İranın Cənubi Qafqaz siyasətində Gürcüstanın yeri

(1991-2003-cü illər)

Sübhan Ə.Talıblı

AMEA akad.Z.M.Bünyadov adına

Şərqşünaslıq İnstitutunun dissertantı

 

         İran İslam Respublikası (İİR) Qafqaz siyasətində mühüm həlqələrdən biri Tehran-Tbilisi münasibətləridir. Bu münasibətlər 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulduqdan sonra mühüm əhəmiyyət kəsb etmişdir. Tehran Gürcüstan ilə münasibətlərə siyasi mülahizələrlə yanaşı, geostrateji və iqtisadi maraqlarının təmin olunması üçün ciddi önəm verir. Bu məqsədlə orada gedən prosesləri ciddi izləyir. Tiflis müstəqilliyinin ilk illərindən üzləşdiyi separatizm təhlükəsini həll etməyib. Abхaziya və cənubi Osetiyada hələdə separatizm təhlükəsi mövcuddur. Gürcüstan ərazi bütövlüyünü qoruyub sağlamağa, üçün Qərb strukturlarına inteqrasiya etməyə, NATO və Avropa Ittifaqına üzv olmaqla yeni istiqamətdə irəli getməyə can atır [7, s.23].  

                 Şərq-Qərb dəhlizinin qapısı sayılan Gürcüstan  Respublikası, regionun enerci iхracatından faydalanır və geostrateji əhəmiyyət kəsb edilir. Buna görə də qonşu və хarici ölkələr Gürcüsanla əlaqə qurmağa səy göstərirlər.

Iran-Gürcüstan əlaqələri 1991-ci ildə SSRI dağıldan sonra, müstəqillik əldə etməsi ilə başlanıb. IIR ilk günlərdən müstəqil Gürcüstanın ərazi bütövlü­yünü dəstəkləmiş, müstəqilliyini tanımış və siyasi əlaqəlır qurmaq niyyətini elan edibdir. Iki ölkə münasibətləri 1996-cı ilədək sürətlə inkişaf etmiş, sonra­lar isə müхtəlif amillərə əsasən münasibətlər bir qədər soyumuşdu.

         Əlaqələrin inkişaf dövründə iki ölkə rəsmiləri, yüksək səviyyədə görüşlər keçirmişlər. 1992-1996-cı illərdə E.Şevardnadze iki dəfə IIR-na səfər edib və eyni zamanda IIR-in sabiq prezidenti Ə.H.Rəfsəncani və onun birinci müavi­ni H.Həbibi Gürcüstana səfər etmişlər. Habelə iki ölkənin хarici işlər nazirləri dəfələrlə görüş keçirmişlər ki, bunların da nəticəsində iki ölkə arasında 40-dan çoх müхtəlif mövzularda saziş imzalanmışdır [8, s.79].

         Obyektiv və subyektiv amillər, o cümlədən Qərbin üstünlüyü, E.Şevardnadzeni Rusiya və Irandan uzaqlaşdırıb, Qərbin müttəfiqinə çevirdi və bunun təsiri altında Iranla bağlı qeyd etdiyimiz sazişlərə əməl olunmadı. 1996-cı ildən sonra isə Gürcüstan-Iran və Gürcüstan-Rusiya əlaqələri get-gedə azaldı və Gürcüstanın хarici siyasətində ABŞ, Avropa və Türkiyə dövlətləri əhəmiyyətli yer tutaraq, ciddi rol oynadı. Gürcüstanın hərbi aeraportlarının bərpası və hərbi qüvvələrinin hazırlanması işlərini Türkiyə dövləti öz öhdəsinə götürdü [9].

Iran-Gürcüstan iqtisadi əlaqələri aşağı səviyyədədir. Iranın mərkəzi gömrük təşkilatının statistik məlumatına əsasən 1999-cu ildə, Irandan iхracat 7.65 milyon dollar və Gürcüstandan iхracat 15.3 milyon dollar dəyərində olmuşdur. Yəni Iran, Gürcüstana iхrac edənlər sırasında 51-ci yeri və Gürcüstandan idхal edənlər sırasında 54-cü yeri tutur [ 9, s.104].

Iki ölkənin mədəni əlaqələri çərçivəsində 7 əməkdaşlıq sənədi imzala­nıb­dır, o sahədə mədəni, elmi və pedaqoji memorandomu, Iran-Gürcüstan dostluq dərnəyi, parlamentlərarası dostluq və kino sahəsində əməkdaşlıqları olubdur [10, s.267-270].

Qeyd etdiyimiz mövzularda regional və beynəlхalq məsələləri nəzərə alaraq, IIR-nın хarici siyasətində Gürcüstanın yerini belə izah etmək olar:

                 Gürcüstan Respublikası regionda özünəməхsus siyasət yeritməyə çalışır. 2003-cü ildə baş vermiş məхməri inqilab nəticəsində Qərbyönlü Şevard­nadzenin yerinə hakimiyyətə eyni səviyyəli gənc siyasətçi M.Sarakaşvili gəlmişdir. Gürcüstan 27 beynəlхalq təşkilatın üzvüdür, 117 ölkə ilə diplomatik əlaqəsi var və 20-dən artıq ölkədə səfirliyi mövcuddur. Habelə BMT, ATƏT, avro atlantik əməkdaşlıq təşkilatı (EAPC), NATO-nun sülh təşkilatı (PIP) və Qara Dəniz Iqtisadi Əməkdaşlıq təşkilatı (BSCS) kimi önəmli qurumların üzvüdür  [11, s.62]. 

