Şovinistlərin möcüzəsi ;
Yuxarıda adını
çəkdiyim məqalə 03.01.08 tarixində Təbrizli
Baybəkin həmin sitədə yazdığı gözəl bir
dəyərləndirmənin məhsulu kimi çap edilmişdir. Bütün
yazıları kimi dərin məzmunlu, yüksək anlamlı
və məntiq dolu təhlili olan bu yazıya əslində münasibət
bildirmək istəmirəm. Çünkü bu analizlərin zirvəsinə
dırmaşmaq mümkün olmadığına görə ətəklərində
qələm oynadıb dəyərini düşürmək insafdan
uzaqdır.
Ancaq o yazıda
ayətullah Xamineinin Yəzd
şəhərinə səfərlə barışmasının
səbəbi oranın yüksək inkişafi zikr olunduğuna görə
onun 1993- də Təbriz səfəri yadıma düşdü. Bir
tərəfdən o səfər ətrafındaki
hadisələrdən yadımda
qlanları millətimizlə bölüşərək unutulmamasını
düşünürəm, bir tərəfdən də bəlkə bu sözlər
xaminenin qulağına çatar, bir börkünü qabağına qoyub
daha dərindən fikirləşər düşüncəsini daşıyıram.
Ama əsas mozuya geçmədən
öncə bir sözü yazmadan geçmək məqalənin anlaşılmasında
çətinlik yaradabiləcəyinə görə onu qeyd edirəm.
Bəli həqiqətəndə Azərbaycan Fars
hakimiyətindən öncə bölgədə ən inkişaf etmiş
bir ölkə olduğu halda təəssüflə bugün
bəlkədə dünyanın ən geri qalmış ölkəsinə
dönüşdürülümüşdür. İstanbul, Qahirə, Bağdad kimi
şəhərlərlə müqayisə edilən Təbriz bugünkü
ölçülərlə bir xərabəyə çevrilmişdir. İqtisadiyatımız,
mədəniyətimiz, dilimiz, tarimiz, milli mənliyimiz başqa
sözlə bütün varlığımız talanıb, əvəzinə
Fars çölləri abadlaşıb.
1993- də Əhvazda
bir şirkətə çalışırdım. Tehrandaki milli
fəal dostlarımızdan bir xəbər gəldi
ayətullah xamnei Təbrizə gedir, dostlarımız onun yüksək
səviyədə qarşılanmasını səlah görürlər
dedilər. Nə üçün sualını soruşmağa heç ehtiyac
yoxuydu, çünkü o zaman prezident olan Rəfsəncanın
Azərbaycan və özəlliklə Təbriz haqqında etdiyi
cinayət və rəzalətləri nəzərdə alan
Təbrizlilər həqiqətən Xamineini Yüksək
səviyədə qarşıladılar.
Yüksək siyasi
təcrübəsi olan Təbrizin, heç bir təşkilatı
və yayın organı olmadan verdiyi qərar doğrudanda öz işini
gördü. O tarixə qədər məmləkətin bütün
organlarını ələ geçirmiş Rəfsəncani artıq
ikinci sıraya itələndi, heç sayılmıyan xamnei dirçəlib
söz sahibi oldu.
Rəfsəncaninin
şovinist təfəkkürü inqilabın ilk günlərində Qum
şəhərində ayətullah Xumeyninin huzurunda geçirilən
bir qalabalıq toplantıda Sənəndəcdən
gəlmiş Malla Müfti zadə ilə davranışından
aydın olmuşdü. Ona görə və Azərbaycana
bəslədyi kin və nifrətin cavabi olaraq, müsəlman xalq
partiyasını əzib dağıtdıqdan sonra Təbrizə
gələn Rəfsəncanı əlbətdəki
tələbərin yumurta- bamadoru ilə qarşılandı. Ağa
Məhəmməd xan Qacarın Kirmanda çıxardığı
30 min gözü Azərbaycan türkünün hesabına yazmağa çalışan
Rəfsəncanı bütün gücü ilə Azərbaycanı vururdu.
