Kimlik, inanış, kültür, inkişaf və türklük

 

Son zamanlarda, bəzi saytlarda  türklük xüsusunda araya qoyulan bəzi mövzular, bizi dərindən düşündürüb, əlimizdəki yazını başlamaya nədən olmuşdur. Biz bu yazıların, adını və yerini bəlirtməyə gərək doymadan, onların qabağa sürdüyü savlar xüsusunda, fikir verməyə çalışacağıg. Hər şeydən öncə, başlıqda gələn quramları tanımlayıb, onlar arasında var olan bağlardan bəhs etməyi düşünürəm.

Kimlik; sosial və ictimai bir varlıq olan insana aid olan nişanələr, keyfiyətlər və özəlliklərin hamısına verilən addır.

Bu nisbətən sıxı tanımlamada, “insan” yerinə, millət, ulus, xalq və başqa istənilən hər hansı bir tplumsal grup məsəla siyasi partya vəya idman grubu qoyula bilər. Tərifin əsas mahiyəti dəyişməz. O zaman sormaq olar: Milli kimlik nələrdən ibrətdir? Və yanıt: bir millətə aid olan bəlirtilər, keyfiyətlər və özəlliklərin; o cümlədən bəlli bir torpaq(ölkə), bəlli bir iqtisadi düzən, dil, özgün ruhi xüsusiyat və kütürəl özəlliklərin hamısına verilən addır.

   Ulus vəya millət qavramında, ən önəmli unsürün; “dil” olduğu açıqdır. Dilsiz bir millətdən söz ediləməz və dilsiz bir grup millət olamaz. Ancaq bəlli bir dili aktif şəkildə danışıb, qoruyan hər hansı bir etnik grup, dil və yaratdığı birlik sayəsində, sonradan torpaq, iqtisadi düzən vs. qazana bilər.

     Din və inam: Ən əski qurum və müəssisə olduğu deyilə bilər. İnsanlar, təbiət və həyatın əsrarəngiz olquları qarşısında, qücsüz qaldıqları zamanlar, başlanqıcdan bəri, din və inanc yollarına baş vurub, öz bilgisizlik və acizliklərini bu sayədə gedərməyə çalışmışlar. Bir çox bilginə görə, insan əsasən mənəvi və ruhani bir varlıqdır. O, bütün kainatı qapsayan, yaradıcı və həyat bağışlayıcı gücün varlığını, ilk başdan səzərək, öz varlığını ona bağlamaq isdeyib və beləliklə müxtəlif din sistəmlərini yaradıb, qura bilmişdir.

   İlkəl dövlətlərin ortaya çıxıb, şəkillənməsində din və ruhaniyət, təyin edici rol oynamışdır.    Burada vurqulamaq istədiyim nöqtə, din unsürünün, kimlik tanımında yer almamasıdır. Din, kültür ögəsinin bir parçası kimi görülə bilər, ancaq hansı dinin orada olması, bir millətin varlığını etkiləməz. Məsəla, türklərin müxtəlif tarixi sürəclərdə, şamancılıq, Gök Tanrıcılıq, budism, yahudiyət, xiristiyanlıq və İslam dinlərini qabul edib, mənəvi dünyalarını onunla düzənləməri, onların türk olduğunu kölgəyə salmamışdır.

  

   Kültür(mədəniyyət): Kültürə tam bir tanım gətirmək çox zor bir işdir, çünkü kültür çox yayqın bir qavramdır. Genəlliklə, kültür vəya mədəniyyətdən danışdığımız zaman, bəlli bir insan grubu, bəlli bir ulus vəya bəlli bir bölgəyə aid olan bənzər davranışlar, dünyaya baxış tərzi və möcud olan estetik və sənət əsərlərini qəsd edirik. Ancaq bu kültürün tam tərifini vermir.  Mümkün olduqca, bütün yönlər, gözdə tutulursa, diyələ bilir:

   Kültür(mədəniyyət): tarixi və ictimai inkişaf sürəci içində yaradılan, maddi və mənəvi dəyərlər və bunları yaradıb, gələcək nəsillərə çatdırmaq üçün qullanılan və insanın təbii və ictimai çevrəsinə hakimiyətinin ölçüsünü göstərən aracları içinde toplayan, qavramdır.

  

    Burada, türklüyün nə demək olduğunu, yanıtlayıb, başqa təməl sorunları, onunla bağdaşıdırmaya çalışacağıq: Türklük, bir ideoloji, məzhəb vəya inanış tərzi deyildir. O türkçənin, müxtəlif şivə və ləhcələrini danışan, Asya, Avrupa və yer kürəsinin başqa rayonlarında, toplu vəya dağınıq olaraq yaşamaqda olan və öz keçmişinə, imdisinə və gələcəyinə bilincli yaxud bilincsiz olaraq yanaşıb, ona sahib çıxan və onu gənc quşaqlara yetirməkdə vəya yetirmək fikrində olan insanların hamısına verilən genəl  bir addır. “Türklük” kavramı, mahiyəti baxımından bir ideoloji olmadığı halda, bəlli bir dünya görüşü, siyasi strateji və yaşayış tərzini, amacladığı zamanlar, ideoljiya təbdil olmaqdadır.

