Əgər vəziyyət belə davam edərsə, Qarabağ faciəsi Güney Azərbaycanda təkrarlanacaq

Babək Azəri   hüquqçu

İran kürdlərinin ermənilər kimi torpaq iddialarının  uzun tarixi kökü var. Sovet İttifaqında ruslar ermənilərin tərəfin tuturdularsa, indi isə hal - hazırda da İranın fars rejimi kürdlərə rəğbət bəsləyirlər. Qarabağda cəmiyyət tərkibi ermənilərin xeyrinə dəyişirdi.Bu gün də Güney Azərbaycanın Qərb vilayətində cəmiyyətin tərkibi kürdlərin xeyrinə dəyişir. Ermənilər rusların tərəfindən silahlanıb savaşa hazırlıqları var idi. İranda da minlərlə silahlı kürdün xarici yardım vasitəsi ilə savaşa hazırlıqları var və s.

1979 - cu ildə İranda bəhmən inqilabının qələbəsindən sonra burada yaşayan kürdlərə aid iki təşkilat, yəni Kürdüstanın Demokrat partiyası və Komilə adlı kürd təşkilatı müsəlləh qüvvələri ilə meyadana çıxmışdılar. Kürdüstanın Demokrat partiyası mərkəzi hökumət ilə mübarizə bəhanəsi ilə çalışdı silahlı qüvvələrinin vasitəsi ilə Urmu və Sulduz şəhərində hakimiyyəti ələ ala. Amma adı çəkilən məntəqələrdə İranın hərbi qüvvələrində Azərbaycanlılar üstünlük təşkil etdikləri üçün bu niyyət həyata keçmədi. Hər halda onların bir neçə il İran hökuməti ilə silahlı savaşları bais oldu İranda yerləşən Kürdüstan müharibə zonasına çevrilsin. Elə bu səbəbə görə, minlərlə kürd qaçqını Güney Azərbaycanın Qərb vilayətinə mühacirətə başladılar. Eyni zamanda İraqın şimalında da kürdlər mərkəzi hökumətə, yəni Səddam Hüseyn rejiminə qarşı silahlı savaş aparırdılar. Elə orada da müharibə amili bais oldu İraqın şimalından da kürdlər qaçqın kimi Güney Azərbaycana köçələr. Bu prosesin davam etməsi əgər Güney Azərbaycanın şəhərlərində cəmiyyətin sayın kürdlərin xeyrinə dəyişməsə də, amma bəzi kəndlərdə cəmiyyətin sayı onların xeyrinə dəyişildi.

Son illərdə, xüsusən İraq Amerika tərəfindən işğal olandan sonra İraqın Kürdüstanında məhəlli hökumət yaranıb və mərkəzi hökumətlə müharibəyə son qoyulub. İranın Kürdüstanında da kürdlərin Demokrat partiyası və Komilə təşkilatı silahlı savaşı dayandırıblar. Belə bir vəziyyətdə Güney Azərbaycanın Qərb vilayətindən qaçqın kürdlərin yenidən Kürdüstana getməsi gözlənilirdi. Dünyanın hər yerində müharibəyə görə başqa yerə köçənlər müharibə bitəndən sonra onlar öz yerlərinə qayıdarlar. Misal üçün, Yuqaslaviyada müharibə baş verəndə oradan qaçqın kimi Avropanın müxtəlif ölkələrinə mühacirlər gəlirdilər və müvəqqəti oturum alırdılar. Müharibə qurtarandan sonra onların əksəriyyəti yenidən öz vətənlərinə qayıtdılar. Amma Güney Azərbaycanın Qərb vilayətində bu baş vermədi.Yəni ora gələn mühacir kürdlər öz yerlərinə qayıtmadılar. Hətta onun əksinə, kürdlərin axını davam edir.

