Xocalı soyqırımının anılması məqsədi ilə Stokholmun Sergelstorg meydanında mitinq keçiriləcəkdir

 

Dəyərli həmvətənlər!

 

Bildiyimiz kimi tarix boyu torpaqlarımıza təcavüz edən erməni işğalçıları 1992 il fevral ayının 26.da sovet ordusunun birləşmələri ilə işbirliyinə girərək millətimizə qarşı növbəti dəfə misli görünməmiş bir soyqırım törətmişlər. Azərbaycanda hakimiyət boşluğundan istıfadə edən erməni quldurları rus qoşunlarının tərkibində gecə ikən Xoçalı şəhərinə  hücum edərək şəhər sakinlərini vandalcasına məhv etmişlər.

Hadisə zamanı müxtəlif işgəncə metodlarından istifadə edən erməni və rus quldurları Xocalını işğal edərək şəhərdə qoca, cavan, qadın, kişi, böyük, uşaq fərqinə varmadan yüzlərcə günahsız və əliyalın vəmhətənimizi və soydaşımızı qətlə yetirmişlər. O müdhiş gecədə bu qaniçənlərin əllərindən qaçaraq canlarını qurtarmaq istəyənlərin çoxusu ya meşələrdə soyuqdan donaraq ölmüş, ya quldurlar tərəfindən müxtəlif işgəncələrdən sonra qətlə yetirilmiş, ya da əsir götürülmüşlər. Əsir götürülənlərin bir çoxundan bu gün də xəbər olmamasına baxmayaraq bütün dünya onların taleyinə biganədir. Xocalı şəhəri hələ də düşmən işğalında olduğundan sağ qalmış şəhər sakinləri bu gün də evlərindən didərgin salınmış vəziyətdə yaşamaqdadırlar.

 

Dəyərli soydaşlar! 

Həmin gecə dünyanın gözü qarşısında qətlə yetirilmiş soyqırım qurbanlarına o vaxt yardım etmək imkanlarımız olmasa da, heç olmasa indi faciəni bir daha anmaq və dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etmək əsas vəzifəmiz sayılmalıdır.

 

Bunun üçün bir qədər əvvəl təşəbbüs qrupu tərəfindən Stokholmda fəaliyyət göstərən təşkilatlarımıza və fəal insanlarımıza birgə fəaliyət üçün müraciət olunmuşdur.

 

Hazırda əməkdaşlıq məqsədi ilə olunmuş mürciətə Stokholmda fəaliyət göstərən aşağıdakı təşkilatlar  qoşulmuşlar.

1.Bütöv Azərbaycan

2.Azadtribun

3.İsveç Azərbaycanlıları Birliyi

4.Qarabağ

5.Haray

6.22 May Təbriz

7.Ulduz

8.Odlar Yurdu

9.Tribun

 

"Durna" dərnəyinin kollektivi və təşkilatların üzvü olmayan bir çox soydaşlarımız isə tədbirin təşkilatçısı olmasalar da mitingdə yaxından iştirak edəcəklərini bildirmişlər.

 

İşbirliyi təşkilatları ilə tədbirin formaları və təşkili ilə bağlı məsləhətləşmələr aparılmış və nəticədə

24 fevral bazar günü saat 14 dən 15 dək şəhərin mərkəzi hissələrindən olan Segelstorg meydanında  miting keçirmək qərarına gəlinmişdir.

 

 

Mitinqin keçirilməsi üçün İsvec qanunvericiliyinə əsasən polisə məlumat verilmiş və polisdən iştirakçıların təhlükəsizliyinə təminat alınmışdır.

 

Xatırlatmalıyıq ki, miting zamanı Xocalı soyqırımı ilə bağlı çıxışlar olacaq, faciəni əks etdirən plakatlar nümayiş etdiriləcək, Azərbaycan və İsveç bayraqları dalğalandırılacaqdır. Bundan başqa İsveç əhalisinə faciəni əks etdirən broşuralar paylanacaq, qətnamə oxunacaq və həmin qətnamə lazımi orqanlara təqdim olunacaqdır.

 

Bütün soydaşlarımızı mitingdə yaxından iştirak etməyə çağırırıq! 

 

Xocalı soyqırımına həsr olunmuş mitingdə yaxından iştirak etmək hamımızın millətimiz və xüsusilə də faciə qurbanları qarşısında olan milli vəzifəmizdir. Ona görə də, bu elanı oxuyan və mitinqin keçiriləcəyindən digər şəkildə məlumatı olan bütün vətənpərvər insanlarımızdan mitinqə qoşulmalarını, məlumatı olmayan soydaşlarımıza da bu haqda bilgi vermələrini və hamını mitingə dəvət etmələrini xahiş edirik.

 

Mitinqdə çıxış etmək istəyən soydaşlarımızdan işbirliyində olan təşkilatlara və ya aşağıdakı telefon və Email ünvanlarına müraciət etmələri rica olunur.

 

babek@azadtribun.net             0739960943

teymureminbeyli@yahoo.com  0707760303

emilmirzoev@azeri.se              0737522774

 

Hörmətlə,

 

Bütöv Azərbaycan

Azadtribun

İsveç Azərbaycanlıları Birliyi

Qarabağ

Haray

22 May Təbriz

Ulduz

Odlar Yurdu

Tribun təşkilatları