Mənim adım Güzgü

... Bəşəriyətin
özünə yaxşıca baxa
bilməsi üçün
ən yaxın zamanda hamıya güzgü, güzgü paylanılmalıdır!
Güzgüdən savayı
heçnə.
Rey
Bredberi Forengeytlə 451°
Mənim adım Oxucu.
Çoxları
yazdığı kitablarla
fəxr edir, mən
isə oxuduqlarımla.
X.
Borxes
Gənc
yaşlarımda oxumağa
bir kitabça almışdım Sənin
baban kim olmuş? Maraqlıydı: kimdir mənim xalqımın
babaları uluları, əcdadları? (Sovet İmperiyası
dönəmində doğma tariximiz o qədər də yaxşı
tədris edilmədiyindən öz keçmişimizi 1988-ci ildən,
Azadlıq meydanındakı məlum
hadisələrdən sonra axtarmağa başladım.)
Məktəblilər üçün nəşr edilmiş bu nazik ucuz
kitabcanı oxuyandan sonra çaş-baş qaldım: sən
demə mənim babam hakimiyət, var-dövlət
xətrinə öz qardaşlarını
zəhərləyən, yaxın qohum-əqrəbasının
gözlərini kor edən, boğan,
zindanlarda ömürlük çürüdən birisi imiş ki!!!
Bunu da məktəblilərə tövsiyə ediblər...
Tariximiz bu səhifələrdən ibarətmi?..
Hərəmxanalar, iç çəkişmələr, qardaş qırğınları,
kitabxanaların yandırılması, sonra yenə
hərəmxanalar, iç savaşlar, qardaş qırğınları...
O.Pamukun detektiv görünüşlü
Mənim Adım Qırmızı roman-metaforası da sanki
Mənin baban kim olmuş mövzusunun valideyinlər
üçün variantıdır, amma kütlə üçün asan
həzm edilən janrda...
Detektiv klassiki yazar Uilki Kollinzin Ay daşı romanında
süjetin gəlişməsi üçün
növbə ilə müxtəlif əsər qəhrəmanlarının
adından və baxış
bucağından nəqletmə
üsulunu türk yazar A.Pamuk genişlədib.
Yazar Tibor Figerin
Gülqabı romanında baş qəhrəman və
hadisələrin nəqlçisi bir gülqabıdırsa, Mənim
Adım Qırmızıda canlı adamlarla bərabər ölü,
ağac, qəpik, it, şeytan, rəng,
hətta ölüm də danışır.
Diini, fəlsəfi, psixoloji, tarixi və s. ağır mövzuların
nisbətən yüngül olan detektiv janrına qatılması
nəticəsində oxucu keyfiyyəti
kəmiyyətə çevirərək əqli çalışmalarda
qənaət edir və reallığın dərki daha ucuz
başa gəlir. (R.Bartr) Yazarın yetkin
yaşlarında yazdığı
bu roman çoxşaxəlidir. Mövzuların bir-birinə
eleqant keçməsi Şərqin şəbəkə naxışlarını
xatırlayır: şəbəkədə hər naxış
elementi müstəqil görünsə də, əslində qonşu naxışın
qolunu təşkil edir. Rəng adının əsərə
verilməsi də təsadüfi deyil. Burada qırmızı
rəng insanın
instinktiv-emosional yönünün, tarix
boyu axıdılan qanların, dəliqanlılığın,
idraksız çılğınlığın rəmzini və
metaforasını daşımaqdadır.
Ümüdvaram,
gün gələcək,
öz həyatımız haqda
qorxusuz danışmağı
öyrənəcəyik.
Romanlarınıza
U.Ekonun təsirini boynunuza alırsınızmı?
sualına Moskvada
belə cavab verdim: Təsir demək azdır. Belə
deyək: bəzi şeyləri mən ondan əməlli-başlı
oğurlayıram. Ekodan oğurladıqlarımdan
ən əsası tarixi-detektiv
roman çərçivələrini bu janra tamamilə aid olmayan
məsələləri üzə çıxarmaqdan ötrü istifadə
etməyimdir.
Bu romanda məni yaradıcılığın
psixologiyası və sosiologiyası
maraqlandırırdı. Nə üçün yazırıq, çəkirik?
Kim və niyə bizə pul ödəyir? Yaradıcılıq paxıllığı,
rəqabət nədir? Öz stilin, üslubun və ya öz
səsin nə deməkdir? Uğur nədir?
Mənim Adım Rolan Bartr
Oxucu işi təfsirçi işidir.
Rikör.