Çox maraqlı və düşündürücü fakt bundan ibarətdir ki, İranın Kürdüstanında müharibə dayandırılandan sonra eyni zamanda kürdlərə aid olan bəzi terrorçu təşkilatlar, o cümlədən Pejak kimi təşkilat Urmu, Səlmas, Xoy və Maku kimi şəhərlərin ətrafında şiddətlə terrorçuluq əməliyyatı aparırlar. Hətta, Azərbaycanlı əkinçiləri hədələyib onlardan bac alırlar. Belə fikirləşmək olar ki, bu yolla çalışırlar Güney Azərbaycanın Qərb vilayətin müharibə zonasına çevirib və Azərbaycanlıların mühacirətinə səbəb olalar. Əlbəttə ki, cəmiyyətin tərkibin dəyişmə yuxuda gördükləri "Böyük Kürdüstanı" yaratmaq üçün gərəkli bir vasitədir.

Son illərdə Güney Azərbaycanın Qərbində onlarla şəhiddən xəbər verilir ki, kürd terrorçularının qurbanı olublar. İran rejimi bütün bu hadisələrlə bağlı məlumatları heç bir kütləvi informasiya orqanlarında vermir və gizlədir. Çünki o özü də kürd və azərbaycanlı probleminin yaranmasından və qızışmasından faydalanır. Amm hər halda bəzi terror qurbanları -- Məcid Talibi və Əli Sadıqzadə kimi gənc hərbiçi şəhidlərin adı milli fəalların tərəfindən millətimizə və dünya ictimaiyyətinə çatdırılmışdır.

Aydın faktlar bunu göstərir ki, İranın fars rejimi Güney Azərbaycanı bütövlükdə, xüsusən onun Qərb vilayətin ağır iqtisadi ayrı - seçkiliyə məruz qoymuşdur. Elə bu vasitə ilə Güney Azərbaycanda iqtisadi problem kütləvi mühacirət yaratmışdı. Bu gün Güney Azərbaycanda kəndlərin boşalması aydın bir faktdır. Əlbəttə, Güney Azərbaycanın Qərb vilayətində boşalan kənlərdə Azərbaycanlıların yerin kürdlər alırlar. Bu minvalla kürdlər çalışırlar birinci mərhələdə Güney Azərbaycanın Türk Cümhuriyyəti ilə əlaqəsin kəsələr. Yəni Güney Azərbaycanla Türkiyə arasında kürd dəhlizi yaradalar. İkinci mərhələdə bu dəhlizi genişləndirib və Güney Azərbaycanın bəzi şəhərlərin, misal üçün Urmu, Xoy, Səlmas, Sulduz və Makunu bu dəhlizdə yerləşdirələr. Aydındır ki, bu işdən əsl məqsəd "Böyük Kürdüstanı" coğrafi baxımdam reallaşdırmadır. Ancaq məsələ bununla bitmir. Bu prosesin kənarında kürdlərə aid olan informasiya vasitələri Azərbaycanın ərazilərin kürd torpaqları kimi təqdim etmədə fəal olublar. Bu gün Güney Azərbaycana qarşı torpaq iddiası ancaq kürdlərin ekstremis qruplarına aid olmur. Əslində çox açıq - aydın İranın informasiya vasitələrində bu iddiaları təkrar edirlər. Misal üçün, bir neçə il bundan qabaq Sənnəcdən şəhərinin kürd millət vəkili Bəhaəddin Ədəb Urmunun kürd şəhəri olduğun vurğulamışdı. Bir neçə həftə bundan qabaq Urmu şəhər şurasının üzvi Xədicə Mənsuri milliyyəti kürd olduğuna xatir Urmunu kürd şəhəri adlandırıb və orada yaşayan Azərbaycanlıları qonaq saymışdı. Əlbəttə, bu informasiya savaşında İranın fars rejimi kürdlərə yaxından yardımçı olmuşdu. Misal üçün İranın dövlət kanalı olan Səda və Sima öz verlişlərində, o cümlədən, "Səmaya səfər "adlı sənədli filmində Urmunu kürd şəhəri kimi təqdim etmişdir. Xoy şəhərində Şəms adlı festivalda İranın Daxili İşlər Naziri Mustafa Purməhəmmədinin iştirakı ilə Xoy şəhərinin açarı kürd müğənnisi Şəhram Naziriyə bağışlanmışdı. Fars millətinə aid olan "Came Cəm" qəzeti öz saitində "Böyük Kürdüstanın" xəritəsini yerləşdirib və Güney Azərbaycanın şəhərlərini kürd şəhərləri kimi nişan vermişdi. Şəhər şurası, məslisə və s. seçkilər zamanı Urmu, Sulduz, ümimiyyətlə, Azərbaycanın Qərb vilayətlərində kürdlərin seçilməsində kürdlərdən seçim məsulları təyin olunmuşdu. Amma Azərbaycanlıların seçim məsumları fars olmuşdurlar. Müəmmalı vəziyyətdə Azərbaycanlılar səs verdikləri sandıqlar oğurlanmışdı. Bundan da əsl məqsəd seçkiləri saxtalaşdırıb, Azərbaycanlı məntəqələrindən kürdləri onların təmsilçisi kimi məclisə göndərmək olmuşdu. Məlumat üçün qeyd etməliyəm İran əslində bu məsələlərdən bəhrələnir. Belə ki, o istəyir kürd və azərbaycanlı savaşında hər iki tərəf zəifləsin və onlara hakim olmaq fars rejimi üçün rahat olsun. Çox təəssüf ki, kürdlər də hiyləgər farsların tələsinə düşüblər.