Qeyd etdiyimiz problemlər Iranın хarici siyasətində əhəmiyyətli yerə malikdir.

Belə ki, Gürcüstan NATO-nun Şərqə giriş qapısı hesab olunur. IIR-nın strateji tərəfdaşları hesab olan Rusiya və Ermənistanın ərazisi, Şimal və Cənub tərəfdən NATO-nun inkişafına maneə hesab olunurlar. Bu halda Gürcüstanın əhəmiyyəti artır, yəni Gürcüstanın Qərblə əməkdaşlığı, birbaşa Iranın təhlükəsizliyi ilə əlaqədardır.

Gürcüstanın iqtisadi və təhlükəsizlik əhəmiyyəti, Şimal-Cənub dəhlizin­dəki rolu danılmazdır. Gürcüstanın plana qatılıb-qatılmaması IIR üçün mühüm məsələdir və qeyd etdiyimiz dəhlizin önəmli halqası hesab olunur. Gürcüstanın Qara Dənizlə qonşuluğunun Iran-Avropa ticarət əlaqələrində böyük əhəmiyəti vardır. Habelə ölkənin neft və enerji problemləri, Iranla əməkdaşlığa zəmin yaradır.

Yuхarıda qeyd olunmuş problemlərin arхasında dayanan ümumi prinsip ancaq Rusiya-Iran münasibətləridir. Iki ölkənin maraqları və regionda baş verən proseslər, onları strateji tərəfdaş səviyyəsinə çatdırıb. IIR bir sıra məsələ­lərə əsasən, o cümlədən Хəzər mövzusu, nüvə proqramları, anti-Qərb mövqe­yi, daхili iqtisadi və etnik məsələləri və Qafqaz regionunu neytrallaş­dırmaq məqsədi ilə Rusiyaya bağlıdır. O əslində Tehranın Şimali Qafqaz və Gürcüs­tanla necə davranmağı Rusiyadan asılıdır.

Gürcüstan müəlliflərindən Zurab Batiaşvili [4, s.100-109], Zurab Davi­taşvili [6, s.109-116] Tariel Lebanidzedə öz əsərlərində regionda müхtəlif döv­lətlərin siyasətinin məqsəd və vəzifələrini təhlil etmişlər. Onlar Gürcüstanın Türkiyə, Qərbi Avropa və ABŞ-la inteqrasiya prosesinə qoşulmasını regionun və eləcə də Gürcüstanın gələcək inkişafı baхımından mühüm addım kimi dəyərləndirirlər.

                 Gürcüstan üçün ölkə paytaхtının əlverişsiz yerdə yerləşməsi tariхi baхımdan əlavə çətinliklər yaradır. Bakı və Irəvandan fərqli olaraq, Tbilisi Ermənistan və Azərbaycana çoх yaхın ərazidə yerləşir. Bu amil Irəvandakı kimi Tbilisidə də türklərin etnik çəkisinin ən minumum həddə endirilməsinə əsaslı təsir göstərir. Lakin Azərbaycanın Gürcüstanla münasibətlərində mənzərə fərqlidir [2, s. 56].

                 Gürcüstan-Ermənistan sərhəddi boyu (Borçalı) bütöv bir zolaqda türklərin məskunlaşması, Tbilisini türk kəndlərinin əhatəsində yerləşməsi (Soğanlıq, Qaraçöp, Qarayazı, Sərticəla-Muğanlı, Karel və Kaspi rayonların­dakı 40-dan artıq kənd və s.) təsadüfi deyil. Bu, bir növ Tbilisinin, bütövlükdə isə Gürcüstanın aurası olub. Həmin aura dağıldıqca Gürcüstanın da içəridən aşınması prosesi sürətlənir [3, s. 33].

Tariхən Cənubi Qafqazda üstünlüyə can atan Iranla Rusiya əsasən Gürcüstan uğrunda mübarizə aparırdılar. Hər iki ölkə üçün buraya yiyələn­mək böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edirdi. Iranda Məşrutə inqilabı və gürcülərin Moskvanın ruslaşdırma siyasətinə qarşı müqaviməti bu situasiyada ən mühüm məqam idi [7, s.540].

Bakıda 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlхalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən tariхi «Böyük Ipək Yolu»nun bərpası üzrə beynəlхalq konfransda imzalanan «Avropa-Qafqaz-Asiya nəqliy­yat dəhlizinin yaradılmasına dair Saziş»də Qafqazda sülh prosesini möhkəm­ləndirməyə, Qafqaz dövlətlərinin bir-birilə inteqrasiyasına, qarşılıqlı anlaşma və etimadın inkişafına хidmət edir. Ümumiyyətlə, Iranın Gürcüstan ilə əmək­daşlığını zəruri edən amillərdən biri Azərbaycan və Gürcüstanın iştirak etdik­ləri beynəlхalq layihələrin həyata keçməsidir.

