Hamimiz bilirik ki
2008-ci il Prizident seckisi ilidir, seckilərə qədər və sonraki vaxtlarda, siyasi məhbusların sayı,
polis özbaşınalığı və sifarişli
məhkəmə prosesləri durmadan artacaq. İndiki siyasi
hesablamalar onu göstərirki bu bir dogru praqnozdur.
Başa çatan 2007-ci il eyni zamanda insan hüquqlarının
tapdanması, söz və mətbuat azadlığının boğulması
kimi yadda qaldı. Hələdə həbsdə olan jurnalistlər və
siyasətcilərin sayı və məhkəmələrin çıxardığı
sifarişli qərarlar bunu deməyə əsas verir. Azərbaycanda insan haqları sahəsində
ilin yekunları ilə bağlı bunu qeyd etmək olar ki,
hələdə Avropa Şurasının İnsan Hüquqları Konvesiyasının qoydugu
qanunlara ciddi əməl olunmayıb.
İnsan haqları baxımından Azərbaycanda 2007-ci
ildəki vəziyyəti necə qiymətləndirmək olar
suaını, mäsälän mən belə cavablandıarardım.
Azərbaycanda insan haqları və
demokratik azadlıqlar sahəsində vəziyyətin get-gedə
pisləşdiyini, yaxşılıga dogru hec bir şeyin
dəyişmədiyini təəssüflər olsun ki, etiraf
etmək lazimdir. Əgər 1948-ci ildə qəbul olunmuş ümumi
insan haqları deklarasiyasında göstərilən müddəalara
əsaslanıb danışsaq, görərik ki, ölkədə
insan haqları və bütün əsas demokratik azadlıqlar kobud
şəkildə pozulur. Kecən ilin noyabrın 18-də
həbsdə olan yeganə qadın siyasi məhbus, Faina
Kunqurovanın ölümü yaşamaq hüququnun pozulduğunu demək
üçün kifayət edir. Bu günə qədər məhkəmə
tibb ekspertizasının onun ölümünün səbəblərini izah
edən rəsmi rəyi, möhür formasönda yoxdur. 32 yaşlı
gənc idmançı qadın, birdən-birə niyə dünyasını
dəyişdi ? Onun həbsə alınmasında və saxlanılmasında
bir çox ciddi qanun pozuntuları olub. Axı bunu xalqa dogru dürüst
catdırmaq lazımdır. Ümumiyyətlə bu ölkədə
ilk olaraq onu demək olar ki,
yaşamaq hüququ tam verilmədiyindən
ciddi səkildə pozulur. İşgəncədən müdafiə
olunmaq hüququ yoxdur. Aldıgımız məlumata görə,
Sülh və Demokratiya İnstitutunun hesablanmlş dıqiq reyi
sayəsində, 2006-cı ildə işgəncələr
nəticəsində 13 nəfər dünyasını dəyişib.
Bu barədə kecən 2007-ci ilin hesabatından
isə, hələki məlumat yoxdur. Təfəruatlar göstərir
ki, bu rəqəm 2006-cı ildəkindən az olsa belə, amma tam
olaraq dəqiq məlumat verilmir. Bunu da, beləcə acıqlamaq mümkündürki, Azərbaycan vətəndaşları
ədalətli məhkəmə hüququndan da məhrumdurlar. Çünki
ölkədə qanunlara arxalanan, müstəqil məhkəmə
sistemi indiyə kimi bərqərar olunmayib. Yanılmadan deyə
bilərəm ki,
2005 il parlament seckilərindən sonra sərbəst toplaşmaq
azadlığı demək olar ki, insanların əlindən alınıb.
Faktiki olaraq 2006-cı ilin noyabrından vətəndaşlar bu
hüquqdan təmamı ilə məhrum
olublar. O vaxtdan Azərbaycan rəsmiləri nə paytaxtda,
nə də əyalətlərdə bir dəfə də olsun
mitinqə, yürüşə icazə verməyib. Qanunu və
ictimai asayişi pozmadan qəzet paylayan və ya qəzet
oxuyan gənclərı hətda qanunsuz olaraq saxlanılıb,
polis şöbələrinə aparılırlar. Və bu kimi
hadisələr davam etdikcə cəmiyyət nə
edəcəyinə belə soz tapa bilmirlər ki, desinlər.
Seckilərə gəldikdə isə, vətəndaşların
seçib-seçilmək hüququ da pozulur. Azərbaycanda faktiki olaraq bütün
seçkilər beynəlxalq təşkilatların standartlarına
zidd şəkildə keçirilib. Düzdür, Azərbaycanda nä 2006-cı
il nə də 2007-ci ildə seçki olmayıb. Ümumiyyətlə
bu hüquq vetendaşlarin əlindən alınmalı deyil. Ən
nəhayət, olkədə söz və fikir azadlığı
məhdudlaşdırılıb. Doqquz jurnalistin günahsız yerə
tutklanaraq məhkəmə tərəfindən ədalətsiz
olaraq həbslərə göndərilsədə, 6
nəfərini qondarma əf fərmanı adı ilə azadlıga
buraxılsada, hələdə 3 nəfər və 100-dən
artıq siyasətcilər haqsiz olar həbsdədirlər. 2007-ci ildə kütləvi informasiya
vasitələrinə qarşı yüzdən çox məhkəmə
qərarı çıxarılıb. Bunların əksəriyyəti
Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və
təhqir) maddələri ilə təqsirləndirilirlər.