Əlbəttə, kürdlərin Güney Azərbaycana qarşı torpaq iddiaları ancaq İranın bəhmən inqilabından sonra başlamayıb. Bu iddiaların yüzillik tarixi kökü var. XIX əsrin əvvəllərində naxşıbəndiyə təriqətinin rəhbəri sayılan Türkiyə kürdü Şeyx Übeydullah Şəmzinani müvəffəq olmuşdu Güney Azərbaycanda yaşayan kürdlərin içində çox tərəfdar qazana. Birinci dəfə onun tərəfindən Güney Azərbaycana qarşı torpaq iddiası ortalığa qoyulmuşdu. Elə bu bais olmuşdu kürdlərlə Azərbaycanlılar arasında qanlı savaşlar baş verə. Nəhayət ki, adı çəkilən şeyxin hərəkatı məğlub olmuşdu. Amma bir neçə ildən sonra İsmayıl Smetko kürdlərin rəhbəri kimi silahlı qüvvələrlə meydana çıxmışdı. Hətta 1919 - 1920 - ci illiərdə o, Güney Azərbaycanın bəzi yerlərini qəsb etməyə müvəffəq olmuşdur. İsmayıl Smetkonun Güney Azərbaycanda apardığı torpaq davası bais olmuşdu çoxlu günahsız Azərbaycanlının, o cümlədən balaca uşaqların, qadınların və yaşlı adamların qanı yerə tökülsün. Amma nəhayət onun da üsyanı məğlub olmuşdu.

