Tehran hakimiyəti Azərbaycan səfirini təhqir etdi.
 
Tehran şəhərində olan mənbələrimizin verdiyi məlumata görə bu gün saat 14 radələrində başda Azərbaycan səfiri və səfirliyin digər əməkdaşları olmaqla Tehranın Nur məscidində Xocali soyqırımının 16 ildönümü munasibəti ilə şəhidlərimizin ruhuna dua oxunması üçün 300 nəfərə yaxın soydaşımız məscidin həyətinə toplaşmışlar. Toplaşanlar arasında Güney Azərbaycan fəallarından olan höccətülislam  Əzimi Qədim də olmuşdur. Lakin gözlənilmədən polis və əmniyət qüvvələri toplaşanlara hücum edərək onları məscidin həyətindən uzaqlaşdırmağa çalışmışlar. Buna etiraz edən Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov təhqirlərə məruz qalmış, mülki formada olan əmniyət məmurları tərəfindən ona güc tətbiq edilmişdir. Zorakılığa məruz qalan səfir və səfirlik əməkdaşları güclə hadisə yerindən uzaqlaşdırılmışlar. Olay zamanı İranın hakimiyət məmurları Azərbaycan respublikasının da ünvanına nalayiq ifadələr işlətməkdən çəkinməmişlər. Höccətülislam  Əzimi  Qədim və ora toplaşan digər soydaşlarımız da ağır təhqirlərə məruz qalmışlar.
Olaydan sonra səfirlə əlaqəyə girən Azərbaycan fəalları səfirin hansı addımlar atacağını soruşduqda, səfir "Görürsünüz ki, milli faciəmizin qeyd olunmasina imkan vermədilər, daha neynəyə bilərik" deyə cavab verib.

2008-02-23