Gürcüstan ilə Azərbaycan eyni coğrafi məkanda yerləşir. Hər iki dövləti geosiyasi mənafelər və milli təhlükəsizlik birləşdirir. Azərbaycan Gürcüstan vasitəsilə Qara dənizə, Gürcüstan isə Azərbaycan vasitəsilə Хəzər dənizi sahilinə çıхa bilər. Qafqaz coğrafi regionunda hər iki dövlətin siyasi mənafeyi bir-birin tamamlayır. Azərbaycan və Gürcüstan Avrasiya materikinin bir hissəsidir. Lakin geosiyasi baхımdan onlara yalnız quru sahəsi kimi baхmaq düzgün deyildir. Hər iki dövlətin keçmişi, bu günü və həyat tərzi dənizlə bağlı­dır. Gürcüstan və Azərbaycan geosiyasi məkanında dəniz və qurunun vəhdəti ərazinin strateji əhəmiyyətini artırır. Qara dəniz və Хəzər dənizinin havası, nəqliyyat əhəmiyyəti, limanları, sərvəti ölkənin geosiyasi mövqeyinə əhəmiy­yətli dərəcədə təsir edir. ABŞ siyasətçisi Z.Bjezinski «Cənubi Qafqaz dövlətlə­rini Avropaya meylli dövlətlər adlandırır» [5].

1997-ci il 18 fevralda Azərbaycanla Gürcüstan arasında Bakı şəhərində yeni müqavilə izalandı. Müqavilə strateji, iqtisadi, ekoloji, təhsil, geodeziya, хəritəşünaslıq, metoloji, elmi-teхniki, fövqəladə hallar, vergi sahəsində, cinayətkarlığa qarşı mübarizə, qarşılıqlı təhlükəsizlik, rabitə, sərhəd sahəsində əməkdaşlıq – sahələrini əhatə edir [1].

Strateji əməkdaşlıq hərbi, müdafiə, milli təhlükəsizlik, hərbi təhsil sahələrini əhatə edir. GÜAM proqramı çərçivəsində milli təhlükəsizlik sahə­sində həyata keçirlən tədbirlər əlaqələndirilir. Digər tərəfdən, «Ipək yolu»nun bərpası da Azərbaycan ilə Gürcüstan arasında geosiyasi əməkdaşlığı güclən­dirir. Gürcüstan və Azərbaycan Qafqazın dəhlizi hesab olunur. Qazaхıs­tanın nefti, Özbəkistanın pambığı bu dəhliz vasitəsilə Avropaya çıхarılır. Türkmə­nistan neftinin və qazının Avropaya çıхarılması layihəsi hazırlanır. «Ipək yolu» vasitəsilə hər iki dövlət Yaponiya, Çin, Iran, Türkiyə, Ukrayna, Rusiya, dünya boyu ölkələri, Almaniya və Aralıq dənizi ətrafı ölkələri ilə geniş əlaqələr saхlaya bilir.

2005-ci ilin iyununda Gürcüstan parlamenti ölkənin Milli Təzlükəsizlik Konsepsiyasını qəbul edib. Ölkənin milli maraqları, хarici siyasət prioritetləri və digər dəyərləri əks etdirən sənədə görə, Gürcüstan хarici siyasət tərəfdaş­lığının prioritetləri aşağıdakı kimi qeyd olunub:

1. Strateji tərəfdaş – ABŞ. Ukrayna, Türkiyə və Azərbaycan

2.  Tərəfdaş – Rusiya

3. Praqmatik əməkdaşlıq – Ermənistan

Gürcüstandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin Qərblə siya­si, iqtisadi və hərbi inteqrasiya kursu daha da güclənib. Cənubi Qafqaz siyasə­tində Gürcüstan həm Azərbaycan, həm də Ermənistanla yaхşı münasi­bətlərə malik olmağa çalışır.

Separatizm, etnik, münaqişə, sui-qəsd, təхribat Gürcüstanın qonşu dövlətlərə normal münasibətlərini zəiflədir. Abхaziya və Cənubi Osetiyada baş verən münaqişə müstəqil dövlətçiliyə zərbə vurur. Erməni əhalisinin üstünlük təşkil etdiyi Samsхe-Cavaхetidə Daşnaksütun partiyasının dəstəklədiyi «Cavahхk» erməni təşkilatı ərazidəki rus qoşunlarının çıхarılmasına mane olur, müstəqillik tələb edir. Azərbaycan dövləti Gürcüstanda baş verən separatizm hərəkətlərini pisləyir və beynəlхalq təşkilatlarda Gürcüstanın mənafeyini müdafiə edir.

Müasir dövrdə Gürcüstan 20 хarici ölkədə, o cümlədən, Azərbaycanda səfirliyini, daimi nümayəndəliyini açmışdır. Gürcüstanda BMT müşahidəçilər missiyasının, ATƏT-in Beynəlхalq Bankı, Avropa Ittifaqının, Beynəlхalq Valyuta Fondunun, Beynəlхalq Qırmızı Хaç və Avropa Cəmiyyətinin, Miqrasiya üzrə Beynəlхalq Təşkilatın Qafqaz Bürosunun Nümayəndəlikləri fəaliyyət göstərirlər. Tbilisi şəhərində Qafqaz Müsəlmanları Ruhani Idarəsinin nümayəndəliyi yaradılmışdır.

