Urmuda
seçgilər və Kürdlər ;
Azərbaycan
Milli Hərəkatı böyük- kiçik bütün imkanlardan yararlanaraq bütün
sahələrdə irəliləməyi bacarmalıdır. Biz
mütəşəkkil olmağa can atarkən,
hərəkətimizi gücləndirərək özümüzün müdafiə
sistəmini yaratmaqla hücum planını hazırlamaqda bütün fürsətləri
düzgün dəyərləndirməliyik.
Batı
Azərbaycan, özəlliklə Urmu və Sulduzda seçgilərdə
iştirak edib, Türk əsilli bir nümayəndənin seçilməsindəki
faydaları geçən yazılarımda dərinliyinə araşdırdığım
üçün artıq vaxtınızı almaq istəmirəm, qısaca
işarə etməklə yetənirəm.
Seçgilərdə
iştirak edərək Türklərin qazanması ilə!
1-
Kürd dəstələrinin yalançı iddealrının üstü
açılacaq. Bu yalançı təbliqata inananlar istər öz
millətimizdən istərsədə başqaları gərçəkləri
görüb ona görə fikir yürüdəcəklər.
2-
Beynalxalq
hüquq aləmində özəlliklə gələcəkdə
masa başındakı müzakirələrdə millətimizin
istifadəsi üçün sənədlərə biridə
eklənəcək.
3-
O
bölgədə yaşıyan millətimizin ruh yüksəkliyinə
səbəb olaraq Kürd şovinistlərinin planlı şəkildə
Urmu və ətrafına təbliqatçı göndərərək
millətimizi qorxudub qaçırtmağa çalşdığı
siyasəti çürüyəcək.
4-
Milli
hərəkətçilərimizin bu ağır və polisi ortamda
bir araya gəlmələri üçün münasib ortam yaradacaq.
5-
Milli
hərəkatımızı müdafiə edən vəya ona
nisbi yaxın olan organları və yüksək səviyəli
şəxsiyətləri dahada ürəkləndirəcək.
6-
Birlikdə
müqavimət fikrinin gücünü artıracaq.
7-
Ətrafda
yaşıyan və Kürd dəstələrinin təbliqatına
inanaraq böyük bir faciəyə doğru sürüklənən
bəzi səmimi Kürdlərə oyanış qamçısı
vuracaq.
8-
Yalançı
təbliqatla bölgədə millətlər arasında kin və
nifrət yaradan düşüncənin təsirini azaldacaq.
9-
Yaxınlaşan
faciənin qarşısında bir maniə törədərək
insanların qanının tökülməsinin önlənməsində
rol oynuyacaq.
10-
Və
................
Bu
bölgədə seçgilərdə iştiraka çağırmağın,
Azərbaycanı parçalamq mənasına gəlmədiyini, tam
tərsinə tarixi torpaqlarımıza göz tikənlərin parçalama
çabalarının qarşısını almaq üçün dərin
mənali və ölçülü bir siyasət olduğunu vurqulamaqda fayda
görürəm. Umumiyətlə
Güney Azərbaycanın bütün bölgələrində bu seçgilərdə
iştirak edib- etməmə barədə əziz dostum Dr.
Səməd bəy Niknam və sayın Maşallah bəy
Rəzminin fikirləriniə böyük ölçüdə qatılmaqla
birlikdə AZBİLTOP -un son
bəyaniyəsinə diqqət çəkirəm. Çünki,
güneydəki fəallarımızın zehniyətdən uzaq,
gərçəklərə dayanaraq və eyni halda bir tək yol seçərək
qərar verib təbliqat aparmalarını daha uygun gördüyümü
bildirmişdim.
