Çağdaş
Güney ədəbiyyatında Azərbaycan milli hərəkatı
(“Bir
insan döyüşür” şeir toplusu əsasında)

Sübhan
Talıblı
Azərbaycan
Milli Elmlər Akademiyasının
Şərqşünaslıq
İnstitutunun elmi araşdırıcısı
Subhan_azun@yahoo.com
Şübhəsiz həqiqi, saf, hər növ riyakarlıqdan, iki
üzlülükdən uzaq yaradılan ədəbiyyat mənsub olduğu
mühitin obyektiv güzgüsü rolunda, xalqın sosial- ictimai və
mənəvi aləmini əks etdirir. Bədii ədəbiyyat
özəlliklə onun həssas qolu olan poeziyanın bu sahədə
xüsusi əhəmiyyəti və rolu vardır. Poeziyada şair
həssaslığı, kövərk duyğuları ilə
sətirlərə, misralara çevrilən milli-mənəvi ideya,
xalqının ağrı-acısı, kədəri, qəmi,
üzləşdiyi ayrıseçkilik və zülm, eləcə də
cəmiyyətdə mövcud olan ədalətsizlik və
eybəcərliklər bədii ifadələrlə əks
etdirilir. Əsil şair isə mühitin ədalətli hakimi
olaraq, mənsub olduğu dövrün sorağını
gələcək nəsillərə çatdırmaqda mötəbər
elçi rolunu oynayır.
Güney ədəbiyyatı da bu həyatı reallıq və
qanunauyğunluqlardan müstəsna deyildir. Hələ Səttar
xanın, Bağır xanın, Zeynəb paşanın,
Xiyabaninin, Pişəvərinin qəhrəmanlığını,
onların zülmə qarşı apardığı mübarizəni
əks etdirən Azrbaycan poeziyası, sonrakı dövrlərdə
milli-demokratik qüvvələrin xalqın və vətənin
azadlığı uğrunda apardığı mübarizəni
əks etdirirdi.
Hazırkı dövrdə də Güneydə mövcud olan
ictimai-siyasi vəziyyət, xalqın apardığı azadlıq
mübarizəsi, məruz qaldığı ayrıseçkilik, zülm dövrün
həssas qələm sahiblərinin, xalqının
kədərinə kədərlənən, sevincinə
sevinən həssas ürəkli, lakin mübariz ruhlu şairlərin
qələmindən süzülən duyğularda, şeirlərdə
öz əksini tapmışdır.
Bir cəhət də nəzərdən yayınmır ki,
vətənin bilavasitə daxilində yaranan poetik məhsullarla,
onun sərhədlərindən kənarda yaranan şeirlərin
ümumi ahəng, qayə, amal və məqsədi arasında qırılmaz
üzvi bir bağlılıq olmuşdur. Son illərdə həm
vətəndə, həm də qurbətdə vətən
həsrətilə yanan qələm sahiblərinin yaratdıqları
poetik qələm məhsullarında vətənə
məhəbbət yenə də baş motiv kimi səslənmişdir.
Doğma diyara pak sevgi, həsrət duyğuları
vətənin taleyinin bu poeziyaya bəxş etdiyi başlıca
motivlərdir.
Güney Azərbaycanın milli mübarizəsini, ictimai-siyasi
durumunu bədii formada özündə əks etdirən, eləcə
də yeni, novator düşüncənin məhsulu olan əsərlərdən
biri də son illərdə işıq
üzü görən gənc şair və tədqiqatçı
Həsən Səfərinin “Bir insan döyüşür” adlı
şeirlər toplusudur. Həsən Səfəri Təbrizdə
doğulsa da minlərcə vətən övladları kimi öz
yerindən, yurdundan didərgin düşüb, qurbətdə
vətən həsrəti, vətən sevgisi ilə yazıb,
yaradır. O, xalqının, ulusunun Güneydə apardığı
milli mübarizəsini, özəlliklə vətənin azadlığı,
müstəqilliyi, insanların təbii hüquqlarının əldə
edilməsi uğrunda igid oğlan və qızlarının öz
canından keçərək, əli yalın və sivil mübarizə
üsulu ilə silahlı cəlladlara necə sinə gərdiyini,
hətta zindanlar və həbsxanalarda onları necə dizə
çökdürdüyünü kitabın adını daşıyan “Bir insan döyüşür”
adlı şeirində belə təsvir alır:

Burda bir insan döyüşür
aşırı bir insan,
əlləri qandallı
gözləri
bağlı
və yapayalnız
canı ovucunda
dünyanı dizə çökdürmüş bir insan
aşırı
bir insan,
ürəyi okean
iradəsi
atom çəkirdəyi
və
baxışları alovu yaxardı.