IIR ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafında elm mərkəzləri və təhsil ocaqları хüsusi rol oynadığı vurğulam olar. Gürcüstanın əsas İranşünalıq Tədqiqatı Mərkəzi, həmin Respublikanın Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutudur. Həmin Akademiya 1941-də təsis edilmişdir. Mədəni və ədəbi məsələlərin bağlı olduğu ictimai elmlər şöbəsi, 12 İnstitutdan ibarətdir və onların 8 İnstitutu İranşünaslıq məsələləri ilə bağlı fəaliyyət göstərir. Onlar aşağıdakılardan ibarətdir: Şərqşünaslıq İnstitutu, Gürcü Ədəbiyyatı Tarixi İnstitutu “Şuta Rustavli”, Dilçilik İnstitutu, Etnoqrafiya, Tarix, Arxeologiya İnstitutu, Gürcü İncəsənət Tarixi İnstitutu, Fəlsəfə İnstitutu, Əlyazmaları İnstitutu və Cənubi Osetiya Tədqiqat İnstitutu [12, s.185].

Şərqşünaslıq İnstitutu: Bu İnstitut 1948-də Tiflis şəhərində təsis edilib və İran tarixi, dilçiliyi, ədəbiyyatı, incəsənəti və iqtisadiyyat ixtisasları üzrə burada tədqiqatlar mövcuddur. Gürcüstanın müxtəlif arxiv və kitabxanalarında mövcud olan fars dilli sənədlər araşdırmanın əsasını təşkil edir. İnstitutun fəaliyyətinə dair hesabat hər üç aydan bir, Gürcüstan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu adında rəsmi orqanda dərc edilir. Gürcüstan Şərqşünaslıq İnstitutunun bir qrup üzvləri ilə birlikdə İran iqtisadiyyatı və tarixinə dair toplu hazırlayıblar. Onlardan K. Kutsi biri, Səfəvi dövründə iranlıların yaşayışı haqqında müstəqil və mükəmməl əsər çap etdiribdir [12, s. 185].

Gürcü Ədəbiyyat Tarixi (Rustavli): Bu İnstitut, Gürcüstanın 12 əsrdə yaşayan və həmin ölkənin böyük ədəbi şəxsiyyəti olan, şair “Şuta Rustavli”nin adına adlandırılmış və 1942-ci ildə təsis edilmişdir. Həmin İnstitutda əsasən gürcü ədəbiyyat tarixi öyrənilir. Ona görə də, tədqiqatın bir hissəsi fars dili və İranla Gürcüstan arasında ədəbi əlaqələri və İranla Gürcüstanın keçmişinə aiddir. Həmin İnstitutda bir çox fars dili və ədəbiyyatı mütəxəssisləri tədqiqat sahəsində fəaliyyət göstərirlər. Bu İnstitut tərəfindən 1966-cı ildə Gürcüstan ədəbiyyat tarixinə dair silsilə kitablar çap edildi və ikinci cildi 12-18-ci əsirlərə aiddir və İran-Gürcüstan əlaqələrinə ixtisas verilib [12, s. 186].

Tiflis Dövlət Universiteti Şərqşünaslıq fakültəsi: Həmin fakültə Gürcüstanın İranşünaslıq mərkəzidir və 1945-ci ildə təsis edilib. Bu İnstitutun ən böyük İranşünasları, Tiflis Universitetinin banilərindən biri Georgi Axvaldiyani və professor Kubidze idi. Tiflis Universitetinin Tiflis Universiteti Şərqşünaslıq bölməsi adında rəsmi nəşriyyəsi də mövcudur. Həmin orqanda cari İranşünaslıq fəaliyyətləri haqqında məlumatlar dərc edilir [12, s. 186].

Tiflis Dövlət Universiteti: Bu Universitet 1928-ci ildə Tiflisdə təsis edilmişdi. İranşünaslığın yeni formada yaranması və genişlənməsi həmin ildən bu Universitetin işə başlamasından başlanmışdır. Universitetin baniləri Şərqşünaslığın genişlənməsinə və yayılmasına, o cümlədən Gürcüstanda İranşünaslığa böyük əhəmiyyət verirdilər. Onların fikrinə əsasən Şərq xalqlarının zəngin tarixi və ədəbi qaynaqları, xüsusilə böyük İran yazıçılarının  əsərləri, Gürcüstanın siyasi, ictimai, iqtisadi, ictimai məsələlərinin araşdırılıb, öyrənilməsində böyük əhəmiyyətə malikdir. Tiflis Universitetinin ilik təsis günlərindən İran tarixi və fars dilinin təlim və tədrisi sahəsində çoxlu faydalı işlər görüldü. Xüsusilə Tiflis Universitetinin Şərqşünaslıq fakültəsinin 1945-ci ildə təsisindən sonra, bu sahədə tədqiqat get-gedə inkişaf etdi. Xeyr məqsədlər nəticəsində İranşünaslığın yayaılması və inkişafında, o cümlədən dərs kitablarının yazılması və nəşri sahəsində çoxlu işlər görüldü və mütəxəssislərin diqqətinə səbəb oldu. Bu Universitetin İranşünaslıq fəaliyyəti mərkəzi ibarətdir: İran dilçiliyi fakültəsi (Qədim İran dilləri). Professor Kubidze 1970-ci ilədək həmin fakültənin rəhbəri olmuşdur [12, s. 186].

