Bunları yazmalıyammi? Nədən yazmayım ki? Bu cinayətlər yazılmasa heç bir zaman durmaq bilməyəcək. Bu kimi sualların vicdanımda baş qaldırışı məni yazmağa zorlayır. Yazmalıyam. Özəlliklə Finlandiyada heyvan haqlarını qoruyan dərnəklərin etdikləri işlərə baxdığımda mütləq bunları yazmaq zərurəti vicdanımı sardı. Bu dərnəklər sahibsiz köpəklərə dövlətin sahib çıxmasını, onlara qayğı göstərməsini tələb edirlər, dövlət də bu toplumsal ehtiyaclara diqqət göstərir. İşin çox ilginc yanı budur ki, Avropada bu dərnəklər dövlətdən heyvan haqlarına sayqı göstərməsini istədikləri zaman, İstanbulda və digər islam ölkələrində sifətlərindən qatillik yağan müsəlmanlar küçələrdə sahibsiz köpəkləri onların dini yaşamlarına mane olmasınlar deyə, güllələyib dəstə-dəstə öldürürdülər. Bir çox Avropa ölkələri də müsəlmanların bu vəhşiliyini TV-lərdə xəbər olaraq yayınladılar. Bu görüntülərdən sonra bir çox Avropa qəzetlərində məqalələr yayınlandı ki, heyvan haqlarını qoruma çalışmaları evrənsəl boyut qazanmalıdır. Avropa Birliyi açıq şəkildə Türkiyə Cümhuriyətinə qurban bayramındakı heyvanların amansızca qətl edilməsinə etiraz etdi və Avropa Birliyinə girmək üçün heyvanların qətl mərasimini qurban günlərində əngəlləməsini istədi. Heyvanlar qurban olaraq kəsildiyi zaman dərmanla bədənlərinin hisssiz edilmələri istəndi. Lakin min ildən artıq bu qorxunc gələnəyə alışmış bir toplumu qısa zamanda tərbiyə etmək mümkünmü? Mümkün deyildir. Bu üzdən də yenə qurban günlərində heyvanları boğazlama və bu ölüm səhnələrini nümayış etdirmə islam orta çağının önəmli bir özəlliyi kimi davam edir. Bunu önləyəcək bir yol var: Avropanın güclü olub, islam dünyasını tərbiyə etməsi üçün basqı altında saxlaması. Yoxsa heyvanları boğazlayaraq, onlardan intiqam alarcasına öldürüb və axan qanı nümayişə qoyma kültürünü çökərtmək üçün islamın özündə bir önləmə olanağı və mexanizmi mövcud deyildir. Bu girişdən sonra əsas mövzu olan köpəklərin sevişməsinə keçəlim.
***
Çox kiçik yaşlarımdan başlayaraq bu hadisəyə bir neçə dəfə tanıq olmuşdum. Kəndin ortasında, ya da kənddən kənarda bir yerdə ilin bəlli fəslində itlər sevişər, seks yapardılar. İtlərin sevişmə və seks yapmasına kütləşmə deyirdik. Yəqin ki, bu kütləşmə cütləşmə sözünün deforma edilmiş şəklidir. İtlərin kütləşməsi necə olur? İnsanların tərsinə olaraq heyvanlar, yalnız çocuq doğurma və nəsl artırma üçün seks yaparlar. Bunu da dişi heyvanın bədənindəki dəyişiklik bəlli edər. Dişi heyvan bədənindəki bu ehtiyacı hiss etdiyində erkək heyvana türlü yollarla bildrimiş olur. Dişi it də köpəyə bu halını bildirdiyi zaman köpək təhrik olmağa başlar. Köpəyin penisi qancığın cinsi orqanına girdikdən sonra kütləşmə baş verər. Köpək seks yaparkən penisi qancığın cinsi orqanında şişib böyüməyə başlayır. Köpək bu mərhələdə tam arxaya çevrilərək saatlarca bu şəkildə qancıqla bir yerdə qalar. Köpəyin boşalması bəzən saatlarca davam edir. Bu müddət ərzində köpəyin penisi qancığın cinsi orqanında şişib uzanmağa başlar. Bəlkə də İtlər üçün bu proses onların aləmində həyatlarının ən dadlı və nəcib anıdır.