Daxildə
ön səngərdə savaşan milli mübarizlərimiz, bütün
bunları nəzərdə alaraq batı Azərbaycanda özəlliklə
Urmuda bütün güclərini səfərbər edərək mümkün
qədər mütəşəkkil olaraq seçgilərdə iştirak
etməlidirlər. Atalar demişkən dəvədən bir
qıl da çəksən qənimətdir bu durumdan istifadə
edib, inzivadan çıxaraq təhərrük etmək, milli
təfəkkürlülərimizin adaylığına icazə
verməzlərsə ki vermiyəcəklər, bizə yaxın
olnlara yardım etmək, Türk millət vəkillərini
məclisə göndərmək milli hərəkatımızın
və gələcəyimiz üçün ən düşüncəli
siyasətdir.
Xaricdə
oturub, Türk sözündən diskinənlər, özü qayırma
rəhbərlik yuxusu görərək buna ona daş atmaq üçün
nəzəriyə verənlərin bulaşıq sözləri,
sizləri çəkindirməməlidir, qollarızı daha da
yuxarı çırmalamağa şirnikdirməlidir.
Urmuda
Kürd məsəlisinə gəldikdə isə, Urmudan, İsmail
ağa Simitqonun cinayətlərindən, birinci - ikinci dünya müharibələrindəki
Kürd talanları və soyqırımlarınından məlumatı
olmuyanların, islam inqilabında Urmu da başverənlərdən
xəbərsiz olanlar vəya o zamankı irticai təfəkkürlə
Kürd dəstələri ilə birlikdə Sulduza hücum
edənlərin qeyri elmi və bəzəndə qərəzli
təhlilləri bir daha bu məsələyə qayıtmağı
boynuma yüklədi. Bu təhlillərin bəziləri insan
sevərlik donu ilə bəzənmişsədə,
millətimizə rəva görüləcək ən böyük qeyri
insani hücumları ya görmür yada görməməzlikdən
gəlir.
Bugünkü
durumda batı Azərbaycandaki vəziyəti təhlil
üçün dərin məlumat, tarix bilgisi, milli təfəkkür, bölgə
və dünya siyasətini olduğu kimi anlamağın vacibliyi
inkar edilməzdir. Bizim, Kürd vəya başqa milləetlərlə
düşmənçiliyimizin olmadığnı, ancaq torpaq və
millətimizə hücümlar qarşısında özümüzü müdafiə
etmək məcburyiətində qaldığımızı
bilənlər yaxşı bilirlərki, onların bizimlə
probləmi var, torpağımızda gözü var.
Hər
hansi bir çürümüş ideologiyə sahib olanlar, şəxsi münasibətləri
milli mənafeidən üstün tutanlar, elmi və bilgi
yetənəyi olmuyanların, Urmudaki durumu təhlildə apardıqları
qeyri siyasi ve qeyri milli fikir vəya təhriflər millətimiz
tərəfindən bağışlanmazdır. Şübhə
yoxdur ki, tariximizi düzgün tərəzidə ölçmə
qabiliyətində olmuyanlar, Manna dövlətinin mahiyətini
bilmiyənlər və ona sahib çıxmaq istəyənləri
tanımıyanlar, tarixi səlaciqəni oxumuyanlar, Osmanli
tarixini vərəqləmiyənlər, Ustad Məhəmməd
Təməddün- Eli Dehqan Kavə Bayat- Urmu xanı
Məhəmməd Quli xan Əfşar Mütəmədülvüzəranın
xatirələri və onlarca belə əsərləri
oxumuyanlardan düzgün analiz gözləmək
olmaz. Ancaq məlun Kəsrəvinin Azərbaycanın 20 illik
tarixini çoxlarının oxuduğuna da şübhə
edilməz. O hadisələri dəyərləndirirkən baxış
açısını Kəsrəvi zaviyəsinə tuşluyanlar
vəya milli məfkurə yerinə hələdə
təbəqati təhlillərlə yanaşanlar, dayaz suda boğulan
uşaq kimi iməkliyərək milləti qalanmış
tonqala sarı əli yalın sürükləməkdədirlər.
