اوين حبسخاناسيندا ۵ جنوبي آذربايجانلي فعالين شوبهه لي وضعيتي

 
واحيد قاراباغلي

vahidqarabagli@gmail.com

ايران هؤکومت اورقانلاري طرفيندن حبس ائديلميش بئش جنوبي آذربايجانلي آکتيويستلري نين (فعال) او جومله دن: سعيد متين پور، عليرزا متين پور، جليل غنيلو، بهروز صفري و اونون حيات يولداشي ليلا حيدري نين حبسيندن آيلار کئچمه سينه باخماياراق اونلار هله ده تهران، اوين حبسخاناسيندا، غئيري-موعين سببلره اوچون ساخلانيليرلار.

آدي گئدئن مهبوسلارين اوچو سعيد متين پور، ژورناليست، اينسان هوقوقلاري آکتيويستي، جليل غنيلو، بهروز صفري، هر ايکي مدني آکتيويستلر دوققوز آي اول و عليرزا متين پور (سعيدين قارداشي)، خانيم ليلا حيدري، جناب بهروز صفري-نين حيات يولداشي ايسه دئمک اولار کي آلتي آي اول حبس ائديلميشلر.

بوتون بئش آکتيويست، هله ده ايره لي سورولن ايتتيهاملاردان خبردار دئييللر، حبسلري نين هوقوقي وضعيتي ده معلوم دئييل، ايستينطاق پروسئسي وکيلسيز گئدير و محکمه هئچ بير آچيقلاما وئرمه ييبدير.

اونلارين عاييله لري و کئچن گونلرده حبسن آزاد اولان فعاللار خبر وئرييرلرکي بو مهبوسلار گرگين فيزيکي و پسيکولوژي ايشگنجه نين آلتيندا اولموشدور - ايران هؤکومت اورقانلاري اونلاري اوزون موددت ايشگنجه وئره رک تو قاباغيندا اعتيراف اوچون مجبور ائديردي حبسدن آزاد اولان فعاللارين بيري ايستينطاق زامانيندا مئروز قالميش ايشگئنجه لئري بئلئ توسيف ائدير : ” چيرکين ديلدن ايستيفاده ائده رک بيزي عاييله ميزي و آذربايجان ميلتيني تهقير ائديرديلر، گونلرجه بيزي تپيکله وورولدولار ياخينلاريميز هاقدا بيزه يالان خبرلر وئرييرديلر. ”

ايراندا آذربايجانلي مهبوسلارين هوقوقلاري نين مودافيعه سي ايله مشغول اولان قروپلار، اونلارلا آذربايجانلي مهبوسون آغير ايشگنجه آلتيندا اولماسيندان جيدي ناراحاتليغيني بيلديرير و ايران قانونوئريجيليگينه اويغون اولاراق ايتتيهام ايره لي سورولمه دن قانونسوز حبسلره سون قويماغا چاغيرير. اونلارين فيکرينجه گونئي آذربايجاندا اؤز ميللي هاقلاريني طلب ائدن اينسانلار تقيب اولونورلار،آذربايجان ميللي هرکاتي آزئربايجانلي کيمليگي نين رسمن تانينماسي، اؤز تاريخيندن، مدنيتيندن بوتون ساهه لرده يارارلانماسي، آذربايجان تورکجه سي نين رسمي ديل اولاراق تانينماسي، اينسانلارا آنا ديلينده تحصيل هوقوقونون وئريلمه سيني طلب ائدير.

گونئي هرکاتي نين ايستکلري اينسان هوقوقلارينا دايانير. سوندا مئديا، هوقوق مودافيعه تشکيلاتلاري و ايشگنجه علئيه اينه مرکزلري قانونسوز حبسلر و تزييقلره قارشي اؤز اعتيراضلاريني بيلديرمه يه چاغيريريق و ايسته ييريک کي، اونلارلا مهبوسون آغير ايشگنجه آلتيندا اولماسينا بيگانه قالمايالار.

 

 

 

 

Evin Həbsxanasında 5 Cənubi Azərbaycanlı aktivistin şübhəli vəziyyəti


Vahid Qarabağlı,

vahidqarabagli@gmail.com


İran hökumət orqanları tərəfindən həbs edilmiş beş cənubi Azərbaycanlı aktivistlərinin o cumlədən: Seid Metinpur, Elirza Metinpur, Jelil Qhanilu, Behruz Seferi və onun həyat yoldaşı Leyla Heyderi nin həbsindən aylar keçməsinə baxmayaraq onlar hələdə Tehran, Evin Həbsxanasında, qeyri-müəyyən səbəblərə üçün saxlanilirlar.

 

Adi geden məhbuslarin üçü Seid Metinpur, jurnalist, İnsan hüquqları aktivisti, Jelil Qenilu, Behruz Seferi, hər iki mədəni aktivistlər doqquz ay əvvəl və Elirza Metinpur (Seidin qardaşı), Xanım Leyla Heyderi, Cənab Behruz Seferi-nin həyat yoldaşı isə demək olar ki altı ay əvvəl həbs edilmişlər.


Bütün beş aktivist, hələdə irəli sürülən ittihamlardan xəbərdar deyillər, həbslərinin hüquqi vəziyyəti də məlum deyil, istintaq prosesi vəkilsiz gedir və məhkəmə heç bir açıqlama verməyibdir.

onların ailələri və keçən gunlərdə həbsən azad olan fəallar xəbər veriirlərki bu məhbuslar gərgin fiziki və psixoloji işgəncənin altında olmuşdur - İran hökumət orqanları onlari ozun muddət işgəncə verərək tv qabağinda etiraf üçün məcbur edirdi
 

həbsdən azad olan feallarin biri istintaq zamaninda meruz qalmiş işgenceleri bele tosif edir : “Çirkin dildən istifadə edərək bizi  ailəmizi və Azərbaycan millətini təhqir edirdilər, günlərcə bizi təpiklə vuruldular yaxinlarimiz haqda bize yalan xəbərlər veriirdilər.”


İranda Azərbaycanlı məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan qruplar, onlarla Azərbaycanlı məhbusun ağır işgəncə altında olmasından ciddi narahatlığını bildirir və İran qanunvericiliyinə uyğun olaraq ittiham irəli sürülmədən qanunsuz həbslərə son qoymağa çağırır. Onların fikrincə Güney Azərbaycanda öz milli haqlarını tələb edən insanlar təqib olunurlar,

Azərbaycan Milli Hərəkatı Azerbaycanlı kimliyinin rəsmən tanınması, öz tariхindən, mədəniyyətindən bütün sahələrdə yararlanması, Azərbaycan türkcəsinin rəsmi dil olaraq tanınması, insanlara ana dilində təhsil hüququnun verilməsini tələb edir. Güney hərəkatının istəkləri insan hüquqlarına dayanır. Sonda Media, Hüquq Müdafiə Təşkilatları və İşgəncə Əleyhinə Mərkəzləri qanunsuz həbslər və təzyiqlərə qarşı öz etirazlarını bildirməyə çağırırıq və istəyirik ki, onlarla məhbusun ağır işgəncə altında olmasına biganə qalmayalar.