Demokratik Dünya Azərbaycanlıları
Konqresinin Bəndərtürkmən
şəhərində baş vermiş son olaylarla bağlı
BƏYANATI
İran
adlanan ölkədə yaşayan digər qeyri fars
millətləri kimi buradakı türkmənlərin də ən
adi insan haqları hər zaman pozulur, buna etiraz edən türkmən
xalqı isə İran Islam Cümhuriyəti rejiminin dəhşətli
basqısına məruz qalırlar. Xüsusilə, heç bir dolanışıq
yeri olmayan, balıqçılıqla güzəran keçirən və
əhalisi türkmənlərdən ibarət olan Bəndərtürkmən
şəhəri yaxınlığında yerləşən
Çapaqlı kəndi daim hökumət qüvvələri vasitəsi
ilə basqı altında saxlanılır, öldürülür,
həbslərə atılır, işgəncələrə
məruz qalırlar. Bu cinayətləri törədənlər
hər kəsə məlum olsa da, onlar cəzasız qalır,
bilərəkdən məsuliyətə cəlb olunmurlar.
Bu
kimi hadisələr kənd əhlini artıq cana doydurmuşdur.
Bu olanlar azmış kimi ötən günlərdə balıqçılıqla
məşğul olan 18 yaşlı bir kənd sakini hökumət
qoruqçuları tərəfindən vəhşicəsinə öldürülmüş,
buna etiraz edən yüzlərlə kəndli həbs
edilərək İTTİLAAT idarələrinə aparılmışlar.
İşgəncələrə məruz qaldıqdan sonra onların
bir hissəsi azad edilsə də yüz nəfərdən çox
kənd əhli hələ də günahsiz yerə
həbsxanalarda saxlanılır.Bu kimi hadisələr hər
zaman rejim tərəfindən İranda yaşayan bütün qeyri
fars millətlərinin başına gətirilir.
İranda
yaşayan bütün xalqlar və millətlər dünya
ictimaiyyətinin bir hissəsi olduqlarından onları
cinayətkar bir rejimlə başbaşa qoymaq ən azından
insafsızlıqdır. Öz ölkəsinin vətəndaşlarına
zülm edən İran rejimi hər zaman cəzasiz qaldığından
indi də dünyaya meydan oxumaqdadır.Bu isə dünya
ictimaiyyətini ciddi narahat etməlidir.
Demokratik
Dünya Azərbaycanlıları Konqresi, insan haqlarının
qorunması istiqamətində fəaliyət göstərən
bir təkilat olaraq, İran İslam Cümhuriyəti rejiminin
millətlərin başına gətirdikləri butun bu olanları
qınayir, beynəlxalq insan haqları təşkilatlarını
bu məsələyə münasibət bildirmələrini
qətiyətlə istəyirik.
Xatırladırıq
ki, İran rejiminin bu sayaq hərəkətlərinə göz
yuman hər kəs onların bu cinayətinə laqeyd yanaşmaqla
insanlığa xəyanət etmiş olurlar.
Bir
daha beynəlxalq təşkilatlardan günahsız olaraq
Bəndərtürkmən şəhəri yaxınlığındakı Çapaqlı
kəndində vəhşicəsinə qətlə yetirilmiş
gəncin qatillərinin cəzalandırılması və
həbs olunmuş insanların tezliklə azad olunmasına çalışmalarını
istəyirik.
Demokratik
Dünya Azərbaycanlıları Konqresinin başqanı
Məhəmməd
Riza Xişti
ABŞ,
10 yanvar 2008 il