İtlərin kütləşməsi kəndimizdə əhalinin
sadizm duyğularını büruzə verərdi. İtlərin kütləşməsindən
xəbərdar olan kəndin yaşlı, gənc və uşaqları
əllərinə daş alıb kütləşmiş itlərə
hücuma keçərdilər. Köpək qancığın içinə
boşalmadığı ana qədər onları
bir-birindən ayrırmaq mümkün olmazdı. Kəndin
qəhrəman əhalisi üçün itlərin kütləşməsi
bir işkəncə əyləncəsinə dönüşürdü.
Hər kəs əlindəki daşla kütləşmiş
itlərə hücuma keçirdi. Bir-birinə girmiş qancıq
və köpək hər daşın zərbəsindən nalə
çəkib ulayırdılar, ancaq bir-birindən qopmur, qopa
bilmirdilər. Bir-birinə yapışıq şəkildə
bu vəhşi adamlardan uzaqlaşırdılar.
Bir gün bu işkəncə əyləncəsi zamanı kəndimizin Astaralı müəllimi üzünü əhaliyə tutub bağırdı: Sizdən dövlətə şikayət edəcəyəm. Ay utanmazlar, arvadlarınızla yorğan altında yatanda sizi belə incitsələr, yaxşı olar mı? Şikayət sözünü eşidən əhali qorxusundan yavaş-yavaş əkilməyə başladı. İnsanların əziyətindən qurtulmuş olan itlər kəndimizin arxasındakı dərədə rahatca öz sevişmə və seks həyatlarına davam etdilər.
İtin küçüklərini doğurduğu zaman isə başqa
fəlakət baş verirdi. İtlər bəzən 7-8 küçük
doğururdu. Kəndin adamları qapılarını və
qoyunlarını qurddan qorumaq üçün bir neçə küçük saxlayıb
böyüdür, qalanlarını da öldürürdülər.
İtin balalarını aparıb kəndin çox uzaq tarlalarında
hərəsini bir yana atırdılar ki, orada ölsünlər. Ancaq
yavruların anası onları bir-bir tapıb yenə də
gətirib samanlıqda, qalaqda filan ətrafına yığıb
əmişdirirdi. Durumu bu şəkildə görən it sahibi küçükləri
bir köhnə torbaya yığıb aparıb dərədə
qoyurdu daşın üstünə. Sonra da böyük daşlarla bu küçükləri
əzməyə başlayırdı. Küçükləri bu şəkildə
öldürürdülər ki, anaları tapa bilməsin. Kəndin əhalisinin
belə davranmalarının iqtisadi səbəbi var idi. Bir müddət
sonra süddən kəsilən küçüklərə veriləcək
yemək yox idi. Əhali öz balalarına çətin yemək tapırdı.
Küçüklərin anası gedib balalarının əzik-əzik
edilmiş cəsədlərini tapıb, onların sür-sümüklərini
daşırdı samanlığa filan. Həftələrcə
balalarının sür-sümüklərinə baxıb gözlərindən
yaş axardı. Ancaq kimsə itlərin bu kədərini görməzdi,
ya da görüb də saymazdılar. Bütün İran kəndlərində
yayqın olan bir gələnəkdir bu. Mən elə bilirdim ki,
itləri bu şəkilədə incitmək kənd həyatına
məxsusdur və şəhərdə belə hadisə olmaz.
***
Ərdəbildə orta məktəbi bitirmək üzrə idim. İranda yenicə islam inqilabı olmuşdu. İnqilab tərəfdarları yaraşıqsız saqqalları ilə əllərində silah dolaşırdılar. Yerli-yersiz bu çirkin adamlar şübhələndikləri adamın qabağını kəsib təftiş edirdilər. Hər məhəllədə mövcud olan məscid inqilabın silahlı səngərinə dönüşmüşdü. Bu səngərlər inqilabı kimdən qoruyurdu? Xalqdan qoruyurdu. Məscidləri ona görə silahlı səngər mərkəzinə çevirmişdilər ki, millətə edəcəkləri zülmün dayanaqları olsun. Hər bir məscid bir casusluq mərkəzinə, bir qorxu yuvasına dönüşmüşdü. Çirkin saqqallı adamlar məhəllə insanlarını incitmək üçün məscidlərdə plan hazırlayıb kimisə şərləyirdilər. Məscid, qaranlıq və cəhalət yayan mərkəzə dönüşmüşdü.