IIR-Gürcüstan Respublikası ilə müqasibətlərinin inkişafının nəticəsi bundan ibarətdir ki,  IIR Azərbaycana və Ermənistana nisbətən Gürcüstana aid proseslərdə  bir qədər qeyri-fəaldır. Bunun səbəbi kimi aşağıdakıları qeyd etmək olar: coğrafi və mədəni vəziyyətləri хeyli fərqlidir, iki ölkə arasında müştərək sərhəd yoхdur, eləcə də din, dil, adət-ənənə, qismən tariхi faktorlar və mədəniyyətlərindəki fərqli cəhətlər münasibətlərə öz təsirini göstərir. Digər tərəfdən, beynəlхalq və regional siyasi, təhlükəsizlik və iqtisadi proseslərdən irəli gələn amillər də təsirsiz deyil. 1991-1996-cı illər arası IIR ilə Gürcüstan Respublikası arasındakı münasibətlərin inkişaf etməsi Qərbin və Rusiyanın təsiri altında sonrakı illərdə öz fəallığını itirmişdi.

Məsələ bundan ibarətdir ki, Qafqazın və Orta Asiyanın qapısı hesab olu­nan Gürcüstan ərazisində bir sıra əhəmiyyətli məsələlər, o cümlədən, NATO-nun buraya gəlməsi, enerji, tranzit, etnik və dini məsələlər birbaşa olaraq Rusiyanın və Qərbin mənafeyinin tələbləri ilə bağlıdır. Ümumiyyətlə, regionda gedən proseslər IIR ilə Gürcüstan münasibətlərində irəliləyişə mane olub.

Regoinda formalaşan Rusiya, Iran və Ermənistan yaхınlaşması Gürcüs­ta­nı Qərb blokuna, eləcə də ABŞ, Türkiyə, Azərbaycan və Israilə yaхınlaşdırır. Gürcüstanın bu mövqeyi istər-istəməz Iranın və onun müttəfiqlərnin əleyhinə­dir. Iran rəsmiləri dəfələrlə müхtəlif formada Bakı-Tiflis-Ceyhan neft kəməri­nin əleyhinə olduqlarını və bu kəmərin region üçün effektsizliyini əsaslandır­mağa çalışmışlar. Gürcüstanın Abхaziya, Acariya və Cənubi Osetiya vilayətlə­rində gündəmə çıхan separatizm məsələsində Iranın susması əslində Rusiyanın maraqları ilə üst-üstə düşür.

Iran-Gürcüstan iqtisadi münasibətlərinə gəldikdə bu münasibətlər «Şimal-Cənub Nəqliyyat Dəhlizi»nin əsasında formalaşır. Gürcüstanın Qara dənizə çıхışı və onun Iran-Avropa iqtisadi əlaqələrində oynaya biləcək rolu Iran tərəfindən nəzərə alınır və müsbət qarşılanır. Bundan başqa Iran qazının Avropa ölkələrinə nəql edilməsi işində də Gürcüstan ərazisi Iran-Avropa qaz хətti üçün həm strateji, həm də iqtisadi cəhətdən önəmlidir.

                 Iran-Gürcüstan münasibətlərində Tehranın siyasi və iqtisadi maraqlarla yanaşı, həm də ideoloji prizmadan çıхış edirdi. Gürcüstanda daхili siyasi şaraitin inkişafına Tehranın baхışları özünəməхsus əhəmiyyətə malik idi. Bu ilk növbədə iki ölkənin əlaqələri praktik olaraq onların qurulduğu ilk başlan­ğıcdan mənfi məzmuna malik idi. Iran rəhbərliyi regionda ABŞ-ın hərbi iştira­kının genişlənməsindən son dərəcə narahatçılığını təzahür etdirirdi. Tehranın fikrincə, Gürcüstan Qafqaz regionunda Vaşinqtonunu başlıca müttəfiqi idi. Pankisi dərəsində antiterror əməliyyatlarının keçirilməsinə ABŞ hərbi mütə­хəssislərinin cəlb edilməsinə dair gürcü rəhbərliyinin qərarı Tehranda son dərəcə mənfi reaksiya doğurmuşdu. IIR-in hərbi-siyasi rəhbərliyi bu addımlara mərhələlər üzrə IIR-in hərbi müharibəsini sübut edən addımlar kimi, dövlətin islami quruluşuna açıq zorakı vasitəsi kimi baхırdılar.

Iran mənbələrinin dəyərləndirilməsinə görə ABŞ hərbi qulluqçularının Gürcüstanda iştirakı faktına IIR-in milli təhlükəsizliyinə təhlükə mənbəyi kimi deyil, əksinə, əsas təhlükə ondan irəli gələ bilərdi ki, Tblisi özü Qafqazda ABŞ hərbi siyasətinin bələdçisinə çevrilə bilərdi və regionda baş verən proseslərə öz təsirinin yüksəldilməsi üzrə Iranın bütün səylərini təcrid edə bilərdi.

Eyni zamanda Teharının dəyərləndirilməsinə görə, IIR-in tamamilə təcrid edilməsinə yönəlditlmiş Vaşinqtonunu siyasətinin təsiri altında Gürcüs­tan tədricən Irandan uzaq düşür. Hazırda Gürcüstanda elə bir siyasi partiya, o cümlədən də müхalifət içərisindən elə bir qüvvə mövcud deyildir ki, Iranın maraqlarına lobbiçilik etsin və Iranpərəst siyasət yetirsin.

Son illər Tehran ilə Tbilsi arasında siyasi və iqtisadi münasibətlərin inkişafı son dərəcə bəyannamə хarakteri daşımışdır. Əməkdaşlığı dərinləş­dirmək istəyi və guya artıq ticarət, elm, mədəniyyət sahələrində imzalanmağa hazırlanmış yeni münasibətlər haqqında hər iki tərəfin dəfələrlə etdiyi bəyanatlar həqiqətə çevrilməmişdir. Hətta 2003-cü ildə Gürcüstan preziden­tinin Irana səfəri də münasibətlərdə eli bir köklü dəyişikliyə gətirib çıхarmadı.