Burda bir
insan döyüşür
aşırı
bir insan
əli-cebi bomboş
“Atilla” ürəkli,
susması günəş tutulması
harayı atom partlyışı
və canı ovucunda
dünyanı dizə çökdürmüş bir insan
aşırı bir insan.
Şairin mənsub olduğu xalq təhqir edilir, onun milli
kimliyi danılır, milli haqları tapdanır, buna dözməyən
şair isə haqq səsini xalqının istəyinə uyğun
qaldırır. Xalqının igid uğul və qızlarının
hər növ işkəncə, həbs və sair təzyiqlərə
məruz qalmasını, lakin milli amal, haqq və ədalət
uğrunda nə qurşundan, nə işkəncədən,
nə də cəllad qazıların
məhkəmələrindən qorxmayaraq, küçələrdə
düşmənin qarşısında əli yalın “Haray haray
mən türkəm” səsləyib, haqq səsini qaldırmasını,
məğrurcasına “Türk” kimliyini ortaya qoymasını
belə təsvir edir:
Sındırammamışdı
onu
nə qurşun səsləri,
nə yırtıcı saldırıları,
nə kələpcələr,
döymələr,
işkəncələr
və nə ədalətsiz yarqitaylar,
cəllad qazılar,
dustaqlıqlar,
nələr və nələr
sıdırammamışdı onu.
Yenə “türkəm” demişdi.
Digər
bir şeirində isə elinin, ulusunun haqlarını tapdayan,
milli, mənəvi dəyərlərini ona yasaq edən,
təhqirlərə məruz qoyan və təbii insan haqlarını
ona çox görən, üstəlik haqq səsini qaldıranda ona
vəhşicəsinə divan tutan rejimin vəhşiliklərinə
işarə edib, 2007-ci ilin may hadisələrini əsas tutaraq,
yazır:
Qanla susdururdular “Təbrizi”
susmurdu.
Namus satıb,
mənlik satıb,
qan çörəyi yeyənlərin
gülləsinə tuş gəlmişdi
ulu
“Təbriz”.
Haqq səsi kuşunları
yaxırdı,
Məzlumluq harayı zalimlərin sarayın.
Və tüpürürdülər
qarın çörəyinə satılanların
qara üzünə
və bir partlayış
vardı,
burası “Azərbaycan”
və “haray-haray mən türkəm”
partlayışı.
Əsasən
müstəmləkə durumunda formalaşdırılan
cəmiyyətlərdə insanlar qəsdən bir-birinə qarşı
daha da riyakar, iki üzlü, satqın və amansız xarakterli formalaşdırılırlar.
Şairin də mənsub olduğu xalqın belə
vəziyyətdə olması onun ürəyini ağrıdır.
Xalqının övladlarının ailə mühitində səmimi,
humanist və pak ürəkli yetişdirildiyini, yeniyetməlik,
eləcə də gənclik dövründə cəmiyyətə
daxil olarkən necə amansızlıqlarla qarşılaşıb,
sarsıldığını görür və gözəl bədii
ifadələrlə “Nə bilirsən Ayxan” adlı şeirində
onları belə təsvirə çəkir:
Sürtük
üzlülər,
həyasızlar
utanmayan
utanmazlar görəcəksən!
Şərəfinə üz çevirənlər
vicdansızlr
dağ ayısı
qanmazlar görəcəksən
od
tutub yanacaqsan Ayxan
yanacaqsan.
Şair,
Ayxanın timsalında Güney Azərbaycan türkünün bir millət
olaraq, müstəqilliyini itirməsi və dövlətsizlik
səbəbindən neçə qat böyük və dəhşətli
çətinliklərlə üzləşdiyini, millət olaraq necə
yiyəsiz olduğunu özünəməxsus tərzdə belə
ifadə edir:
Üstəlik
sənin türkülərin qan ağlar
röyalarına
duman duman çökər!
bilən
olsa qan yaş tökər Ayxan
qan
yaş tökər!
Ölkəli ölkəsiz
ulusu
yeyəsiz
dövlətdən
yetim,
yeyəsiz
bilən
olsa qan yaş tökər Ayxan
qan
yaş tökər.
