Səhənd bəy Təbrizinin sükutu
yoxsa aqaye Xatəminin muştuluğu!
Keçmiş
həftə bunu öyrədik ki, Təbrizdə 21 Dekabrda İranın
qabaqkı reformçu prezidenti aqay-ye Xatəminin keçirdiyi mühazirəsi
nitq səhnəsində, necə deyərlər, səhnə
ustaları tərəfindən ekranlaşdı. Xaricdən bu xüsusda
iki raporta şahid olduq:
AZOH-da
dərc olunan iki raportaj: http://azoh.blogfa.com/post-1069.aspx
Azad
tribunda Səhənd Təbrizi-nin qələmindən
dərc olunmuş yazı: http://www.azadtribun.net/Fa_4.htm
Səhənd
bəy inanılmaz bir nəticəyə çatır ki, Aqa-ye
Xatəmi mərkəzə (hansı mərkəzə və
kimin mərkəzinə), Tehrana muştuluq aparacaq ki, Təbrizdə
heç bir xəbər yoxdur! Azoh öz müddəalarını
youtube filmi vasitəsi ilə təsdiq etmiş, bax: http://uk.youtube.com/watch?v=lxzCHaL2U4E.
Məncə, Səhənd bəyin müddəalarına qarşı
burada görünən film o atalar sözünü yada salır ki, görükən
kəndə bələdçi lazım deyil! Eləcə də
mətləb burada bitməli və alqışa-layiq
Azərbaycan Öyrənçilər hərəkətinin raportu
bəraət olunur. Daha buradan o yana bir kənd yoxdur, sadəcə
iki mətləbi aydınlatmaq lazimdir:
1.
Bir
sual ortaya çıxır ki görəsən niyə Səhənd
bəy aqaye Xatəmidən bu sualı etməyib: niyə şairimiz
Abbas Leysanlı, jurnalistimiz Səid Mətinpur və Biliyurdu
akademikimiz Əbdullah Abbasi Cavan, yaxud Dilmac
dərgisi, və yüzlərcə başqa fəallarımız
inanılmaz basqılara məruz qalmışlar? Əbəttə
siz bu sualı aqaye Xatəmidən etməsən, aqaye Xatəmi
Tehrana muştuluq aparacaq ki, Səhənd bəyin sükutundan
məmnunam!
2.
Azad
tribundan bir adi vətəndaş kimi xahiş edirəm ki, müvazinət
ortaya çıxmaq üçün bu youtube filminə link-i dərc
etsinlər.
Bir
adi Güney Azərbaycanlı vətəndaş