STRASBURQDA MİTİNQ
Təcavüzkar Ermənistan əleyhinə birgə addım:
XOCALI
SOYQIRIMINA ETİRAZ MİTİNQİ
Hörmətli
azərbaycanlılar! Deyərli
soydaşlar!
Azərbaycanımızın
tarixi-əbədi torpaqlarında təcavüzkar Ermənistanin törətdiyi
kütləvi qətlərdən olan Xocali soyqirımından artıq
16 il keçir. 1992-ci il 26 fevral günü erməni silahlı qüvvələri
tərəfindən, Xocalı şəhərimizdə xalqımıza
qarşı misli görülməmiş vəhşiliklər törədildi,
dinc əhalimiz amansızca qətlə yetirildi, Xocalı şəhəri
yerlə-yeksan edildi. Ancaq, günahsız Azərbaycan xalqına qarşı
törədilmiş bu qanlı soyqırım, hələ də dünya
ictimaiyyatı tərəfindən kifayət qiymətini almamışdır
və nəticədə terrorist Ermənistan hələ də
Azərbaycana qarşı torpaq-təcavüzünü və öz zorakı
siyasətini davam etməkdədir.
Deyərli
soydaşlar!
Günahsız
Azərbaycan xalqına qarşı törədilmiş bu
vəhşi qətliyamda
indiki Ermənistan prezidenti Robert Köçəryanın şəxsən
iştirak etdiyini xüsusi vurğulayıb
və bu şəxsin Beynəlaxlq Tribunala verilməsini
tələb etməliyik.
Deyərli
soydaşlar!
Təcavüzkar
Ermənistanın bu işqalçı siyasətinə etiraz olaraq,
bəşəriyyətə qarşı törədilmiş bu
soyqırımı məhkum edən, Vətənin və insanın
ülviyinə inanan azərbaycanlıları, 23 fevral 2008
tarixində, saat 14:00-dən 16:30-dək, Fransanin Strasburq şəhərində
- Place Broglie-də,
(Strasburq Azərbaycan Evinin, Türk ve
Azərbaycanlı Teşkilatların əməkdaşlığı
ilə keçiriləcək mitinqə dəvət edirik!
Gəlin,
cinayətkar Ermənistanın əleyhinə birgə addım
ataq!
Gəlin,
vəhşiliklər törədən ve əhalimizi amansızca
qətlə yetirənləri məhkum edək!
Ƒlaqə
telefonları: Mustafa
ALINCA 00 33 (0) 6 09 81 60 37
Musalinca@aol.com
Ahmed
MEHRIBANI 00 33 (0) 3 88 97 90 info@azertabriz.org
Vazeh
ASGAROV 00 33 (0) 6 15 10 10 67
vazeh2000@yahoo.fr