nə
dərəcədə yayğın olduğunu bilirsinizmi?
Yaşından, kültür və təhsil
səviyyəsindən, həyat tərzinin etnik və ya diini
mənşəyindən, iqtisadi və sosial durumundan asılı
olmayaraq hər bir qadın zor obyekti ola bilər.
Zorun tipik qurbanı yoxdur. Qadının zor qurbanı
olma təhlükəsi ən çox ər-arvad münasibətləri
sahəsində baş verir. Qadınlar çox vaxt naməlum kişi
tərəfindən zor törətmə
hərəkətlərindən qorxsalar da, araşdırmalar göstərir
ki, qadın döyülməsi, zorlanması və ya başqa güc
tətbiqi əslində əksər hallarda qadının öz
evində baş verir. Zor işlətmə nəticəsində
qadınlar ən çox ziyanı məhz yaxın münasibətdə
olduğu şəxs tərəfindən görür.
Yaxın münasibətlər zəminində baş
verən zor qadın və onun uşaqlarının sağlamlığına
və həyat keyfiyyətinə pis təsir göstərən
ciddi ictimai problemdir.
Finlandiyada aparılan İnam, ümüd, aldanma başlıqlı
araşdırma əsasında (1998) məlüm olmuş ki, ər-arvad
və digər yaxın münasibətlər sahəsində qadına
qarşı zor çox geniş yayılmış
bir haldır. Zor hərəkətlərin əksəriyyəti
tərəf müqabilinə, qadına əl qaldırma, onu döymədir.
Araşdırmalar göstərir ki, zor problemi qadının
şəxsi keyfiyyətləri ilə yox, erkəyin qadın üzərində
hakimiyət və kontrol etmə istəkləri ilə bağlıdır.
Ər-arvad münasibətlərində hakimiyyət və nəzarət növləri
İqtisadi
zor
·
Qadının
işə və ya kursa getməsinə əngəl törətmə.
·
Təsərrüfat
ehtiyacları üçün qadının ərindən pul
istəməsi.
·
Maddi asılılıq
yaratma.
Psixiki zor
·
Qadının
vicdan əzabı çəkməsinə nail olma.
·
Təhqir
və aşağılamalar.
·
Qadına
onun psixikasının qeyri-sabitliyini təlqin etmə.
·
Erkək
tərəfindən psixoloji
oyun oynanılaraq isti münasibətləri
vaxtaşırı zora dəyişmə.
·
Zorun törədilmə
səbəblərini qadın üstünə atma halları.
·
Qadını
daima qorxu içində saxlamaq üçün jest, mimika, qışqırıq,
eləcə də şəxsi əşyaların məhv
edilməsi vasitəsi ilə narazılıq bildirmə.
·
Qadının
həyatına nəzarət etmə: kim ilə görüşür, söhbət
edir, hara və nə vaxt gedir.
Kişilik üstünlüyü və hakimiyət münasibətlərinin
istifadəsi
·
Qadınla
qulluqçu kimi davranma.
·
Bütün önəmli
məsələlərin həllini öz üzərinə götürmə.
·
Evdə özünü
ağa kimi aparma.
·
Qadın
iradəsi, istəyi nəzərə alınmadan seksual
hərəkətlərə məcbur edilmə.
·
Qadın
bədəninin intim hissələrinin fiziki zora məruz qalması.
·
Kişinin
qadına seksual obyekt kimi yanaşması.
·
Qadını
psixiki travma ilə hədələmə.
·
Uşaqlarından
ayırmaqla hədələmə.
·
Qadının
əri ilə münasibətlərini kəsmək
cəhdlərinə qarşı kişinin intihar edəcəyi
ilə hədələməsi.
·
Qadının
pis ana olması haqda rəsmi idarələrə xəbər
verəcəyi ilə hədələmə.
·
·
Qadında günahkar
olma hisslərini oyatmaq üçün uşaqları istifadə etmə.
·
Uşaqları
vasitəçi kimi istifadə etmə.
·
Uşaqlarla
görüş hüququnu zor hədələri üçün istifadə etmə.
-----------------------------------------------------------------------------
Statistik
məlumat:
·
15 yaşına
çatmış fin qadınlarının 40%
erkək tərəfindən fiziki, seksual zor və ya zor işlətmə
hədəsinin qurbanı olur.
·
15 yaşından
sonra 52% qadın zorla seksual ilişki obyektinə çevrilir.
·
15 yaşa
qədər 28% qadın seksual xarakterli zor, hədə və
məcbur edilmə hallarıyla rastlaşır.
·
50% qadın
keçmiş erkəyi və ya əri tərəfindən zor
və ya zor hədəsindən əziyyət çəkir.
·
Müştərək
yaşayış zamanı zor işlədən kişilərdən
36 % boşanmadan sonra da zor tətbiqini davam edir.
·
Fiziki və
seksual zor obyekti olan Finlandiya qadınlarının 22%
rəsmən nigahda olan qadınların payına düşür.
·
İl ərzində
112 000 fin qadını ərləri tərəfindən müxtəlif
zora məruz qalır. Onlardan 90 000 döyülür.
·
Finlandiyada
orta hesabla 18 yaşdan 74 yaşadək 306 qadın hər gün öz
ailəsində fiziki və seksual zorun və ya zor
hədəsinin qurbanı olur.
·
Onlardan 246
nəfər gündəlik döyülmələrdən əziyyət
çəkir.
·
Finlandiyada
hər 6 dəqiqədə bir qadın əri və ya birgə
yaşadığı erkək tərəfindən döyülür.
·
Finlandiyada
həftəaşırı 1
qadın yaxın münasibətdə olduğu adam
tərəfindən zor işlətmə nəticəsində
ölür.
Hazırladı: İlahə Ucaruh (Cəfərova)
Avropada
Qadın haqları
Təhlükəsiz həyat hüququ.
Qorxusuz yaşamaq hüququ.
Sevmək və sevilmək hüququ.
Sayqılı münasibət hüququ.
Özəlliklərə sahib
olma hüququ.
Şəxsi
müstəqillik hüququ.
Şəxsi fikirə sahib olma
və onu ifadə etmə hüququ.
Şəxsi fikirə sahib olma
və onu dəyişdirmə hüququ.
Yox demək hüququ.
Şəxsi pula malik olma və onu
istifadə etmə hüququ.
Sual vermək hüququ.
İdeal insan yox, adi adam olmaq hüququ.
Səhv etmək hüququ.
Şəxsi
məsələləri həll etmək hüququ.
Hamıya xoş gəlməmək
hüququ.
Hər şeydən öndə özünü
düşünmək hüququ.
Öz həyatını dəyişdirmək
hüququ.
Hazırladı: İlahə Ucaruh