20
Yanvar faciəsinin 18-ci ildönümü münasibəti ilə
20
Yanvar faciəsinin 18-ci ildönümü münasibəti ilə
Stokholmda
fəaliyət göstərən dispor təşkilatları
tərəfindən keçirilən tədbirin
QƏTNAMƏSİ
Dəyərli
həmvətənlər!
Bu
gün hamımızın
yaddaşında Qanlı
Yanvar kimi qalmış "20 Yanvar" faciəsinin 18-ci ildönümünü
qeyd edirik. Bildiyiniz kimi, bu olay insanlıq tarixində bir dövlətin
öz vətəndaşlarına qarşı törətmiş olduğu
ən şərəfsiz və misli görünməmiş
hadisələrdən biridir. Son nəfəsini yaşayan
Sovetlər Birliyi adlanan millətlər həbsxanasının
dağılaraq tarixə qovuşma ərəfəsində, müstəqilliyimiz
uğrunda mübarizəyə qalxmış qəhrəman
millətimiz məhz özgürlük əldə etmək istədiyi ücün,
o zaman, bu faciəni yaşamalı olmuşdur.
Belə
ki, 1990-cı il
yanvarın 19-dan 20-ə keçən gecə, tərkibində
müzdlu cinayətkarların da olduğu işğalçı sovet
ordusu ağır hərbi texnika ilə ölkəmizin bir çox bölgələrinə,
o cümlədən, paytaxtımız Bakı şəhərinə
sudan və qurudan hücum edərək qanlı hadisələr törətmişdir.
Əslində, bu, XX əsrdə millətimizə qarşı
dünya ictimaiyyətinin gözü qarşısında baş verən
cinayətlərin növbəti mərhələsi idi. Bu
qətliam zamanı Sovet rejiminin cinayətkar ordusu millətimizin
mübarizə iradəsini sarsıtmaq
üçün beynəlxalq təşkilatlar tərəfindən
istifadəsi qadağan olunmuş sursat və silahlardan istifadə
edərək yüzdən artıq günahsız və əliyalın
insanı, o cümlədən, qocaları, uşaqları və
qadınları qətlə yetirmişdir.Həmin vaxt neçə-neçə
vətəndaşımız yaralanmış, itkin düşmüş,
işgəncələrə məruz qalmış və
həbslərə atılmışlar.Əlimizdə olan
rəsmi rəqəmlər təkcə Bakı şəhərimdə
qətlə yetirilənlərin sayının 133 nəfər
olduğunu göstərir. İtkin düşmüş 400
nəfərdən çox faciə qurbanının bugünə
qədər də tapılmaması bu rəqəmin qat-qat yüksək
olmasına dəlalət edir. Bu Azərbaycanın quzeyində
millətimizin başına gətirilmiş dəhşətli
hadisələrin qısa bir xronikasıdır.
Lakin,
qanlı 20 Yanvar millətimizin
yaddaşına faciə olaraq həkk olunsa da, bu gün, həm
də qəhrəmanlıq rəmzi kimi şanlı tariximizə
yazılmış şərəfli bir səhifədir.Cünki,
məhz 20 Yanvar olayı qeyrətli xalqımızın
davamlı mücadiləsi nəticəsində vətənimiz
Azərbaycanın müstəqilliyə qovuşmasına gedən
yolda bir dönüş nöqtəsi olmuşdur. Azərbaycanımızın
güneyində gedən milli mübarizə isə bu şərəfli
yolun davamıdır.
Əziz
soydaşlar!
"20
Yanvar" faciəsinin törədildiyi tarixdən 18 il ötməsinə
baxmayaraq, millətimizin iradəsini sındırmağa hesablanmış
bu faciə dünya ölkələri və beynəlxalq qurumlar
tərəfindən hələ də lazımi siyasi
qiymətini almamışdır. Əksinə, həmin gün
millətimizə qarşı XX əsrin qanlı
faciələrdən birinin törədilməsinə fərman
vermiş kecmiş SSRİ-nin o vaxtkı kommunist
rəhbərləri məhkəmə qarşısına çıxarılaraq
cəzalandırılmaq əvəzinə, bir sira beynəlxalq
təşkilatlar və dövlətlər tərəfindən müxtəlif
dərəcələrdə mukafatlandırılmışlar.
Hesab
edirik ki, beynəlxalq ictimaiyətin 20 Yanvar faciəsinə
və eləcə də, Azərbaycanımızın başına
gətirilmiş digər hadisələrə bu cür münasibəti
onların bu barədə düzgün və yetərli qədər
məlumatlarının olmamasından irəli gəlir.
Bunun
üçün də ana vətənimizdən kənarda, İsveç kimi
demokratik bir ölkədə fəaliyət göstərən və
bu tədbirin təşkilatçıları olan diaspor təşkilatları
kimi aşağıda göstərilən müddəaların
həyata keçirilməsini özümüzə vəzifə hesab edirik.
Azərbaycanımız
istər quzeyi, istərsə də güneyi ilə bağlı
bütün məsələlərdə birgə tədbirlər
keçirilməsi üçün hər zaman birlik nümayiş etdirmək
və digər təşkilatlarımızın da bu işlərə
qoşulmaları üçün onlarla danışıqlar aparmaq.
20
Yanvar faciəsinin İsveç ictimaiyətinə və dövlətinə
çatdırılması üçün birgə tədbirlər planı
işlınib hazırlanmasına çalışmaq.
Bu
məqsədlə insan haqları ilə məşğul
olan beynəlxalq təşkilatlarla işbirliyi qurulmasına
çalışmaq.
20
Yanvar faciəsinin günahkarlarının aşkarlanıb mühakimə
edilməsinə nail olmaq.
İsveçdə
20 Yanvar faciəsinə abidə ucaldılmasına nail olmaq.
Tədbirin
təşkilatçıları :
1.Azadtribun
saytının yaradıcı heyəti, 2. Odlar Yurdu
dərnəyi, 3.Bütöv Azərbaycan dərnəyi,
4.Ulduz
dərnəyi, 5.İsveç azərbaycanlıları birliyi,
6.Haray dərnəyi, 7.Qarabağ dərnəyi,
8.Prometey
dərnəyi, 9.Tribun jurnalının yaradıcı
heyəti,10.Haray radiosunun yaradıcı heyəti ,11.22
May Təbriz dərnəyi