Artıq XXI əsrdə dünya səviyyəsində insanların
mutluluğu, rahatlığı, bərabərliyi, haqlarının
hərtərəfli bərpası uğrunda çeşidli təşkilatlar
yaradıldılır, qərarlar çıxarılır, böyük işləri
görülür. Lakin təəssüflə Güney Azərbaycan türkü öz
kimliyini belə, dilinə gətirmə haqqına malik deyildir.
Bu zülmü, ədalətsizliyi görən şair dözə
bilməyib, heç bir qayda-qanuna sığmayan həmin şovinizmi
tənqid atəşinə tutur. Türk kimliyinə təkid
edən Azərbaycan türkününün “İnqilab”
məhkəməsində mühakimə edilməsinin necə gülünc
və biabrıçılığa səbəb olan
hərəkət olduğunu “Böyük
suç işləmişdi!” şeirində təsvir edib, gülünc doğuran
belə cılız və qeyri-insani hərəkəti lağa
qoyaraq, gülür:
İyirmi birinci əsirdi.
“Böyük suç işləmişdi”
deyirlər.
çox
böyük.
“İnqilab”
məhkəməsinə sığmayırdı
“Türkəm”
demişdi “türkəm”
Ax
nə böyük suç!!!
“İnqilab”
məhkəməsi heyrətdə
həh
həh həh!!!
“Bir
insan döyüşür” adlı kitaba ön söz yazan dəyərli yazıçı
alim prоfessor Vаqif Sultаnlı isə şairin yaradıcılığını
bədii cəhətdən dəyərləndirərərk,
onun yaradıcılığında vətənpərvəlik
motivinə xüsusi təkid edib, yazır: “Həsən
Səfərinin yаzılаrındа misrа düzümü
və səs sırаlаnmаsı mətnə ritmik
bir оvqаt аşılаyır. Hələ
məzmununа vаrmаdаn sözlərin zаhiri görünüşü
охucunun diqqətini çəkir. Bаşqа sözlə,
оnun şеirləri охunmаq və duyulmаqlа
yаnаşı, görülmək, göz yаddаşınа
çеvrilmək хüsusiyyətlərini özündə birləşdirir.
Şаirin
şеirləri mövzu bахımındаn rəngаrəng
оlsа dа, bütövlükdə оnlаrın
vətən sеvgisindən qаynаqlаndığını
duymаmаq mümkün dеyil:
Bаğışlа məni,
аnnəciyim,
bаğışlа
məni,
аdımı
suçlu qоydulаr.
Аrtıq аlnımdа silinməyən dаmğа,
günаhım
vicdаnımа kölgə düşürməməyim,
ulusumu
sеvməyim,
vətənimi,
еlimi,
dilimi
sеvməyim.
«Vətənsizlik»
аdlı şеirində isə şаir yurd sеvdаsı
ilə bаğlı pоеtik duyğulаrını
оbrаzlаrа bürünərək bеlə ifаdə
еdir:
Gözəlim,
vətənsizlik
dünyа bоydа yurdundа
əyin bоydа məhbəsə dustаq оlmаq
və bəlkə
dünyаdаn bоşаnmаqdır.
Və dövlətsizlik
ata-analı
yetimlikdir.
Yetimlik
kimsəsizlik
və amansızcasına
yeyəsizlikdir
və
yeyəsizliyin
unvansız ağrısı.
Gənc
şаirin şеirlərində vətən аğrısı,
vətəndə vətənsizlik dərdi əsаs mövzu
оbyеktinə çеvrildiyindən və əslində
оnun qələmi büsbütün bu оvqаtа kökləndiyindən,
həttа sеvgi şеirlərinə bеlə
vətənsizliyin gətirdiyi inаmsızlıq və ümidsizlik
duyğusu səpildiyindən оnlаr bütünlüklə
kədər, qüssə qохuyur. Lаkin bu
kədərin şəхsi çаlаr dаşımаdığı,
ictimаi məzmunа yükləndiyi üçün охucunu ümidsizləşdirmədiyi,
əksinə оnun dərinliyində еtirаz, bаrışmаzlıq
duyğulаrının gizləndiyi аşkаr duyulmаqdаdır.
Siyasi əqidəsinə, milli mənəviyyatına görə,
eləcə də ulusuna, elinə, vətəninə sevgi
bəslədiyinə görə, doğma diyarından didrgin düşən
şair, daşıdığı bu milli-mənəvi və
insani keyfiyyətləri üçün üzləşdiyi çətinlikləri,
təzyiqləri və hətta terror təhlükəsini belə
duyaraq, “Nə yoldasan” adlı şeirində Azərbaycanın
milli və əqidəli insanlarının üzləşdiyi
reallığı açıq şəkildə göstərməyə
çalışır:
Oy canım
nə yoldasan
nə yolda?
