
Həsən
Səfərli (Səfəri)
Yaradılan
və yazılan tarix
R.Hüseynovun
“Qərbi Azərbaycan Mühacir Hökuməti:
ideyadan
gerçəkliyə” adlı kitabı haqqında düşüncələr
2007-ci ilin son ayında Bakı
şəhərində Ramazan Hüseynovun “Ulu yurdum İrəvan”
adlı kitabı işıq üzü gördü. Kitabın birinci cildi
əslində “Qərbi Azərbaycan Mühacir Hökuməti:
ideyadan gerçəkliyə” adı ilə 2006-cı ildə buraxılmışdır.
Qərbi Azərbaycan Mühacir Hökumətinin ideya sahibləri
isə Ramazan Hüseynov və yazıçı-publisist Azad
Qaradərəlidir. Kitabın hər iki cildinin redaktoru və
ona ön söz yazan da Azad Qaradərəlidir.
Kitabın birinci cildi 120
səhifədə Bakı şəhərində Şirvannəşr
nəşriyyatında işıq üzü görmüşdür.

Kitabda Azərbaycanın
qədim torpaqları İrəvan xanlığının
ərazisindən söhbət gedir. Bu yerlər qədim dövrlərdən
Azərbaycan türkünün yaşadığı ərazilər olmuşdur.
Lakin son əsrlərdə, xüsusilə Gülüstan və Türkmənçay
müqavilələrindən sonra imperialist dövlətlər
həmin türk torpağını müsəlman Türk dünyasının
qəlbində yaraya çevirərək, onu hər zaman bu böyük
millətə təzyiq alətinə çevirmək
məqsədilə istifadə etdilər. İrəvan xanlığı
ərazisi hesabına ermənilərə dövlət təşkili
planını cızdılar. Müxtəlif yerlərdən azlıqda
olan erməniləri köçürdüb, Azərbaycanın İrəvan
xanlığı ərazisində məskunlaşdırdılar
və müxtəlif üsullar, o cümlədən soyqırım,
qovmaq və digər yerlərə köçürmək yolu ilə
həmin ərazilərdən Azərbaycan türkünü
təmizlədilər. Məqsədyönlü şəkildə
Qərb dövlətlərinin yardımı və Rusiyanın
əli ilə aparılan bu işin sonunda saxta üsullarla
Ermənistan Respublikası formalaşdırıldı.
Yazıçı-publisist Azad
Qaradərəli “Qərbi Azərbaycan Mühacir Hökuməti:
ideyadan gerçəkliyə” kitabına yazdığı ön sözdə
Azərbaycan türkünün torpaqlarının, xüsusilə İrəvan
xanlığı ərazisinin ermənilər
tərəfindən mənimsənilməsinə və bunların
yazılmasının vacibliyinə işarə edərək,
yazır: “Mete Xaqan deyirdi: “Biz tarix yazmadıq, tarix yaratdıq.
Çox əcəb! Tarixi
yaratmaq azmış, onu yazmaq da gərəkmiş. Mete yazmadısa,
Gültikin, Bilgə yazdı. Və dərd ondadır ki, yorğa
atlar kimi arxamıza baxmadan irəli çapırıq və bir
də görürük ki, arxamızdan, tariximizdən, həm də alın
yazımızdan uzaq düşmüşük.
İndi sürət əsri
olsa da, dayanıb arxaya boylanmaq, keçmişimizə nəzər
salmaq gərəkdir”.
Ön sozdə redaktor daha sonra
Azərbaycanın çətin anlarında müqavilələrlə
ikiyə parçalanması və daha sonra İrəvan xanlığının
həmin tarixi şəraitdə ermənilərin əlinə
keçməsi ilə razılaşması və məqsədyönlü
şəkildə ermənilərin İrəvan xanlığı
ərazisində yerləşdirilməsini nəzərdə
tutaraq bugünkü azərbaycanlılara xitabən yazır:
“Bəlkə babanın əli yanıb, ağzına təpib,
1813-də, 1828, 1918-də tarixi səhvlər eləyib- bəs
sən dünyanın bu düz vaxtında niyə susursan?!
Qərbi Azərbaycan –indiki
Ermənistan deyilən ərazi sənindi axı, ay oğul!
Beli əyilmiş atanın bir ayağıından rus,
birindən fars tutmuşdu, ingilis də başından basırdı,
erməniyə hazır yem eləmişdilər. Yüz il yatmaqmı
olar, iki yüz il yatmaqmı olar, atam oğul?!”
