AFİ
İH-nin 5-ci növbəti
iclasının protokolu.
İştirakçılar :
1.Məmmədrza Ağapur
AFİ sədri
2.Rahim Sadıqbəyli
AFİ təşkilat
məsulu
3.Səttar Sevgin
AFİ ilişgilər
məsulu
4.Nadir Hollenbrand
AFİ maliyyə
məsulu
5.Aslan Ərəbloui
AFİ NTK
sədri
Gündəlikdə duran məsələlər :
1.AFİ-nin bu günkü
durumu,
2.AFİ-nin maliyyə
vəziyyəti,
3.Cari
məsələlər.
Gündəlik qəbul olunandan sonra NTK sədrinin ünvanına
gəlmiş məktubla bağlı müzakirələr başladı.Məktub
müəllifinin iddiasına görə AFİ başqanı və
İH-nin ayrı-ayrı üzvləri Azərbaycan Respublikası
XYAİDK (Diaspora Komitəsi) ilə qeyri şəffav əlaqələr
yaradıb və yuxarıda adı çəkilən Dövlət
Təşkilatından AFİ adına 5400 Avro
məbləğində pul alınıb.Aslan bəyin AFİ
sədri Məmmədrza Ağapura ünvanladığı suala
cavabında M.Ağapur bunun heç bir əsası olmadığını
və pulun 5400 avro deyil,ABŞ dolları olaraq AFİ başqanı
kimi yox şəxsən özünün bu qurumdakı məmurlarla
şəxsi münasibətlər nəticəsində aldığını
və yeni dərnəklərin yaradıldığına
sərf etdiyini bəyan elədi.
AFİ-nin indiki durumuna toxunan Səttar bəy İsveçdəki
cəmiyyətlərin və təşkilatların AFİ-dən
üz döndərmə səbəblərini aydınlatmaqla yanaşı
AFİ-nin fəaliyyətini qeyri normal olduğunu və
qənaətbəxş olmadığını dilə
gətirdi.
Aslan bəy vurğuladı ki,bu gün İH-də
vəzifələr dəyişilsin və növbəti qurultaya
tam hazırlıqlı gedilsin.Rahim Sadıqbəyli öz
məsuliyyətini Səttar bəyə verilməsi və AFİ-də
katib vəzifəsnin yerinə yetirilmədiyini nəzərə
alaraq bu səlahiyyəti boynuna götürməyi təklifi elədi.
NTK sədri Aslan bəy M.Cəsuroğlunun İsveçdə
qeyri-sabit yaşadığını və iclaslara qatıla
bilməməsini nəzərə alaraq, onun katib kimi
vəzifəsinin IH tərəfindən dondurulmasi təklifini
irəli sürdü. Irəli sürülən təklif IH
tərəfinden qəbul olundu.M.Ağapur işlərinin çox
olmasını və AFİ üçün artıq vaxt ayıra
bilmədiyini söyləyərək AFİ-ni indiki
vəziyyətdən qurtarmaq üçün istefa verdiyini və bu
vəzifəyə Səttar bəyin namizədliyini təklif
elədi.İH M.Ağapun isefaasını qəbul
edib.Səttar Seviginin sədrliyini qəbul elədi.
AFİ NTK-sı 9-cu qurultaydan bu günə kimi
Məmmədrza Ağapurun maliyyə cavabdehliyini saxlayır
və maliyyə hesablarını təftiş edəndən
sonra onu bu məsuliyyətdən azad edəcək.
Qəbul olunmuş qərarlar:
1.
AFI
IH-də vəzifələr dəyişilsin.
2.
Rahim
Sadıqbəyli öz vəzifəsində qalmaqla həmçinin AFİ
katibi səlahiyyətini də icra etsin.
3.
Məmmədrza
Ağapurun istefası qəbul olunsun.
4.
Səttar
Seviginin AFİ sədrliyi qəbul olunsun.
5.
Mənsur
Cəsuroğlu katib vəzifəsindən azad olunsun.
6.
AFİ
İH sədri və üzvləri AFİ-dən
uzaqlaşmış təşkilatlarla intensiv iş
aparilsın.
7.
Bu
tarixdən etibarən AFİ-nin mədaxil və məxaric
hesabları İH-nin qərarı əsasında müvafiq
qəbz və sənədlərin qarşılığında
aparılsın.
İclasın
katibi Rahim
Sadiqbəyli.
Zaman
və məkan: 09.02.2008
saat 13.00-17.00 Linköping.