20 Yanvar faciəsi törəninin proqramı Stokholmda

   

20 Yanvar faciəsi törəni 2008.01.19 tarixində saat 16 : 00 - dan başlayacaq.

Amma törən salonu saat 15: 00 - dan açıq olacaqdır. Törən başlayana qədər video kliplər yayımlanacaqdır.

Tədbir Azərbaycan Respublikasının Milli himni və Güney Azərbaycan Milli Hökumətinin himni birlikdə səsləndirilməklə açıq elan ediləcəkdir.

 Proqram aşağıdakılardan ibarətdir.

1)      Tədbirin gedişi haqqında məlumat veriləcək.

2)      "Azadtribun" sitəsinin əməkdaşı, yazar Eluca Atalı məruzə edəcək.

3)      Qara Yanvar -- 12 dəqiqəlik sənədli film nümayiş etdiriləcək.

4)      "Tribun" jurnalının əməkdaşı Əlirza Ərdəbilli məruzə edəcək.

5)     "Odlar yurdu" dərnəyinin başqanı Sevinc Bakılı məruzə edəcək.

6)      Qarabağ Dərnəyinin üzvü Ayda Cavanşir məruzə edəcək.

7)      FASİLƏ (1 saat)

8)      Fasilə zamanı günün halına uyğun Azərbaycan musiqisi səsləndiriləcək və video kliplər nümayiş etdiriləcək, yüngül yeməklər veriləcək.

9)      Fasilədən sonra rəsmi hissə davam edəcək.

10)  Çıxışlar

  Azərbaycan Respublikasının Milli himni və Güney Azərbaycanda Milli Hökumətin himni birlikdə səsləndirilməklə törən başa çatacaqdır.

Qeyd : Məruzələrə 10 dəqiqə, çıxışlara isə 5 dəqiqə vaxt ayrılıb.

Tədbiri jurnalist Könül Həsənova və yazar Eluca Atalı idarə edəcəklər.

Proqramla bağlı rəy və təkliflərinizi bu ünvana göndərin:

babek@azadtribun.net

Tel: 0707414809