Ramazan Hüseynovun “Qərbi
Azərbaycan Mühacir Hökuməti: ideyadan gerçəkliyə” adlı
kitabının birinci cildinin əvvəlində “Faktlar nə
deyir” başlıqlı bölmədə Azərbaycanın
sahəsinin 1813-1828-ci ilə qədər təxminən 410 min
kv.km olduğunu, İran əsarəti altında qalan Güney
Azərbaycanın sahəsinin 280 min kv.km, Rusiya əsarəti
altındakı Şimali Azərbaycan ərazisinin sahəsinin
130 min kv.km olduğunu, 1918-ci ildə isə Rusiyanın
təzyiqi ilə ermənilərə verilmiş İrəvan
xanlığının sahəsinin isə 9 min kv.km olduğunu
qeyd edir. Müəllif Rusiya əsarəti altında qalan
Dərbənd xanlığının sahəsinin 7 min kv.km olduğunu,
sahəsi 114 min kv.km olan Azərbaycan Demokratik Respublikasının
isə 1920-ci ildə Sovet İmperiyası vasitəsi ilə işğal
ediləndən sonra ərazilərinin böyük bir hissəsi bölüşdürülərək
27.4 min kv.km sahəsi yəni Zəngəzur, Göyçə,
Dərələyəz, Dilicanın Ermənistan Sovet Sosialist
Respublikasına, Borçalının isə Gürcüstan Sovet Sosialist
Respublikasına verildiyini və nəhayət 1920-1991-ci
illərdə Azərbaycan Sovet Sosialist Respublikasının
ərazisinin Ruslar tərəfindən bölüşdürülərək,
86.6 min kv.km qaldığını qeyd edir.
Müəllif Ramazan Hüseynov
sahəsi 4400 kv.km olan Dağlıq Qarabağ bölgəsinin
və əlavə olaraq 7 digər Azərbaycan rayonunun
1988-1994-cü illərdə işğal edildiyini və beləliklə
əslində 20 faiz deyil bəlkə 80 faiz Azərbaycan ərazilərinin
hal-hazırda işğal altında olduğunu qeyd edir.
Müəllif əsərinin
9-cu səhifəsində “Ermənistan” adlı dövlətin
yaranması ilə bağlı yazır: “Yaxın tarixə
nəzər salsaq, qədim türk torpaqları olan Qərbi
Azərbaycanda “Ermənistan” adlı bir dövlətin yaradılması
1918-ci il 27 may tarixdə Tiflisdə keçirilən “Zaqafqaziya
seymi”nin dağılması və orada 3 müstəqil respublikanın
yaradılması ilə əlaqədar qəbul edilən
qərarın nəticəsidir. Hələ yaradılmaqda olan
Azərbaycan Demokratik Respublikasının yaradıcılarına
Avropa ölkələrindən və digər ölkələrdən
təzyiq və təsirlərin nəticəsi olaraq
Azərbaycan Demokratik Respublikasının banisi M.Ə.Rəsulzadə
və digər siyasi liderlərimiz adı çəkilən ərazinin
ermənilərə verilməsinə və paytaxtın
qədim oğuz türk şəhəri olan İrəvanın
yaradılacaq erməni dövlətinə paytaxt seçilməsinə
razılıq verdilər.”
Müəllif sözlərinə
davam edərək, yazır: “Tarixə nəzər salsaq o dövrdə
ermənilərin paytaxtımız Bakı şəhəri
olmaqla Azərbaycanın hər bölgəsində çox həddi görünməmiş
vəhşiliklər törətdikləri yazılı
sənədlərdə və o dövrün şahidlərinin
ifadələrində öz əksini tapmışdır. Doğrudur,
bu gün 27 may 1918-ci il tarixində Tiflisdə bağlanmış
sazişə nəzər salanda heyfslənməli çox şeylər
görünür. Yəni sazişə imza atmamaq və Qərbi
Azərbaycan torpaqlarını ermənilərə
verməmək olardı. Əslində hadisələr çox
gərgin bir şəraitdə cərəyan edirdi. Türkiyədən
qovulmuş silahlı erməni dəstələrinə Çar
Rusiyasının qoşunlarında xidmət etmiş erməni
zabitləri rəhbərlik edirdi. Məhz, bu və ya digər
faktlar qarşısında zəif olan yeni yaranacaq Azərbaycan
hökümətinin nümayəndələri İrəvan xanlığının
tamamilə ermənilərə verilməsilə razılaşdı.”
Müəllif sözlərinə
davam edərək, yazır: “Torpaqlarımızın
ermənilərə verilməsinə baxmayaraq sənəddə
ermənilərin bir daha Azərbaycan ərazisinə iddialı
olmaması öz əksini tapmışdır. Buna baxmayaraq
ermənilər zaman-zaman öz işlərini davam etdirdilər.
Yeni-yeni torpaq iddiaları və bağışlanılmış
ərazidə yaşayan müsəlman-türk əhalisinin oradan köçürülməsini
planlı surətdə həyata keçirməyə başladılar.”
Ramazan Hüseynov qeyd edilən
bu məsələlərdə, eləcə də Ermənistan
prezidenti R. Koçaryanın danışıqlarda özünü nalayiq
aparmasının qarşısını almaq və onu sülh danışıqlarına
razılıq verməsinə məcbur etmək üçün də
həmin ideyanın effektiv olmasını bildirərək
təklif edir:
1-
“Qərbi
Azərbaycan mühacir hökuməti”ni təşkil və təsis
etmək.
2-
Hökumətin
nazirlər kabinetinin yaradılması;
3-
Hökumətin
parlamentinin seçilməsi;
4-
Yaradılan
dövlətin bayrağının və gerbinin hazırlanması,
parlamentdə təsdiq olunması;
5-
Azərbaycan
və Türkiyə hökumətlərindən “Qərbi
Azərbaycan mühacir hökuməti”nin tanınmasını xahiş
etmək.
