Jurnalistləri
Qoruma Komitəsinin (CPJ) Verdiyi Raporun Azərbaycana dəxli olan bölmələrinin
tərcüməsi
http://www.cpj.org/Briefings/2007/imprisoned_07/imprisoned_list_07.html#iran

Səid
Mətinpur, Yarpaq
Həbs
edilmiş: 25 May 2007
Azərbaycan
Siyasal Məhbuslarını Müdafiə Komitəsi-nin (ASMƏK)
raportuna görə yetgililər 32-yaşlı Mətinpuru və
onun həyat yoldaşı Ətiyyə Tahirini Quzey-Batı
Zəngan şəhərində yaxalamışdılar.
Səid Mətinpur Azərbaycan Türkcəsində olan Yarpaq
həftəliyinin redaktorudur. Yaxalanmaqdan sonra, Ətiyyəni
evlərinə aparmış; evi axtarış etmiş; və
Mətinpuru da həbsxanaya götürmüşlər. Məmurlar
Mətinpurun şəxsi bilgisayarını, kitablarını
və başqa şəxsi əşyalarını müsadirə
etmişlər. Onlar telefon xəttini kəsmişdilər
və Ətiyyədən tələb etmişdilər ki, bu
əməl barədə heç kimə bir şey deməsin.
Mətinpura qarşı yürüdülən ittihamlar elan
olunmayıb. Oktobr ayının əvvəllərində Müvəkkil,
Mahmud Fəqihiyə görüşmə izni verilməmişdi.
Mətinpur, gündəlik Mərdüm-e-Növ
qəzetinə və başqaları ilə iş-birliyi
edər və sıx-sıx İranın ictimai və siyasi
sistemini və rejim Azərbaycan fəallarını basqıya
məruz etmələrini tənqid edərdi. O yaxalanmaqdan əvvəl
ən son yazısında İran polisindən söz açmışdı
ki, təhlükəsizlik naziri üçün əməliyyat aparmışdılar.
CPJ ilə danışan yerli jurnalistlərin fikrincə
Səidin məqalələri onun dustaqlığına bais olmuşdu.
ASMƏK-ə görə, yetgililər Mətinpuru neçə
zindanlara ötürmüşlər və bunlara Tehranın Evin zindanı
da daxildir. Yinə də ASMƏKə görə, Xanım Tahiri neçə
dəfə onla qısa-varı telefon ilə danışa bilmiş.
Jurnalistin anasına bir dəfə görüş izni verilmişdi.
Mətinpur
başqa Azərbaycan jurnalistləri ilə birlikdə
Beynəlxalq Ana Dili günü etirazı münasibəti ilə qabaqca
Zənganda 21 Fevralda da yaxalanmışdı. Onlar hökumətin
yürütdükləri məhdudiyyətə qarşı etiraz
edirdilər ki, onlara Azərbaycan dilində yazı-pozu
etməyi qadağan etmişdir. ASMƏKə görə,
Mətinpur 10-gün təcridi hücrədə saxlanandan sonra
zəmanət qarşılığında buraxılmışdı.
Cəlil Qənilu, özü çalışan jurnalist
Həbs
edilmiş: 27 İyun 2007
Təvəkkül Qənilunun CPJ-yə verdiyi bəyanlara
görə, Təhlükəsizlik qüvvələri onun 30-yaşlı
qardaşı, Cəlil Qənilu-nu, Quzey-Batı-dakı
Zəngan əyalətinin mərkəz şəhəri,
Zənganda 27 İyunda yaxaladılar. Yinə də
Təvəkkül Qəniluya görə, onlar Qənilunu
təqribən 4 ay Təhlükəsizlik Nazirliyinin Zəngan
daxmalarında saxlayandan sonra onu 21 Oktobr-da başqa bir
həbsxanaya ötürmüşlər. (ASMƏK raporlarına görə
Cəlil Qənilu, 26 May 2007 tarixində həbs edilib çevirən)
CPJ
bu siyahını 1 Dekabr-da hazırlayanda, hələ də
Qənilu mühakimə olunmamışdı və ona qarşı
təqsirləndirmə elan olunmamışdı. Təvəkkül
Qənilu CPJ-yə dedi ki, onca bu tutuqlanmanın səbəbi
Qənilunun məqaləsi idi ki, İranda Azərbaycanlıların
mülki (sivil) və insan haqlarından söz açmış idi.
Yetgililər
Qənilunu ilin erkən vaxtlarında da yaxalamışdılar.
Azərbaycan jurnalistləri tərəfindən Beynəlxalq Ana
Dili günü uğrunda düzənlənmiş etirazlara 21 Fevralda qoşularkən
o Zənganda yaxalanmışdı. Onlar hökumətin yürütdükləri
məhdudiyyətə qarşı etiraz edirdilər ki, onlara
Azərbaycan dilində yazı-pozu etməyi qadağan etmişdir.
O zəmanət qarşılığında 26-gün təcridi hücrədə
saxlanandan sonra buraxılmışdı. Birlik
Həvəsləndirmə İdarəsinə qoşulan reformçu
öyrənçilərin tərəfindən yayımlanan Ədvar
News Qəzetinin
fikrincə Qəniluya bədən və ruhi işgəncə
qıyılmışdı, Təvəkkül Qənilu dedi. Yində
də onun CPJ-yə dediyinə görə ilin başa çat-ha-çatında
bu dosye hələ də aslanaq qalır.
ASMƏKin
sözçüsu Əlirza Cavanbəxtə görə, Qənilu bir neçə
qəzet üçün özü-çalışma surətdə jurnalistlik
edər, misal üçün Mərdüm-e-Növ
ğundəliyi və Farday-e-Rövşən
həftəliyi və eləcə də indi dayandırılmış
Ümid-e-Zəngan və Peyk-i-Azərbaycan.