Şəhərin küçələrində bəzən sahibsiz köpəklər görünürdü. Bu sahibsiz köpəklərin çoxu kəndlərdən gəlmişdi. Yəni kənddən şəhərə köçən adam itindən də ayrıla bilməmiş, özüylə şəhərə gətirmişdi. Ancaq şəhər həyatı it saxlamağa münasib olmadığı üçün, köpəklər buraxılmışdı küçələrə.
Bir gün məktəbdən gəldiyimdə gördüm
əlində irili-xırdalı daş bir sürü insan bir
mərkəzə hücum edirlər. Öncə elə bildim hansısa
zina etmiş qadını daş-qalaq edirlər. İzdihamın
içinə girdim, gördüm yüzlərcə insan kütləşmiş
itləri daşlayırlar. Köpəklərin nalələri
islam allahının qulağına nədən çatmırdı,
anlaya bilmirdim. Bu itlərin günahı nədir ki, bu qədər
islam inqilabının qəhrəman keşikçiləri onları
daş-qalaq edirlər. İslam tarixində müctəhidlərin
zina yapan qadının daş-qalaq olması ilə bağlı
fətva verdiklərini duymuş və görmüşdük. Yaxşı
bəs müsəlmanlar bu köpəkləri niyə daş-qalaq
edirlər?
Kütləşmiş köpəklər qabırğalarına
möhkəmcə dəyən hər daşın ağrısından
ulayaraq bir-birinə yapışıq şəkildə sürünür
və müsəlmanların əlindən hara
girəcəklərini bilmirdilər. Axırda itlər sürünə-sürünə
özlərini qapısı açıq olan məscidə soxdular. Müsəlmanlar
şaşqınlqıdan nə yapacaqlarını
bilmirdilər. Çünkü köpəklər sevişərək
məscidə girmişdilər. Bəzi adamlar qorxusundan ətrafına
baxırdı ki, bu böyük günah üzündən imam zaman zühur edib ya
yox? Artıq məsciddə məskunlaşmışdı kütləşmiş
itlər.
İslam inqilabından sonra hər bir məscidin məsulu
şəhərin imam cüməsinə bağlı olan qurum
tərəfindən təyin olunurdu. Təyin olunan bu adamlar
hizbullah olaraq tanınırdılar. Onların çoxu aşura günlərində
başlarını o qədər yarmışdılar ki,
xəncərin yeri uzaqdan görünürdü. Kütləşmiş
itlərin məscidə girdiyi xəbərini məscidin
məsuluna çatdırdılar. Müsəlman əhalinin sayı
get-gedə çoxalırdı. İtlərin kütləşərək
məscidə girmələri görülməmiş bir hadisə
və günah idi. Müsəlman əhali qorxudan tez-tez salavat söyləyirdi.
Məscidin məsulu çirkin görünümü və yaraşıqsız
saqqalı ilə əsəbi şəkildə peyda oldu. Adamın
bir əlində başını yardığı ağzı
haçalı qılınc və bir əlində də klaşnikov
var idi. O zaman bütün məscid məsullarına klaşnikov
verilirdi. Adam başını yardığı qılıncı
ona görə ağzı haçalı etmişdi ki, Əbutaliboğlu
Əlinin qəlıncı olan zülfüqara bənzətsin. Güya
Əlinin qılıncının ağzı haçalı imiş!
Soyuq və isti silahla silahlanmış olan çirkin və
yaraşıqsız saqqalı adam öncə üzünü izdihama tutub
dini bir nitq, bir xütbə söylədi: Ey müsəlmanlar!
Qiyamət yaxınlaşır. Ağam imam zamanın zühuru yaxınlaşır.
Günah yer üzünü bürümüş. Görün dünya nə qədər pis
duruma düşüb ki, itlərdə gəlib məsciddə kütləşirlər.