6-
Hökumətin
fəaliyyəti üçün müvəqqəti olaraq Azərbaycan mühacir
hökuməti idarələrinin yerləşməsi üçün yer (yeni
bina) istəmək;
7-
Hökumətin
tanınması üçün dünya dövlətlərinə və
beynəlxalq təşkilatlara yaradılmış hökumət
adından müraciət etmək...
8-
Hökumət
əhalinin siyasi iradəsini və tarixi sənədləri
əsas tutaraq Ermənistan adlanan dövlətin əhatə etdiyi
bütün əraziyə əsaslı surətdə iddialıdır.
Müəllif əsərinin
14-cü səhifəsində Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin
mövcudluğuna da diqqəti cəlb edir və indiki Ermənistan
Respublikasına daxil edilən Azərbaycan ərazisinin də
bir hissəsini əhatə edən bu respublikanın
tarixindən qısa məlumat verir.
Müəllif əsərinin
22-ci səhifəsində yazır: “Ermənistanın paytaxtı
İrəvanın, qədim Çuxur Səd torpağının
altında üstündə qalan və qalmayan maddi
mədəniyyət abidələri, əlvan sənət
inciləri təsvirli daş sənduqələri, qayalara
həkk olunmuş yazılar və rəsmlər, ümumiyyətlə,
bütün memarlıq nümunələri yalnız və yalnız
azərbaycanlılara məxsusdur. 1655-ci ildə İrəvana
gəlmiş Jan Babtist Taverniyenin
əsərlərində (birinci cild) qeyd edilir ki, şəhər
qalasında yalnız müsəlmanlar yaşayır. On səkkiz
il sonra burada olmuş başqa bir fransız səyyahı Jan
Şarden oncildliyinin yenə birinci cildində göstərir ki,
İrəvan qalasını özlüyündə kiçik bir şəhər
hesab etmək olar. Qalada 800 ev var. Müəllif yazırdı: «Şəhər
torpaqlarını cənub-qərbdən axan Qırxbulaq və
şimal-qərbdən axan Zəngi çayları suvarır.
Sərdarın sarayı çox gözəl, möhtəşəm bir
imarətdir. Min addım o yanda bir qala bürcü ucalır, ona burada
“kiçik qala” deyirlər ...»
Taverniye və Şardendən
sonra Avropa səyyahlarından Cemelli, Kerr-Porter, Ceymz Moriyen,
Monpero, Kameron, Linç, Dübüa və b. da yüksək sənətkarlıqla
inşa edilmiş, diqqətəlayiq, zövqoxşayan memarlıq
abidələri ilə zəngin olan İrəvan qalasını,
Xan sarayını, onun “Şüşbənd” adı ilə tanınmış
güzgülü salonunu, qaladakı min bir bəzəkli
məscidləri, hovuz və hamamları, Zəngi çayınadək
enib gedən mərmər pilləkənli yeraltı yolu, qala
ətrafında-şəhər imarətləri, karvansara
və meydanları müstəsna heyranlıqla təsvir etmişlər”.
Müəllif sözlərinə
davam edərək İrənanın orta əsr inzibatı mövqeyi
və tarixi vəziyyəti ilə bağlı yazır: “İrəvan
XV əsrdən inzibatı mərkəz kimi tanınıb.
Qaraqoyunlular (1410-1467) və Ağqoyunluların (1467-1500) hökmranlığı
dövründə coğrafi mövqeyinə və yerli şəraitinə
görə adı geniş yayılıb Çuxur Səd
vilayətinin inzibatı mərkəzi olub. Şəhərə
söykənmış Cəfərabad (Arqaval) kəndində indi
də ucalmaqda olan bir türbə həmin dövrün yadigarıdır.
Türbə bişmiş kərpicdən və daşdan tikilib.
Kitabəsində Əmir Sədin və onun oğlu Pir Hüseynin
adları çəkilir. Pir Hüseyn Yaqub bəydən əvvəl Çuxur
Səd vilayətinin əmiri olub. Kitabədə həmçinin
Qaraqoyunlular sülaləsinin başçısı Qara Yusifin
(1410-1420) sərkərdəliyindən bəhs olunur, onun oğlu
Pir Buğdanın böyük hökmdar olması qeyd edilir”.
Müəllif R.Hüseynov İrəvanın
orta əsrlər tarixinə və 1679-cu ilin
zəlzələsinə, eləcə də qalanın
yenidən azərbaycanlılar tərəfindən ucaldılmasına
işarə etdikdən sonra əsərinin 25-ci
səhifəsində İrəvanın qədim məhəllə
və yer adları haqqında yazır: “İrəvanın
məhəllələri, çayları, bulaqları, dağ və
təpələri indi də el arasında (bir qismi isə
rəsmi sənədlərdə) öz adlarını qoruyub saxlamışlar.
Məsələn, İ.Şopenin verdiyi məlumata görə
XVIII əsrdə İrəvanın üç iri məhəlləsi
olmuşdur: Şəhər, Təpəbaşı,
Dəmirbulaq. Eyni adı daşıyan həmin
məhəllələr indi də şəhərin iri
məhəllələri sayılmaqdadır”.
Müəllif kitabında İrəvanın
və ümumiyyətlə Azərbaycanın müasir tarixinə işarə
edərək, İrəvanın hansı tarixi şəraitdə
ermənilərə güzəştə gedildiyinə aydınlıq
gətirir.
