Qırılan
zəncirlər !
Azərbaycan
Türk millətinin əziz və dəyərli iğidləri,
sayın Səid bəy Mətinpur, Riza bəy Qənilu və
Əlirza bəy Mətinpur, ağır şərtlərlə
olsada qollarızdakı zəncirlərin açıldığını
eşidən hər isan kimi məndə hədsiz sevincimi
bildirmiklə sizlərə olan borcumun kiçik bir payını ödəmək
istərdim. Bir ilə yaxındır ki, sizlərin o dehşetli
Evin zindanında çəkdiklərizi düşünərkən azadlığızın
arzusunda olan bütün millətimiz kimi bu xəbəri eşiddikdə,
yaralı ürəyimin ən dərinliklərindən
gələn yüksək səslə bağırdım yaşasın
azadlıq, yaşasın Azərbaycan, yaşasın anadilim, yaşasın
demokrasi.
Ani
duygularım ötüşdükdə gördüm ki, burası nə
səbzə meydan, nə dikbaşı, nədə Ətai
xiyabanıdır. Başıma toplaşanlar isə qurbət
şəhərində dilimi bilmiyən, dərdimi anlamıyan,
bütün milli varlığımın talandığından
xəbərsiz olan qəribələrdir. Deməki, Zəncanımızın,
Azərbaycana təqdim etdiyi milli qəhrəmanlarımızın
dar qəfəsdən qurtulması sevincindən öz dərimə
sığmıyaraq beynim deyil, xəyalım işləyirmiş.
Deməki, xəyal quşum Təbrizin səmalarında uçaraq
saat qabağına yenmişdir. Oradan Şazda bağına
gedən yolda minlərcə gözündə qorxu olmuyan gəncimizə
qoşulub hayqırırmışam.
Leyla
xanim Heydəri, Behruz bəy Səfəri , Abbas bəy Leysanlı
kimilərinin adlarını çəkərək düyünlənmiş
yumuruqlarla bütün Azərbaycan siyasi zindanilərinə azadlıq
qışqırırmışam. Harayıma
toplaşan millət çoxalmışdı, Güney Azərbaycanda
inanılması çətin ancaq həqiqətən başımıza
gələnləri anlararkən xalq çaşıb qalmışdı
bu vəhşiliklər qarşısında. 30 milyon insanın
ana dilində bir sinif məkəbinin omamasını, dilimizə
vurulmuş bu qıfılın açılmasısını
istiyənlərin zindanlarda çürüdülməsini, asdı- kəsdi
siyasətinin qeyri insani boyutlarını eşidənlərdə
Tehrana nisbət nifrət hisləri sifətlərdə görünürdü.
Əziz
Səid bəy, Cəlil bəy və Əlirza bəy,
Sizlərin
azadlığa qovuşmanızı bütün ailə üzvlərizə,
millətimizə və özəlliklə sayın Ətiyə
xanıma təbrik deyir, tutduğunuz bu müqəddəs yolda başarılar
arzulayıram. Qoy sizlərin çəkdiyiz bu əzab əziyətlər
qollarımızda olan bütün zəncirləri qırsın,
millətimiz aq günə çıxsın.
Dərin
hörmətlərimlə :
Böyük Rəsuloğlu
28.02.2008