Mətni
düzgün anlamaq üçün maraqlı üsul təklif edirəm. Avtomobildə
gedərkən pəncərəyə baxanda insan öz arzusu
ilə diqqətini ya mənzərəyə,
ya da şüşəyə cəmləşdirə bilir.
Şüşəyə baxanda mənzərə ikinci plana keçir
və əksinə -- pəncərə şüşəsi adamın
gözündə şəffaflaşır və mənzərəni
dərinliyi ilə qavraya bilirsən. Bu dəyişikliyin
nəticəsi dəyişməzdir: mən şüşənin
olmasını dərk edirəm, eyni zamanda da o mənim üçün
heç bir maraq kəsb etmir; mənzərə mənə irreal
gəlir və eyni zamanda büsbütün özünü göstərir.
Mənim Adım Oxucu
R.Bartrın məsləhəti Sətrlər arasındakını
oxu! anlamındadır. Sətrlər arasında sətr
tapmaq üçün müəllifin şəxsiyyətini, adətlərini,
sevimli ifadələrini, dil xüsusiyyətlərini, savad
səviyyəsini və b. bilmək gərəkdir. Pamukun savadı
və türk tarixinə olan münasibəti
bunu düşünməyə sövq edir ki,
bədii yaradıcılığın təbiətini araşdırmaqdan
daha çox
Nobel ödülçüsünü
başqa məsələlər narahat edir. Onları tapmaq üçün
diqqətimi romandakı hadisələrdən (Bartrın
pəncərə şüşəsindən ) bir
qədər kənara çəkib miniatür sənətinin
mahiyyəti, fəlsəfəsi, onun Avropa təsviri
incəsənətiylə fərqi ilə
(mənzərə ilə) maraqlanmağa başladım.
Bu sahədə Azərbaycanın
dəyərli rəssam-filosofu Teymur
Daiminin çalışmaları diqqətimi cəlb etdi.
Mənim Adım Teymur Daimi
Hər
şey belə yaxşıdırsa,
niyə
hər şey belə pisdir?
Müasir rus məsəli
İslamda Allah mütləq sonsuzluq, dərkedilməz
abstraksiyadır. O, əşyaların mahiyyətinə daxil
olmağa mane olan dünyəvi aləmin xəyali
dəyərlərini vəsf etmə yolunu seçmədi.
Məhz buna görə absrtakt-həndəsi naxış ifadə
formaları, xəttatlıq, arabeska (şəbəkə)
sənəti burada xüsusilə yayılmışdı...
Miniatür Abstrakta doğru hərəkətdən Mütləqin
dərkinə aparan vasitədir. İncəsənət
Həqiqətə yaxınlaşdıqca, zahiri oxşarlıqdan
o qədər uzaqlaşır. Başqa sözlə desək,
incəsənət mütləq həqiqət axtarışlarında
bir alətdir.
Tanrı ideyası mütləq ruhani substansiya, təmiz
abstraksiya olduğundan incəsənətin mahiyyəti təmiz
abstraksiya, üst qatdan dərin qata, konkretdən abstrakta,
kənardan mərkəzə yönələn böyük müqəddəs
hərəkət müstəvisindədir ki, bu da Şərq
bədii mentalitetinə, hətta islamdan öncəki
mədəniyətə də məxsusdur.
Şərq təsviri incəsənətində
zirvəyə qalxmış Azərbaycan
Təbriz miniatür məktəbinin bütün rəsm
elementlərinin mütləq bərabərlik, eyni mahiyyətli
olması prinsipi gözlə görünənlərin
təbəqələşməsinin dağıdılmasını,
kosmik harmoniya və gözəllik doğurur. Fiqurlar nə
tabedirlər, nə də başçılıq edirlər, eyni
səviyyəli olaraq yan-yana mövcuddurlar.
İslam
estetikası Azərbaycan təsviri sənətinin strategiyasını
dəyişib təzələməyib, onun əsas xüsusiyətlərinə
-- şərtiliyə, təsvirin simvolikliyinə, abstrakt
təfəkkürə güclü meylə, konkret olana açıq-aşkar
etinasızlığa daha çox diqqətini yönəldibdir.
Bədii-estetik, plastik, konseptual və metafiziki ideyaların
sonsuz mənbəyi olan miniatür, pravoslavçılıqda ikona,
buddizmdə mandal olduğu kimi dünyanın
təsviri dərkinin bir zirvəsidir.
Abstrakta doğru hərəkət vasitəsilə mütləqi
dərk etməyə çalışan müsəlman
incəsənəti sayılan Şərq miniatürü qərb
incəsənətindən fərqli olaraq irreal, abstrakt,
metaforik və fantastikdir.