1945 - ci ildə Güney Azərbaycanda Mİlli Hökumətimiz yarananda İranın Kürdüstanında da Qazi Məhəmmədin rəhbərliyi ilə kürd hakimiyyəti yaranmışdı. Bəzi sol təfəkkürlü Azərbaycanlılar belə fikirdədirlər ki, bu dövrdə bizlə kürdlər arasında torpaq problemi olmayıb. Çox təəssüf ki, əslində həqiqət başqa cürdü. Şahidlərin verdiyi məlumata görə, Qazi Məhəmməd öz qərargahında başı üstündə bir Kürdüstan xəritəsi yerləşdirmişdi ki, o, xəritədə Güney Azərbaycanın Qərb vilayəti "Şimali Kürdüstan" kimi ora düşmüşdür. İranda kürdlərin hakimiyyəti bizim Milli Hökumət kimi çox az olmuşdu. Əgər bu hakimiyyətin ömrü uzun olsaydı, kürdlərin tərəfindən torpaq iddiası gec və ya tez ortaya çıxacaqdır. Əgər bu tarixi faktları və indiki vəziyyəti nəzərə alsaq, bu nəticəyə gəlib çıxırıq ki, biz ilə kürdlərin arasında torpaq problemi bir real və həqiqi problemdir. Bu aydındır ki, bir istisnayi şəraitdə, misal üçün Amerikanın İrana həmləsi və ya İranda ümumi üsyan zamanı kürdlərin "Böyük Kürdüstan" yaratması və Güney Azərbaycanın Qərb vilayətinə hakim olması çox qabarıq şəkildə ortaya çıxacaq. Əgər kürdlərin bu günki ümumi vəziyyətin onların keçmişləri ilə müqayisə etsək, onlar indi öz məqsədlərinə doğru bir neçə addım atıblar və siyasətdə bəzi şeylərə nail olublar. Çünki beynəlxalq aləmdə və Orta Şərqdə şərait onların xeyrinə dəyişib. İran kürdlərinin içində güclü şəkildə təşkilatlanma və silahlanma prosesi gedir. Burada yaxşı olar ki, bu gün gözümüzün qabağında olan Kərkük probleminə bir nəzər salaq. İraq kürdləri Kərkükə "hakim" olandan sonra çox az zamanda oranın cəmiyyət tərkibini kürdlərin xeyrinə dəyişmişdirlər. Kərkükü kürd köklü şəhər kimi göstərmək üçün hətta türklərin ölülərinə də rəhim eləməmişdirlər. O qəbirsandıqlarda kı qəbir daşlarında olan Ay - ulduz və türk dilindəki yazıları sındırıb, yerlə - yeksan etmişdirlər. Kərkük şəhər vətəndaşlarının şəxsiyyət sənədlərinin qeydiyyat arxivini yandırmışdılar. Bu işlə onlar çalışmışdırlar ki, Kərkükün türk şəhəri olduğunu faktiki sənədlərdən silib atsınlar.

Hal - hazırda İraqda siyasi və iqtisadi qüdrətin bölünməsindən söhbət gedəndə hər kimdən də ad çəkilsə, türkmənlərdən ad çəkilmir. Ancaq terror təşkilatı PKK ilə Türkiyənin ixtilafının şiddəti çoxalanda PKK Türkiyəni hədələyir ki, türkmənləri qətləam edəcək. Belə nəzərə gəlir türkmənlər öz ana yurdlarında vətəndaş kimi yaşamırlar, kürdlərin girovu sayılırlar.

Bir neçə səbəbə görə, Güney Azərbaycanda Kərkük və Qarabağ faciəsi yenidən təkrarlana bilər. Əlbəttə, bu səbəbləri saymaqda mənim məqsədim kürdlərdən cin və şeytan obrazı düzəldib, qorxu yaratma deyil. Əslində bu gün bizimlə bağlı ətrafımızda baş verən açıq və gizli prosesləri tanıma və gələcəkdə baş verəcək faciənin qarşısın almaqdır.

Güney Azərbaycanda yeni Qarabağ faciəsi yaranmasında aşağıdakı səbəblər mərkəzi rol oynaya bilərlər.

 

 

Coğrafi amil

Güney Azərbaycan şimal - qərbdən İranın Kürdüstanı ilə və cənubdan farslara aid olan məntəqələrlə qonşu sayılır. Çox təəssüf ki, onun hər iki qonşu ilə torpaq problemi var. İranın Kürdüstanı Güney Azərbaycan və İraqın şimalı ilə qonşudu. Bu coğarafi amil bais olub əgər kürdlərin farslarla problemi də olsa, böhran vəziyyətində onlarla üz - üzə durmağa məcbur deyillər. Başqa sözlə, onlar bizim kimi iki cəbhədə savaş aparmağa məcbur olmayacaqlar. Elə tarixi faktlarda nişan verir hər bir zaman Güney Azərbaycanlılar azadlıq üçün güclərin əsasən mərkəzi hökumətlə mübarizəyə sərf ediblər, kürdlər bu vəziyyətdən istifadə edib və Güney Azərbaycanın Qərb vilayətində baş qaldırıb və torpaq iddiasın irəli sürüblər.

