Hörmətli Azadtribun sitesinin məsulu!

 

Buna baxmayaraq ki, boş vaqtım yoxdur və izahlamaq məcburiyyətində deyiləm ancaq istərdim mətbuat qanunlarına sayqı göstərmənizi və inandığınız demokrasiyanı vurqulayaraq aşağıda gələn izahatı sitənizdə dərc edəsiniz.

 

Maraqlıdır! İran hakimiyyəti vasitəsilə gəncliyimizin qanı yerə töküldüyü zaman AFİ tədbirlərin(aksia və seminar) baykut edirdiniz. Qarabağ ilə ilgili bütün tədbirlərimizi baykut edib yayınlamırdınız. Amnestyde Güneyli məhbusların huquqların mudafiə və görüşlər təkzib olunur. Azərbaycan həqiqətləri uğrunda bütün fəaliyyətlər öz əksini tapmayır vb. Ama İdarə heyətin protokollu AFİ üzvlərində tez sizin əlinizə çatır və yayımlanır. Sırf  bunun üçün ki, mənim sədr olduğum zaman Quzey Azerbaycanda muxalifət iqtidar məsələlərinə girişmədim. Muxalifətdən olan dostlarımızın fikirlərinə sayqımı bildirərək birdaha söyləməliyəm:

-Mən Güneydən gəlmişəm. Dövlətçilik həsrətində yaşayan bir Azərbaycan türküyəm. Azərbaycan dövlətçiliyi uğrunda hər türlü fədakarlığa hazıram. Bu dövlətçiliyi təmsil edən hər hangi bir hakimiyyətə qarşı hərəkət etmərəm diyə bəlkə Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaqda cani könüldən əməkdaşlıq etməyi bildirmək istərdim. Burası Avrupa. Stol davası yeri deyil. Qarabağ işqal altındadır. Güney Azerbaycanda gənclərimiz yaşayım diyə ölüm mucadiləsi verirlər. Quzeydə kim iqtidardı diyə kim muxalifətdir məni ilgiləndirməyib və ilgiləndirməyəcəkdir.

Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq uğrunda XÖYAIDK diyə təşkilatın hər bir dəstəyin cani könül ilə qəbul edib, İran və Erməni və bütün anti Türk düşüncələrə qarşı hər bir Azərbaycanlının əlin sıxıb və sıxacayam.

Lutfən mustəqil və özgür düşünün. Bu qədər təsirlər altında Azadtribun sitəsinə lətmə vurmayın. Bu sitə sizin deyil. Hamımızındır. Lazım olmayan və Fars şövenizmin sevindirən eyləmlərə son qoyun. Bir-tək bir cüt Erməniyə baxınız. Naxçıvan festivalı keçirirlər. Həmdə İran adlı ölkədən olan Erməni muhacirlərin təşkilatçılığıilə.

Biz hardayıq? Söz-sözə gələndə deyirik isveçdə 30 000 azərbaycanlıyıq. Ama elə xırdalıqlar içində boğulmuşuq ki, başımız üstündə qahqahalar səsin eşitmirik.

Özümüzə gəlmək niyyətində deyilik.

Əslən kim deyib ki, muxalifətlə əməkdaşlıq savbdır? İqtidarla günah? Bu qaydaları pozmalıyıq. Əziz Səməd bəy Niknam yazı yazanda bir çox pərdə arxasın düşünmüşdür. Ama nətür qarşılandı? Mən onların yazısın dəyərləndirmliyəm.

Dövlət komitəsində olan insanlar Azərbaycanlı, Azərbaycan türkü, həqiqətlərimizlə məşqul olan insanlar. Bu mənə yetər. Yeri gəlmişkən sormalıyam ki, Xocalı faciəsin keçirmək üçün XÖYAIDK yardımları həramdımı? Azərbaycanlı cəmiyyətlərin ayaq üstə durmaqları üçün həzinə etmək həramdımı?

Erməni və Fars diasporasına qarşı bütün gücümüz ilə çıxış etməliyik. Məni ilgiləndirməz bu muxalifətdir yaxud İqtidar. Zatən və son illərdə muxalifət-iqtidar məsələlərinə girişmək nəqədər boş yerinə putansiyelimizi almışdır? Qarabağ və Güney məsələlərinə ilgi göstərmək yerinə Azadtribun sitəsi Müsavatın tribununa çevrilmədimi? Güneydə çox oxucularınızı itirmədinizmi? Bir oqədər ki, inanın İsveçdə də böylədir. Sizi etgiliyən dostlara bir sözüm olsun:

Quzey Azərbaycanda STOL davasından önəmli məsələrimiz var. Güney Azərbaycan və Can Qarabağ. Qoyun işimizi görək. Bizləri su edib İran və Erməni dəyirmanına axıtmayın. Siz muxalifətçi kimi haqqlısınız. Ama vallah yeri bura deyil. Mən AFİ dönmək niyyətində deyiləm. Ama söz verirəm birdə dönsəm yenə izn verməyəcəyəm AFİ muxalifətin tribununa çevrilsin. Mənə ancaq Quzeydə Qarabağın azadlığı və Günydə qurtuluşumuz önəmlidir. Bu yolda sizi və bütün tədbirlərinizi alqışlayıb və sevgilərimi ilətirəm. İnanıram bir gün mən deyənlərə gəlib-çatacaqsınız.

 

Ama yeni yaranan cəmiyyətlərilə ilgili deməliyəm ki, bu cəmiyyətlərin sayısı 30 000 isveçli azərbaycanlını nəzərdə tutaraq çox azdır. Yaxın gələcəkdə sayısının neçə qata artmasından sizə xəbər verməliyəm.

 

Yaşasın 50 milyon Azərbaycan Türk milləti

Qarabağa azadlıq, Güney Azərbaycan qurtuluş diləkilə

 

Məmmədrza Ağapur

İsveç-Azərbaycan Stratejia və Araşdırmalar Mərkəzinin sədri