ildir ki, böyrək də o varlıqdan sayılır ki, adam pis günün də onu sata.Bəli, eşitdikləriniz bir həqiqətdir ki, adamların hər yerdən əli üzüləndə yalnız güman yeri kimi özünə üz tuturlar. Və qeyd edək ki, bu hal artıq bu ölkədə adi alverə çevrilib.Hər şey çoxalanda adiləşir və adam psixası da bunu adi qəbul edir. Amma acından ölən hər kəsə də yenə böyrəyini satmaq nəsib olmur.Gərək cavan  və sağlam olasan.

  Bu gün Güney Azərbaycanın kəndlərindən cavanlar əvvəl Azərbaycanın böyük şəhərlərinə gəlir və şansları gətirərsə, bir neçə gün yayda ev təmirində və ya tikinti işində işləyə bilirlər.Bu da ən yaxşı halda. Belə olanda iş tapmaq ümidi ilə üz tuturlar fars şəhərlərinə.Burda da iş tapmaq o qədər də asan məsələ olmadığı üçün müvəqqəti işlə təmin olunduqdan sonra çörək pulu qazanmaq zorunda qalan adamlar artıq bu aləm üçün adiləşmiş böyrək alverini yada salırlar.

  Acınacaqlı haldı, amma real faktdi.Bu gün Güney Azərbaycan gənclərinin böyrəyi təkcə İranda yox, ona  qonşu ölkələrdə də satılır.Əslində onun satışından ələ gələn pul o qədər də böyük pul deyil və əlavə etsək ki, böyrəyini satan adamlar heç də təkcə özünü və gələcək firavan yaşayışını nəzərdə tutub onu satmırlar.Kənddə ac və işsiz qoyduqları arvad - uşaqlarını, ana -ata və digər qohumlarını da o pulla dolandırmalı olurlar.Nəzərə alaq ki, bu pulun ümümi həcmi isə bir adamın bir illik maaşı qədərdir.Böyrəyini satan o qədər çoxalıb ki, bu qiymət getdikcə də aşağı düşür.Ən acinacaqlı hal isə o adamların tez bir zamanda həkim nəzarətindən kənarda qalmaları və "gecə qondu" evlərdə şəhərin kənarında elektriksiz, susuz və məişət təchizatı zəif olan yerlərdə yaşamalarıdır ki, bundan da bəziləri infeksion xəstəliyə tutulub tez bir zamanda ölürlər.

Məlumat üçün qeyd edək ki, keçən il Mari adlı İsveçli qadın İrandan insan böyrəyi alır və bu hadisə ilə bağlı İsveçin çoxsaylı gündəlik qəzeti olan ”Daqens nyheter” də məqalə çap olunur.İctimayyətin marağına səbəb olan bu məqalə ilə bağlı sonra İsveçin 2-ci kanalında oktyabrın 8-də bir filim yayımlanır.Təkcə İsveçdə yox, İrandakı böyrək alverinə həsr olunmuş bu film tez bir zamanda bütün Avropada sensasiyaya səbəb oldu.

 Dəyərli soydaşlarımız, sizin də marağınıza səbəb olacağını düşünüb filmi sitəmizdə yerləşdirmişik. Aşağıdakı şəkli yükləməklə baxa bilərsiniz.