Durnanın
illik qurultayı və ana dili
Stokholmda
faaliyət göstərən, Azərbaycan
kültür Dərnəyi Durnanın
13-cü illik qurultayı,
bazar günü, 17 fevral bərpa
olub və eyni gün uğurla sona çatdı. Oturumun son bölməsində
Uluslar Arası Ana Dili Gününün yaxınlığı gözə
alınaraq, aşağıdakı qətnamə
bu xüsusda qəbul edildi:
Varlığımızın özəyini və ruhunu
təşkil edən ana dilimizin, Rza Xan dövründən bəri,
hələdə İran olaraq adlanan ölkədə yasaqlanıb,
asimilasya və təhqirə tabe tutulmasını, insanlığa
qarşı böyük bir haqsızlıq, xalqımıza qarşı
taysız zalimlik və geri qalmışlıq kimi görüb, var gücümüzlə
qınamaqdayıq.
Gələcək və ümidlərimizi təşkil
edən körpə və gənc uşaqlarımızın, üniversitə
öyrəncilərimizin, zor gücüylə, farsca oxuyub yazmaya
və düşünməyə məcbur edilməsini, anlamsız
bir talehsizlik və milli bir faciə kimi görməkdəyik. Əfğanistan,
Əraq, Eritrə, Etyopia və bir çox iqtisadi və ictimai baxımdan
geri buraxılmış ölkələrdə belə bütün etnik
dil və kültürlərə, tam özgürlük və
sərbəstlik tanındığı zamanda, özlərini
tanrı təmsilçiləri və Əli şiələri kimi
təqdim etməyə çalışan İranlı hakimlər,
hələdə islamiyyət, insaniyyət və Şiə
məzhəbinə möhtəşəm xidmətlərdə
bulunan, Azərbaycan türkcəsini
çarmıxa çəkib, əzab altında əritməkdən,
şeytani həzz duymaqdadırlar. Bütün aləm bilməlidir ki;
apartaydın cəsədi illərcə bundan əvvəl, Güney
Afrikada torpağa gömüldüyü halda, hələdə özünü çağımızın
ən inqilabçı, ən adil və ən demokratik rejimi kimi göstərməyə
çalışan İranlı rejim, qadınların daşqalaq
edilməsilə yanaşı, xalqımıza qarşı dil
apartaydı uyqulamaqdadır.
Bir gün yerindən qalxıb, su ya ab, çörəyə
isə nan demək, bizcə
heç bir faciə sayılmaz.
Söz abı zorla və ard niyyətlə, suyun yerinə
qoyub, suyu unutdurmağa çalışmaqdadır.
İnsan nə qədər çox dil bilərsə və öyrənirsə,
bir o qədər geniş düşüncəli, qavrayış gücü
iti, daha anlayışlı, daha kültürlü, və daha tüleranslıdır.
Ancaq bunu normal dialoq yolunla, dil qatillərinə anlatmaq, günbəzə
cövüz vurmaya bənzər. Belə mədəniyyətli şeylər
onların işinə yarasaydı, indi çoxdan yerlərini başqalara
tərk edib, gözdən itmişdilər.
Bütün yeni dillər, alt-yapı vəya zirbena sayılan
ana dilinin üzərində və ətrafında şəkillənməlidir.
Ana dilini dayazdan və sonradan öyrənən insanlar, başqa heç
bir dili dərinliyinə öyrənməzlər; çünki onların
alt yapısı ya yanlış materialdan təşkil olub, yada
zəif və titrəkdir.
Belə
insanlar, iki, üç dildən artığını öyrənməyə
qalxarlarsa, bunu becərəməzlər və dilləri
bir-birinə qatmaqdan savayı çarələri yoxdur.
Dil sadəcə olaraq əlaqə və ilişki
vasitəsi deyil, əyər belə olsaydı, yer kürəsi üzərində,
yaşayan bütün insanlar üçün, sadəcə bir dilin danışılıb,
bacarılması, yetərli və tərcihə layiq olardı.
Dil eyni zamanda, kültürlü, təbiəti, tarixi, əfsanələr
və üsturələri, şer, sənət və ədəbiyyatı,
ülviyyət və mənəviyyatı , toplanmış
təcrübələri, bir ulusun ən uca dəyərləri
olaraq içində daşımaqdadır.
Yunesko,nun dillər üzrə istəkli(davtələb) elçisi
və İslandın keçmiş prezidenti Vidis
Finbogadotter, deyir: Dünyamızda bir dilin ölüb, əldən
getdiyi zaman, hər kəs əldən gedir; buna görə ki o
zaman bir millət və bir mədəniyyət bütün
xatirələrini əldən verir. Eyni zamanda, dünyamızı
həyat yerinə çevirə bilmək üçün, min illər boyunca,
toxunub, naxışlanan, əlvan xalı, pozuntuya uğrayır.