Nifrəti o yerə çatdırmışdı ki, hətta umumi
toplantılarda da onu gizlədə bilmirdi. Təbriz
səfərində topladığı umumi müdirlər
iclasında Azərbaycana və millətimizə etdiyi əhanətlərdən
hamının xəbəri varıydı. Dəfələrlə
Azərbaycanı bundan da pis günə qoyacağını xususi
danışıqlarda dilə gətirən Rəfsəncani,
Şumali Azərbaycan müstəqil olandan sonra, dalqanın
cənuba gəldiyini hiss edərək Azərbaycana aldatıcı
səfərində, Ərdəbil, muğan , Xiyov kimi şəhərlərdən
geçərək Əhərə qədər gəldi, oradan geri
qayıtdı.
Azərbaycani
həqiqətən qara günə qoyan Rəfsəncanı
hakimiyətində kəndlimiz traktor tapıp yerini sürəmədiyi
halda, traktoru icarə etsədə ona qazol tapılmadığı
bir zamanda, Kirmanda hər kəndliyə pulsuz bir Toyota vanet teqdim
edilirdi. Azər şəhrin badamlıqları quruduğu hlda,
aldanmış Təbriz imamcüməsi Mədəninin göz yaşlarına
baxmadan, Zagros dəlinərək Karunun suyu Rəsəncanın
püstə bağlarını suvarırdı.
Kirmanda qoyulan sərmayə
yatırımı Azərbaycanın birinci bölgəsi sayılan
Təbriz- Urmr- Ərdəbil və Zəncanın kından 300
qat artıq olduğu millət vəkillərinin
dillərindən də eşidilirdi.
Xamneinin Təbriz
səfərindəki qarşılama, əslində bu
məzalimin ortadan qaldırılması üçün seçilmiş bir
yol idi. Təbriz, böyük bir kənddir nalələri ilə ağlıyan
ixtiyarsız rəhbər Çaroymaqda, Həşdəri
kəndliləri ilə iki kəlimə Türkcə danışaraq
vəya Təbrizin Qarabağlılar məhəlləsində
bir qədim qapını ziyarət edərək Azərbaycana
bağlılığını göstərmək istəyirdi.
Ancaq təəssüflə Əhmədi Nəjad iş başına
gətiriləndən sonra, Azərbaycana olan zülm iki qat artıb,
dilimizin qıfıli böyüyüb, millətimizin qaymaqları
zindanlarda çürüyür, bütün sahələrdə talançılıq
siyasəti həddindən aşıb və umidlər puça çıxıb,
başqa sözlə o nalələr aldatmacaymış.
Xamneyi Təbriz sıfırindən
qazandığı zəfərlə Tehrana qyıtdı və
aldığı gücü işə salaraq yavaş- yavaş
Rəfsəncani qudrət dairəsindən uzaqlaşdırıldı.
Bununla belə Azərbaycan Türklərinin ana dilinə bağlılığı
nəzərə alan Rəfsəncani həmin il özünün birinci
müavini vasitəsi ilə icra olunan bir TV programı hazırlayıb
5-6 ay sürdürdü. Bu programda ölkədəki millətlərin ana
dilində dərs oxumasının vacibliyi və faydaları
haqqında danışılsada, boyaq tutmadı, birdən
birə kəsildi.
Şükürlər olsun
ki, Azərbaycan milli hərəkatı bugün artıq bu oyunlara
aldanmır və özünün tutduğu doğru yol xəttində
irəliləyir. Bugün zindanları fəth edən
millətimizin nümayəndələri sabah ölkəni idarə
edəcəyinə artıq zərrəcə şübhə
qalmamışdır.
Ona görə millətinə
arxa çevirınlərə, satqınlara , aldanmışlara
dəfələrlə yazdığım və dediyim kimi bir
daha tikrar edirəm. Millətin qoynu ən isti qucaq ən əmniyətli
yuvadır, şovinizmin sizə verdiyi məqamlar, imkanlar, geçici
- saxta və yalandır. Gec olmadan öz millətizin səfində
öz genclərizin çiynində yüksəlin, Dr. Əkbər Ələmiyə
olan hörməti sizdə qazanabilərsiniz.
Böyük Rəsuloğlu
04.01.2008