(Обретение
Пути (Yolun tapılması) kitabından)
Mənim
adım Oxucu
Şərqin əsəbi yavrusu bilməz ki, nə
yapsın...
Hüseyn
Cavid
Miniatürlərdə
əksini tapan mövzular əsasən
sevgililər, işgəncə,
savaş və ölüm səhnələridir. Şahnaməpoemasından
Əfrasiyabın Siyavuşun başını kəsməsi,
Rüstəmin Söhrabı öldürməsi,
Rüstəm şahın Mazəndaranla vuruşması; dəmir
geyimli Rüstəmın Əfrasiyaba basqını, naməlum
əsgər surətləri, ikiyə bölünmüş
cəsədlər, qana boyanmış xəncərlər, soğan
tək bir-birini doğrayan əsgərlər, sevgililərin görüşü
və s .
Təbriz və Şiraz miniatürlərində
saray, hamam, qala, qab-qacaq, istəkan, mətbəx əşyaları,
hərbi sursat, top, ordu, həlak olanlar, hərb çadırları,
ağac yarpaqları, budaqlar, qızılgül,
quşlar, çin üslubunda qıvrım buludlar,
kollar, ceyranlar, padşah, ovçu, saraylar, ağaclar, boşqab,
güzgü, sandıqlar çəkilərdi...
Bədii ədəbiyatda rəsm əsərinin sözlə
təsviri, ekfrasis adlanan üslub, oxucunu mətni davam
etməyə, genişlətməyə, mətn yaratmada aktiv iştirakçı
olmağa, sonda da məntiqi nəticə çıxarmağa
dəvət edir. Bu yolla yazar, özü
aşkar söyləmək istəmədiyi fikirlərə
oxucusunu salmağa çalışır. Nobel mükafatçısı quşdili
ustası Pamuk da burada istisna deyil.
Miniatürlərin yüksək fəlsəfi düşüncələrin
abstraksiyanın əksi olduğuna inanmaq son dərəcə
çətindir. Bu pritça romanda bir
çox gerçək tarixi faktlar sadalanmaqla türk-müsəlman elitasının
o zamankı səviyyəsi göstərilir.
Örnəyin, adından çox şeylər vədd edən
Tarixin mahiyyəti (!) kitabı
avropalıların osmanlı sultanına hədiyyə verdiyi
saatların həmin sultan tərəfindən
baltalanması haqdadır (bundan sonra İstambulda
nə Şərq, nə də Qərb üslubu ilə çəkən
olmadı), M.Qəzzalinin İnam haqqındakı
elmlərin dirilməsi (!) əsəri evlənmənin, arvad
almanın yaxşı və pis tərəflərini göstərməkdən
ibarətdir, Əl-Cəvziyənin
Ruh kitabı (!)
dirilərin psixologiyasından, ruhundan
yox, ölülərin ruhu haqdadır, Surnamə kitabı
padşah oğullarının 52
gün sürən sünnət şadlığından söz açmaqdadır.
Romandan sitat: Kainat hakimi Teymur öləndən sonra oğulları
və nəvələri aralarında qəddar davalar aparıb,
bir-birinin şəhərlərini ələ keçirən kimi ilk
öncə öz şəkilləri ilə pul buraxır, sonra tarixdə
qalmaq üçün köhnə kitabların səhifələrinin yerini
dəyişib növbəti kainatın hakiminə həsr
edilən kitablar yaranırdı.
Bu
cür yaranan əksər kitablar heç bir elmə fayda verə
bilməyəcək qədər dəyərsiz idi.
Dəyərli kitablar varıydısa, onlar da adətən külə
döndərilirdi. Məsələn, monqol xanı Hülakü bir
neçə gün ərzində bir sürü kitab yandırtdıraraq
məhv edib Dəclə çayına atdırmışdı,
Qəzvin valisi Abbas Mirzənin zamanında bir rəssam, şeyx
Məhəmməd, böyük şəhər kitabxanasını
yalnız ona görə yandırır ki, yüzlərcə kitab arasında
öz rəsmlərinin olduğu kitabları tapa bilmir. Rəssam özü
də yanıb kül olmuşdu...
Böyük Hüseyn Cavidin İblis dram əsərində
dediyi kimi, Şərqin əsəbi yavrusu bilməz ki, nə
yapsın...
T.Daiminin yuxarıdakı fikirləri
islam Şərqinin incəsənətinə başucalığı
gətirəbiləcək qədər dəyərli olsa da,
dərindən düşünəndə, inandırıcı görünmür.
Niyə?