Aşağıda, qurultayımızda iştirak edən,
bəzi vətəndaşların, ana dilinin əhəmiyyəti
üzrə düşüncələrini oxuyursunuz:
-
Bir insana, ana dili yediyi çörəkdən daha gərək və
vacibdir.
-
Həyatımızın ilk anlarından başlayaraq, anamızdan
və doğma mühitimizdən öyrəndiyimiz sözlər,
deyimlər, cümlələr, xatirələr, qısaca ana dilimiz,
canımız və vücudumuz kimi qorunub, saxlanmalıdır.
-
Ana dilini bilməyən bir insan fələcə bənzər.
Karakteri zəif olar. Təəssüflə etiraf etməliyəm
ki bizdədə bu tip insanların sayı az deyil.
-
Ana dili bir millətin varlığı deməkdir.
-
Azərbaycanlıyam, azəri
dilim Bu
dildə danışır qocaman elim
-
Ana dili, bir insanın ən ilkəl və doğal haqqıdır.
Bu haqqı çeynəyənlər, insanlığa qarşı,
ən böyük suçlardan birinə feliyyət verirlər.
-
Ana dili, insanın milli varlıq və şüuru
deməkdir.
-
Ana dili, ana kimin şirindir.
-
Anadır, ana südüdür, ana dilidir, haqdır, vardır, halaldır.
-
Ana dilim ölən deyil
Başqa dilə çönən deyil
-
Ana dilinin,
insanın ruhunla ünsiyyəti, ülvi və əbədidir.
-
Ana laylası, ana dili və ana vətən ayrılmaz bir bütündür.
-
İnsanın ilk beşikdən etibarən aldığı
ən dərin duyğular, xatirələr, melodiklər, sözlər
və nəğmələr, ana dili deməkdir. Qorunmalı
və yaşamalıdır.
-
İnsan öz duyğularını, öz istəklərini, ən gözəl
şəkildə, öz ana dilində bəyan edər. Başqa heç
bir dil onun yerini tuta bilməz. Ana dili insanın ən unutqan
zamanlarında belə, yaşamına davam edər.
Bunlar
sadəcə bir neçə örnəkdir. Bir vətəndaşımızın
dediyi kimi, günümüzdə, ana dilinin önəmini bilməyən
azərbaycanlı yoxdur. Buna rəğmən, vətənimizin
güney bölməsi, hələdə öz ana dilində, ən aşağı
səviyyədə yazıb-oxumaqdan məhrumdur. Biz, əsasən
ana dili və Azərbaycan kültürü qayğısıyla qurulmuş
olan, Durna dərnəyi olaraq, ana dili haqqında artıq söz yox,
əməlin gərək olduğuna inanıb, bu xüsusda düşüncələrimizi
qısaca aşağıda bəyan edirik:
1 Azərbaycan türkcəsi (Azəri türkcəsi) olan ana
dilimizin, bir an öncə, Güney Azərbaycanda və İranın
müxtəlif rayonlarında yerləşən, türk dilli bölgələrdə,
6-cı sinfə kimin, birinci dil
olaraq oxudulub, öyrədilməsin, tələb edirik.
2
Güney Azərbaycanda, şəhərlər, kəndlər,
dağlar, çaylar, tarixi məkanlar, məscidlər,
məhəllələr, xiyabanlar...və qısaca
Azərbaycan torpağına
aid və tarixən ya felən ona bağlı olan ad və ünvanların
farslaşdırma prosesini durdurub, o adların olduqları kimi
tablolarda və başqa ümumi informasiya və media araclarında,
qeyd olmasına izin verilsin.
3
- Bütün dünya çapında, ana dilinin özəlliklə uşaqlar
və gənclərimizə öyrədilməsi üçün,
Azərbaycanlı dərnəklər, təşkilatlar,
kollektivlər və özünü məsul bilən Azərbaycanlıların,
bir birləri ilə yaradıcı dialoq və mədəni görüş
alış-verişəndə olmalarını, vurğulayaraq,
təkid
edirik.
4
2008-ci ili, ana dili ili kimin
elan edib, bu fikrin yayılıb, böyüməsi uğrunda, bütün
vətəndaşları, iş birliyinə çağırırıq.
Azərbaycan
Kültür Dərnəyi Durna
nın 13-ü illik qurultayı