R. Hüseynov əsərinin
77-ci səhifəsində qədim Azərbaycan ərazisi İrəvan
mahalının və ümumiyyətlə Qərbi Azərbaycanın
toponimlərinin ermənilər tərəfindən dəyişmələri
və bu məsələ ilə bağlı mənfur
məqsədləri haqqında yazır: “Ermənilər
Qərbi Azərbaycandakı türk nişanələrini
kəsmək üçün buradakı bütün türk adlarını
dəyişdirmişlər. Əziz Ələkbərlinin
“Qədim türk-oğuz yurdu “Ermənistan” kitabında bu
məsələlərə işıq tutulur. Bu gün
“Ermənistan” adlanan Qərbi Azərbaycanın sahəsi 29.8
min kv.kilometrdir. buraya 36 rayon, 24 şəhər və
kəndlər daxildir. O cümlədən vaxtilə Qərbi
Azərbaycanda 7 mahal var idi.
Ermənilər zaman-zaman türk
izlərini itirmək üçün buradakı türk yer adlarını
erməniləşdirmək siyasətini də həyata keçiriblər.
Məsələn rayon adlarını onlar belə
erməniləşdiriblər: Abaranı “Aparan”
eləyiblər. O cümlədən Damcılını “Mravjan”,
Babakişini “Bujakan”, Gülablını “Dzoraqlux” şəklinə
salıblar və sair.
Akin rayonu “Ani”yə çevriblər.
Eləcə də həmin rayonun kəndlərindən Söyüdlünü
“Sarnaxpyur”, Bəbirlini “Bartsraşen”, Daşqalanı
“Karaberd” kimi dəyişiblər və sair. Vaxtilə
dədə-babalarımızın Manas adlandırdığı
rayonu əvvəl Allahverdi, sonra isə “Tumanyan”
eləyiblər. Eləcə də Qaçağan kəndinin adını
“Arevadzor”, Uzunları isə “Odzun” şəklinə salıblar
və sair”.
Müəllif Qərbi
Azərbaycanda ermənilərin türkmənşəli
Azərbaycan toponimlərini dəyişməsini əks
etdirməklə yanaşı, 80-cı illərdə
azərbaycanlıların həmin vətənləri və
yurd yerlərində ermənilər tərəfindən vəhşicəsinə
qətlə yetirilməsi və qovulmasına da işarə
edir.
R.Hüseynov əsərinin
birinci cildinin sonlarında XX əsrin axırlarında
əlavə olaraq Azərbaycanın 20 faiz torpaqlarını
ermənilərin işğal etməsi məsələsi
və bu sahədə BMT-nin Təhlükəsizlik Şurasının
qətnamələri, bəyanatları və s. əks etdirilmişdir.
Artıq əsərin II
hissəsi olan “Ulu yurdum İrəvan” kitabı da çapdan çıxıb.
Sevindirici haldır ki, ölkə prezidenti cənab İlham Əliyev
və Azərbaycanın Mili Məclisi bu gün Qərbi
Azərbaycan və xüsusən də İrəvan haqqında öz
narahatçılıqlarını bildirmiş və bu torpaqların
tarixi Azərbaycan əraziləri olduğunu bəyan etmişlər.
Bu gün “Qərbi Azərbaycan mühacir hökuməti: ideyadan gerçəkliyə”
kitabı çox böyük əhəmiyyətə malik tarixi əsərdir.
Bu kitabın hər iki cildinin rus və ingilis dillərinə
tərcüməsi və nəşri günün ən vacib
məsələsidir.
حسن
صفرلی (صفری)
یارادیلان
و یازیلان
تاریخ
رمضان
حسینووون
"غربی
آذربایجان
موهاجیر
حؤکومتی:
ایدئیادان
گئرچکلییه"
آدلی کیتابی
حاققیندا
دوشونجه لر
2007-جی
ایلین سون
آییندا باکی
شهرینده
رمضان
حسینووون
"اولو
یوردوم
ایروان" آدلی
کیتابی ایشیق
اوزو گؤردو.
کیتابین
بیرینجی
جیلدی
اصلینده "غربی
آذربایجان
موهاجیر
حؤکومتی:
ایدئیادان
گئرچکلییه"
آدی ایله 2006-جی
ایلده
بوراخیلمیشدیر.
غربی
آذربایجان
موهاجیر
حؤکومتی نین
ایدئیا
صاحیبلری
ایسه رمضان
حسینوو و
یازیچی-
پوبلیسیست
آزاد قارادره
لیدیر.
کیتابین هر
ایکی جیلدی
نین
رئداکتورو و
اونا اؤن سؤز
یازان دا آزاد
قارادره
لیدیر.
کیتابین
بیرینجی
جیلدی 120 صحیفه
ده باکی
شهرینده
شیرواننشر
نشریاتیندا
ایشیق اوزو
گؤرموشدور.

کیتابدا
آذربایجانین
قدیم
تورپاقلاری
ایروان
خانلیغی نین
اراضیسیندن
صؤحبت گئدیر.
بو یئرلر قدیم
دؤورلردن
آذربایجان
تورکونون
یاشادیغی
اراضیلر
اولموشدور.