Silahlı mütəşəkkil qüvvələr

İranda 1979 - cu il bəhmən inqilabından sonra, deyirlər ki, Kürdüstanın Demokrat partiyası və Komilə müvəffəq olmuşdurlar 30 mindən artıq silahlı müsəlləh qüvvəni mütəşəkkil edib ortaya çıxartsınlar. Bu gün də bu aydın faktdır ki, əgər hər hansı bir səbəbdən İranın mərkəzi hökuməti aradan gedə və ya zəifləyə, bu iki təşkilat çox az zamanda ən azı 30 min silahlı kürd qüvvəsin Güney Azərbaycan şəhərlərinin işğalı üçün meydana çıxara bilərlər. Amma milli hərəkatımıza aid olan təşkilatların belə silahlı mütəşəkkil qüvvələri yoxdur.

 

Maliyyə amili

Ümumi halda kürd təşkilatlarını bəzi xarici ölkələr, o cümlədən, ümumtürk dünyasının düşməni olan Ermənistan və Yunanıstan kimi ölkələr onlara maliyyə yardımı edirlər. Bu bir aydın faktdır ki, təşkilatlanma prosesində iqtisadiyyat onun şah damarı sayılır. Bu heç kimə gizli deyil ki, İran kürdlərinə aid olan təşkilatların minlərlə silahlı qüvvələri və yüzlərlə siyasi kürd fəalları bu təşkilatların işçiləri kimi fəaliyyət aparıb və onlardan aylıq məvacib alırlar. Amma çox təəssüf ki, Güney Azərbaycan təşkilatlarında ciddi maliyyə problemləri var və on nəfər milli fəalın belə məvacibini verməyə qadir deyillər. Hətta, Güney Azərbaycan təşkilatlarının başçıları bəzi vaxt siyasi səfər üçün maliyyə imkanları olmur.

Bunlardan da əlavə İraqın Kürdüstanında məhəlli hökumət yaranandan sonra İraqın Kürdüstanı İran kürdlərin əsl qərargahı sayılır. Onlar İraq kürdlərinin hökumətindən maliyyə yardımı və mənəvi dəstək alırlar. Təbiidir, əgər lazım olsa, onlardan ağır silahda alacaqlar. Siz baxın bu gün PKK - nın əsl mərkəzi İraqın Kürdüstanı sayılır. Ona baxmayaraq ki, Türkiyə yüz mindən artıq silahlı qüvvəni İraqın sərhəddinə yerləşdirib, amma İraqın Kürdüstanında kürd hakimiyyəti PKK - nı bayıra atmaqdan və ya Türkiyəyə verməkdən imtina edir. Amma Güney Azərbaycan təşkilatları heç bir xarici ölkədən yardım almırlar. Əlbəttə, elə düzü də budur ki, öz istiqlalımızı hifz etmək üçün əcnəbi ölkələrdən yardım almayaq. Lakin Müstəqil Azərbaycandan mənəvi və maddi yardım gözlənilməsi təbii sayılır. Amma çox təəssüf ki, indiki hakimiyyət yardım yerinə Güney Azərbaycan təşkilatlarının qarşısında maneə törədir. Bunu sübut etmək üçün heç də özümüzü dağa - daşa salmayaq, sadəcə son zamanlarda ətrafımızda baş verən hadisələrə nəzər salaq :

1. 26 mart 2007 - ci ildə BMT - də Azərbaycan Zimbave və Banqıladeşlə bir yerdə İranda insan haqlarının pozulmasına qarşı olan sənədə öz etirazını bildirib və onun gündəlikdən çıxarılmasına dəllallıq edıb.

2.İranın atom proqramına bəraət qazandırmaq.

3.Mart ayında Bakıda keçirilən Azərbaycan Türk Diaspora rəhbərlərinin I forumunda Güney Azərbaycan adının yasaqlanması.

4.Yüzlərlə Güney Azərbaycanlıya Şimali Azərbaycanda oturum verilməməsi və müraciətlərə cavab verilməsi ki, biz sizə oturum verəriksə, İranın bundan xoşu gəlməz.

