1990 il 20 Yanvar faciəsinin 18.ci ildönümü Stokholmda fəaliyət göstərən təşkilatlar tərəfindən anıldı.

 

 

20 Yanvar faciəsinin 18 ci ildönümü  İsveçin paytaxtı Stokholm şəhərində 19.01.2008 də saat 16 - dan başlayaraq saat 21 dək davam etdirildi. Törən başlamazdan bir saat öncə və fasilələr zamanı  20 yanvar hadisələrinə həsr olunmuş video lentlər və kliplər yayımlandı. Tədbir keçirilən zalda və foyedə 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərdən ibarət stendlər, shuarlar və fotoşəkillər əsasında hazırlanmış tablolar  nümayiş etdirildi.

Tədbir Azərbaycan Respublikasının Milli himni və Güney Azərbaycan Milli Hökumətinin himni birlikdə səsləndirilməklə açıq elan edildi.

"Azadtribun" sitəsinin əməkdaşı, yazar Eluca Atalı ,”Qarabag” dərnəyinin üzvü Ayda Cavanşir, "Odlar yurdu" dərnəyinin başqanı Sevinc Bakılı və "Tribun" jurnalının əməkdaşı Əlirza Ərdəbilli məruzə ilə çıxış edərək 20 Yanar hadisələrinin millətimizin iradəsinin qırılmasına yönəlmiş bir hadisə olsa da müstəqilliyimizin qazanılmasında əhəmiyətli rolundan danışdılar.

Bundan sonra ”Bütöv Azərbaycan” təşkilatının başqanı Teymur Eminbəyli, ”Babək Linşopinq” dərnəyinin nümayəndəsi Rahim Sadıqbəyli, ”22 may Təbriz” dərnəyinin başqanı Səid Əzizi, ”Ulduz” dərnəyinin başqanı Əli Mollazadə, şair Paşa Sərxanlı və başqaları çıxış edərək 20 yanvar hadisələri barədə öz fikirlərini bildirdməklə tədbirin qətnaməsinə salınması üçün təkliflərini verdilər.

Sonda isə 5 bənddən ibarət tədbirin qətnaməsi qəbul olundu(Qətnamə yazıya əlavə olunur).

Tədbiri jurnalist Könül Həsənova və yazar Eluca Atalı idarə etdilər.

20 Yanvar faciəsi zamanı həlak olmuş şəhidlərimizin anılma törənində Stokholmdan və digər şəhərlərdən çoxlu soydaşlarımız iştirak etdilər.

Tədbirin təşkilatçıları Stokholmda fəaliyət göstərən ”Azadtribun” saytının yaradıcı heyəti, ”Odlar Yurdu”, ”Bütöv Azərbaycan”, ”Ulduz”, ”Haray”, ”Qarabağ”,”Prometey”,”22 May-Təbriz”  dərnəkləri, ”İsveç azərbaycanlıları” birliyi,”Tribun” jurnalının və ”Haray” radiosunun yaradıcı heyətləridir.

Tədbir Stokholmda canlı və internetlə dünyaya  yayımlanan ”Haray” radiosu vasitəsi ilə birbaşa yayımlandı.

Tədbir barədə geniş bilgi soydaşlarımız arasında ən çox porulyar olan www.azadtribun.net saytının türkcə bölümündə video şəklində tam olaraq yerləşdirilmişdir.