  

   Hər şeyin, gəlişib, dəyişdiyi bir dünyada, türklüyün də zaman və məkan içində, dəyişib, gəlişməsi normal bir haldır. Dil- kültür və inanc önsürləri, hər biri bağımsız və eyni zamanda, az-çox birbirinə bağlı olan toplumsal olqular olaraq, durmadan gəlişib, dəyişməkdədirlər.Bundan dolayı və bunlarla əlaqəli olaraq, türklüyün əsasları zaman içində, isdər-isdəməz bəlli bir ölçüdə dəyişmək məcburiyətində olduğu halda, “türk” sözcüyünün ifadə etdiyi anlamın bəlli sınırlar içində, dəyişməz olduğu düşünülə bilər. “Türk”, türkcə danışan bəlli bir ulus vəya uluslar toplusunun bilinən bir keçmişdə bu adla ün salıb yaşadığı, hale hazır və gələcəkdə də eyni adla yaşamaya dəvam etməyə amaclı olduğunu göstərən genəl bir addır. Yaşanılan gerçəklər isə, bu varsayımı təyid etmir. Necə ki genəl olaraq türkiyəlı və azərbaycanlı aydınlardan bəlli bir bölməsinin sıx-sıx vurqulayıb, açıqlamasının əksinə, günümüzdə, türk olaraq qəsd edilən xalqlar(uluslar); Uyğur, Qırqız, Qazax, Üzbək, Türkman(Türkmən), Azərbaycanlı(Azəri), Türk və sayir adları altında yaşayıb, gəlişməkdədirlər.

“Türk və müsəlman” qavramı, türklüyün uzaq keçmişini sorğu altına alıb, gələcək inkişaf və irəliləməsini, bəlli şərtlərin varlığına bağlamaqdadır. Eyni dərəcədə, “türklük və Atatürkçülük”, “ türklük və demokrasi”, “  Azərbaycançılıq və şiilik”, “ türklük və ülküçülük” və sair bənzər deyimlər və qavramlar, türklüyü, bəlli bir inanc və ideolojiya bağlayraq, onun doğal və özgür gəlişməsini kösdəkləməkdədir.

   Şübhəsiz, bir millətin inanış tərzi və mənəvi dəgərləri, o millətin ən üstün və sayqıyla qarşılanması gərəkən dəyərlərindəndir. Ancaq bilinən budur ki; heç bir millətin bütün kəsimləri, heç vaxt, tam olaraq, bəlli bir din vəya ideoloji ətrafında toplanmayıb, hər zaman fərqli inanış tərzləri və ayrı düşüncə sistemləri mövcud olmuşdur. İnsanların bəzən çox zor şərayitdə və hakim inanış və ideolojinin ağır basqı və təzyiqləri altında, öz inanc və düşünüşlərini, qoruyub, ölümdən qurtarmaq üçün, necə mücadilə verib, bu yolda candan, başdan keçdikləri, inkar ediləməz, tarixi və ictimai faktlardır.

Bir milləti, bəlli bir inanc sistemi vəya ideoloji ətrafında keçici olaraq toplaya bilmək, ancaq və ancaq tiranlıq və zor gücünə dayanaraq mümkün olmuşdur.

Digər tərəfdən, təqribən bütün dinlər və idea sistəmləri, özlərin mütləq həqiqətlər kimi ortaya qoyub, başqalarını qısmən vəya bütövlüklə rədd etməyə çalıçıblar ki buda insanlar arasında böyük çalxantılara, düşmanlıqlara, savaşlara, soyqırımlarına və bağışlanmayacaq insani faciələrə yol açmışdır.

   Bu açıqlamalar sayəsində diyə bilirik: türklüyün yaşayıb, gəlişməsi üçün, ən önəmli önsürlər dil- kültür və torpaqdır. Bunlardan, kültür ögəsi, gəlişmə və inkişafa acıq tutulması gərəkən bölmədir. Dilin; öz gəlişmə və dəyişmə mekanizmini içində daşımasına rəğmən, dilçi bilginlərin davamlı olaraq və mümkün mərtəbə, dövlət dəstəyi ilə, onu gözətim altında tutmaları çox önəmlidir.Çünkü, əsasən kültürün böyük bir paçasını təşkil edən dilin, dış etkənlər və başqa dillərin nüfuzuyla dəyişikliyə uğraması, türklüyü soru əlamətiylə qarşılaşdıran ən çox güdülməsi gərəkən xüsusdur.

   Bəlli-başlı bir türklükdən söz edə bilmək üçün, türk əsilli dövlətlər və toplumsal gruplar, uluslar arası türk lobiləri, müştərək programlar sayəsində, dil və kültürlər arasındaki fərqləri azaltmaya çalışmanın yanı sıra, ortaqlaşa yeni kültür sahələri açmalıdırlar.

 Sarxanlı Pasha 10-01-2008