(Əziz
soydaşlar! Bu məqalə
1996 da gününü şərtlərinəinə görə
qələmə alınmışdır, tariximizi unutmuyaq.)
Xocalı Faciəsindən də ibrət
almadıq biz
Keçmişini
bilməyən bir millət gələcəyini düzə
bilməz.
Yaxın
tariximizdə 1920-ci ilədək ermənilərin törətdiyi
Gəncə və Bakı qırğınını, Şamaxı,
Naxçıvan, Urmiya... soyqərəmlarını gördük, ancaq
hələ bu şəhidlərimizin qanı qurumamış Göyçəni,
Zəngəzuru verdik, onların ruhunu incidərək özümüzə
çirkin bir yaşayış qapısı açdıq.
Andronikin
3 min nəfərlik bir qoşunla Xoy şəhərinə hücumu
qarşısında bu şəhərin qeyrətli oğul
və qızlarının əl-ələ verərək düşməni
məğlub etdiklərini gördük, ancaq nədənsə əl-ələ
verə bilmədik.
70
ildə onların ayrı-ayrı yollarla, açıq yada gizli
Azərbaycana qarşı apardıqları təxribatçı
hərəkətlərini gördük, göz yumduq. Dünyanın bir çox
ölkəsindən ermənilərin Qarabağa
gətirildiklərini gördük, ancaq elə bil görmədik.
Bütün
bunları bilə-bilə 1991-ci il aprel ayının 24-cü günündə
Tehran erməni faşistlərinin yürüş və təzahüratını
görüncəyədək mən də yatmışdım. Doğrudur,
Tehran azərbaycanlıları Ermənistan səfirliyi əleyhinə
keçirdikləri nümayişdən sonra 24 aprel hoyçubazlığı
kəsildi, ancaq ermənilərin dənizdən-dənizə böyük
Ermənistan bağırışlarını artıq içiboş
bir təbil səsinə bənzətmək mümkün deyildi. Bu
vəhşi şüarların arxasında bir ölüm dumanı görünməkdəydi.
Çox keçmədi bu dəhşətli tufan qopdu və Xocalı
faciəsi tarixin ən çirkin səhifələrindən biri
kimi vərəqləndi. Ancaq biz yenə də ibrət
dərsi almadıq. Bilmədik ki, erməninin qarşısından
qaçdıqca qovacaq, əyildikçə yükləyəcək. Onunla
ancaq silah səsi ilə danışmaq olar. O da ancaq milli ruhun
dirçəlməsi, birlik və bərabərliyin yaranması,
Azərbaycanın böyük iqtisadi potensialından istifadə
edərək ekonomik problemləri həll edib, güclü bir milli
ordunun qurulması ilə mümkün olacaqdır.
Yoxsa
sülh, barış ancaq sözdə qalacaq, ya da çox ağır
şərtlərlə təhmil ediləcəkdr. Bu barış
məğlubiyyət barışı olduğuna görə
milləti və məmləkəti yerlə göy arasında saxlıyacaqdır.
Sərvətlərini udmaq üçün onun boynuna keçirilmiş bu ipi
istəyənlər istədikdə boşaldacaqdır vəya
bərkidəcəkdir.
Böyük Rəsuloğlu
525-ci qəzet: 18 dekabr 1996