Amerika Birləşmiş Ştatlarında
Ermənistan: xristian terrorist dövlətin sirləri
adlı kitab işıq üzü gördü
Amerikalı xristian alim ABŞ
problemlərində erməniləri günahkar gördü.
Müsəlman dünyası Amerikaya niyə nifrət edir? Müsəlman
və Birləşmiş Ştatların düşmənliyi
nəyə əsaslanır?
Bu cür suallar Arkanzaslı hüquqşünas, keçmişdə
hakim işləyən, dindar xristian Samuel Biimsin marağını
çəkmişdi. Onun sözlərinə görə o, müsəlman
aləminin Amerikaya olan nifrətinin dəlilli
səbəblərindən ən azı birini tapmışdı.
Biims yazır: Cırtdan Ermənistan ölkəsi bütün dünyaya
səpələnmiş soydaşlarını istifadə
edərək, uzun zamandır ki, xristian aləmini islam dünyasına
qarşı qoymaq üçün müxtəlif üsüllardan istifadə edir.
London, Paris, Roma, Moskva, İstanbul və Vaşınqton
arxivlərində apardığı araşdırmaların
nəticəsi haqda bu Amerikalı hüquqşünas Texas nəşriyatı
St. John Pressdə çıxan sensasion kitabında danışır.
Yalnız sənəd və tarixi sübutlara söykənən
400 səhifəlik bu
əsərdə müəllif qeyd edir:
Bu gün Birləşmiş Ştatlarda erməni əsilli
amerikalılardan ibarət kiçik bir dəstənin Türkiyəyə
qarşı nifrət kampaniyasını alovlandırması
gərçəkdən də faciəvi haldır. Türkiyə bizim
çoxdankı və etibarlı müttəfiqimizdir. Bu kiçik banda hüquq
orqanlarımızı Türkiyəni qondarma 1915-ci il genosidini törətməkdə
suçlayan tamamilə mənasız qərarlar qəbul etməyə
vadar edir.
Mən aşkar etmişəm ki, erməni əsilli
amerikalılar 150 yaşlı qədim
vətənlərini mükafatlandırmaq naminə türklərdən,
eləcə də Amerika xristianlarından böyük məbləğdə
pul almaq üçün uydurma, yalan hadisələr yayır.
Amerikalı həmvətənlərimə üzümü tutub
sual verirəm: kimə inanırsınız Osmanlı
imperiyasını sağ
salamat tərk edən erməniləri
görən Amerikan şahidlərə, yoxsa 1,5 milyon erməninin
Osmanlı hakimiyəti tərəfindən öldürülməsi haqda
boş-boş danışan ermənilərə?
Bu kitab həmçinin erməni mənbələrinə söykənən
tarixi sübutlara əsaslanır. Kimin həqiqət, kimin isə
şəxsi xudbin maraqları naminə yalan nağıllar
uydurub Amerika xristianlarına yaymasını
müəyyən etmək üçün bu kitab yaxşı imkan
verir.
Samuel Biimsin kitabından ABŞdə
olduğu kimi, Rusiyada da indiyənədək naməlum
qalan bir çox şeylər haqda bilmək olar. Məsələn:
ermənilər əslində necə
xristiandır, Türkiyəyə qarşı saxta və
əsassız erməni iddiaları haqda,
terror siyasətini gerçəkləşdirmək üçün
ermənilər öz kilsəsini necə istifadə edir,
Qarabağ müsəlmanlarına qarşı ermənilər
necə genosid törətmişlər, müasir Ermənistanda
Hitlerin tərəfində döyüşənlərə olan ehtiram
haqda , erməni dövlətinin korrupsiyalaşması haqda.
Həmçinin Vaşınqton və Bakı arasında dost münasibətlərin
inkişafına ABŞ erməni lobbisi necə mane olur və
pullu erməni agentləri
Birləşmiş Ştatlarda ictimai fikri necə formalaşdırır.
Ermənistan haqda bu sənədli araşdırmanın
super üz qabığında müəllif
yazır: Bu kitabı Amerikada yaşayan hər xristian və
vergi ödəyənin oxuması vacibdir!
http://day.az/news/armenia/103092.html
Ruscadan çevirdi: İ.Ucaruh