
Qəşəm
Nəcəfzadə
Xocalı
mövsümü Fevral
Yanvar
ayından başlayır Azərbaycanın
matəm
mövsümləri...
Qan
fışqırır televizorlar...
Məhkəmələr
təzədən işə düşür...
Xocalını
göstərirlər...
Oğlum
deyir ki, mənə
keçən
ilki lentdi...
Həmin
uşaqdı yanında potu...
Mən
ondan kiçik idim,
Böyüyüb
ötdüm onu - deyir oğlum.
Xocalı
mövsümüdür bu ay
Lentin
tozu alınır...
Bir
də göstərilməyi qaldı gələn ilə .
Xocalını
göstərirlər...
Həmin
kişidir yenə,
Heç
böyüməyib,
Saqqalı
ağarmayıb.
Xocalını
göstərirlər
Balaca
uşaqlar,
Dirsəklənib
təpələrə.
Böyüklər
uzanmışdı deyə,
Aldanıblar
böyüklərə.
Uşaqlar
böyür - böyürə
Yan
- yana uzansalar da,
Gəlib
çatmadılar insafımıza.
Xocalını
göstərirlər deyə
qadın
keçdi mətbəxə,
Keçən
ilki lentdi
Təkrardı-təkrar.
Müxbir
küçədə
Kəlbəcərin
getdiyi günü soruşur
nazlı
bir oğlandan,
Güya
bilsə nə olacaq,
Ya
bilməsə?
Bəlkə
Kəlbəcərin mövsümü başlayır...
Onun
da ayrıdı lentləri,
Ölümləri
ayrıdı,
Ayrıdı
dərdləri...
Sonra
Zəngilanın ildönümü...
Sonra
Qubadlının, Ağdamın...
Xocalı
mövsümüdü bu ay...
Kişiliyin
qısır ayı...
Fırlat
qardaş,
Onsuz
da işin bu lenti fırlatmaqdı,
Allah
gələn iləcən sənə ömür versin,
Çünki
sən bilirsən bu lentin yerini.
26 fevral 1993