Ey müsəlmanlar! Gedin qurban kəsin və imam Xumeyninin sağlığı
üçün dua edin ki, ağamız imam mehdinin zühuruna qədər
diri qalsın. Bəlkə imam Xumeyninin həyası və
heysiyəti hesabına ağamız imam zaman bizi bağışlar.
Bu sözləri eşidən əhali qorxudan zağ-zağ
əsirdi. Sonra da əlində qılınc və klaşnikov
tutan adam üzünü göylərə tutub hönkür-hönkür ağlamağa
başladı: Ya rəbbim keç günahımızdan! Ya
rəbbim bilirəm ki, itlərin məscidə girməsi bu
zavallı bəndələrinin günahı üzündəndir. Ya
rəbbim səni and verirəm öz böyüklüyünə, səni anda
verirəm 14 məsumun şərəfinə bizi bağışla!
İzdihamın içindən orta məktəbli bir gənc adam
dedi: Köpəkləri döyə-döyə oraya saldılar.
Əlində silah və qılınc tutan hizbullah: Kəs
səsini qodux oğlu qodux! Bu bizim etdiyimiz günahların
nəticəsidir.- dedi. Orta məktəbli gənc adam
sifətindən nifrət tökülən hizbullahdan qorxub izdihamın
içində yox oldu.
Köpəklər hələ də bir-birindən ayrılmamışdılar.
Məscidin içində rahat seks duğularını yaşayırdılar.
Bəlkə də çox bağışlayan ulu Tanrı da köpəklərin
bu sevişmə səhnəsindən ləzzət alırdı.
Məscidin məsulu dörd nəfərə dedi ki, yapışın
köpəkləri çıxarın çölə, sonra gedib qüsl edib
namaz qılıb təmizlənərsiniz. Bir-birinə köpəyin
penisi ilə sıxca bağlı olan itləri dışarı
çıxardılar. Məscidin məsulu zülfüqara oxşar qılıncını
başının üstünə qaldırıb ərəbcə yüksək
səslə bir şeylər söylədi. Sonra da var gücü ilə
Ya... Hü...se..yn..! deyərək, qılıncını iki
itin arasına endirdi. Köpəyin penisi ortadan kəsildi. Yarısı
qancığın cinsi orqanında qaldı. Cinsi orqanını
itirən köpək ağrıdan qorxunc şəkildə ulayır
və qudurmuşcasına müsəlmanlara hücum edirdi. Yenə
də məscid məsulunun bağırtısı yüksəldi:
Ey müsəlmanlar, mənim qabağımdan çəkilin
kənara bu itləri öldürəcəyəm. Müsəlmanlar
məscid məsulunun arxasına keçib onun nə edəcəyini
gözlədilər. Hizbullah əlindəki klaşnikovun löləsinə
mərmi yerləşdirib və itlərin ikisini də atəşə
tutdu. Köpəklər yerə sərilmişdilər. Can
verirdilər. Son nəfəsini verməkdə olan köpək dili
ilə penisinin yarasını yalayırdı. Artıq ulama
naləsi zəif inləməyə dönüşmüşdü. Ölürdülər.
Köpəkləri öldürən hizbullah sonra da üzünü müsəlmanlara
tutub Təkbir!- dedi. Müsəlmanlar isə xor şəklində
bağırıb bu qələbəyə münasibətlərini
bildirdilər: Allahu əkbər, Allahu əkbər- Xumeyni
rəhbər.
Köpəklərin cəsədini bir palaza büküb harasa apardılar.
Məscidin məsulu hizbullah isə qorxulu cənəvar kimi
xatirələrdə qaldı. Hər zaman bu adamla rastlandığmda
küçənin digər tərəfinə keçir və öz-özümə
M. Ə. Sabirin Harda müsəlman görürəm qorxuram şeirini
pıçıldayırdım.
***
Budur İran mədəniyəti. Budur islam inqilabının ədalət və mərhəmət anlayışı...
***
Avropada gənc gözəl qızlar dövlətə basqı göstərirlər ki, nədən köpəklərin seks həyatları üçün gərəkən diqqət edilmir...
25.01.2008