Şimali Azərbaycanda nəşr olunan "Paritet" qəzetinin Babək bəy Azəri ilə müsahibəsi
Mən
Vətəndən ayrılsam da, Vətən məndən ayrılmadı
Babək
Azəri:Biz Avropada mühacirlərin birinci nəsli sayılırıq
və özümüzü yeni cəmiyyətdə inteqrasiya etmədə
ciddi problemlərimiz var
Onu
müxtəlif KİV-lərdə çıxan yazıları vasitısi
ilə tanımışam. Belə demək mümkünsə bu tanışlıq
qiyabi-virtual olub. Yazılarında maraqlı şəxs
təsiri bağışladığından daha yaxından tanış
olmaq qərarına gəldik . Amma yaxın təmas da virtual
oldu, eleltron poçt vasitəsilə. Onu da deyim ki, Babək
Azəri özü də virtual məkan üzrə mütəxəssisdir.
Bir müddət İsveçdə Eriksson şirkətində çalışıb.
-Mən
təqribən 22 ildir İsveçdə yaşayıram. Bir neçə
il bundan qabaq İsveç vətəndaşı olmuşam.
İranda 16 il fars dilində təhsil alıb və
Tehranda hüquq fakültəsini bitirmişəm. Siyasi
səbəblərə görə İranı tərk etməli
olmuşam. İsveçdə bir neçə səbəbə görə
hüquqşünas kimi çalışmaq məni maraqlandırmayıb.
Birinci səbəb bundan ibarətdir ki,
hüquq normaları İranda və İsveçdə çox
fərqlidirlər. İranda aldığım hüquq
təhsilindən yalnız bir balaca hissəsi burda qəbul
olunur. Elə bu səbəbə görə yenidən uzun müddət
oxuyub, hüquq təhsili almalı idim. Bundan da əlavə mən
İsveçə gələndə fikrim Amerikaya və ya Kanadaya mühacirət
etmək idi. Məndə bu qorxu var idi, əgər İsveçdə
yenidən hüquq zəminində təhsil alsam, onda getmək
istədiyim ölkələrdə faydalana bilməyim. Elə bu
səbəblər bais oldu ki, hüququn yerinə texnika üzrə
bir sənətə yiyələndim ki, dünyanın harasına
getsəm, işləyə bilim. Çünki uşaqlıqdan
elektronikaya çox maraqım var idi. İsveçdə bir il yarım
elektronikayla bağlı təhsil alıb, sonra mobil telefonlar
istehsal edən Eriksson firmasında çalışdım.
Elə bu firmanın tərəfindən bir il xüsusi kursda
texnika sahəsində təhsil aldım.
Əlbəttə, iki müxtəlif zəmində təhsil
almağım mənə siyasi və diaspora fəaliyyətində
çox yardımçı olub. Əgər hüquq zəminində
təhsilim fikrimi formalşdırmada yardımçı olsa, texnika
zəminində aldığım təhsil yardımçı olub
yeni əlaqə texnikasından rahatcasına istifadə edib
fikirlərimi yazı, səs və film formasinda yayam.
-Bəs
soydaşlarımız orada dövlət işinə cəlb
olunurlarmı?
-
İsveçin də Avropanın başqa ölkələri kimi
iqtisadiyyatı azad bazar əsasında idarə olur. Mən
şəxsi təcrübəmin əsasında deyə
bilərəm ki, çox zamanda xüsusi firmalarda çalışma
gəlir və status baxımından dövlətə aid olan
sahələrdən yaxşıdı.
Əlbəttə,
dövlət işinidə iki yerə bölməliyik : bir böyük
hissəsi siyasi mahiyyət daşımır.
Məktəblərdə, xəstəxanalarda, metroda və ya
polis idarəsində çalışmaq,
dövlət işi sayılsa da, ancaq, iqtisadi mahiyyət daşıyır.Əgər
dövlət işindən sizin məqsəd siyasi nüfuza malik
olmadan ibarətdir, misal üçün, millət vəkili,
bələdiyyədə idarə heyətinin üzvü, Xarici
İşlər Nazirliyində siyasi vəzifədə çalışma
və s. bu cür işlər bir siyasi təşkilatda üzv olma
və seçkilərdə millətin dəsdəyin qazanma ilə
ələ gəlir. Biz Avropada mühacirlərin birinci nəsli sayılırıq
və özümüzü yeni cəmiyyətdə inteqrasiya etmədə
ciddi problemlərimiz var. Çünki bura yuxarı yaşda gəlmişik
. Hətta bəziləri uzun müddət burda yaşamalarına
baxmayaraq, bu ölkədə danışılan
dili düz mənada öyrənib başa çıxmırlar.
