2008
il fevralın 24-də Stokholm şəhərində Xocalı
soyqırımına həsr olunmuş mitinqin
QƏTNAMƏSİ
Bu gün "Xocalı faciəsi"nin törədilməsindən
16 il keçir. Bildiyimiz kimi, XX əsrin əvvəllərindən
başlamış, 1988 ildən yenidən gündəmə
gətirilmiş ermənilərin Azərbaycana qarşı torpaq
iddiaları və bu iddiaların ərazilərimizi işğal etməklə
həyata keçirilməsi nəticəsində vətənimizin
qədim insan məskənlərindən olan Xocalı şəhərində
dövrümüzün ən müdhiş, tarixdə analoqu olmayan soyqırım
hadisəsi törədilmişdir.
1992
il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı
dəstələri Xankəndi şəhərində yerləşmiş
keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının
köməyi ilə Xocalı şəhərinə hücum etmişlər.
Şəhər əvvəlcə rus-erməni qoşunları
tərəfindən mühasirəyə alınmış,
Xocalıya artilleriya və ağır hərbi texnikalardan
atəş açılmış, şəhərdə güclü yanğınlar
törədilmişdir. Köməksiz qalan şəhər bir
gecənin içərisində tamamilə yerlə yeksan edilmişdir.
Rus-erməni hərbi birləşmələrinin bu
cinayəti nəticəsində Xocalı əhalisindən
613 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 487
nəfər şikəst edilmiş, 1275 nəfər dinc
sakinlərdən, qocalar, uşaqlar, qadınlar əsir götürülərək
ağlasığmaz erməni zülmünə, təhqir və işgəncələrə
məruz qalmışlar. Xocalıda öldürülənlərdən
106 nəfəri qadın, 63 nəfəri uşaq, 70
nəfəri qocalar olmuşdur. 150 nəfər Xocalı
sakininin taleyi isə bugünədək hələ də
məlum deyildir.
Ötən
əsrin sonlarında millətimizə qarşı törədilmiş
soyqırım təkcə bununla bitmir.
1988 ildən 1993 ilə qədər Ermənistanın hərbi
birləşmələri Xankəndində yerləşən
366-cı alayın şəxsi heyətinin və texnikasının
köməyi ilə onlarla azərbaycanlı kəndində dəhşətli
soyqırım törətmişlər. 1992 il fevralın 17-də
Xocavənd rayonunun Qaradağlı, həmin il aprelin 7-də
isə Kəlbəcər rayonunun Ağdaban kəndlərində
erməni cinayətkarları tərəfindən kütləvi qırğınlar
törədilib, hər iki kənddə əhalinin 70 faizi qətlə
yetirilmişdir. Analoji soyqırım aktı Qazax rayonunun 7
kəndində də baş vermişdir. Bundan başqa,
ermənilər Dağlıq Qarabağın azərbaycanlılar
yaşayan 52 kəndində kütləvi qırğınlar törətmişlər.
Bu baxımdan biz ermənilərin Xocalının timsalında
hərəkətlərini dünyaya təqdim edərkən
millətimizə qarşı törədilmiş digər soyqırım
faktlarını da qətiyən unutmamalıyıq.
Bu
soyqırım faktlarının hamısı araşdırılmalı,
qeyd olunmalı öncə Azərbaycan ictimaiyyətinə açıqlanmalı,
sonra isə diplomatik korpuslarımız və diaspora təşkilatlarımız
vasitəsi ilə dünyaya yayılmalıdır. Çünki, təssüflə,
bu olaylar barədə nəinki dünya ictimaiyətində,
hətta bir çox Azərbaycan vətəndaşında belə
çox az bilgi vardır.
Beləliklə də, ermənilərin məqsədyönlü
və davamlı şəkildə azərbaycanlılara qarşı
soyqırım törətdikləri hamıya bəlli olmalıdır.
