İranın fars rejimi Güney Azərbaycan üçün ayrılmış qazı Ermənistana göndərir

Güney Azərbaycanda qazın kəsilməsi və havanın soyuması insan tələfatına səbəb olub

Babək Azəri   hüquqçu

İranın rəsmi xəbər agentliklərinin verdiyi məlumata görə, qış mövsümündə havanın soyuması və eyni halda qazın kəsilməsi Güney Azərbaycanda yaşayan yurddaşlarımızı ağır vəziyyətə salıb. Son zamanlar Güney Azərbaycanın çox yerində havanın mənfi 30 dərəcəyə qədər soyuması haqda xəbər verilir. Hətta milli fəallar təsdiqləyiblər ki, Ərdəbil şəhərində bir nəfərin donmuş cəsədi Yeddigöz körpüsünün altından tapılıb və bir gənc əsgər keşik çəkdiyi yerdə soyuqdan donub və dünyasın dəyişib. Bundan əlavə havanın soyuması və qarın yağması Güney Azərbaycanın kəndləri ilə əlaqnin kəsilməsinə səbəb olub. Misal üçün, Cümhuri İslami İranın rəsmi xəbər agentliyi Mişkin şəhərin valisindən misal gətirərək bildirir ki, bu şəhərin ətrafında yerləşən 120 kəndlə əlaqələr tamam kəsilib. Bəzi şayələr var ki, Güney Azərbaycanın kəndlərində bəzi ailələr bütünlüklə, yəni bütün ailə üzvləri bir yerdə olmaqla soyuqdan donub ölüblər. Çox təəssüf, İranın fars rejimi bu problemin həlli yerinə, mediya vasitələrində gücün qoyub İranda Məclis seçkiləri ilə bağlı təbliğat aparır.

Ekspertlərin fikrinə görə, bu soyuq və qarlı havada Güney Azərbaycanda qazın kəsilməsinin səbəbi bundan ibarətdir ki, İran keçən il, yəni 2007 - ci ilin sentyabr ayından rəsmi formada Ermənistana qaz ixrac edir. Demək olar ki, Güney Azərbaycan üçün nəzərdə tutulmuş qaz Ermənistana göndərilir.İranla Ermənistan arasında bağlanan müqavilə əsasında İran 10 milyard dollardan artıq olan 36 milyard kub metr qazı Ermənistana verib və onun yerinə ondan elektrik enerjisi alacaq. Əlbəttə, bu aydın faktdı və bütün dünya da bilir ki, Ermənistanın özünün elektrik enerji problemi var. Elə bu səbəbə görə də, dünya ictimaiyyətinin etirazına baxmayaraq, Ermənistan Medzamur Nüvə Elektrik Stabsiyasın bağlamayıb. Ekspertlərin fikrinə görə, adın çəkdiyimiz stansiyada hər an partlayış təhlükəsi var. Bu o mənadadır ki, vaxtı ilə Çernobulda atom elektrik stansiyasında baş verən faciəvi hadisə təkrar oluna bilər. Ermənistan stansiyanı ona görə bağlamır ki, ölkədə istifadə olunan elektrik enerjisinin 50% bu stansiya vasitəsi ilə ödənir. Hər halda son zamanlar Ermənistan razı olub Avropa ölkələrinin və Amerikanın maliyyə yardımı ilə Medzamur stansiyasın bağlaya.

Siz özünüz düşünün, bu çox gülünc deyil ki, Ermənistan kimi özünün elektrik problemi olan bir ölkə İrana 10 milyard dollardan artıq elektrik enerjisi verə. Əlbəttə, bunu da xatırlatmalıyam ki, İranın fars rejimi keçən il, yəni 2007 - ci ildə əl - ayağa düşüb Ermənistana qaz ixracın təcili şəkildə həyata keçirmişdi. Qaz kəmərinin Ermənistana təcili şəkildə çəkilməsi 120 milyon dollar xərc aparmışdı ki, onun 85 % - ini İranın Sadrad adlı bankı öhdəsinə götürmüşdü. Ermənistan isə yalnız 15 % - ni vermişdi. Bunlardan da əlavə, Ermənistana təcili formada Güney Azərbaycanın ərazisindən qaz kəməri çəkmə səbəb olmuşdu Güney Azərbaycanın şərq vilayətində tarixi türk abidələri yerlə - yeksan olsun. O cümlədən, Əjdaha daşı şəhərindən qaz kəməri keçdiyi üçün bədnam kəmərin çəkilişi zamanı o yerlərdə tarixi abidələr dağıdılıb ləğv edilmişdir.

Bu gün İran fars rejimi bir tərəfdən Güneylilərin qazını Azərbaycanlıların tarixi düşmənləri ermənilərə verib, özlərini soyuqdan qırır, digər tərəfdən Azərbaycanlıların tarixi abidələrini məhv edir. Həm fiziki və həm də mənəvi baxımdan məhv edilməsini öhdəlik kimi öz üzərinə götürmüş fars rejimi görəsən öz axırını heç düşünürmü. Türkün səbri sonsuz olsa da, hər halda sonu da var!