Londonda 21-Azər 62-ci il dönümü günü qeyd olundu (Saturday 15 / 12 / 2007)

 

Bu il də 21-Azərin ildönümü Londonda plan üzrə qabiliyyet ilə qeyd olundu. Londonda Azərbaycanın milli günlərini qeyd etmək tarixi ən azı 25 il geriyə gedə bilər. Lakin 21-Azəri qeyd etmək 1998-dən bəri başlamışdır və bir neçə cəmiyyətlər bu vəzifənin öhdəsindən gələ bilmişlər. Bu il 21-Azərin qeydini, ikinci il olaraq, Birləşmiş Krallıq Güney Azərbaycanlılar Təşkilatı (BK-GAT) öhdəsinə almışdı.

 

Mərasimin son üç saatı ərzində verilişlər aparıldı ki, bunlara şamil idi:

·        BK-GAT tərəfindən Səhənd bəy verilişi yığcam surətdə elan etdi və sonra da onu apardı;

·        Cəfər Pişəvəriyə həsr olunmuş iki hava (laylay və rəqs) Piano ifaçısı Məməm bəy Ənsarı tərəfindən ifa olundu.

·        Muğam Azərbaycan Qrupu həm təsniflər ifa etdi və həm də oynaq havalar ilə iştirakçıların ayaqlarını qızdırdılar (Qrupun üzvləri bunlardır: Malik, Məmməd Vidad, Məməd Ənsari və Babək bəylər);

·        Həmin BK-GAT-dan olan İsmail bəy Albayraq, 21-Azər hərəkatını genəllik ilə və Cəfər Pişəvəri şəxsiyyətini özəllik ilə tanıtdırdı və iştirakçılara xatırlatdı ki, 62 il qabaq Güney Azərbaycan İran qoşunu tərəfindən işğal olundu və o işğal hələ də davam edir.

·        Haşım Tərlanın Fürqə haqqında şeiri qəraət olundu və iştirakçıların birisinin tərəfindən 21-Azərə həsr olunmuş bir şeir də səsləndi.

·        Londondakı Azərbaycan icmasının mədəni zənginliyi ora gəlib çatmış ki, indi bir qabil aşıq sənətkarı da orta da var. Onun adı Aşıq Məməd və o da öz aşıq sənəti ilə bu ildönümü gününü zənginləşdirdi.

 

Bir-birini yoxlağa da öz-bə-özümüz-yana surətdə iki saat belə vaxt nəzərdə tutulmuş idi və elə bu saatlarda 10 nəfərdən çox Azərbaycanlı bala-bulalar İcma Mərkəzinə öz həyəcanları ilə doğma bir mühit yaratmışdılar. Eyni vaxtda, elə bu saatlarda da canlı musiqi var idi və 21-Azər hərəkatına aid filmdə ekranlaşmışdı. Gələnlər sandviç, çay və şirni ilə qarşılanırdılar.

 

Həmişəki kimi, bu gün də mədəni bir gün kimi getdi və bir az da biliklənməyə də yer verilmişdi. Lakin, bu kimi günlərin qeydlərinin başqa əhəmiyyətləri də bunlardır:

 

Maraqlı burasıdır ki, Ümumiyyət ilə Azərbaycanın və özəllik ilə Güney Azərbaycanın milli hərəkətinə aid olan alağacların (alağac = qırmızı ağac = milestone) qeyd olunması bir ənənə kimi möhkəmlənməkdədir.­ Milli günlərimiz qabaqlarda şəxsi ölçüdə qeyd olunardı, lakin indi bu kimi günlərin icmamız tərəfindən qeyd olunmaması çox nadir bir haldır. Güney Azərbaycan milli hərəkəti millətin iradəsindən öz-özünə yaranan bir cərəyan olması kimi, diasporamız içərisnidə də icmalaşma hadisəsi milli hərəkətimizlə yanaşı gedir və icmalarımız hisslərimiz, fikirlərimiz və əməllərimizdən doğulub və danılmaz mahiyyət qazanır. Bu doğrudan doğruya sevindirici bir hadisədir və balalarımızın İcma Mərkəzində sevincli iştirakları buna canlı sənəddir.

 

~~ 21 Azer 62-ci il dönümü günü mübarək olsunn ~~

GAT-BK     SAA-UK