Etiraf etmək lazımdır ki, bu məsələdə
Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti qənaətbəxş
deyildir. Dünyaya səpələnən azərbaycanlılar
arasında istədiyimiz birlik hələ də yoxdur. Onların
bəziləri, ümumiyyətlə, bu proseslərə qoşulmur,
bəziləri siyasi qüvvələrin alətinə çevrilmiş, bəziləri
isə Azərbaycandakı siyasi fikir ayrılığını
özləri ilə məskunlaşdıqları ölkələrə
daşımışlar. Нəticədə, milli
problemlərimizin təbliğatı məqsədi ilə təşkilatlanmamız
iflic vəziyətə düşmüşdür. Diasporumuzun təşkilatlanmasına
yardım məqsədi ilə yaradılmış dövlət
qurumları isə öz işiylə məşğul deyil,
siyasi oyunbazlıq, bəzi diaspor fəallarını pulla
ələ alıb ləkələmə, xaricdə yaranmış
təşkilatlarımız daxilində intriqalar yaratma bu qurumların
xobbisinə çevirilmişdir. Elə bunun nəticəsidir ki,
belə bir vəziyətdə Azərbaycan öz
həqiqətlərini sistemli şəkildə dünyaya çatdıra
bilmir.
Ona
görə də "Xocalı faciəsinin" törədildiyi
tarixdən 16 il ötməsinə baxmayaraq, dünya ölkələrinin
və beynəlxalq qurumların Azərbaycanın başına
gətirilən bütün cinayətlərə qarşı
biganəliyi hələ də davam edir. Faciələrin dünyanın
gözü qarşısında baş verməsinə və soyqırımı
əks etdirən fotoların, vidolentlərin eləcə də
digər tutarlı sənədlərin mövcud olmasına baxmayaraq
bu hadisələrə hələ də siyasi qiymət
verilməyib. Əksinə, millətimizə qarşı
cinayət törədənlər dünyanın hegomom dövlətləri
tərəfindən hər cür dəstək almaqdadırlar.
Milli
faciələrimizin və xalqımızın haqq
səsini dünyaya çatdırmaq üçün keçirilən tədbirlərin
əlaqəli şəkildə təşkil olunmaması,
ermənilər tərəfindən törədilən soyqırım
faktlarının hər birinin ayrı-ayrılıqda Milli
Məclisdə müzakirəsinə ehtiyac olduğu halda
Azərbaycan parlamentinin hələ də bu faciələrə
siyasi qıymət verməməsi işlərimizi bir
qədər də çətinləşdirir.
Bütün
bu deyilənləri nəzərə alaraq bu gün burada düzənlənən
mitinq iştirakçıları qərara alır.
1.
Səsimizin dünyaya çatdırılması və başımıza
gətirilən bütün faciələrə ayrı ayrılıqda
siaysi qiymət verilməsi məqsədi ilə Azərbaycan
parlamentində dinləməklər keçirilməsi üçün
Milli Məclis rəhbərliyinə müraciət olunsun.
2.
İsveç dövlətinin dünya ölkələri arasında böyük nüfuzu
olduğunu nəzərə alıb, Xocalı faciəsiylə
bağlı faktları İsvec parlamentinə bir daha təqdim
etməklə, məsələnin parlamentdə müzakirəsinə
nail olunsun.
3.
Xocalı faciəsinin törədilməsində birbaşa və
bilavasitə rolu olanların mühakimə edilməsi üçün lazımi
sənədlər hazırlanıb beynəlxalq
məhkəmələrə müraciət olunsun.
4. Azərbaycan
xalqının baçına gətirilən faciələri özündə
əks etdirən bir abidə kompleksinin İsveçdə yaradılmasına
nail olunsun.
5.
Azərbaycanımızın istər quzeyi, istərsə
də güneyi ilə bağlı birgə tədbirlər keçirilməsi
üçün digər qurumlarımız və qardaş
millətlərimizin yaratmış olduqları təşkilatlarla
işbirliyinə nail olmaq məqsədi ilə onlarla
danışıqlar aparılsın.
Mitinq
iştirakçıları adından tədbirin təşkilatçıları
:
1."Azadtribun",
2. "Odlar Yurdu", 3."Bütöv Azərbaycan", 4."Ulduz",
5."İsveç azərbaycanlılarıbirliyi", 6."Haray",
7."Qarabağ", 8."Vətən" , 9."Tribun"
, 10."22 May-Təbriz" cəmiyətləri