لاکین سون
عصرلرده،
خوصوصیله
گولوستان و
تورکمنچای
موقاویله
لریندن سونرا
ایمپئریالیست
دؤولتلر همین
تورک
تورپاغینی
موسلمان تورک
دونیاسی نین
قلبینده
یارایا
چئویره رک،
اونو هر زامان
بو بؤیوک
میلته تعضیق
آلتینه
چئویرمک
مقصدیله
ایستیفاده
ائتدیلر.
ایروان
خانلیغی
اراضیسی
حسابینا
ائرمنیلره
دؤولت تشکیلی
پلانینی
جیزدیلار.
موختلیف
یئرلردن
آزلیقدا
اولان
ائرمنیلری
کؤچوردوب،
آذربایجانین
ایروان
خانلیغی
اراضیسینده
مسکونلاشدیردیلار
و موختلیف
اوصوللار، او
جومله دن
سویقیریم،
قووماق و دیگر
یئرلره
کؤچورمک یولو
ایله همین
اراضیلردن
آذربایجان
تورکونو
تمیزله دیلر.
مقصدیؤنلو
شکیلده غرب
دؤولتلری نین
یاردیمی و
روسییانین
الی ایله
آپاریلان
بو
ایشین
سونوندا
ساختا
اوصوللارلا
ائرمنیستان
رئسپوبلیکاسی
فورمالاشدیریلدی.
یازیچی-
پوبلیسیست
آزاد قارادره
لی "غربی
آذربایجان
موهاجیر
حؤکومتی:
ایدئیادان
گئرچکلییه"
کیتابینا
یازدیغی اؤن
سؤزده
آذربایجان
تورکونون
تورپاقلاری
نین، خصوصیله
ایروان
خانلیغی
اراضیسی نین
ائرمنیلر
طرفیندن
منیمسنیلمه
سینه و
بونلارین
یازیلماسی
نین
واجیبلیگینه
ایشاره ائده
رک، یازیر: "مئته
خاقان
دئییردی:
"بیز تاریخ
یازمادیق،
تاریخ
یاراتدیق.
چوخ عجب!
تاریخی
یاراتماق
آزمیش، اونو
یازماق دا
گرکمیش. مئته
یازمادیسا،
گولتیکین،
بیلگه یازدی. و
درد اوندادیر
کی، یورغا
آتلار کیمی
آرخامیزا
باخمادان
ایره لی
چاپیریق و بیر
ده گؤروروک
کی،
آرخامیزدان،
تاریخیمیزدن،
هم ده آلین
یازیمیزدان
اوزاق
دوشموشوک.
ایندی
سورعت عصری
اولسا دا،
دایانیب
آرخایا
بویلانماق،
کئچمیشیمیزه
نظر سالماق
گرکدیر."
اؤن
سوزده
رئداکتور
داها سونرا
آذربایجانین
چتین
آنلاریندا
موقاویله
لرله ایکییه
پارچالانماسی
و داها سونرا
ایروان
خانلیغی نین
همین تاریخی
شراییطده
ائرمنیلرین
الینه کئچمه
سی ایله
راضیلاشماسی
و مقصدیؤنلو
شکیلده
ائرمنیلرین
ایروان
خانلیغی
اراضیسینده
یئرلشدیریلمه
سینی نظرده
توتاراق
بوگونکو
آذربایجانلیلارا
خطاباً یازیر:
"بلکه
بابانین الی
یانیب،
آغزینا تپیب،
1813-ده، 1828-ده، 1918-ده
تاریخی سهولر
ائله ییب- بس
سن دونیانین
بو دوز
واختیندا
نییه
سوسورسان؟!
غربی
آذربایجان-
ایندیکی
ائرمنیستان
دئییلن اراضی
سنیندی آخی،
آی اوغول! بئلی
اَییلمیش
آتانین بیر
آیاغییندان
روس، بیریندن
فارس
توتموشدو،
اینگیلیس ده
باشیندان
باسیردی،
ائرمنییه
حاضیر یئم
ائله میشدیلر.
یوز ایل
یاتماقمی
اولار، ایکی
یوز ایل
یاتماقمی
اولار، آتام
اوغول؟"!
رمضان
حسینووون "غربی
آذربایجان
موهاجیر
حؤکومتی:
ایدئیادان
گئرچکلییه"
آدلی کیتابی
نین بیرینجی
جیلدی نین
اولینده "فاکتلار
نه دئییر "باشلیقلی
بؤلمه ده
آذربایجانین
ساحه سی نین 1813-1828-جی
ایله قدر
تخمیناً 410 مین
کیوادرات
کیلومتر
اولدوغونو،
ایران اسارتی
آلتیندا
قالان گونئی
آذربایجانین
ساحه سی نین 280
مین کیوادرات
کیلومتر،
روسیا اسارتی
آلتینداکی
شیمالی
آذربایجان
اراضیسی نین
ساحه سی نین 130
مین کیوادرات
کیلومتر
اولدوغونو، 1918-جی
ایلده ایسه
روسیانین
تعضیقی ایله
ائرمنیلره
وئریلمیش
ایروان
خانلیغی نین
ساحه سی نین
ایسه 9 مین
کیوادرات
کیلومتر
اولدوغونو
قئید ائدیر.