Tarixi yaddaşımızı
silkələyən Pamukun bu məşhur romanı
ən yaxşı şeir yazılan, ən yaxşı
şəkil və naxışlar çəkilən məkan
sakinlərinin heç də abstrakta
doğru hərəkətindən
xəbər vermir: Qaraqoyunlu Cihan şah Ağqoyunlu
Uzun Həsən arasında gedən rəqabətə görə
at, çinarlar, sevgililər, əjdahalar və gözəl şahzadələr
çəkən rəssam şeyx Əli, Cihan xanın
tərəfindən kor edilir ki, birdən Uzun Həsən üçün
də rəssamlıq edər. Rəqabətdə qalib çıxan
Uzun Həsən də I Mehmed Fatih tərəfindən
məğlub edilir... Şirazda
qara-qabaq şah varmış. Oğlundan ehtiyat edib onu qalaya salır.
31 il orada qalan oğul atasının ölümündən sonra taxta çıxar-çıxmaz
ona at göstərməyi tələb edir, çünkü atı yalnız
şəkillərdə görmüşdü. Lakin atı yaxından görəndə
bəyənmir, şəkillərdə gördüyü və
təsəvvür etdiyi qədər olmadığından. Atların
hamısını məhv etməyi əmr edir. 40 gün ölkədə
atlar kəsilir. Qaraqoyunlu Türkmən-bəy hücum edəndə
ölkəni müdafiə etməyə atçı olmur. Savaşı
uduzurlar. Atların qanı yerdə qalmır... Təhmasib şah
isə oğlu II İsmayılı (Şah İsmayılın
nəvəsini-İ.U.) çılğınlığına
görə 20 il zindanda saxlayır . Lakin padşah taxtına çıxan
kimi o, bütün qardaşlarından qəddarca intiqam alır. Əlehdarları
onu zəhərləyir və səfeh, ağıldan yüngün böyük
qardaşını, Məhəmməd Xudabəndini iqtidara
gətirirlər.
Müsəlman
incəsənəti nümayəndələri
təbiətlərinin instinktiv-emosional tərəfiylə
hərəkət edən müsəlman fərdlər
toplumunda yetişdiyi mühitdən artiq olmaları istisna təşkil
edir. Bu baxımdan da, aşıq gördüyünü çaldığı
kimi, şərq rəssamları da gördüklərini, eşitdiklərini
bacardıqları qədər vəsf edirdilər. Sonralar
bu bacardıqları qədərə xüsusi stil, üslub,
fəlsəfi yanaşma, görüş adları verildi. Məncə,
O.Pamukun bu əsərdə üslub haqda
düşüncələri, üslub anlayışına yeni
bucaqdan baxması miniatür də daxil olmaqla ümumiyyətlə
incəsənətə münasibəti dəyişdiməyə
qadirdir.
Sivilizasiya, ayrı-ayrı
dövlətlərdən ibarət olduğu halda,
onlardan daha kamil ola
bilməz. Dövlət, onun hər bir
vətəndaşından
daha kamil ola bilməz
.
...Üslub, rəssamın şüurlu sürətdə seçdiyi
bir şey deyil. Bu, rəssamın keçmişini üzə çıxaran
bir gizli qüsurdur, onun unudulmuş xatirələridir. Bütün dünyada
Avropa ustalarının üslubu yayılan zaman öncələr utanc
gətirən və gözə çarpmamaq üçün onlardan qaçmaq
istənilən nöqsanlar, çatışmazlıqları qürurla
individual xüsusiyət adlandırmağa
başladılar. İndi rəssamların bir çoxu öz qüsurlarıyla
öyündüyü zaman dünya daha rəngarəng, lakin daha da səfeh
olacaq və, əlbəttə ki, nöqsanların
sayı artacaqdır.
Özümüzü olduğumuz kimi qəbul etdikdə
necə olmalıyıq ümüdündən özümüzü
məhrum edirik.
Qarşımda duran
hər şeyi əks etməyə qadirəm. Həqiqəti
biləndən sonra dəyişilmə arzusu yaranar. Yazarlara
daxil olub mövcudluğun bütün qatlarını ədəbiyyatda
əks edə bilirəm. F.Dostoyevskidə, L.Tolstoyda, A.Çexovda
ruslar görünür, O. Balzakda, R.Rolanda, V.Hüqoda -- fransızlar,
T.Drayzerdə, C.Londonda -- Amerikalılar, Ç.Dikkensdə, Tekkereydə
ingilislər, M. Sabir, Mirzə Cəlil, Ə.Nesində -- türklər.
Təkrar biliyin anası olduğuna görə,
bu dəfə də Pamuku seçdim...
