Xatəmi
və Güney Azərbaycan !
Adını
islahatçı qoyub, Azərbaycan milli hərəkatının
yolunu təhrif etmək və nəhayət çürütmək üçün
saman altından su yeridən cənab Xatəminin məzlum
Təbrizimizə olan son səfərinə münasibət
bildirməyi milli bir görəv kimi alqlayıram. Müxtəlif KİV
və qurumların bu barədə yaydığı çəlişgəli
xəbərlər isə daxildəki seçgin mübarizlərimiz
və xəbər sitələrinizdən bundan daha çox gözləməyimizin
səbəblərindən sayılmaqdadır.
Siyasətdə
yalançı təbliqatı ən böyük xəta saydığıma
görə bu aşırı vəya düşürü
xəbərləri oxusamda, olayların gərçək üzünü öğrənməyin
və düzgün məlumatlanmağın xətasız
hərəkət yolunu göstərdiyinə ürəkdən
inanmaqdayam. Bir çox dəyərli dost tanıram ki, uydurma
xəbərlərə uyaraq, bilmiyərək
hərəkətimizə böyük zərbə vuranların
təbliqatçısı olmuşlar. Bəziləri sonradan peşman
olsalar da artiq milli hərəkətimizi dişləri altında
əzib - ayaqlıyan şovinizm dəyirmanının üst daşını
firladan su kimi axıb getmişdir.
Bu
səfər barəsində iki xəbər arasında olan fasilə
o qədər böyük və yarılan dərə dərindir ki,
bu yarqanı doldurmaq böyük enerji və zaman tələb
etməkdədir.
Azərbaycan
öğrənci hərəkatının verdiyi xəbər
və bəzi sitələrdə yerləşdirilmiş
yaşasın Azərbaycan şuari ilə bəzənmiş
filmin sevincini, gənclərimizin başarılı siyasi
hərəkətlərini içimizə sindirərək qurbət
acılarını yumuşaltmağa çalışdığımız
zaman, başqa bir məlumat taqqıltı ilə başımıza
vurmağa başladı. Azərbaycanda
bir xəbər yoxdur
məqaləsi yayıldıqdan sonra
bu dəngənin çözümü və həqiqətin axdarılması
daha ciddi bir çabaya meydan açdı.
Bir
gün sonra həmin məqalənin azqala sitəsində
ışıqlandırılması isə tapmacanı lap
dərinləşdirdi. Çünki biz xaricdə oturanların
xəbər qaynağı əlbətdəki daxildəki
dostlarımızın, özəlliklə siyasi şuur, dürüstlük
və milli mənafeimizi qoruyan tutumlarına inandığımız
əzizlərimizin güvənli
dili və etibarlı qələmidir. Ona görə bu əzizlərimizdən
israrla xahiş edirəm ki, bu həssas durumlarda və mürəkkəb
şəraitdə başqalarının qələmi ilə
deyil öz yarqıları ilə millətimizi məlumatlandırsınlar.
Şübhə
yoxdur ki, o sıxıntılı mühitdə, boğuntulu ortamda
və faşist təfəkkürün hakim olduğu əmniyəti
durumda hətta 40- 50 tələbənində düşmənin üzünə
tüpürərək yaşasın Azərbaycan şuarı
verməsi, təqdirə layiq, alqışlanmalı və böyük
bir şücaətdir. Diktatorluğun hakim olduğu ölkələrdə
demokratik usullara dayanan etiraz aksiyaları vəya gövdə göstəriləri
insanların sayı ilə ölçülməz. Çünkü bu etirazlar bir
yandan mübarizənin diriliyini göstərir bir yandanda azcacıq
demokratik şərait yaranan kimi bu saylar min qat belke milyon qat
artar və şahları taxtından yendirər. Bu, dünyadaki
hadisələrdən təcrübə olunmuş bir gərçəkdir.
