Qara
taleimizə baş sağlığı ,
Qocaman
mübariz İsmail Şəmsin cansiz bədəninin yaşadığı
daxmada tapılması bir millətin faciəsi deyilmi ?
Bu
qeyrət yükü soydaşımızın ölümünü başda
ailəsi olmaqla , hörmətli ustad Balaş bəy Azəroğlu,
dəyərli qardaşım Behruz bəy Həqqi və bütün
soydaşlarımıza tesliyət və başız sağ
olsun deyirəm.
Uzun
həyatı boyu ağır çətinliklərə dözərək
əyilmiyən bu milli mübarizlə son görüşüm 5 il öncə,
yəni 85 yaşlarındaykən
olmuşdu. 40 yaşənda bir adamın energisi ilə
millətdən , Türklükdən və Azərbaycanın qurtuluşundan
danışan bu böyük insanın davranışlarına heyran
olmuşdum. Əziz Behruz bəy Həqqi və Əlirza bəy
Miyanalının yaxından ilgiləndiyi bu Təbrizli mübarizin
faciəvi həyatının günahi kimdədir. yoxsulluq içində
kimsiz- kimsəsiz daxmada həyat sürənlərin və ya
Məhəmməd Birya tək Sibri düşərgələrindən
qurtularaq nəhayət Təbriz küçələrində
sərgərdan gəzib, həyatını
dəyişənlərin talei bir millətin qara taleidir məncə.
Yüz ildir üzü gülmüyən bu millətin bu günə qalmasının
günahını başqa yerdə
axdarmaq doğru deyil fikrindəyəm. Bu mənim sənin ,
bizim sizin və qəflət yuxusuna dalmış bir
millətin hamısının günahıdır. Madamki millət
ayılıb ayağa qalxmayıb, madamki xaricdə oturanlar,
abbas bəy Leysanlıları, Səid bəy Mətinpurları,
Leyla xanim Səfəriləri və Azərbaycan yolunda
həyatlarını qoymuş yüzlərcə qolu zəncirlini
layiqincə müdafiə etməyib- dünyaya səs salmayıb
hələ başımızın bəlası çox olacaqdır.
Ya əriyib qurtulacayiq, yada xaricə qaçıb kəfənsiz öləcəyik.
Əl-
ələ verib ayağa qalxmağımızın zamanı çoxdan
gəlib çatıb, hətta sovuşub. Bu zillətə, bu qara günə,
bu qara taleə son qoymaq üçün daha nə gözləyirik.
Bir
daha dəyərli insan və böyük mübariz rəhmətllik
İsmail bəy Şəmsin vəfatını yaslıyaraq bütün
millətimizə baş sağlığı deyib, ona tanrıdan
rəhmət, yaxınlarına dözüm diləyirəm.
Böyük
Rəsuloğlu