Qadın problemi nə
geyməyi, özünü necə aparmağı kişilər həll
edir. Qadınlar haqda hərbçilər, islamçılar danışır,
amma qadın həyatında heçnə dəyişilmir...
***
Cəlladların
işgəncə vermə təsvirləri xarici səyahətçilər
tərəfindən xüsusi olaraq yaxşı alınırdı...
***
Sevgi məktubu yazmaq
üçün şkafın küncündən, qazanların yanından çıxarılan
qələm...
***
Təsəvvür
etdim ki, nə qədər hərbi yürüşlər etmək, neçə
savaş udmalısan, nə qədər qan axıtmalısan ki,
bu qədər var-dövləti, bu qədər əşya yığmaq
mümkün olsun.
***
Məgər Məhəmməd
peyğəmbərin zamanında ölülərə dua oxuyardılar?
Ölüyə 40 gün tutardılamı, mərhumu yad eləmək
üçün şirniyat paylayardılamı? Quranı mahnı kimi müxtəlif
tonlarla oxuyardılar mı? Minarəyə qalxanda da sanki qadın
rolu oynayaraq, öz səsini nümayiş edərdilərmi, ərəb
dili ilə fəxr edərdilərmi? Müsəlmanlar qəbirsanlığa
ölülərdən kömək istəməyə gedirlər,
məzar daşlarına bütpərəstlər kimi baş əyir,
ürəklərində arzu tutaraq əski bağlayır, and içirlər.
Məhəmməd peyğəmbərin zamanında belə
şeylər öyrədən təriqətlər var idi mi?
***
Füzulinin Divanı, Yusif və Züleyxa. Bu əsərlər
qardaş paxıllığının həyatda nə
qədər rol oynadığını xatırladır.
***
119 yaşındakı rəssam
Təhmasib şahın emalatxanasında 16 yaşlı çox yaraşıqlı
bir şagirdinə ilk baxışdan
vurulur.
***
Atların qanı yerdə qalmır.
***
Bizim dünyamızda ən önəmli,
dəyərli olan hər şey təsvir edilməlidir! Mərkəzdə isə padşahımız
olmalıdır! ... İtlər və ağaclar Osmanlının
ən dəyərli şeyləridir... Kitab
Venesiya kralını heyrətə gətirəcək
və o bizimlə dostluq etmək istəyəcək.
***
Dünyada baş verən şər və günahların
mənbəyi mən şeytan deyiləm. Adamlar mənim
iştirakım olmadan ehtiraslarına, şəhvətlərinə,
iradəsizliyinə, alçaqlıqlarına görə, çoxları da
səfeh olduqlarından günah edirlər.
***
Sözlərimin rənglərindən kim olduğumu tapın,
kiməm mən?
***
Şəhərin qiyməti kitabxanalarının və
mədrəsələrinin, orada yaşayan alimlərinin,
rəssamların və xəttatların sayı ilə yox, bu
şəhərdə baş verən
cinayətlərin sayı ilə ölçulməlidir. Bu məntiqlə
İstanbulu dünyanın
ən dəyərli şəhəri adlandırmaq olar.
***
Dünyada baş verən şər
və günahların mənbəyi mən şeytan
deyiləm. Adamlar mənim iştirakım olmadan ehtiraslarına,
şəhvətlərinə, iradəsizliyinə, alçaqlıqlarına
görə, çoxları da səfeh olduqlarından günah edirlər.
***
O rəssam usta olur ki, özgə əfsanələri
bizə aydınlaşdırır.
***
Adam özünün pis olmağı ilə barışan
kimi asanlıqla əjdahaya dönür.
***
Yaxşı rəssam yalnız
heyrətləndirmir, yaddaşımızdakı şəkilləri
dəyişir.
***
İstanbulda hər 20 ildən bir şəhərin
bölgələri yanır. Hər 3 ildə o qədər kitab
və kitabxanalar yanır ki, monqolların yandırdığı
və taladığı Bağdad kitabxanasından daha çoxdur.
***
Mənim çığırtımı təsvir
etsəydilər, o yaşıl rəngdə olardı.
***
Ölülər diyarında cansız ruh nə qədər xoşbəxtdirsə,
ruhsuzlar da bir o qədər canlıların arasında xoşbəxtdirlər.
***
Mən itəm, mənim qədər ağıllı
olmasanız da siz, ey insanlar, hesab edirsiniz ki, itlər danışa
bilməz. Amma ölülərin danışa bilməsinə inanırsınız
və mənasını anlamadığınız nağılları
həqiqət kimi qəbul edirsiniz.
Mənim adım
İlahə
Ucaruh