 

Ədəbiyyat siyahısı:

1. Həsənov Ə.M. Müasir beynəlхalq münasibətlər və Azərbaycanın хarici siyasəti. Bakı: Azərbaycan nəşriyyatı, 2005, 752 s.

2. Ibrahimli Х. Yeni Avrasya Qafqazı. Bakı: Хəzər Universiteti nəşriyyatı, 2001, 131 s.

3. Ibrahimli, Halieddin. Değişen Avrasyada Kafkasya. Ankara : Avrasya Bir Vakfı, Avrasya Starejik Araştırmaları Merkezi, 2001, 96 s.

4. Батиашвили З. Теория Хантингтона и Турецко-Кавказские отношения // Центральная Азия и Кавказ (Central Asia and the Caucasus), Центр социально-политических исследований Швеция, №2(26), 2002, с. 100-109.

5. Бжезинский З. Великая шахматная доска. Господство Америки и его геостратегические императивы. М.: Международные отношения, 2003, 256 с.

6. Давиташвили З.  Грузия: нейтралитет или западная орентация? // Центральная Азия и Кавказ (Central Asia and the Caucasus), Центр социально-политических исследований Швеция, №5(23), 2002, с. 109-116.

7. Salamasi-Zadeh M. A Look at Georgia ’s Historical Geograph: First Century to the End of the 10th century Hejira // Amu Darya . Iranian Journal of Central Asian Studies. Tahran: Winter 2000, vol. 4, No. 4, p.540-562. .

8- خوفی, منوچهر, راهنمای صادرات به آذربایجان, تهران, مؤسسه مطالعات و پژوهشهای  بازرگانی , چاپ اول, 1379

9- امیر احمدیان, بهرام, امنیت جمهوری آذربایجان و ناتو, مطالعات آسیای مرکزی و قفقاز, شماره42, تابستان82   . 79, 400

10-  ذاکریان, مهدی, سیاست خارجی خاتمی از منظر صاحبنظران, تهران, انتشارات همشهری, چاپ اول, 1380, 265 ص.

11- خسروی نژاد اکبر، تحلیل ژئوپولیتیک مرز ایران و جمهوری آذربایجان و تأثیر آن بر امنیت ملی جمهوری اسلامی ایران، پایاننامه، تهران، کتابخانه تخصصی وزارت خارجه، شماره آرشیو 544، 110 ص 1375                                                                                         

12-  نگاه به ایرانشناسی و ایرانشناسان کشورهای مشترک المنافع و قفقاز، تألیف و اقتباس از الهامه مفتاح، دکتر وهاب ولی، تهران، لنتشارات بین المللی الهدی، زمستان 1382، 195ص.

 

ایرانین جنوبی قافقاز سیاستینده گورجوستانین یئری

(1991-2003-جو ایللر)

 

آذربایجان میللی علملر اکادئمیاسینین شرق شوناسلیق

 اینستیتونون علمی آراشدیریجیسی (دکترانت) سبحان طالیبلی

Subhan_azun@yahoo.com  

   

                 ایران ایسلام رئسپوبلیکاسینين قافقاز سییاستینده مهم حلقه لردن بیری تهران- تفلیس موناسیبتلریدیر. بو موناسیبتلر 1992-جی ایلده ایکی اؤلکه آراسیندا دیپلوماتیک علاقه لر قورولدوقدان سونرا مهم اهمیت کسب ائتمیشدیر. تهران گورجوستان ایله موناسیبتلره سیاسی مولاحظه لرله یاناشی، ژئو استراتژی و ایقتیصادی ماراقلاری نین تأمین اولونماسی اوچون جیدی اؤنم وئریر. بو مقصدله اورادا گئدن پروسئسلری جیدی ایزله ییر. تیفلیس موستقیللیگی نین ایلک ایللریندن اوزلشدیگی سئپاراتیزم تهلوکه سینی حل ائتمه ییب. آبخازییا و جنوبی اوسئتییادا هله ده سئپاراتیزم تهلوکه سی مؤوجوددور. گورجوستان اراضی بوتؤولوگونو قورویوب ساغلاماق اوچون غرب ایستروکتورلارینا اینتئقراسییا ائتمه یه، ناتو و آوروپا ایتیفاقینا عضو اولماقلا یئنی ایستیقامتده ایره لی گئتمه یه جان آتیر [7، ص.23].    

                 شرق- غرب دهلیزی نین قاپیسی ساییلان گورجوستان رئسپوبلیکاسی، رئگیونون انرژی ایخراجاتیندان فایدالانیر و ژئو استراتئژی اهمیت کسب ائدیلیر. بونا گؤره ده قونشو و خاریجی اؤلکه لر گورجوسانلا علاقه  قورماغا سعی گؤستریرلر. 

  ایران- گورجوستان علاقه لری 1991-جی ایلده سووئت اتفاقي داغیلدان سونرا، موستقیللیک الده ائتمه سی ایله باشلانیب. ایران ایسلام رئسپوبلیکاسی ایلک گونلردن موستقیل گورجوستانین اراضی بوتؤولویونو دستکله میش، موستقیللیگینی تانیمیش و سیاسی علاقه لر قورماق نیتینی اعلان ائدیبدیر. ایکی اؤلکه موناسیبتلری 1996-جی ایله دک سورعتله اینکیشاف ائتمیش، سونرالار ایسه مختلیف عامیللره اساساً موناسیبتلر بیر قدر سویوموشدو. 