مؤلیف روسیا
اسارتی
آلتیندا
قالان دربند
خانلیغی نین
ساحه سی نین 7
مین کیوادرات
کیلومتر
اولدوغونو،
ساحه سی 114 مین
کیوادرات
کیلومتر
اولان
آذربایجان
دئموکراتیک
رئسپوبلیکاسی
نین ایسه 1920-جی
ایلده سووئت
ایمپئرییاسی
واسیطه سی
ایله ایشغال
ائدیلندن
سونرا
اراضیلری نین
بؤیوک بیر
حیصه سی
بؤلوشدوروله
رک 27.4 مین
کیوادرات
کیلومتر ساحه
سی یعنی زنگه
زور، گؤیچه،
دره لیه ز،
دیلیجانین
ائرمنیستان
سووئت
سوسیالیست
رئسپوبلیکاسینا،
بورچالی نین
ایسه
گورجوستان
سووئت
سوسیالیست
رئسپوبلیکاسینا
وئریلدیگینی
و نهایت 1920-1991-جی
ایللرده
آذربایجان
سووئت
سوسیالیست
رئسپوبلیکاسی
نین اراضیسی
نین روسلار
طرفیندن
بؤلوشدوروله
رک، 86.6 مین
کیوادرات
کیلومتر
قالدیغینی
قئید ائدیر.
مؤلیف
رمضان حسینوو
ساحه سی 4400
کیوادرات
کیلومتر
اولان داغلیق
قاراباغ
بؤلگه سی نین و
علاوه
اولاراق 7 دیگر
آذربایجان
رایونونون 1988-1994-جو
ایللرده
ایشغال
ائدیلدیگینی
و بئله لیکله
اصلینده 20
فاییز دئییل
بلکه 80 فاییز
آذربایجان
اراضیلری نین
حال- حاضیردا
ایشغال
آلتیندا
اولدوغونو
قئید ائدیر.
مؤلیف
اثری نین 9-جو
صحیفه سینده
"ائرمنیستان"
آدلی
دؤولتین
یارانماسی
ایله باغلی
یازیر: "یاخین
تاریخه نظر
سالساق، قدیم
تورک
تورپاقلاری
اولان غربی
آذربایجاندا
"ائرمنیستان"
آدلی بیر
دؤولتین
یارادیلماسی
1918-جی ایل 27 مای
تاریخده
تیفلیسده
کئچیریلن
"زاقافقازییا
سئیمی" نین
داغیلماسی و
اورادا 3
موستقیل
رئسپوبلیکانین
یارادیلماسی
ایله علاقه
دار قبول
ائدیلن
قرارین نتیجه
سیدیر. هله
یارادیلماقدا
اولان
آذربایجان
دئموکراتیک
رئسپوبلیکاسی
نین
یارادیجیلارینا
آوروپا اؤلکه
لریندن و دیگر
اؤلکه لردن
تعضیق و
تاثیرلرین
نتیجه سی
اولاراق
آذربایجان
دئموکراتیک
رئسپوبلیکاسی
نین بانیسی
محمد امین
رسولزاده و
دیگر سیاسی
لیدئرلریمیز
آدی چکیلن
اراضی نین
ائرمنیلره
وئریلمه سینه
و پایتاختین
قدیم اوغوز
تورک شهری
اولان
ایروانین
یارادیلاجاق
ائرمنی
دؤولتینه
پایتاخت
سئچیلمه سینه
راضیلیق
وئردیلر".
مؤلیف
سؤزلرینه
داوام ائده
رک، یازیر: "تاریخه
نظر سالساق او
دؤورده
ائرمنیلرین
پایتاختیمیز
باکی شهری
اولماقلا
آذربایجانین
هر بؤلگه
سینده چوخ حدی
گؤرونمه میش
وحشیلیکلر
تؤرتدیکلری
یازیلی
سندلرده و او
دؤورون
شاهیدلری نین
ایفاده
لرینده اؤز
عکسینی
تاپمیشدیر.
دوغرودور،
بو گون 27 مای 1918-جی
ایل
تاریخینده
تیفلیسده
باغلانمیش
سازیشه نظر
سالاندا
حئیفسلنمه لی
چوخ شئیلر
گؤرونور. یعنی
سازیشه ایمضا
آتماماق و
غربی
آذربایجان
تورپاقلارینی
ائرمنیلره
وئرمه مک
اولاردی.
اصلینده
حادیثه لر چوخ
گرگین بیر
شراییطده
جریان
ائدیردی. تورکیه دن
قووولموش
سیلاحلی
ائرمنی دسته
لرینه چار
روسیاسی نین
قوشونلاریندا
خیدمت ائتمیش
ائرمنی
ضابیطلری
رهبرلیک
ائدیردی. محض،
بو و یا دیگر
فاکتلار
قارشیسیندا
ضعیف اولان
یئنی
یاراناجاق
آذربایجان
حؤکومتی نین
نوماینده لری
ایروان
خانلیغی نین
تامامیله
ائرمنیلره
وئریلمه سیله
راضیلاشدی."
مؤلیف
سؤزلرینه
داوام ائده
رک، یازیر: "تورپاقلاریمیزین
ائرمنیلره
وئریلمه سینه
باخمایاراق
سندده
ائرمنیلرین
بیر داها
آذربایجان
اراضیسینه
ایدیعالی
اولماماسی
اؤز عکسینی
تاپمیشدیر.