Elə buna xatir bəzi
alimlərin nəzərinə
görə, mühacirlərin üçüncü nəsli, yəni mənim övladımın
övladı əgər mühacirətdə yaşasa, özünü yeni
cəaiyyətlə inteqrasiya edə bilər. Elə bəzi
millətlərin, misal üçün yəhudi diasporunun çox siyasi və
iqtisadi gücə malik olmasının səbəbi onların bir
neçə nəsil mühacirətdə yaşaması səbəb
olub. Hər halda mən İsveçdə bəzi
azərbaycanlıları tanıyıram ki, mühacirət
idarəsində və ya bələdiyyədə, ya
da universitetdə çalışırlar.
Mən gələcəyə nikbin baxıram. Çünki xaricdə
yaşayan azərbaycanlıların içində güclü formada
təşkilatlanma prosesi gedir. Nəhayət ki, bu təşkilatlanma
bizi siyasi və iqtisadi gücə malik edəcək və mühacirətdə
olan güclü diaspor təşkilatı sayıla biləcəyik.
-Başqa
ölkələrdə yaşayan diaspor
nümayəndələri ilə əlaqələriniz
nə formadadır?
-Diasporun
fəaliyyətində informasiya vasitələri çox mühüm rol
oynayırlar. Çünki diaspor təşkilatları bu vasitə
ilə kütləylə əlaqə saxlayırlar.Mən
4 ilə yaxındı azadtribun
saytının redaktoruyam. Bizim əsl
vəzifəmiz diaspor fəallarının fikirlərin və
fəaliyyətlərin yaymaq olub. Elə bu səbəbə görə
də, həqiqi dünyada olmasa da, virtual dünyada, xüsusən
Avropada yaşayan diaspor fəallarıynan yaxın əlaqədə
olmuşam. Misal üçün, Norveçdə yayılan Azərbaycanın
səsi, Almaniyada yerləşən Araz radiosu ilə yaxın
əlaqəm var. Stokholmda yayılan Haray radiosunun veb saytı
və studiyasının yaranmasında yaxından köməkliyim
olub. Başqa bir misal , İsveçin
paytaxtı Stokholmda dekabrın 8 - də Güney Azərbaycanda
milli hökumətin yaranmasının il
dönümü ilə əlaqədar təntənəli bir mərasim
keçirildi. Bu tədbir Bütöv Azərbaycan və oOdlar yurdu
təşkilatları tərəfindən hazırlanmışdı.
Mən bu iki təşkilatın sədrləri ilə yaxın
əlaqədə olub, onların bildirişin yayıb, hətta
tədbirdən film çəkib və tədbirin elə
səhəri onu saytımızda yerləşdirdim.
-Diasporumuzun
hansısa Kütləvi Informasiya Vasitəsi
fəaliyyət göstərirmi?
-
Avropadakı təşkilatlara aid olan informasiya vasitələri
əsasən dövri bülleten, radio verilişləri və
internetdən ibarətdir. İsveçdə son illərdə
bilgisayar və internet eynən radio və televiziya kimi demək
olar ki, bütün evlərdə var. Bundan da əlavə, hər
kəsə imkan var iş yerində, ya kitabxanada internet
vasitəsi ilə müxtəlif zəminlərdə məlumat alsın.
Elə bu səbəbə görə, bizim İsveçdə diaspor
fəaliyyətimizdə internet
çox böyük rol oynayır.
Əlbəttə, virtual dünyada yayılan məlumat ancaq orada
qalmır. Əslində həqiqi dünyanın məlumat bankı
sayılır. Misal üçün, bizim xəbərimiz var ki, diasporanınun
internetdə yaydığı məlumatdan Şimalıi
Azərbaycan və Türkiyə mətbuatı faydalanıb və
onun çox hissəsini nəşr edirlər. Güney Azərbaycanda
bu məlumatların bəziləri CD - yə yazılıb
millət içində yayılır. Hətta, diaspora təşkilatların
internetdə başqa dillərdə yaydığı
məlumatlar da bəzi xarici xəbər agentliklərinin
məlumat mənbəyi olub.
-Xalqımızın
əlamətdar günləri ilə bağlı tədbir keçiriləndə
soydaşlarımızın bir yerə toplanma
həvəsi necədir.Yəni, diaspora həmrəyliyi varmı?
