|
Iranın
fars rejimi və Ermənistan rəhbərliyi PKK terrorçularını
Zəngilanda yerləşdirirlər
Azərbaycan hakimiyyətində bu barədə məlumat
olsa da, onlar Iranla münasibətlərini korlamamaq üçün buna
reaksiya vermirlər
PKK Azərbaycanın işğal altında olan ərazilərində
məskunlaşır. Özü də təkcə Dağlıq
Qarabağda yox, işğal olunmuş digər rayonlarda PKK
yaraqlıları yerləşdirilir. Və açıq hiss
olunur ki, Iran və Ermənistan PKK-çıların Qırmızı
Kürdüstan deyib iddia etdikləri rayonları terrorçuların
nəzarətinə vermək niyyətindədir. Bu
barədə hər iki dövlətin hakimiyyət
dairələri ciddi şəkildə iş aparırlar.
Ilkin olaraq isə Azərbaycanın işğal altında
olan Zəngilan rayonuna PKK yaraqlıları gətirilib. Özü
də yaraqlılar hansısa gizli yolla yox, Iran ərazisindən
keçib gəliblər. Bu barədə məlumatı
Cənubi Azərbaycanda yaşayan soydaşlarımız
Azadlıqa zəng edərək məlumat veriblər.
Onlar Zəngilan rayonu ilə sərhəd kəndlərdə
yaşadıqlarını və hər gün PKK-çıların
orda məskunlaşmalarının şahidi olduqlarını
bildirdilər. Bizim gözümüz önündə fars rejimi
ermənilərlə razılaşıb Zəngilana PKK-çıları
köçürür. Bizdə olan məlumata görə, həmin PKK-çıları
gələcəkdə Azərbaycana qarşı döyüşə
hazırlayırlar deyən Cənubi Azərbaycanda yaşayan
soydaşlarımız maraqlı xəbər verdilər.
Onların bildirdiyinə görə, Ermənistan gec-tez bu
rayonları qaytarmaq məcburiyyətində qalacağını
bilir. Bunun üçün də Iranı idarə edən fars rejimilə
razılaşaraq PKK terrorçularını Zəngilana və
işğal altında olan digər rayonlara köçürməyi
planlaşdırırlar. Əgər, gələcəkdə
Dağlıq Qarabağın müqəddəratının
referendum yolu ilə müəyyənləşdirilməsi razılaşdırılaraq
digər rayonların qaytarılması şərt kimi
qoyulsa, Azərbaycan ciddi problemlə qarşılaşmalıdır.
Yəni, ermənilər deyəcəklər ki, biz silahlı
qüvvələrimizi geri çəkirik. Bu zaman PKK yaraqlıları
Azərbaycana qarşı savaşa başlayaraq həmin
torpaqların onlara məxsus olduqlarını
bildirməlidirlər. Bununlada Azərbaycan daha bir müharibəyə
sürüklənməli və torpaqlar yenə də işğalda
qalmalıdır.
Fars rejimi və Ermənistan rəhbərliyi bu
məqsədlə PKK-nı işğal altında olan
rayonlara köçürür. Redaksiyamıza məlumat verən şəxslər
onu da bildirdilər ki, Zəngilanda PKK terrorçuları üçün
evlər tikilir, təlim düşərgələri salınır.
Bu düşərgələrdə məşq edənlər
bu gün Türkiyəyə, sabah isə Azərbaycana qarşı
savaşmalıdırlar.
Qeyd edək ki, aldığımız xəbərə görə,
Azərbaycanın hakimiyyət dairələri də bu
barədə məlumatlıdır. Ölkənin
rəhbərliyində PKK-nın Zəngilan və digər
rayonlara köçürüldüyü barədə müfəssəl
məlumat var. Sadəcə, Azərbaycan rəhbərliyində
təmsil olunan böyük əksəriyyətin fars rejiminin nümayəndələri
ilə birgə biznesi və ticarət əlaqələri
olduğundan onlar buna reaksiya vermək istəmirlər. Qarşılığında
Iran və Ermənistan PKK-nı işğal altında olan
rayonlarda yerləşdirirlər.
Informasiya şöbəsi
|