بونا
باخمایاراق
ائرمنیلر
زامان- زامان
اؤز ایشلرینی
داوام
ائتدیردیلر.
یئنی- یئنی
تورپاق
ایدیعالاری و
باغیشلانیلمیش
اراضیده
یاشایان
موسلمان- تورک
اهالیسی نین
اورادان
کؤچورولمه
سینی پلانلی
صورتده حیاتا
کئچیرمه یه
باشلادیلار".
رمضان
حسینوو قئید
ائدیلن بو
مسئله لرده،
ائله جه ده
ائرمنیستان
پرئزیدئنتی ر.
کوچاریانین
دانیشیقلاردا
اؤزونو
نالاییق
آپارماسی نین
قارشیسینی
آلماق و اونو
صولح
دانیشیقلارینا
راضیلیق
وئرمه سینه
مجبور ائتمک
اوچون ده همین
ایدئیانین
ائففئکتیو
اولماسینی
بیلدیره
رک
تکلیف ائدیر:
1-
"غربی
آذربایجان
موهاجیر
حؤکومتی" نی
تشکیل و تأسیس
ائتمک؛
2-
حؤکومتین
ناظیرلر
کابینئتی نین
یارادیلماسی؛
3-
حؤکومتین
پارلامئنتی
نین سئچیلمه
سی؛
4-
یارادیلان
دؤولتین
بایراغی نین و
گئربی نین
حاضیرلانماسی،
پارلامئنتده
تصدیق
اولونماسی؛
5-
آذربایجان
و تورکیه
حؤکومتلریندن
"غربی
آذربایجان
موهاجیر
حؤکومتی"نین
تانینماسینی
خواهیش ائتمک.
6-
حؤکومتین
فعالیتی
اوچون موقتی
اولاراق
آذربایجان
موهاجیر
حؤکومتی
ایداره لری
نین یئرلشمه
سی اوچون یئر (یئنی
بینا) ایستمک؛
7-
حؤکومتین
تانینماسی
اوچون دونیا
دؤولتلرینه و
بین الخالق
تشکیلاتلارا
یارادیلمیش
حؤکومت
آدیندان
موراجیعت
ائتمک...
8-
حؤکومت
اهالی نین
سیاسی ایراده
سینی و تاریخی
سندلری اساس
توتاراق
ائرمنیستان
آدلانان
دؤولتین
احاطه
ائتدیگی
بوتون
اراضییه
اساسلی
صورتده
ایدیعالیدیر.
مؤلیف
اثری نین 14-جو
صحیفه سینده
جنوبغربی
قافقاز
جمهوریتی نین
مؤوجودلوغونا
دا دیقتی جلب
ائدیر و
ایندیکی
ائرمنیستان
رئسپوبلیکاسینا
داخیل ائدیلن
آذربایجان
اراضیسی نین
ده بیر حیصه
سینی احاطه
ائدن بو
رئسپوبلیکانین
تاریخیندن
قیسا معلومات
وئریر.
مؤلیف
اثری نین 22-جی
صحیفه سینده
یازیر: "ائرمنیستانین
پایتاختی
ایروانین،
قدیم
چوخورسعد
تورپاغی نین
آلتیندا
اوستونده
قالان و
قالمایان
مادی مدنیت
آبیده لری،
الوان صنعت
اینجیلری
تصویرلی داش
صندوقه لری،
قایالارا حک
اولونموش
یازیلار و
رسملر،
عومومیتله،
بوتون
معمارلیق
نمونه لری
یالنیز و
یالنیز
آذربایجانلیلارا
مخصوصدور. 1655-جی
ایلده
ایروانا
گلمیش ژان
بابتیست
تاوئرنییه
نین
اثرلرینده (بیرینجی
جیلد) قئید
ائدیلیر کی،
شهر
قالاسیندا
یالنیز
موسلمانلار
یاشاییر. اون
سککیز ایل
سونرا بورادا
اولموش باشقا
بیر فرانسیز
سیاحی
ژان شاردئن
اون جیلدلیگی
نین یئنه
بیرینجی
جیلدینده
گؤستریر کی،
ایروان
قالاسینی
اؤزلوگونده
کیچیک بیر شهر
حساب ائتمک
اولار. قالادا
800 ائو وار.
مؤلیف
یازیردی: "شهر
تورپاقلارینی
جنوبغربدن
آخان
قیرخبولاق و
شیمالغربدن
آخان زنگی
چایلاری
سوواریر.
سردارین سارایی
چوخ گؤزه ل،
مؤحتشم بیر
عیمارتدیر.
مین آددیم او
یاندا بیر
قالا بورجو
اوجالیر،
اونا بورادا "کیچیک
قالا" دئییرلر."
تاوئرنییه
و شاردئندن
سونرا آوروپا
سیاحلاریندان
كئمئللی،
کئرر- پورتئر،
جئیمز
مورییه،
مونپئرو،
کامئرون،
لینچ، دوبوا و
باشقالاری دا
یوکسک
صنعتکارلیقلا
اینشا
ائدیلمیش،
دیقته لاییق،
ذؤوق
اوخشایان
معمارلیق
آبیده لری
ایله زنگین
اولان ایروان
قالاسینی،
خان
سارایینی،
اونون"
شوشه
بند" آدی ایله
تانینمیش
گوزگولو
سالونونو،
قالاداکی مین
بیر بزکلی
مسجیدلری،
هوووز و
حاماملاری،
زنگی
چایینادک
ائنیب گئدن
مرمر پیلله
کنلی یئرالتی
یولو، قالا
اطرافیندا-
شهر
عیمارتلری،
کاروانسارا و
مئیدانلاری
موستثنا
حیرانلیقلا
تصویر
ائتمیشلر."