-Mənə
icazə verin bu barədə fikrimi sizinlə çox açıq
formada ortaya qoyum.Diaspora fəaliyyətində ancaq nikbin və
ya ancaq bədbin olmaq heç bir
problemi həll etmir. Həqiqəti yaxşı və ya pis olmağından
asılı olmayaraq görməliyik. Necə ki,
pəncərəyə baxanda, ancaq şüşəni yox, onun üzərindəki
ləkəni də görürük. Məşhur bir söz var,
deyərlər xəstəliyin səbəbini tanımaq, əlacın
yarısı sayılır. Özününz yaxşı bilirsiniz ki,
Azərbaycanın milli günləri millətin hamısına aid
olur. Elə bu səbəbə xatir, bu cür milli günlərlə
əlaqədar tədbirin keçirilməsində hamımız iştirak
etməliyik. Çox təəssüf ki, bəzi yurddaşlarımız
hətta bu cür milli günlərə də ideoloji baxışları
var. Misal üçün, bəzi sol təfəkkürlü soydaşlarımız
Güney Azərbaycanda Milli Hökumətin yaranması ilə əlaqədar
tədbirin oraq - çəkic rəmziylə və solçulara aid olan
gün kimi keçirilməsin istəyirlər. Ya Güney
azərilərinin içində istiqlalçı və ya federalçı
təfəkkürlü fəallar var. İstiqlalçılar başda
olmaqla tədbir keçirəndə bir də görürsən federalçılar
ora gəlmirlər, əksinə federalçılar tədbiri
təşkil edəndə bu dəfə istiqlalçılar ora
getmirlər. Bundan da əlavə şimalı azərbaycanlıların
içində müxalifət və iqtidar davası var. Müxalifət başda
olanda iqtidar tərəfdarları ora getmirlər və ya əksinə.
Bəziləri də şəxsi
mənfətlərin və mənsub olduğu təşkilatı
hər nədən, hətta milli mənfətlərdən
də üstün görürlər. Ən dəhşətlisi budur ki,
bəzi vaxtlar bir milli günlə əlaqədar tədbir keçiriləndə
ona qarşı bəzi bizim anlamaz soydaşlarımız
təxribat aparırlar. Qeyd
etdiyim kimi xəstəliyin səbəbini tanıma əlacın
yarısı sayılır. Müsbət hal budur ki, son zamanlarda
diaspor fəalları içində kollektiv iş və onun qarşısında
maneələri tanımaq aktual olub. Bu prosesin davam tapması
bizim siyasi baxımdan yetkin olmağımıza və
tədbirlərin təntənəli keçirilməsinə yardımçı
olacaq. Elə götürək dekabrın 8 - də Stokholmda keçirilən
Güney Azərbaycanda milli hökumətin yaranması ilə bağlı
tədbirin keçirilməsi bir yaxşı və müsbət nümunədir.
Bu tədbirdə fərqli fikirli insanlar ancaq şəhidlərin
qanına sayqı nişan verib və milli Hhökumətin
xatirəsini əziz tutmaq üçün birlikdə tədbir keçirdilər.
-Azərbaycanlı
tələbələr diaspora işində fəaldırlarmı?
-Bəli,
İsveçdə tələbələr müəyyən
qədər diaspora fəaliyyətlərində iştirak
edirlər. Təqribən 2,6 il
bundan əvvəl İsveçdə yaşayan
Gənc Azərbaycanlıların Federasiyası yarandı.
Nərgiz Nidayi onun sədri seçildi. Buna xatırlatmanın çox
fəxr yeri var ki, bu gənclər az zamanda çox dəyərli işlər
görməyə müvəffəq oldular. Bunun da əsl
səbəbi onların gənc və enerjili olması, İsveçə
azyaşlı gəlmələri və ya burada anadan olmaları
bais olub. Onlar Azərbaycanlı
mühacirlərin ikinci nəsli sayılırlar. İsveç
dilində təmiz və ləhcəsiz danışırlar.
İsveçlərin pisixologiyasın və yaşayış
tərzin yaxşı başa
düşürlər. Əlbəttə,bizlər
bunların ata ...anaları sayılırıq və çox
təəssüf ki, bizlərin içində ixtilaf olanda, gənc
fəalların üstündə də mənfi təsir buraxır.
Hər halda mənim fikrimcə, bizim diaspor fəaliyyətində
gənclər xüsusi diqqət mərkəzimizdə olmalıdır.
-Yəqin
hərdən Vətəndən
sarı darıxan günlərininz olur. Belə olanda ürəyinizdəki
Vətən nisgilini necə
yox edirsiniz?
-Qürbətdə
yaşayanlar Vətən həsrətin bu sözlə nişan
verərlər : "Mən
Vətəndən ayrıldım, Vətən məndən ayrılmadı!"
Bəlkə bizlərdə Vətən həsrətinin əsl
səbəbi bundan ibarətdir ki, Vətənimiz gözəldir.
Mən 2000 - ci ildə Bakıdan qayıdandan sonra iş yerimdə
isveçlilərə Xəzər
axşamlarından danışdım. Orda gecələr
dəniz kənarındakı canlı həyatdan, musiqi çalınması,
rəqs, insanların bir yerə
yığışıb söhbət etməsi, yeyib -içməsi,
gəmi gəzintisi və s. haqda təsvir yaratdım. Mənə
diqqətlə qulaq asan isveçlilərdən biri dedi:
"Əgər belədirsə,sən qafanı üşütmüsən
ki, Bakı yerinə, Stokholmda yaşayırsan".
Qaldı sizin sualınıza konkret cavab --
mən bütün gün ərzində elə Vətən
problemlərinin içindəyəm!