Xatəminin
Təbriz səfərinin nəticəsi nə olursa olsun, əlbətdəki
, Güney Azərbaycanda milli məsələmizə
Azərbaycan Mərkəzli Düşüncə Sistemi
zaviyəsindən baxan gözlərin tutum və görüşündə
bir deyişikliyin olmuyacağı açıq və aydındır.
Güneydəki dostlarımızın yaxşı xatirində
olmalıdır ki, bu üzdən iraq islahatçıların iş başına
gəldiyi o günlər, istər yazılarımda istərsədə
üz- üzə müzakirələrimizdə bunun bir aldatmaca olduğu
fikrini dəfələrlə irəli sürmüşdüm. Bugün
gəlib Təbrizdə 15 və 19 cu maddədən danışan
bu zati alinin yalanlarını aydınlatmaq üçün
dəfələrlə indiki həm cumhur başqanlığı
həmdə milli məclis sənin əlindədir nə üçün
Azərbaycan məktəblərində ana dilimizi oxutmursan
yazmışdım. Azərbaycanın dünya
səviyəsindəki mədəniyətini yox edə- edə
mədəniyətlərin dialogundan danışmağın
ancaq Farsçılıq siyasəti qamçıları altında
əzilən millətimizin gür səsini, dünya əfkari ümumisində
boğmaq məqsədi güddüyünü
dəfələrlə yazıb və demişdim.
Baxmıyaraq
ki, o ölkədə yaşadığımıza görə orada
baş verən hadisələrdən təsirlənirik, İranda
Farsçılıq siyasəti güdən bütün çəvrələr,
istər hakimiyətin çeşitli qanadları istərsədə
müxalifətin müxtəlif qolları, Azərbaycan Milli
hərərkatına bir gözlə baxırlar demişdim. Onların
məqsədi bu hərkatı parçalamq, dağıtmaq, əzib
ortadan qaldırmaqdır. Bacaramazlarsa, ki Xurdad dirçəlişi
bunu göstərdi, onların hədəfi milli
hərəkətimizi Farsçıliq siyasətinin quyruğuna bağlamaq
və onu içindən çürütmək olacaqdır. Ona görədə
həmin illər dəfələrlə yazıb və demişdim,
Azərbaycan milli hərəkatının ancaq bir yolu var
birləşib güc mərkəzinə dönüşərək
Fras şovinizminin bu dar boğazda xırxırasından yapışıb,
bütün haqlarımızı son damcısına qədər
almaqdır. Ümidi Zəncana, Şəmsi Təbrizə ,
Nəvidi Azərbaycana olan təzyiqlər elə həmin bu
qanadın hakimiyəti zamanı başlamış və yüzlərcə
milli haqlarımızı tələb edən dəyərli
isanlarımız bunların hakimiyətində zindana salınmışdır.
Bunların Təbrizdəki ustandarının ikidə - bir
İrəvan səfəri, Tehrandaki naziri Mühaciranının
Ermənilərlə Farsların aria ırqına
mənsubiyəti fəlsəfəsi, təyyarələrinin
Azərbaycan cumhuriyətinin sərhədlərini pozması
hələ xatirələrdən silinməyib. Xatəminin
təhlükəsizlik naziri Həsən Ruhaninin iz itirmək üçün
İrəvan Tiflis- dən geçərək
Bakı səfərinə çıxması, oradakı Güneyli
fəalların binövrəsinə su qoşması
nəticəsində ürəyimizdə açılan yaralar hələ
bitişməmişdir. Babək qalasına yürüşün qarşısını
almaq üçün yüzlər oyun bu şəxsin vasitəsi ilə
həyata geçmişdir. Yolları bağlıyaraq insanları
yaxalıyaraq qalaya getməkdən yayındırmaq, Abbas
bəy Leysanlı, Əkbər bəy Azad və yüzlər milli
fəalimizi qalada yaxalıyaraq Kəleybər və Əhərdə
məhkəməyə çəkmək, qalaya maşınlarla
Fars bölgələrindən şovinist təbliqatçısı göndərərk
arxalarında özünündə onlara qoşulması, cavanlarımızın
sazını alıb sındırmaq, bu demokrasi və
mədəniyət dialogundan danışan şəxsin
hakimiyətdə olduğu dövrədə baş
verdiyi,millətimizin yadından çıxmamışdır və
çıxmıyacaqdır da.