مؤلیف
سؤزلرینه
داوام ائده رک
ایرنانین
اورتا عصر
اینضیباطی
مؤوقعیی و
تاریخی
وضعیتی ایله
باغلی یازیر: "ایروان
اون بئشینجی
عصردن
اینضیباطی
مرکز کیمی
تانینیب.
قاراقویونلولار
(1410-1467) و آغ
قویونلولارین
(1467-1500)
حؤکمرانلیغی
دؤورونده
جوغرافی
مؤوقعینه و
یئرلی
شراییطینه
گؤره آدی
گئنیش
یاییلیب
چوخورسعد
ویلایتی نین
اینضیباطی
مرکزی اولوب.
شهره
سؤیکنمیش
جفرآباد (ارقاوال)
کندینده
ایندی ده
اوجالماقدا
اولان بیر
توربه همین
دؤورون
یادیگاریدیر.
توربه بیشمیش
کرپیجدن و
داشدان
تیکیلیب.
کیتابه سینده
امیر سعدین و
اونون اوغلو
پیرحسینین
آدلاری
چکیلیر. پیر
حسین یعقوب
بیدن اول
چوخورسعد
ویلایتی نین
امیری اولوب.
کیتابه ده
همچنین
قاراقویونلولار
سولاله سی نین
باشچیسی قارا
یوسیفین (1410-1420)
سرکرده
لیگیندن بحث
اولونور،
اونون اوغلو
پیر بوغدانین
بؤیوک
حؤکمدار
اولماسی قئید
ائدیلیر ".
مؤلیف
رمضان حسینوو
ایروانین
اورتا عصرلر
تاریخینه و 1679-جو
ایلین زلزله
سینه، ائله جه
ده قالانین
یئنیدن
آذربایجانلیلار
طرفیندن
اوجالدیلماسینا
ایشاره
ائتدیکدن
سونرا اثری
نین 25-جی صحیفه
سینده
ایروانین
قدیم محلله و
یئر آدلاری
حاقیندا
یازیر: "ایروانین
محلله لری، چایلاری،
بولاقلاری،
داغ و تپه لری
ایندی ده ائل
آراسیندا (بیر
قیسمی ایسه
رسمی سندلرده)
اؤز آدلارینی
قورویوب
ساخلامیشلار.
مثلا، ای. شوپه نین
وئردیگی
معلوماتا
گؤره اون
سککیزینجی
عصرده
ایروانین اوچ
ایری محلله سی
اولموشدور:
شهر، تپه
باشی،
دمیربولاق.
عینی آدی
داشییان همین
محلله لر
ایندی ده
شهرین ایری
محلله لری
ساییلماقدادیر ".
مؤلیف
کیتابیندا
ایروانین و
عومومیتله
آذربایجانین
موعاصیر
تاریخینه
ایشاره ائده
رک، ایروانین
هانسی تاریخی
شراییطده
ائرمنیلره
گذشته
گئدیلدیگینه
آیدینلیق
گتیریر.
رمضان
حسینوو اثری
نین 77-جی صحیفه
سینده قدیم
آذربایجان
اراضیسی
ایروان
ماحالی نین و
عومومیتله
غربی
آذربایجانین
توپونیملری
نین ائرمنیلر
طرفیندن
دییشمه لری و
بو مسئله ایله
باغلی منفور
مقصدلری
حاققیندا
یازیر: "ائرمنیلر
غربی
آذربایجانداکی
تورک نیشانه
لرینی کسمک
اوچون
بوراداکی
بوتون تورک
آدلارینی
دگیشدیرمیشلر.
عزیز علی
اکبرلی نین "قدیم
تورک- اوغوز
یوردو "ائرمنیستان"
کیتابیندا
بو مسئله لره
ایشیق
توتولور. بو
گون "ائرمنیستان"
آدلانان
غربی
آذربایجانین
ساحه سی 29.8 مین
کیوادرات
کیلومتردیر.
بورایا 36
رایون، 24 شهر و
کندلر
داخیلدیر. او
جومله دن
واختیله غربی
آذربایجاندا 7
ماحال وار
ایدی.
ائرمنیلر
زامان- زامان
تورک
ایزلرینی
ایتیرمک
اوچون
بوراداکی
تورک یئر
آدلارینی
ائرمنیلشدیرمک
سیاستینی ده
حیاتا
کئچیریبلر.
مثلا رایون
آدلارینی
اونلار بئله
ائرمنیلشدیریبلر:
آبارانی "آپاران"
ائله ییبلر. او
جومله دن
دامجیلینی "مراوژان"،
باباکیشینی
"بوژاکان"،
گولابلینی "دزوراقلوخ"
شکلینه
سالیبلار و
سایر.
آکین رایونو "آنی"یه چئوریبلر. ائله جه ده همین رایونون کن