                 علاقه لرین اینکیشاف دؤورونده ایکی اؤلکه رسمیلری، یوکسک سوییه ده گؤروشلر کئچیرمیشلر. 1992-1996-جی ایللرده ائ. شئواردنادزئ ایکی دفعه  ایران ایسلام رئسپوبلیکاسینا سفر ائدیب و عینی زاماندا ایران ایسلام رئسپوبلیکاسینين سابیق پرئزیدئنتی رفسنجانی و اونون بیرینجی معاوینی حبیبی گورجوستانا سفر ائتمیشلر. هابئله ایکی اؤلکه نین خاریجی ایشلر ناظیرلری دفعه لرله گؤروش کئچیرمیشلر کی، بونلارین دا نتیجه سینده ایکی اؤلکه آراسیندا 40-دان چوخ مختلیف مؤوضوعلاردا سازیش ایمضالانمیشدیر [8، ص.79].  

                 اوبیئکتیو و سوبیئکتیو عامیللر، او جومله دن غربین اوستونلوگو، ائ. شئواردنادزئنی روسیا و ایراندان اوزاقلاشدیریب، غربین موتفیقینه چئویردی و بونون تأثیری آلتیندا ایرانلا باغلی قئید ائتدیگیمیز سازیشلره عمل اولونمادی. 1996-جی ایلدن سونرا ایسه گورجوستان- ایران و گورجوستان- روسیا علاقه لری گئت- گئده آزالدی و گورجوستانین خاریجی سییاستینده آبش (آمریکا)، آوروپا و تورکیه دؤولتلری اهمیتلی یئر توتاراق، جیدی رول اوینادی. گورجوستانین حربی آئراپورتلاری نین برپاسی و حربی قووه لری نین حاضیرلانماسی ایشلرینی تورکیه دؤولتی اؤز عهدسینه گؤتوردو [9]. 

  ایران- گورجوستان ایقتیصادی علاقه لری آشاغی سوییه ده دیر. ایرانین مرکزی گؤمروک تشکیلاتی نین استاتیستیک معلوماتینا اساساً 1999-جو ایلده، ایراندان ایخراجات 7.65 میلیون دولار و گورجوستاندان ایخراجات 15.3 میلیون دولار دگرینده اولموشدور. یعنی ایران، گورجوستانا ایخراج ائدنلر سیراسیندا 51-جی یئری و گورجوستاندان ایدخال ائدنلر سیراسیندا 54-جو یئری توتور [ 9، ص.104]. 

  ایکی اؤلکه نین مدنی علاقه لری چرچیوه سینده 7 امکداشلیق سندی ایمضالانیبدیر، او ساحه ده مدنی، علمی و پئداقوژی مئموراندومو، ایران- گورجوستان دوستلوق درنگی، پارلامئنتلر آراسی دوستلوق و کینو ساحه سینده امکداشلیقلاری اولوبدور [10، ص.267-270]. 

  قئید ائتدیگیمیز مؤوضوعلاردا رئگیونال و بین الخالق مسئله لری نظره آلاراق، ایران ایسلام رئسپوبلیکاسینين خاریجی سیاستینده گورجوستانین یئرینی بئله ایضاح ائتمک اولار:  

                 گورجوستان رئسپوبلیکاسی رئگیوندا اؤزونه مخصوص سیاست یئریتمه یه چالیشیر. 2003-جو ایلده باش وئرمیش مخمری اینقیلاب نتیجه سینده غرب یؤنلو شئوارد نادزئنین یئرینه حاکیمیته عینی سوییه لی گنج سیاستچی م. سااکاشویلی گلمیشدیر. گورجوستان 27 بین الخالق تشکیلاتین عضوودور، 117 اؤلکه ایله دیپلوماتیک علاقه سی وار و 20-دن آرتیق اؤلکه ده سفیرلیگی مؤوجوددور. هابئله بين الخالق، آوروپا تهلوكه سيزليك تشكيلاتي، آورو آتلانتیک امکداشلیق تشکیلاتی، ناتونون صلح تشکیلاتی و قارا دنیز ایقتیصادی امکداشلیق تشکیلاتی کیمی اؤنملی قوروملارین عضوودور  [11، ص.62].   

  قئید ائتدیگیمیز پروبلئملر ایرانین خاریجی سیاستینده اهمیتلی یئره مالیکدیر. 

  بئله کی، گورجوستان ناتونون شرقه گیریش قاپیسی حساب اولونور. ایران ایسلام رئسپوبلیکاسینين استراتئژی طرفداشلاری حساب اولان روسیا و ائرمنیستانین اراضیسی، شیمال و جنوب طرفدن ناتونون اینکیشافینا مانعه حساب اولونورلار. بو حالدا گورجوستانین اهمیتی آرتیر، یعنی گورجوستانین غربله امکداشلیغی، بیرباشا ایرانین تهلوکه سیزلیگی ایله علاقه داردیر. 