Bir zamanlar Rusqulu, Şahqulu vəya imamqululuqla məşqul
olanların ürəkdən millətin qoynuna sığınmıyanları
özlərini böyük siyasətçi saysalar da hələdə o
anti Türklərin alışdırdığı
təhlil metod ölçülərində özlərini aldatmaqdadırlar.
Bizlərin
xətası millətimizin bugünü və gələcəyinə
böyük təhlükələr törədəcəyinə şübhə
ediləməz. Osmanlı impiratorluğunun, Güney Andolu və
Diyar Bəkiri, Azərbaycanlı Aqqoyunlu Türklərindən boşaldaraq
yerinə başqa millətləri yerləşdirməsinin
səbəbi nə olursa olsun bugün öz törəmələri
xusran və əzabını çəkməkdədir.
Rəhmətlik Seyid Cəfər pişəvərinin Soyuq bulaq
xətasının yanında Zəncanı itirməsi və ya
Azərbaycanın Tarixi torpaqları ( Qəzvin
Həmədan- Sungur- savə - Ərak.........) iddeasızlığı
nəticəsində böyük gücə dönüşəməməsi
bizi bugünə gətirib çıxarmışdır. Ana dili üstündə
dəyərli cavanlarımız zindanlarda, eşikdəkilər
isə olmazın təhqirlərə məruz qalmaqdadır. Başqasına
yox, ancaq millətimizə güvənməli, millətimizi ayağa
qaldırmalı, güclü və əyilmiyən bir qol olaraq başqa
millətlərlə diplomatik əlaqələr yaratmalı
və müzakirə masası arxasında oturmalıyıq.
Urmu
ilə bağlı son günlər radyo- televizyonlarda müsahibələri,
qrup və sitələrdə yazıları, paltalk otaqlarında
müzakirələri və sairə hər kəs görüb və müxtəlif
görüşləri eşitməkdədir. Bu təhlillərin bir
bölümünün milli hərəkatımıza uygun bir bölümünün
isə təhlükəli olduğu aşikardır.
Təəssuflə bu təhlükəli dəyərləndirmələrin
bəzisi səmimiyətinə və demokratik düşüncəsinə
inandığımız çəvrələrdən gəldiyinə
görə təhlükə iki qat artır. Çünki bu təhlillərə
millətin bir bölümü inanaraq müqavimət və dirəniş
təfəkkürü yerinə sözdə siyasət, əməldə
təslimçilik prensipini güdür. Bu haqda iki məsələyə
toxunaraq sözlərimə son verirəm.
1-
Təəssüflə və utanaraq deməliyəmki güclü bir
təşkilatımızın olmadığına görə bugün
sistematik müqavimət imkanımız yoxdur. Batı
Azərbaycanda hər an gözlənilməz bir hadisənin baş
verəbiləcəyi isə bizi gözləməz. Xalqımızın
tarix boyu olduğu kimi bu gündə özünü qorumaq üçün silahını
yastığının altına qoyması onun güvən qaynağıdır.
Bunu
başqa yerə yoranlar xəta içindədirlər.
2-
Bütün savaş və mübarizələrin sonu müzakirə
ilə bitdiyinə şübhə yoxdur. Ancaq Kürd
dəstələrinin batı Azərbaycan haqqındakı
iddeaları, xəritələri, təbliqat və təhrikatı
kəsilmədikcə Azərbaycanın hər hansı bir
şəxs qurum və quruluşunun onlarla müzakirəyə
girməsi uydurma siyasətdir. Qılıncını qınında
gizlədərək uzanan dostluq əli görünmüyən düşmən
qədər təhlükəli, aldatıcı və yalançıdır.
Özümüzü siyasətçi sayaraq bu oyunlara gəlməyimiz də bağışlanmazdır.
Biz ancaq bütün Kürd dəstələrinin təbliqat maşının
bu mütəcaviz çağırışlarına son qoymaları
ilə onlarla bir masa başında oturmağı düşünməliyik.
Böyük
Rəsuloğlu 12. 02. 2008