Əslində
verilən bir balaca azadlıq şovinist teorisiyənlərinin
plani əsasında, Əhmədi Nəjadın gəlişi doğrultusunda
və nəhayət bir daha islahatçı qabığında
millətimizi aldatmağa sevq etmək nəzəriyəsinin altında
yatmışdır, biz aldanmamalıyıq.
Bütün
bunları göz ğnündə tutaraq və hakimiyət
dairlərində ilginc oyunları düzgün analiz edərək
fikrimce Xatəminin Təbriz gəlişini daha güclü bir şəkildə
qınayıb, milli hərəkatımızın gücünü göstərmək
imkanı arzu edilən idi. Şübhə yoxdur ki, içəridəki
bu ağır polisi durumda gənclərimizi təhlükəyə
salmaq ağıllı beynin yarıqlarından qaynıyan fikir
olamaz. Hətta onların və özəlliklə Arman təşkilatının
təşəbbüsü Azərbaycana olan zülmün ürək yanqılarının
dərinkiyindən xəbər verir. Halbuki bu səfər
və buna bənzər Fars şovinizminin hiləgəranə
siyasətləri və oyunları qarşısında
dəyərli aqsaqqallarımız və qocaman mübarizlərimizin
boyununa daha böyük yük düşdüyü fikri qaçınılmazdır.
Daxildəki
çox dəyərli dostlarımız və tanınmış
şəxsiyətlərimizin yazı və
müsahibələrində söylədikləri sözləri
unutmamışıq. Bu dəyərli qardaşlarımız
haqli olaraq deyiblər ki, xaricdə oturanlar daxildəki
fəallara plan töküb onlara xət vermək fikrinə düşməsinlər.
Bu sözlərin haqlılığını bir daha vurquluyaraq
illər boyu yazdığım və dediyim kimi bir daha bu fikri
dəstəklədiyimi söyləməkdə fayda görürəm.
Əlbəttə daxildəki dostlarımız bizlərdən
fərqli olaraq durumu eyniyətlə dərk edir. Direkt olaraq
qəddarəçilərin oxları ilə tuşlaşdıklarına
görə özləri durumu dəyərləndirib nə
edəcəklərinə ən düzgün qərar
verənlərdilər. Buda
aydındır ki, daxildə atılan hər bit addım, xaricdə
atılan min addım qədər ağırləq daşır.
Ayrı yandan isə, bu ağır və boğuntulu şəraitdə
bəzi aqsaqqallarımızın fədakarlığı,
milli hərəkatımızı canlandırır, dirçəliş
və dirəniş gücümüzü artırır,
gələcəyimizin ümidi olan gənclərimizə qarşı
təhlükə və təzyiqləri azaldır və dim-diri
ayaqda olduğumuzu daha geniş zaviyədən görüntülər.
Bütün
bunları nəzərdə alaraq fikriləşirdim ki görəsən
Xatəminin Təbrizə gəlişində bir aqsaqqalımız
bir elamiyə verib, ona etiraz əlaməti olaraq bəlli bir
saatda evindən çıxıb piyada bağşumaldaki o salona
gedib və imkan daxilində Azərbaycanın dərdlərini
dilə gətirərək öz etirazlarını
bildirəcək desəydi nə baş verərdi.
Bu
imkan istər verilsin, istər alınsın azadlığa susamış
gənclərimizin bir yumuruq kimi birləşib Təbriz küçələrində
Şazda bağına gedən yollarda haray- haray mən Türkəm
şuarına çevrilməzmiydi.
Böyük
Rəsuloğlu : 24 dekabr 2007