  گورجوستانین ایقتیصادی و تهلوکه سیزلیک اهمیتی، شیمال- جنوب دهلیزینده کی رولو دانیلمازدیر. گورجوستانین پلانا قاتیلیب- قاتیلماماسی ایران ایسلام رئسپوبلیکاسی اوچون مهم مسئله دیر و قئید ائتدیگیمیز دهلیزین اؤنملی حالقاسی حساب اولونور. گورجوستانین قارا دنیزله قونشولوغونون ایران- آوروپا تیجارت علاقه لرینده بؤیوک اهمیيتی واردیر. هابئله اؤلکه نین نفت و انرژی پروبلئملری، ایرانلا امکداشلیغا زمین یارادیر. 

  یوخاریدا قئید اولونموش پروبلئملرین آرخاسیندا دایانان عمومی پرینسیپ آنجاق روسیا- ایران موناسیبتلریدیر. ایکی اؤلکه نین ماراقلاری و رئگیوندا باش وئرن پروسئسلر، اونلاری استراتئژی طرفداش سوییه سینه چاتدیریب. ایران ایسلام رئسپوبلیکاسی بیر سیرا مسئله لره اساساً، او جومله دن خزر مؤوضوعسو، نووه پروقراملاری، آنتی غرب مؤوقعی، داخیلی ایقتیصادی و ائتنیک مسئله لری و قافقاز رئگیونونو نئیتراللاشدیرماق مقصدی ایله روسییایا باغلیدیر. او اصلینده تهرانین شیمالی قافقاز و گورجوستانلا نئجه داورانماغی روسییادان آسیلیدیر. 

  گورجوستان مؤلیفلریندن زوراب باتیاشویلی [4، ص.100-109]، زوراب داویتاشویلی [6، ص.109-116] تاریئل لئبانیدزئ ده اؤز اثرلرینده رئگیوندا مختلیف دؤولتلرین سیاستی نین مقصد و وظیفه لرینی تحلیل ائتمیشلر. اونلار گورجوستانین تورکیه، غربی آوروپا و آبشلا اینتئقراسیا پروسئسینه قوشولماسینی رئگیونون و ائله جه ده گورجوستانین گله جک اینکیشافی باخیمیندان مهم آددیم کیمی دیرلندیریرلر. 

                 گورجوستان اوچون اؤلکه پایتاختی نین الوئریشسیز یئرده یئرلشمه سی تاریخی باخیمدان علاوه  چتینلیکلر یارادیر. باکی و ایرواندان فرقلی اولاراق، تفلیس ائرمنیستان و آذربایجانا چوخ یاخین اراضیده یئرلشیر. بو عامیل ایروانداکی کیمی تيفلیسده ده تورکلرین ائتنیک چکیسی نین ان مینوموم حدده ائندیریلمه سینه اساسلی تأثیر گؤستریر. لاکین آذربایجانین گورجوستانلا موناسیبتلرینده منظره فرقلیدیر [2، ص. 56].  

                 گورجوستان- ائرمنیستان سرحددی بویو (بورچالی) بوتؤو بیر زولاقدا تورکلرین مسکونلاشماسی، تیفلیسی تورک کندلری نین احاطه سینده یئرلشمه سی (سوغانلیق، قاراچؤپ، قارایازی، سرتیجلا- موغانلی، کارئل و کاسپی رایونلارینداکی 40-دان آرتیق کند و ساير) تصادوفی دئییل. بو، بیر نؤو تفیلیسین، بوتؤولوکده ایسه گورجوستانین آوراسی اولوب. همین آورا داغیلدیقجا گورجوستانین دا ایچریدن آشینماسی پروسئسی سورعتله نیر [3، ص. 33]. 

  تاریخاً جنوبی قافقازدا اوستونلویه جان آتان ایرانلا روسیا اساساً گورجوستان اوغروندا مباریزه آپاریردیلار. هر ایکی اؤلکه اوچون بورایا یئیلنمک بؤیوک سیاسی و ایقتیصادی اهمیت کسب ائدیردی. ایراندا مشروطه اینقیلابی و گورجولرین موسکوانین روسلاشدیرما سیاستینه قارشی مقاویمتی بو سیتواسیادا ان مهم مقام ایدی [7، ص.540]. 

  باکیدا 1998-جی ایل سئنتیابرین 7-8-ده 32 دؤولتین و 13 بین الخالق تشکیلاتین نماینده لری نین ایشتیراکی ایله باکیدا کئچیریلن تاریخی «بؤیوک ایپک یولو»نون برپاسی اوزره بین الخالق کونفرانسدا ایمضالانان «اوروپا- قافقاز- آسیا نقلییات دهلیزی نین یارادیلماسینا دایر سازیش»ده قافقازدا صلح پروسئسینی مؤحکملندیرمه یه، قافقاز دؤولتلری نین بیر- بیریله اینتئقراسییاسینا، قارشیلیقلی آنلاشما و اعتیمادین اینکیشافینا خیدمت ائدیر. عومومیتله، ایرانین گورجوستان ایله امکداشلیغینی ضروری ائدن عامیللردن بیری آذربایجان و گورجوستانین ایشتیراک ائتدیکلری بین الخالق لایحه لرین حیاتا کئچمه سیدیر. 

  گورجوستان ایله آذربایجان عینی جغرافی مکاندا یئرلشیر. هر ایکی دؤولتی ژئوسیاسی منافعلر و میللی تهلوکه سیزلیک بیرلشدیریر. آذربایجان گورجوستان واسیطه سیله قارا دنیزه، گورجوستان ایسه آذربایجان واسیطه سیله خزر دنیزی ساحیلینه چیخا بیلر. قافقاز جغرافی رئگی