Bu, onu göstərir ki, ölkədə söz və fikir azadlığını
həm, toplum şəkildə və həm də fərdi
olaraq bəyan etmək, tam təhlükəlidir. Ona görə
də cəsarətlə deyə bilərəm ki, 2007-ci ildə
bütün bu hüquqlar keskin dərəcədə boğulub.
O siyahıya vicdan və etiqad azadlığını
da əlavə etmək olar.
Bu, çox mürəkkəb və diqqət tələb
edən məsələdir. İş orasındadır ki, din
azadlığı təkcə «Təhsil haqqında» qanunun müzakirəsi
və hicab taxmağa qoyulan qadağa ilə bağlı deyil.
Belə demək mümkünsə cox təəssüflər olsun ki,
son illər dindarlara qarşı böyük təzyiqlər var.
2007-ci ilin oktyabr, noyabr aylarında
baş verənləri yada salmaq kifayətdir. O vaxt
Tərtər və Zaqatala rayonlarında polis qanunsuz olaraq
dindarları saxlayır və onlardan məcburi qaydada saqqalarını
qırxmaq, getdikləri yer barədə izahat yazmaq tələb
olunurdu. Elə indi də bu davam
edir. Hakimiyyət görür ki, ölkədəki narazılıqlar
qərbyönlü müxalifətə söykənmir. Bu, onu göstərir
ki, siyasi hakimiyyətdən olan narazılıqlar artıq siyasi
yox, dini müstəvidədir. Hakimiyyət çox səviyyəsiz
şəkildə, inzibati metodlarla dindarlara təzyiqləri artırır.
Saqqal saxlamağa qadağa qoyulur, dindarlar narkotik və silah
saxlamaqda ittiham olunur. Belə halda cinayətkar ünsürlərlə
din adamına eyni cezanı vermək haqsizliq və qanuna
uygunsuzluqdur. Narkotiklə bağlı olan ittihamlar isə tam
absurddu. Nəhayət, hicaba qadağa qoymaq istəyi ortaya çıxıb.
Bu, onu göstərir ki, hakimiyyət yaranmış
vəziyyəti sivil yolla həll edə bilmir. Bu
səbəbdən də qanuna zidd hərəkətlər edir
və insan haqlarını pozur. Bu, elə bu cür istiqamət götürsə,
gələcəkdə çox pis nəticələr
verəcəyinə hec kəsin şübhəsi olmasın.
2008-ci ildə də cox
şey gozlənilir.
Əgər əvvəlki
seçki illərində baş verən hadisələri
nəzərə alsaq, ciddi təzyiqlərin olacağını
proqnozlaşdırmagımızada yanılmarıq. Söz yox ki,
ilk növbədə söz azadlığına təzyiq artacaq. Çünki
mətbuat seçicilər və əhali ilə ünsiyyət üçün
yeganə vasitədir. Siyasi məhbusların sayı artacaq.
Hər seçkidə olduğu kimi, bu dəfə də qondarma dövlət
çevrilişi ssenariləri mütləq olacaq. 2000-ci ilin parlament seçkiləri
zamanı dövlət çevrilişinə cəhd ittihamı ilə
tutulanların bəziləri hələ də həbsdədir.
Onların əksəriyyəti əyalətlərdə yaşayanlardı.
Son seçkilərdə „çevriliş edənlərin“ siyahısını
artırdı. Bunlar Nazirlər və Yeni Fikir təşkilatının
fealları idi. Ona görə də hesablanmış proqnoz
vermək olar ki, qarşıdan gələn Prizident
seckilərinə qədər və sonrası, söz azadlığına,
sərbəst toplaşmaq azadlığına daha da çox qadağa
qoyulacagına əmin ola bilərsiz. Siyasi
məhbusların sırası genişlənəcək, polis
özbaşınalığı və sifarişli məhkəmə
proseslərinin sayı artacaq.
Bu praqnozlardan belə
nəticə cixarmaq olar ki, 2008-ci ildə yaxşı heç
nə gözləmək mümkün deyi. Nə
qədər ki, bu hakimiyyət əhali ilə ancaq polis zorakılığı
və repressiyalar dili ilə danışır, yaxşı heç
nə gözlənilmir.
Avtropa Insan Hüquqları Müdafiə
teşkilatınin Qavqaz bolgəsi üzrə təmsilcisi
İntigam Mamedov
Almania