5. Hadi Musəvi -- Güney Azərbaycan milli fəalının Azərbaycan Respublikası hakimiyyəti tərəfindən Bakıdan tutulub İran fars rejiminə təhvil verilməsi.

6.Doktor Mahmudəli Çeraqani Bakıdan deport olur və yenidən ora getməyi əməldə mümkün deyil.

7. Və s. bu kimi misalları sadalayıb başağrısı vermək istəmirəm.

Ümid edirəm son zamanlarda İranla Ermənistanın hərbi əməkdaşlığı və İranın 15 silahlı cəsusunun Şİmali Azərbaycanda tutulması bu hakimiyyəti ağır qış yuxusundan oyada. İranın irqiçi fars rejimindən Şimali Azərbaycana dost çıxmaz. Onlar ancaq diplomatik əlaqələrdən sui - istifadə edib və Müstəqil Azərbaycanda vətəndaş müharibəsi salmaq fikrindədirlər. Necə ki, bu işi İran hakimiyyəti İraqda və Fələstində görürlər. Bu faktları nəzərə alaraq, təbii görünür Müstəqil Azərbaycan İranla diplomatik əlaqələrin lap aşağı səviyyəyə endirib onun yerinə Güney Azərbaycanın milli fəallarına imkan yarada azad şəaitdə siyasi və mədəni fəaliyyət aparalar.

Diplomatiya amili

İranın kürd təşkilatları Güney Azərbyacanda torpaq iddiaların çox açıq və aydın dilə gətirilər. Onlar bir dəfə də olsun bəyannamə verib PKK - nı terrorçu təşkilat kimi tanımayıblar. Onalr Pejak - yəni PKK - nın İrandakı qolunun Güney Azərbaycanda apardığı terror əməliyyatını azadlıq mübarizəsi kimi nişan verirlər. Bu danılmaz faktlar nişan verir ki, İranın kürd təşkilatları içində bizə qarşı torpaq iddialarında ciddi problem yoxdur. Və müvəffəq olublar bu barədə vahid bir nəzərə çatalar. Amma Güney Azəərbaycan təşkilatları içində bu ssenariyaya qarşı bir vahid fikir formalaşmayıb. Və çox təəssüf ki, belədir! Biz indiyə qədər bu önəmli suala cavab verə bilməmişik: Bizim tarixi dədə - baba torpaqlarımızda gözü olan və onunku olduğunu iddia edən kürd təşkilatları ilə dialoq olar ya yox. Atatürkün məşhur bir fikri var : " Yüz ana yüz əsgər doğa bilər torpağa xatir, amma yüz ana bir qarış torpaq doğa bilməz." Təbiidir ki, əgər torpaq əldən gedərsə, orada sağ, sol, müxalifət, iqtidarın mənası yoxdur. Elə bu səbəbə görə, torpaqlarımızı qoruyub saxlamaq üçün vahid fikrə gəlmək milli borcumuzdur. Çox təəssüf ki, kürd təşkilatları biclikdən ustacasına istifadə edərək ideolaji məfkurələrini ortaya atıb bizləri parçalayırlar. Misal üçün, solçuluq və federalizm adı ilə uzun zamandır ki, bəzi Azərbaycanlı fəallar və təşkilatları öz oyuncaqları ediblər. Bizim bəzi soydaşlarımız sol təfəkkütə inandıqları üçün Komilə kimi özünü marksist hesab edən kürd təşkilatına dəstəkləyirlər. Hətta, illərlə silah götürüb onların kənarında İran rejiminə qarşı savaş aparıblar və indi də bu təşkilata öz rəğbətlərini büruzə verirlər. Bəzi Azərbaycanlı təşkilatlar, o cümlədən Federal Demokrat Təşkilatı fikir edir ki, Komilə və Kürdüstanın Demokrat partiyası ilə müştərək düşmənə qarşı, yəni fars irqçiliyinə qarşı birlikdə mübarizə aparıb və İranda demokratik siyasi sistem yaradacaqlar. Və elə bu yolla Azərbaycan xalqı də öz insani haqlarına yetişəcək.