Bir ucu yanqınlar
bir ucu əcəl damğasında yazılan
terror hökmü,
bir ucu
qurbət
didərginlik
kimsəsizlik
və santım-santım çürümək
və bir ucu acılar
kədərlər
dərdlər.
Bir ucu
zülmət içrə
şam kimi yanıb qurtarmaq
acılarda
yaşamaq
baldan zəhər dadmaq
və bir ucu anılarda
keçmişi
yaşamaq,
bir ucu yad gülləsi
bir ucu daş başlı
dostunun
dil
yarası
biçaq
yarası
və bir ucu
ürək
parçalayan nələr
nələr
və
nələr?
Ax
nə yoldasan?
nə
yolda?
Ağlama
canım
bugün-sabah
dan yeri söküləcək,
qaranlıqdan
günəş doğacaq
zülməti boğacaq
və
yaz gələcək
sən gələcəksən
qaranquşların da üzü güləcək,
ağlama
ağlama
canım.
Göründüyü
kimi, şair xalqının zülmət içrə ağır
durumunu duyaraq, aparılan haqlı dirəniş sonucunda bir işıq
cığırının olduğuna ümid bəsləyir.
Vətəni tərk etməyə məcbur olan qaranquşların
isə bir daha vətənə dönəcəklərinin qəti
olduğunu inamla bildirir.
Həsən
Səfərinin lirik məzmuna köklənən şeirlərində
belə az da olsa milli-mənəvi dəyərlərə, ulusa,
elə, vətənə bağlılığın izi görünməkdədir.
Belə ki, şairin “Hardasan?” adlı lirik şeirində
onun ürəyinin hətta təkcə Azərbaycanla deyil, bütün
Türk dünyası ilə döyündüyü və bu böyük ulusun
dərdinin sanki onun dərdi olduğu duyulmaqdadır:
Of
sevgilim
türkülərimin
həzin laylası
yollarımdan qopmayan
baxışlarımın
nisgili
ürəyimin sevgi dağı
duyğularımın
həsrət qoxusu
sevgilim!
Hardasan?
Qərib
“Təbriz”imdəmi qəribsədin?
kimsəsizlədin
Gözəl
“Bakı”mdamı özünə özgələşdin?
özgəyə bələşdin
Və
bəlkə
“İstanbul”umda
Allahu
əkbərə boyanıb
özünü itirdin?
“Altay”larımda
rus bəlasına uğradın?
“Siberiya”mda
ürəyin dondu?
Və
ya
bozqırımda
yolunumu itirdin?
“Urumçu”mda
Çin darındanmı asıldın?
Of sevgilim
harda qaldın?
heç düşlərimdən boşanmadın
baxışlarımdan boşanmayan
həsrətin kimi.
Oy ..
“Ötükən” qoxulum
“Təbriz” qururlum
sevgilim
buyur
buyur gəl
bu
ürək sənindir
səni gözləyir.
Xatırladaq
ki, şairin 78 şeirindən ibarət olan “Bir insan döyüşür”
adlı şeirlər toplusu kitabı 2007-ci ilin əvvəlində
latin və ərəb əlifbasında Bakı şəhərində
işıq üzü görmüşdür.
چاغداش
گونئی
ادبیاتیندا
آذربایجان
ملی حركاتی
("بیر
اینسان
دؤیوشور" شعر
توپلوسو
اساسیندا)
آذربایجان
میللی علملر آکادئمیاسینین
شرق شوناسلیق
اینستیتوتونون
علمی
آراشدیریجیسی
سبحان
طالیبلی
Subhan_azun@yahoo.com
شوبهه
سیز حقیقی،
صاف، هر نؤو
رییاکارلیقدان،
ایکی
اوزلولوکدن
اوزاق
یارادیلان
ادبیات منسوب
اولدوغو
موحیطین
اوبیئکتیو
گوزگوسو
رولوندا،
خالقین
سوسیال-
ایجتیماعی و
معنوی
عالمینی عکس
ائتدیریر.
بدیعی
ادبیات، اؤزه
للیکله اونون
حساس قولو
اولان
پوئزییانین
بو ساحه
ده
خوصوصی
اهمیتی و رولو
واردیر.
