Xocalı soyqırımının Stokholmda anılması üçün təşkilatlarımıza və soydaşlarımıza müraciət.

Dəyərli soydaşlar!

Hamımızın bildiyimiz kimi 1992 il fevral ayının 26.da erməni işğalçıları sovet ordusunun birləşmələri ilə danışığa girərək millətimizə qarşı misli görünməmiş bir soyqırım törətmişlər. Azərbaycanda hakimiyət boşluğundan istıfadə edən erməni quldurları və rus qoşunları Xoçalı şəhərinə gecə ikən hücum edərək şəhər sakinlərini vandalcasına məhv etmişlər.Hadisə zamanı yüzlərcə günahsız insan müxtəlif işgəncə metodlarından istifadə edən erməni və rus quldurlarının qurbanına çevrilmişlər.

Həmin gecə soyqırım qurbanlarına yardım etmək imkanımız olmasa da, indi faciəni bir daha anmaq və dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələn bir şey varsa, o da bir yerə toplaşaraq məsləhətləşmələr aparmağımızdır.

Bunun üçün Stokholmda fəaliyyət göstərən təşkilatlarımız və fəal insanlarımız tədbir düzənləmək qərarına gəlmişlər.

Bu müraciəti oxuyan hər kəsdən xahiş edirik ki, insanlıq və vətəndaşlıq borcunu yerinə yetirmək üçün bu tədbirdə yaxından iştirak etməyə çalışsınlar.

Tədbirin vaxtını, yerini və formasını təşkilat nümayəndələri müəyyən edəcəklər.

Tədbirin təşkilatçılığında yaxından iştirak etmək istəyən təşkilat və dərnək məsullarından, eləcə də, müstəqil şəxslərdən aşağıdakı Email və telefonlarla əlaqə qurmaları xahiş olunur.. 

babek@azadtribun.net             0739960943

teymureminbeyli@yahoo.com  0707760303

emilmirzoev@azeri.se              0737522774

 

şəkli yükləyin