Hollandiyada
da soydaşlarımız "21
Azər" Güney
Azərbaycan Milli
Hərəkatının 62 ildönümünü qeyd etdi
Dekabr
ayının 15-də Hollandiyanın paytaxtı Amsterdam şəhərində
Demokratik Dünya Azərbaycanlıları Konqresi(DDAK) və Dünya
Azərbaycanlıları Konqresi(DAK) birgə "21 Azər"
Güney Azərbaycan Milli Hərəkatının 62-ci ildönümüylə
bağlı növbəti həmrəylik tədbiri keçirildi.
Tədbirdə Demokratik DAKı təşkilatın məsullarından
başkanın müavini Amerikada yaşayan soydaşımız
Əhməd Obalı, təşkilatın
İdarə Heyətinin üzvləri Hollandiyada yaşayan
soydaşlarımız doktor Nasir Malikli və Araz Muğanlı
təmsil edib. DAK ın təmsilciləri isə İngiltərədən
başkan Qulamrza Səbri Təbrizi, Azərbaycan Respublikasından
başkanın birinci müavini, millət vəkili Sabir Rüstəmxanlı,
Rusiyadan İdarə Heyətinin digər üzvləri Abuzər Bağırov
və Mirəşrəf Fətiyev, eləcə də
Almaniyadan Fəraməz bəy olub.
Tədbirdə
həmcinin Azərbaycanın Belcikadakı səfirliyinin nümayəndəsi
Fuad Hümbətov iştirak edib. Burada demək olar ki,
Beniluks ölkələrində fəaliyyət
göstərən Azərbaycan cəmiyyətlərinin əksəriyyəti
iştirak edib.
Tədbirin
əsas məruzəcisi millət vəkili Cəmil
Həsənli 21 Azər hərəkatının əhəmiyəti
barədə soydaşlarımıza və qonaqlara geniş
bilgi verib. Bundan başqa Əhməd Obal, Səbri Təbrizi,
Sabir Rüstəmxanlı, Abuzər Bağırov və başqaları
da 21 azər hərəkatının millətimizin həyatında
oynadığı rolun önəmindən danışmış
həmçinin DDAK və DAK ın birləşməsi ilə baqlı
soydaşlarımızı narahat edən suallara cavab vermişlər.
Saat 15.00 dan 21.00 dək davam edən tədbirdən sonra DDAK
qonaqların şərəfinə ziyafət verib, İqdırdan
olan Azərbaycan rəqs qrupu konsert proqramı ilə çıxış
edib.
Onu
da qeyd edək ki, tədbirə nəzərdə tutulduğundan
daha artıq soydaşımız qatıldığı üçün
bəzi həmvətənlərimiz yer çatmazlığındantoplantı
keçirilən zala daxil ola bilməyiblər və bu
səbəbdən DDAK və DAK rəhbərliyi narahatçılığa
görə soydaşlarımızdan üzr istəyir.
Xatırladaq
ki, xaricdə Azərbaycan diasporunu təmsil edən DDAK və
DAK dekabr ayında imzaladıqları əməkdaşlıq
sazişinə əsasən gələn ilin may ayında baş
tutacaq birləşmə qurultayınadək birgə
tədbirlər keçirilməsinə davam edəcəklər. Qarşıdan
gələn Dünya Azərbaycanlıların Həmrəylik Gününün
birgə bayram edilməsi də bu sazişə əsasən hazırlanmış
tədbirlər planına daxildir.
Bu
təşkilatların əməkdaşlığı
sayəsində 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Günü ilə bağlı dünyanın bir sıra
ölkələrində, o cümlədən, İsveçin paytaxtı
Stokholm şəhərində bayram şənlikləri təşkil
edilib.