Əziz və dəyərli, dil və mədəniyət ocağının (DMO) qurucu heyəti !

 

Səlam və saygılarımı bildirərək bu nəcib hərəkətizi ürəkdən təbrik edir, sizlərə və bütün milli varlığı talanmış məzlum ama məğrur millətimizə daha böyük başarılar diləyirəm.

Bir millətin qadını, ərkəyi, gənci və yaşlısı madamki əl - ələ verib problərinin həllinə çalışır, bütün çətinliklərə baxmıyaraq qətiyən qalib gələcəkdir. Milli fəallarımızın bu ağır şəraitdə, zindanlarda basqı, eşikdə  qamçı altında olmasına rağmen, demokratik usullara dayanaraq ağıllı siyasət yürütməsi bu millətin böyüklüyünə bir işarətdir. Qoy nadanlar anlasınlar ki, bu səs artıq boğulan deyil, gec olmadan ağıllansınlar, çünki  gələcək bizimdir.

Əziz dostlar sizin simanızda bu vəsilə ilə “ ana dili “ gününü Azərbaycan Türk Millətinə təbrik deyir, qolumuzdaki zəncirin və dilimizdek qıfılın açarlarını bu ölçülü çalışmalarda gördüyümü bəyan edirəm.

Bu münasibətlə 1993 – də bayram günlərində Urmuda dediyim bir şeiri sizlərə təqdim edirəm. Bu şeir varlıq jurnalında çap edilmişdir.

 

Dərin hörmətlərimlə :  Böyük  Rəsuloğlu -   20.02.2008

 

                                                                  

 

                                                                  “Söz”

söz ər (hər) millətin varlığından doğar               Sözü  olmuyanlar  açılcaq  solar

dili haq  verib,  haq  verən   həqlıdır                   həqiqət deyilsə sözün   kəsrdir

Nəsimi  təkin  söz   deyib   ölməyən                    Hürufi sözündən ışıq  görməyən

Nə anlar dərin  sözdən  onlar görən                   kəmali gərəkdir kəlamdan hörən

sözün Türküsün qoy deyim dur biraz               söz etmiş gözüm yaşlarından Araz

söz ilhamdi ondan sora hər nə var                     bəsirətlə baxsan, o sözdən doğar

sözün məntiqindən bəşər gül yolar                    sözün təhrifindən qiyamət  qopar

söz   aləmdə  insanlığın    şənidir                        sözü duymuyanlarda  var bəllidir

söz    etmiş     Fizuliləri     paydar                       Nizamiylə  Vaqif   söz   ilə  durar

Məhəsti, sözün ustasından  soruş                       bulaq tək sözün axmayırsa sovuş

söz  etmişdir insani  əşrəf  gülüm                       büzülmüş dodaqdan sənə bal süzüm

söz   oldur  çiçəkləndirər   ölkəni                        söz   ilə   bu  millət   genə    dirçəli

Rəsullu,  söz  ilə   Azərbaycanın                         çıxardaq  gərək göylərə  bayrağın

 

1373 bayram günləri  gözəl Urmumuz ( 1992)