Federal Demokrat soydaşlarımız bu şirin yuxundan elə sərxoş olublar ki, bir dəfə də olsun yadlarına düşməyib ki, Güney Azərbaycanda kürdlərin torpaq iddiasına qarşı əməkdaşlıq etdikləri kürd təşkilatlarına konkret bəyannamə verələr.

Bir neçə səbəbə görə, Qarabağda ermənilərin apardığı işğalçılıq prosesi bu gün Güney Azərbaycanda kürdlərin apardığı işğalçılıq prosesinə bənzəyir. Paralelər aparmaqda yanılmıram. İran kürdlərinin ermənilər kimi torpaq iddialarının yuxarda göstərdiyim tək uzun tarixi kökləri var. Sovet İttifaqında ruslar ermənilərin tərəfin tuturdularsa, indi isə hal - hazırda da İranın fars rejimi kürdlərə rəğbət bəsləyirlər. Qarabağda cəmiyyət tərkibi ermənilərin xeyrinə dəyişirdi.Bu gün də Güney Azərbaycanın Qərb vilayətində cəmiyyətin tərkibi kürdlərin xeyrinə dəyişir. Ermənilər rusların tərəfindən silahlanıb savaşa hazırlıqları var idi. İranda da minlərlə silahlı kürdün xarici yardım vasitəsi ilə savaşa hazırlıqları var və s.

Biz əli əl üstünə qoyub faciə baş verəndən sonra ona mərsiyə düzəldib və başımıza vurmaqla heç bir şey əldə etmərik. Bizim yeganə vəzifəmiz canımızdan - malımızdan keçib və faciənin qabağın almaqdır. Həqiqət budur ki, Güney Azərbaycanda 62 il bundan qabaq onun qanuni milli hökuməti başqa millətin hərbi təcavüzü nəticəsində yıxılıb. Güney Azərbaycana qarşı İranın fars rejimi çox şiddətlə assimliasiya, yəni onu içində əridib kimliyini məhv etmək siyasəti yeridir.Əgər bəzi istisnaları bir kənara qoysaq, ümumi halda demək olar fars millətinin iqtidarı və onun müxalifi Güney Azərbaycanın dirəniş hərəkatın sındırıb təslim etmək fikrini gizlətmir. Prosesin bu formada davamı ixtilafın çoxalması ilə milli demokratik qüvvələrin Güney Azərbaycanın bəzi şəhərlərin İranın fars rejiminin hakimiyyətindən azad etməsi ilə nəticələnə bilər. Və bu da öz yerində müharibə şəraitinə gətirib çıxara bilər. Bundan sonra isə Güney Azərbaycanın milli demokratik qüvvələri ilə fars şovenizmi, üstəgəl Güney Azərbaycanın ərazisində torpaq iddiası olan bəzi kürd ekstrimis qüvvələri arasında toqquşma baş verə bilər. Burda hər bir vətənsevər Azərbaycanlıya bu sual verilməlidir : "Əgər bu cür şərait baş versə, hər hansı bir təhlükəni aradan götürməyə bizim hazırlığımız varmı ?" Bu vəziyyətdə hazırlıq ancaq milli birlikdə ola bilər. Çünki bir yerdə ki, milli böhran var, milli böhrandan ancaq milli birliklə çıxa bilərik.

Ümid edirəm, əgər türk dünyasının düşməni olan Ermənistan və Yunanıstan kürdlərə yardım edirlərsə, Şimali Azərbaycan və Türkiyə hökuməti də Güney Azərbaycandan gələn "Səsimə səs ver mənim türküm harayını eşidələr və Güney təşkilatlarına mənəvi və maddi yardım edələr!"

Bu iki şəkli Türkiyənin Doğan Xəbər Agentliyi yayıb. Birinci şəkildə "Böyük Kürdüstan"ın xəritəsini İraqın Kürdüstanında polis maşınının üzərinə vurublar.İkinci şəkil "Böyük Kürdüstan" xəritəsidir. Bu xəritdə Güney Azərbaycanın Qərb vilayəti "Böyük Kürdüstan"nın tərkib hissəsi kimi göstərilir.