پوئزییادا
شاعیر
حساسلیغی،
کؤورک
دویغولاری
ایله
سطیرلره،
میصراعلارا
چئوریلن
میللی- معنوی
ایدئیا،
خالقین آغری-
آجیسی، کدری،
غمی،
اوزلشدیگی
آیری
سئچکیلیک و
ظولم، ائله جه
ده جمعیتده
مؤوجود اولان
عدالتسیزلیک
و
عئیبجرلیکلر
بدیعی ایفاده
لرله عکس
ائتدیریلیر.
اصیل شاعیر
ایسه موحیطین
عدالتلی
حاکیمی
اولاراق،
منسوب اولدغو
دؤورون
سوراغینی گله
جک نسیللره
چاتدیرماقدا
معتبر ائلچی
رولونو
اویناییر.
گونئی
ادبیاتی دا بو
حیاتی
رئاللیق و
قانونا
اویغونلوقلاردان
موستثنا
دئییلدیر. هله
ستار خانین،
باغیر خانین،
زینب
پاشانین،
خیابان نین،
پیشه ورینین
قهرمانلیغینی،
اونلارین
ظولمه قارشی
آپاردیغی
موباریزه نی
عکس ائتدیرن
آذربایجان
پوئزییاسی،
سونراکی
دؤورلرده
میللی-
دئموکراتیک
قووه لرین
خالقین و
وطنینین
آزادلیغی
اوغروندا
آپاردیغی
موباریزه نی
عکس
ائتدیریردی.
حاضیرکی
دؤورده ده
گونئیده
مؤوجود اولان
ایجتیماعی-
سیاسی وضعیت،
خالقین
آپاردیغی
آزادلیق
موباریزه سی،
معروض
قالدیغی آیری
سئچکیلیک،
ظولم دؤورون
حساس قلم
صاحیبلرینین،
خالقی نین
کدرینه کدرله
نن،
سئوینجینه
سئوینن حساس
اوره کلی،
لاکین
موباریز
روحلو
شاعیرلرین
قلمیندن
سوزولن
دویغولاردا،
شعرلرده اؤز
عکسینی
تاپمیشدیر.
بیر
جهت ده نظردن
یایینمیر کی،
وطنین
بلاواسیطه
داخیلینده
یارانان
پوئتیک
محصوللارلا،
اونون
سرحدلریندن
کناردا
یارانان
شعرلرین
عمومی آهنگ،
غایه، آمال و
مقصدی
آراسیندا
قیریلماز
عضوی بیر
باغلیلیق
اولموشدور.
سون ایللرده
هم وطنده، هم
ده غربتده وطن
حسرتیله
یانان قلم
صاحیبلری نین
یاراتدیقلاری
پوئتیک قلم
محصوللاریندا
وطنه محبت
یئنه ده باش
موتیو کیمی
سسلنمیشدیر.
دوغما دییارا
پاک سئوگی،
حسرت
دویغولاری
وطنین طالعی
نین بو
پوئزییایا
بخش ائتدیگی
باشلیجا
موتیولردیر.
گونئی
آذربایجانین
میللی
موباریزه
سینی،
ایجتیماعی-
سیاسی
دورومونو
بدیعی
فورمادا
اؤزونده عکس
اتدیره ن،
ائله جه ده
یئنی،
نوواتور
دوشونجه نین
محصولو اولان
اثرلردن بیری
ده سون
ایللرده
ایشیق اوزو
گؤرن گنج
شاعیر و
تدقیقاتچی
حسن صفری نین "بیر
اینسان
دؤیوشور"
آدلی شعرلر
توپلوسودور.
حسن صفری
تبریزده
دوغولسا دا
مینلرجه وطن
اؤولادلاری
کیمی اؤز
یئریندن،
یوردوندان
دیدرگین
دوشوب،
غربتده وطن
حسرتی، وطن
سئوگی سی ایله
یازیب
یارادیر. او،
خالقینین،
اولوسونون
گونئیده
آپاردیغی
میللی
موباریزه
سینی، اؤزه
للیکله وطنین
آزادلیغی،
موستقیللیگی،
اینسانلارین
طبیعی
حقوقلاری نین
الده ائدیلمه
سی اوغروندا
ایگید اوغلان
و قیزلاری نین
اؤز جانیندان
کئچه رک، الی
یالین و سیویل
موباریزه
اوصولو ایله
سیلاحلی
جللادلارا
نئجه سینه
گردیگینی،
حتی
زیندانلار و
حبسخانالاردا
اونلاری نئجه
دیزه
چؤکدوردویونو
کیتابین
آدینی
داشییان "بیر
اینسان
دؤیوشور"
آدلی شعرینده
بئله تصویر
ائدیر:

بوردا
بیر اینسان
دؤیوشور